Ruen Mehdeviyye indd



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə47/66
tarix26.10.2018
ölçüsü0,81 Mb.
#75755
1   ...   43   44   45   46   47   48   49   50   ...   66

147
Məhdəviyyət haqqında nəzərlər
tini dəqiq bəlirləmək Məhdəviyyət əqidəsi üçün təsbit edir və 
dünyanın bütün xalqları üçün böyük əmniyyət formalaşdırır.
Elə  isə,  şiələrin  Mehdisi  tarixin  formalaşdırdığı  gerçək 
əqidədir – xüsusiyyətilə müəyyən doğum tarixi, müəyyən giz-
lənmə vaxtına malik şəxsiyyətdir. O, qeybə çəkildikdən sonra 
öz  tərəfdarları  ilə  qısamüddətli  qeyb  dövründə  sə irləri  yolu 
ilə əlaqə saxlamışdır. Elə isə, keçmişdə həyatını yaşamış bəlli 
bir şəxsiyyətdir. Şiə ardıcılları ilə yenidən möhkəm əlaqə sax-
lamışdır. Baxmayaraq ki, bu aləmdə insanlardan örtülü halda 
olsa  da,  tərəfdarlarının  içindədir.  Seyyid  Muhəmməd  Baqir 
Sədr
151
 deyir: “İslam xilaskar düşüncəsinü qeybdən gerçəkliyə, 
gələcəkdən indiyə, biz onun doğulmasını və xəbərini gözləyirik 
ki, onun misdaqına diqqət yetirək – düşüncəsindən hal-hazır-
da  fəaliyyətinin  intizarını  çəkdiyimiz,  qanı  və  ətilə  aramızda 
yaşayan müəyyən bir insana dəyişdi. Biz onu görürük, o da bizi 
görür. Ümid və acılarımızla yaşayır, kədər və sevincimizdə bi-
zimlə şərik olur, digərlərilə birlikdə vəd olunan anı izləyir”.
152
Bəhsimizin  sonuna  çatmazdan  öncə  boynumuzda  bir  neçə 
sətir artırmaq düşür ki, Məhdəviyyətin yeri və ümumilikdə insan-
lıq, xüsusi olaraq şiəliyin nəzərində strateji əhəmiyyətini ümumi 
nəzərlə izah verməyə çalışaq.. Bəşəriyyət tarixini, insanlığın baş-
lanğıcdan sonuna qədər olan getdiyi yolu əhatəli və sürətli şəkil-
də  qiraət  etdikdə  insanlıq  irsinin  əsaslarında  xilaskar  (Mehdi) 
düşüncəsinin əsasında din, fəlsəfə, tarix, siyasi toplum olduğunu 
görürük. İşlənilən nəzəriyyələrdə, hamısı işarə edir və müjdələyir 
ki, Məhdəviyyət etiqadı insanlıq arzuları və gözləntilərilə üst-üstə 
düşür. O, mütləq şəkildə bəşəriyyətin gözlədiyidir. Seyyid Muhəm-
məd  Baqir  Sədr  deyir:  “Mehdi  arzuların  ünvanıdır.  Bəşəriyyət 
müxtəlif dinləri və məzhəblərilə ona sarı yönəlib. Həmçinin  itri 
151
  Seyid Muhəmməd Baqir Sədr (1935-1980) iraqlı, şiələrinin dini mərcəi, 
mütəfəkkir, İslam  ilosofu Kazimeyndə doğulmuşdur.
152
  Bəhsun həuləl-Mehdi, Seyid Muhəmməd Baqir Sədr, s.10


148
Müctəba Sadət
ilham üçün formuldur. İnsanlar onun tərə indən dərk edib ki, yer 
üzərində bəşəriyyət üçün vəd olunan bir gün var ki, onda davam-
lılıq və arxayınçılıqlarını tapa bilər”.
153
Xilaskar və qurtarıcı düşüncəsi insanlıq gözləntisi kimidir 
ki, dünya dinləri hamılıqla ona bəşarət vermişlər. Lakin bunu 
ümumi şəkildə etmiş və təfsilatını incələməyiblər. İmamiyyə te-
zisi isə, əksinə, Məhdəviyyəti bəlirləmiş, həri lər üzərinə nöqtə 
qoymuş,  dəqiq  əlamətlərlə,  təfsilatına  izah  verməklə,  əhatəli 
metodla,  əyani  görünüşdə  təqdim  etmişdir.  Odur  ki,  müsəl-
man olmayan bir sıra  ilosof, sxolastikin şiələrin Məhdəviyyət 
tezisinin vəs i barədə dəqiq və gözəl rəylər verdiyini görürük. 
Əhli-beyt məktəbinin getdiyi yolda onun təsiri önəmli, rolu ay-
dındır. Fransız şərqşünastı Henri Kurban
154
 deyir: “Məhdəviy-
yət şiə ideologiyasında önəml və əsas sütun formalaşdırır. Onu 
bütün  İslam  məzhəblərdən  üstün  edir.  Bu  isə  onun  irəliləmə 
və  çiçəklənməsinə  səbəb  olmuşdur”.
155
Başqa  bir  yerdə  deyir: 
“Şiə irsi Mehdi barədə dərin düşüncəni cəm edir ki, o, Muhəm-
mədi vilayətini sonlandırandır. Bu  ikir sünni İslamında yayılan 
Mehdi təsəvvürü tərə indən mahiyyətindəki düşüncə ilə ixtilaf 
daşıyır. Belə ki, öz-özlüyündə əvəz olaraq söz üçün imamət dü-
şüncəsilə şiə mənasını birləşdirmək mümkün deyil. Nə də ba-
tini düşüncə ilə onun yozumunu, yaxud gələcəkdən onu təyin 
edəni. Biz izahlı və əsas fərqlə çıxarış etmişik ki, Muhəmməd 
peyğəmbərlərin sonuncusu idi, ancaq bu sonunculuq peyğəm-
bər göndərməyə aid idi. Şiə irsi yeni bir dairə açılışını imzala-
mışdır – vilayət dairəsini, ruhi hidayət dairəsini”.
156
 
153
  Bəhsun həuləl-Mehdi, Seyid Muhəmməd Baqir Sədr, s.8
154
  Henri Kurban (1903-1978) fransalı  ilosof, şərqşünas. İranda İslama cid-
di maraq bələmişdir, xüsusilə də şiələrə. “İran İslamında on ikinci imam” 
onun ən əhəmiyyətli kitablarındandır.
155
  Tarixul-fəlsəfətil-islamiyyəti, Seyid Cavad Təbatəbai, s.105
156
  Henri Kurbanın “On ikinci imam” kitabı, Mahmud Musəvinin tərcüməsi, 
s.53, 54.


149
Məhdəviyyət haqqında nəzərlər
Amerikalı  ilosof  Fransis  Fukuyama
157
  deyir:  “Şiələr  bir 
quşdur ki, atdığımız oxdan daha uca uçurlar. Onun iki qanadı 
var:  Qırmızı  (keçmiş)  və  onun  kökü  Kərbəladadır.  Bir  də  ya-
şıl qanad (gələcək). Onun kökü isə Məhdəviyyət, onun əli ilə 
ədalət tələb etməkdir. Onlar müntəzirdirlər. Müntəzir isə ümi-
dsizliyə qapılmaz. Bu onların fənaya düçar olmalarının qarşı-
sını alır. Şiə bu iki qanadla daha uca uçur. Çünki bizim atdığı-
mız iqtisadi, siyasi, iqtisadi və mədəni oxdan uzaqdırlar... Onlar 
necə məğlub ola bilər???”
158
 Görürük ki, Məhdəviyyət əqidəsi-
nin və mədəniyyətinin şiələrin nəzərində bir çox kəlami, siyasi 
düşüncə və fəaliyyətlərdən daha böyük və önəmli təsiri vardır. 
Onun rolu icraedicidir, tarix və müasirlik baxımından şiəliyin 
azadlıq hərəkatının ortaya çıxmasında əsas faktordur. Hərəkət, 
fəaliyyət, çalışqanlıq zamanı yol nəsillərin qarşısında işıqlanır, 
onların  daxilləri  fədakarlıq,  qərarlı  olmaq,  gələcəyə  optimist 
yanaşmaqda ümid saçmaqla işıq saçır.
Bəzi  ilosof,  şərşünas  və  din  mədəniyyətindən,  insanlığın 
gözləntilərindən və xilaskar düşüncəsindən uzaq olan kəslər, 
habelə  o  kəslər  ki,  özlərində  pis  baxış  gəzdirir  və  bəşəriyyə-
tin gələcəyini qara gözlərlə qiraət edir, təkidlə “Dünya tezliklə 
dağılacaq və yoxa çıxacaqdır, bəşəriyyət çağdaşlıq və kültürün-
də elə bir mərhələyə çatmışdır ki, qarşısında qəbirə düşmək 
üçün yalnız bir addım qalmışdır, o qəbir ki, onu öz əli ilə qaz-
mışdır”
159
 – deyirlər, tarixin sonuna dair belə bir baxış qərbin 
öz zatına baxışını göstərir. Lakin onlar qa ildirlər ki, bəşəriyyət 
tarixindəki əsas gedişat və geniş xət baxımından bu büdrəyiş-
157
    Yuşihiru  Fransis  Fukuyama  siyasi  iqtisadiyyat  və  siyasət  alimidir.  O, 
Amerika universitetinin professorudur. Çikaqo şəhərində 1952-ci ildə doğ-
lulmuşdur. Harvard universitetində siyasət elmləri üzrə doktor olmuşdur. 
Yapon əsilli amerikalıdır.
158
  Fukuyama bu sözü Qüdsdəki toplantıda, 1986-cı ildə demişdir
159
  Əməlul-insan, əl-İmamul-Mehdi  i  ikril-İslamiyyil-əsil, s.62


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə