Ruen Mehdeviyye indd



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə43/66
tarix26.10.2018
ölçüsü0,81 Mb.
#75755
1   ...   39   40   41   42   43   44   45   46   ...   66

135
Məhdəviyyət haqqında nəzərlər
deyil, əksinə, bizim Mehdiyə imanımız həqiqi dəlil və bürhan-
lara əsaslanır. Həmçinin ağıl və elmə uyğundur. Bu, Allahın ira-
dəsinə boyun əymək və təslim olmaqdır. Məsələ Allahın istədi-
yi kimidir, onun məxluqunun istəyi kimi deyil.
  Allah Mehdi üçün on iki imamdan biri olmasını müqəd-
dər etmişdir. Həmçinin öz hikmətilə qərarlaşdırmışdır ki, onla-
rın sonuncusu, bəşəriyyətin xilaskarı olsun. Mehdi o kəsdir ki, 
yer üzünü haqq-ədalətlə dolduracaqdır. O kəsdir ki, qəti şəkil-
də vəd olaraq,
135
 İslamı digər dinlər üzərində qalib edəcəkdir.
136
Biz  Allahın  iradəsinə  təslim  olanlar  kimi,  yalnız  imamların 
saylarının təkmilləşmiş olmasına, onların Qurandan ayrı olma-
masına iman bəsləməliyik. Habelə biz yalnız on ikinci İmamın 
varlığını,  qeyb  dövrünü,  qeybə  çəkildikdən  sonra  zühurunu 
iqrar etməliyik. Həmçinin bu zühur qəti surətdə qeybdən son-
ra olacaqdır. Çünki bundan əvvəl zühur etməsi mümkün deyil. 
Bu,  ilahi  imamətin  davamlığı  üçündür.  Allahın  məxluqatına 
və peyğəmbərə verdiyi vədin yerinə yetirilməsidir.. Mehdinin 
qeybi və zühuru Allahın qüdrətidir. O, lüt kar və xəbərdardır, 
istədyini  edər,  lakin  nə  edərsə,  hikmət  üzündən  edər.  Biz  Al-
lahın hikmətinə müdaxilə edə bilmirik. Qətidir ki, insan zeh-
ni baxımdan Allahın davranış və işlərində böyük Xaliqin hik-
mətini əhatə edə bilməz. Elə isə qeybin faydasını doğru hesab 
etməliyik.  Hətta  bunun  hansı  hikmət  üzündən  baş  verməsini 
bilməsək  belə.  Necə  ki,  İmam  Sadiq  buyurmuşdur:  “Bunda 
hikmət  cəhəti  odur  ki,  yalnız  zühurundan  sonra  üstü  açılar”. 
Sonra buyurdu: “Bu məsələ Allahın məsələlərindən biri, həm-
çinin sirlərindən biridir. Qeyb Allahın qeybindəndir. Nə zaman 
ki, onun hikmətli olduğunu bilmişik, hər bir feilinin hikmət ol-
135
  Nur, 55
136
  Müəlli in apardığı tədqiqatlardan: “əl-İntizar” jurnalı, altıncı say; “Cən-
nətul-Hüseyn” jurnalı, ikinci say.


136
Müctəba Sadət
masını təsdiqləmişik. Hətta cəhətlərinin üzəri açılmamış olsa 
belə”.
137
Uzunmüddətli qeyb dövründə İmamdan faydalanmaq:
İşarə  etməyimiz  zəruridir  ki,  İmamdan  fayda  əldə  etmək 
yalnız  onun  zühuru  ilə  məhdudlaşmır.  Əksinə,  burada  hətta 
qeybdə və camaatdan gizli olsa belə saysız faydalar vardır. Şə-
rafətli rəvayətlər qeybdə ikən İmamdan faydalanmağı buludla-
rın örtdüyü zaman günəşdən faydalanmağa bənzədib. Günəşin 
qarşısını bulud tutsa da istiliyi, işığı və s. gəlib çatır. İmam da 
belədir, qeybdə olsa belə, onun faydası vardır. Əgər biz bu fay-
daları  bilmiriksə,  onun  yoxluğuna  dəlalət  etmir..  Biz  nəqli  və 
əqli dəlilləri qiraət edəcək və qeybinin bəzi faydalarından xə-
bərdar olacağıq:
1 – Varlığının yer əhalisinə əminamanlıq olması: Əgər 
onun  varlığı  olmasaydı,  yer  öz  əhlini  udardı.  Onun  səbəbilə 
müsəlmanlardan  bəla  dəf  olunur.  Allahın  Rəsulu  buyurmuş-
dur:  “Mənim  əhli-beytim  yer  əhalisinə  əminamanlıqdır.  Əgər 
əhli-beytim getsə, yer əhli də getmiş olar”.
138
 Allah-taala buyur-
muşdur: “Sən onların arasında olduğun halda Allah onlara əzab 
verməyəcək”.
139
 Onun varlığı bəşərin yer üzərində qalma səbə-
bidir. O, insanlıq aləminin qəlbidir. Bu dəlillərdən biz İmamın 
varlığını təkvini bir əlamət olaraq duyuruq. Əgər o olmasaydı, 
həyat məhv olardı. Burada onun zühuru və qeybi arasında heç 
bir fərq yoxdur.  O bir günəş kimidir və yer üzərində həyatın 
davamlı olmasında rol oynayır.
2 – İlahi feyz vasitəsidir:  Allah-taalanın  yer  üzərinə  və 
əhlinə feyzləri yalnız vasitə ilə nazil olur. Bu zamanda isə on-
dan başqa birisi yoxdur ki, bunlar ona görə olsun. İmam varlıq 
işləri  və  Qədr  gecəsində  məxluqat  üçün  müqəddər  olan  tək-
137
  Kəmalud-din, Şeyx Səduq, bab 44, s.438.
138
  Mustədrəkus-səhiheyn, 3/458; Kənzul-ummal, 6/116
139
  Ənfal, 33


137
Məhdəviyyət haqqında nəzərlər
vini  müqəddəratın  icrası  üçün    bir  mərkəzdir.  Həmin  gecədə 
mələklər  və  ruh  yer  üzünə  enər,  əgər  o  olmasaydı,  bu  nazil 
olma tamamlanmazdı. Allah buyurub: “O gecə Rəbbinin izni ilə 
mələklər və Ruh hər işə görə (yerə) enirlər”.
140
 İmam mələklə-
rin endiyi yerdir və Allah bəndələrinə ilahi nemətlərin çatması 
və vasitəsidir. Bu, İmamın işlərindən biridir. Hətta qeybdə və 
camaatdan gizli olsa da belədir. Onun vasitəsilə ilahi müqəd-
dərat  gerçəkləşsin  və  məxluqatına  feyz  yetişsin  deyə,  varlığı 
labüddür. 
3 – Onun məxluqata şahidlik məqamı vardır: İmam bən-
dələrin əməllərinə şahid sayılır. Belə ki, Allah-taala buyurmuş-
dur: “Beləliklə Biz sizi orta bir ümmət etdik ki, insanlara şahid 
olasınız, Elçi də sizə şahid olsun.”.
141
Qiyamət günü cəza və he-
sab şahid olunan əməllər əsasında olar. Hal-hazırkı dövrümüz-
dəki şahid isə İmam Zamandır. O, məxluqat üzərində höccət-
dir. İmamət nübüvvətin davamıdır. Onun varlığı bizim hazırkı 
dövrümüzdə Allah Rəsulunun öz zamanındakı vücudu kimidir. 
O  zaman,  şahidlik  etməsi  üçün  varlığı  labüddür.  İstər  varlığı 
qeybdə olsun, istərsə hazır olsun.
4 – Şərafətli varlığınının bir neçə faydası var:  İmam-
dan yararlanmaq təkcə onun zühuruna aid deyil. Onun vücu-
du qəlblərə aramlıq bəxş edir, həmçinin möminlərin əzmkalıq 
qüvvəsini davamlı edir. O, ölkələrdə Allahın əminamanlığı, sı-
ğınacaq  yeri,  bəndələrin  qorunacaq  məskənidir  ki,  şiddət  və 
sevinc zamanı ona sığınırlar. İmamın zühuruna ümid bəsləmək 
optimizm və pozitivlik yaradır və əmələ hərəkət etdirir.. İma-
mın ümmət ilə əlaqəsi, onun xalq bazası ilə rabitəsi böyükdür. 
Onun vəzifələrindən biri şəriəti qotumaq və İslama göz-qulaq 
olmaqdır. O, şiələrin hərəkətini yönəldir və hədəfə çatdırır, ha-
140
  Qədr, 4.
141
  Bəqərə, 143


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə