Ruen Mehdeviyye indd



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə39/66
tarix26.10.2018
ölçüsü0,81 Mb.
#75755
1   ...   35   36   37   38   39   40   41   42   ...   66

123
Məhdəviyyət haqqında nəzərlər
vardır. Hansı ki, alimlər onların yüzdən artıq ayə olduğunu he-
sab edib.
120
2 – Şərafətli nəbəvi hədislər (Nəqli dəlil): Hansı ki, ümumi 
anlamda  İmam  Mehdiyə  (imamətə)  toxunur.  Dəlalət  və  işarə 
baxımından  mütəvatirdir  ki,  imamət  davamlıdır,  kəsilməzdir. 
Buna dair mütəvatir hədislər var. Məsələn, səqəleyn, on iki xə-
lifə, zamanın imamı kimi hədislər. Habelə İmamın doğulması 
və hazırkı varlığı iltizami dəlil ilə ifadə olunur.
121
3 – Peyğəmbər və imamların xəbər verməsi (Nəqli dəlil): 
Onlar  xəbər  verib  ki,  İmam  Əskərinin  övladı  doğulub  sonra 
qeybə çəkiləcək. Allah ona zühur etməsi və yer üzünü ədalətlə 
doldurması üçün icazə verənədək uzun ömür yaşayacaq. Bunu 
təsdiq etmək hər bir müsəlmana lazımdır.
122
4  –  Valideyni  və  mamaçanın  şahidliyi  (Tarixi  dəlil):  Atası 
İmam Əskəri (əleyhissəlam) oğlu – vəd olunan Mehdinin do-
ğulmasına şəhadət verib etiraf etmişdir. Həmçinin İmam Cava-
dın (əleyhissəlam) qızı Həkimə xanım da buna şahidlik etmiş 
və doğulmasında qabilə (doğuş etdirən) kimi iştirak edib.
5  –  İmamı  gördüyünə  şahidlik  edən  onlarla  insan  (Tarixi 
dəlil): Onların adı uzundur. Həmin kəslər İmamı görmüş, hə-
yatının müəyyən dönəmlərində onunla əlaqə saxlamışlar. İstər 
atasının yanında görsünlər, istər qısamüddətli qeyb dövründə, 
istərsə də uzunmüddətli qeyb dövründə. Onlar həmçinin buna 
şəhadət veriblər. Bunları tarix qaynaqları qeyd edib.
120
 Bu barədə imamiyyənin Məhdəviyyət tezisinin kökü barəsində yazdığı 
kitablara müraciət edə bilərsiz.
121
  İmam  Mehdi  hədislərinin  toplusu  Peyğəmbərdən  onun  barəsində  rə-
vayət olunan 560 hədis qeyd edib.
122
 Şeyx Lütfullah Sa inin “Muntəxəbul-əsər” kitabında qeyd etmiş olduğu 
statistik  göstəriciyə  müraciət  edə  bilərsiniz.  Həmçinin  şiə  və  sünnilərin 
İmam  Mehdi  barədə  nəql  etdikləri  rəvayət  toplumunun  saylarını  əhatə 
edən statistik göstəricilərə baxa bilərsiz.


124
Müctəba Sadət
6 – Abbasi hakimiyyətinin hadisəyə reaksiya verməsi (Ta-
rixi  qərinə):  İmam  Əskəri  vəfat  etdikdən  sonra  hakimiyyət 
İmam Mehdinin ailəsinə təzyiq göstərdi. Bunu elə bir yolla etdi 
ki, gizli olan təhlükəli körpədən qorxduğunu göstərirdi. Tarix 
bunu qeyd edib. Bu durum eynilə Fironun Musa əleyhinə et-
diklərinə bənzəyir. 
7 – Bəzi sünni alimlərin İmam Mehdinin doğulması barədə 
etira ları (Tarixi qərinə): Kitablar və qaynaqlarda yüzdən çox 
Əhli-sünnə  alimlərinin,  həmçinin  müxtəlif  dəstələrdən  olan 
kəslərin İmam Mehdinin doğulmasını aydın şəkildə etiraf et-
dikləri yazılıb. Həmin şəxslərin bəziləri Axirəzzamanda zühur 
edəcəyi vəd olunan həmin imamın Həsən Əskərinin oğlu oldu-
ğunu deyib.
8 – Naiblik məsələsi və müqəddəs nahiyədən tövqilərin çıx-
ması (Tarixi qərinə): Dörd naib vasitəsilə İmamın məsələlərə 
cavabları və onun tərə indən tövqilər çıxıb. Bunlar İmamın öz 
xəttiylə, dəyişikliyə məruz qalmadan 70 il ərzində baş vermiş, 
şəxsi  üslub  və  məzmunda  olmuşdur.  Bu  məsələ  şiə  tarixində 
aydındır.
9 – Nəsəb alimləri İmam Mehdinin (əleyhissəlam) doğul-
masını etiraf etmişlər (Tarixi qərinə): Hər bir fənnin əshabına 
müraciət  etmək  zəruri  bir  məsələdir.  Xüsusilə,  haqqında  da-
nışdığımız məsələ ilə bağlı nəsəb alimləri İmamın adını nəsəb 
kitablarında yazmışlar. Bunun özü onların İmamın doğulması-
na iman bəsləyib təsdiq etmələrini göstərir. Xüsusilə, onların 
müxtəlif  məzhəblərdən  olması  məsələni  daha  da  aktual  edir. 
Görürük  ki,  onlar  arasında  əhlül-ammədən,  şiəyə  tərəf  olan 
Zeydilərdən  olan  kəslər  vardır.    Məkkə  əhli  onun  şöbələrini 
daha yaxşı tanıyır.
10  –  Bir  sıra  tarixi  qərinələr:  Məsələn,  İmam  Əskərinin 
evində Mehdini görən xidmətçi və kənizlərin şahidliyi.


125
Məhdəviyyət haqqında nəzərlər
255-ci  ildən  indiki  günümüzə  qədər  tarixin  uzun  mər-
hələləri boyunca şiələr arasında İmamın doğulması və qeybə 
çəkilməsi  düşüncəsi  aydındır.  Əsərlər  onun  varlığına  dəlalət 
edir:  Məsələn,  sözləri,  danışıqları,  təlimləri,  vəsiyyətləri,  du-
aları,  salavatları,  yazıları,  təlimatları.  Bundan  əlavə  də  tarixi 
qərinələr və şahidliklər vardır ki, onun varlığına dair şübhə et-
məyə heç bir əsas qalmır.
Bir sıra dəlillər, bürhanlar, şahiliklər, qərinələr, mütəvatir, 
səhih, dəlaləti aydın olan hədis və rəvayətlər İmam Mehdinin 
doğulmasına dəlalət edir. Bütün bu dəlillərdən, ona yardımçı 
olan əlavə qərinə və amillərdən sonra bizdə doğulmasına, var-
lığına ən az şübhə yarana bilərmi?! Sual veririk, bu bürhanlar-
dan və elmi məntiqdən sonra nə deyir? 
İkinci: Erkən imamətə yetişməsini inkar etmək
İmam Mehdi həyatının erkən çağında müsəlmanlara imam-
lıqda atasının xələ i olub. Həmin vaxt onun beş yaxşı var. Bu, 
müxali lərin hələ az yaşı olduğu halda, imamlığını qəbul edib, 
ona iman bəslədiklərinə görə şiələrə eyib tutduqları məsələ-
dir.  Çünki  şiələrin  nəzərində  camaat  namazının  şərtlərindən 
biri həddi-büluğa çatmaqdır. Elə isə həyatın bütün sahələrin-
də müsəlmanların hamısına necə imamlıq, şəriəti təbliğ etmək 
məsuliyyəti daşımaq və onu qorumaq olar? Bu, İmam Mehdi 
barədə gətirilən və təqdim olunan şübhələrdən biridir.
İmam Mehdinin (əleyhissəlam) erkən imamlığı xüsusiyyə-
ti  ikri və ruhi məramdan imamətdə olan hər bir kifayətedici 
özəllikləri daşıyan gerçək, həqiqi imamətin özüdür. Bu, gərəkli 
olan, yaxud şəri cəhətdən fərz sayılan imamət deyil. Buna iki 
tərəfdən baxmaq olar:
1 – İdeoloji nahiyə.
İmamiyyə  şiəsi  iman  bəsləyir  ki,  imamət  dinin  əsasla-
rındandır.  Hansı  ki,  aləmlərin  Rəbbinin  işlərindən  sayılır  və 
mükəllə lərin xüsusiyyətlərindən deyil. Yəni o, dəlil və bürhan-


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə