Ruen Mehdeviyye indd



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə45/66
tarix26.10.2018
ölçüsü0,81 Mb.
#75755
1   ...   41   42   43   44   45   46   47   48   ...   66

141
Məhdəviyyət haqqında nəzərlər
məsi..Bu söz olduqca absurd və iftiradır, belə bir ittihamın heç 
bir əsası yoxdur. Bunu müxali lər tez-tez təkrarlamış, belə bir 
hekayə qondarmış və bu günədək bu yalanı təkrarlamaqdadır-
lar ki, digərləri bunu qeyb düşüncəsinin axmaqlıq olmasına də-
lalət edən pis əməl saysınlar. Bu töhmət şiəyə yapışdırılmışdır. 
Güman etmişlər ki, şiələr öz imamlarını sərdabda axtaracaqlar 
və onun zühuru orada baş tutacaqdır. 
Sərdab  həqiqəti:
144
  Qədim  dövrlərdə  əksər  mənzilər  isti 
məntəqələrdə  idi,  yayda  istiliyi  keçirmək  üçün  həmin  ev-
lərə sərdab düzəldilirdi. İmam Əskərinin evi İraqda yerləşən 
Samərra şəhərində idi ki, həmin evdə də sərdab vardı.. İndi də 
“Qeyb  sərdabı”  adı  ilə  məşhurdur.
145
O,  Samərrada  “əl-Ətəbə-
tul-müqəddəsə”də bariz məkan və məskəndir. İki imam – Hadi 
və Həsən Əskərinin qəbrindən qərb istiqamətində yerləşir. Şə-
rafətli və müqəddəslik səbəbilə şiələr bu yerə ehtiramla yana-
şırlar. Çünki İmam Hadi və İmam Əskərinin evinin bir parçası 
olmuşdur.  Bura  onların  bəzi  zamanlarda  gecəni  keçirtdikləri 
və ibadət etdikləri yer olmuşdur. Habelə oğlan uşağı olan ima-
mın, onun atasının və babasının namaz qılan yerləri olmuşdur. 
Onlar  adət  etmişdilər  ki,  düşüncəyə  qapılmaq  və  ibadət  et-
mək üçün oraya çəkilsinlər. Həmçinin Abbasi xəlifəsinin gecə 
nəzarətçisinin  basqıları  başda  olmaqla,  narahat  edənlərdən 
uzaq durmağa çalışırdılar. O, mübarək məkanlardandır ki, Al-
lah orada öz adının uca tutulmasına və zikr olunmasına icazə 
vermişdir. İmam Mehdinin qəti bir məkanı yoxdur ki, orada qə-
rar tutsun. Tərcih edilən bu idi ki, onu doğulmuş olduğu evdə 
144
  Sərdab: yer altında tikilidən ibarətdir. İsti yerlərdə yayılmışdır. Adətən 
günəşən uzaq, rütubətə yaxın yerdə olur. Həmçinin sərin olur.
145
  Qeyb sərdabının tarixi haqda məlumat üçün müraciət edə bilərsiz: Şeyx 
Zəbihullah Məhəllatinin “Mə`sərul-kubra  i tarixi Samərra”, c.1, s.292 və on-
dan sonra.


142
Müctəba Sadət
ziyarət etsinlər. Şair Əllamə Seyyid Muhsin Əmin “Əta sailən” 
adlı qəsidəsində buna işarə etmişdir.
146
 
Yalan  uydurmağın  yaranması:  Sərdab  şübhəsi  və  yalanı 
şiələrin həmin yeri ziyarət edib, orada namaz qılması və İmam 
Mehdinin  ziyarətnaməsini  oxumaqlarından  başlayıb.  Müxa-
li lər  düşünürdü  ki,  şiələr  onun  orada  olmasına  inanırlar.  Bu 
mövzu sənədsiz, araşdırmasız məqsədli tarixi şaiyələrdən ol-
mağa başladı. Elmi və tarixi baxımdan sübut edilib və dəstək-
lənib ki, şiələrdən elə bir kəs yoxdur ki, İmam Mehdinin sər-
dabda qeybə çəkilməsinə etiqad bəsləsin. Yaxud düşünsün ki, 
orada yaşayır və qalır. Bunu nə onların alimləri, nə də avamları 
söyləmişdir. Şiə kitabları və əsərlərində bu sözün heç bir mən-
bəsi yoxdur. Əksinə, şiələr etiqad bəsləyir ki, Mehdi sağdır, o 
bu dünyada ruzilənir, camaatla yaşayır, onları görür, onlar da 
onu görürlər, Həccə gedir, camaatla danışır, sə irlər seçir, mal-
ları qəbul edir və tövqilər yazır, hadisələrə yaxından şahid olur. 
Hər  hansı  bir  adi  şəxs  kimi  yaşamağına  böyük  fürsəti  vardır. 
Lakin onlar onun məsələsinin həqiqətini bilmirlər.. Şair Əllamə 
Seyyid Muhsin Əmin bunu nəzmə çəkərək söyləmişdir.
147
Töhmət və iftiralar: Sərdab ətrafında quraşdırılan əfsanələr, 
bunu ələ salan şeirlərin yazılmasının, hətta qaçacaq yol olsay-
dı belə, heç bir əsası yoxdur. Bu, iftiranın özüdr. Bu yalançılıq 
cahil qələmlər arasında dolaşır, illyuziya və xəyal aləmində in-
kişaf edir. Əllamə Seyyid Muhəmməd Kazim Qəzvini bununla 
əlaqədar  qeyd  etmişdir:  “Digəri  gəlir  və  xəyalının  təsirindən 
bu  yalançılığa  başqa  bir  töhmət,  başqa  bir  iftira  əlavə  edir. 
146
  “Əta sailən” qəsidəsi. 309 beytdə gəlmişdir. Bu, adı çəkilməyən müəlli-
in  25  beytdə  Bağdaddan  gələn  qəsidəyə  cavab  olan  qəsidədən  ibarətdir. 
Seyid Muhsin Həkimin “əl-Burhan əla vucudi Sahibiz-Zəman” kitabında qə-
sidə şərhlərilə birlikdə mövcuddur. Həmçinin, Əbdülqadir Əbülməkarimin 
“əl-Məusuətuş-şəriətil-Məhdəviyyət”, c.6, s.88.
147
  Əl-Məusuətuş-şəriətil-Məhdəviyyət, c.6, s.89


143
Məhdəviyyət haqqında nəzərlər
Deyir: Şiələr hər Cümə günü Sərdabın qapısına silah-sursatla 
gəlir, çığırıb deyirlər: Ey Mövlamız, bizə sarı çıx! Kaş bu azğın-
lar yalançılıqda bir söz üzərində yekdil olardılar! O həddə ki, 
pisliklərinin üstü açılmazdı, saxtakar maskaları yerə düşməz-
di. Lakin Allah yalnız haqqı izhar etmək, batilə damğa vurmaq 
və qüsurunu ortaya çıxarmaq istəyir. Sən onları bir-birinə zidd 
sözlər üzərində parçalandığını görərsən. Onlardan biri deyir: 
Bu  sərdab  Hillədədir.  Digəri  deyir:  O  Bağdaddadır.  Üçüncüsü 
deyir: O Samərradadır. Onlardan sonra Qəsimi gəlib, bilmir ki, 
o haradadır. Sərdab ifadəsini işlədir ki, pisliyini gizlətsin”.
148
 
Həqiqət: İmam Mehdinin sərdabın içində qeybə çəkilməsi 
bir  əfsanədir  və  bunu  –  tarixləri  doğrduqdan  bu  günə  qədər 
heç  bir  şiə  söyləməmişdir.  Bunu  onların  düşmənləri,  onlara 
kin-küdurəti olanlar uydurmuşlar.. Şair Əllamə Seyyid Muhsin 
Əmin bunu nəzmə çəkilən beytlərdə ifadə etmişdir.
149
  
Etiqadımız belədir ki, İmam sərdabın içində qeybdə deyil. 
Ora onun atasının, babasının məskunlaşdığı yerdir və atasıy-
la bərabər yaşadığı mənzildir. Həmin yer orada onları ziyarət 
etmək üçün tərcih edilən yerdir.. Həqiqət isə budur ki, İmam 
hadisələrin içindədir. Ümmətin üzləşdiyi məsələlərə əlac edil-
məsində öz yolu və üslubu vardır. Bu, elə ondan bizə varid olan 
hədisi açıqlayır ki, onun qeyb durumunun faydası buludların 
örtmüş olduğu günəş kimidir.
Şübhələrin həqiqəti: Bu o iradlardandır ki, elmi meyarlar, 
məntiq  əsaslar  və  sağlam  metod  baxımından  cılız  olduğunu 
görürük. Bu şəkildə onun həqiqəti üzə çıxır, gövdəsi zəif, sütu-
nu qırıq, tikilisi dağılmış hala düşür.. O həddə ki, Məhdəviyyət 
məsələsində şübhəyə salma ağıl və elmin təsdiq etmədiyi ay-
dın bilən həqiqətlər barədə şəkk halını alır.
148
  Əl-İmamul-Mehdi minəl-Mehdi iləz-zuhur, s.202
149
  Əl-Məusuətuş-şəriətil-Məhdəviyyət, c.6, s.90


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə