Ruen Mehdeviyye indd



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə36/66
tarix26.10.2018
ölçüsü0,81 Mb.
#75755
1   ...   32   33   34   35   36   37   38   39   ...   66

114
Müctəba Sadət
Başqa  sözlə  desək,  bu  strateji  sahələr  üstün,  hikmətli  li-
deriliyin,  kamil  ideologiyanın,  parlaq  gələcəyin  strateji  nəzə-
rin, belə bir dəyişiklik üçün bol vasitələr və dünya xalqlarının 
qəbul etməsi üzərində duran dövlətin əsaslarına zəruridir ki, 
dövlət üçün müvəffəqiyyət yaratsın və hər bir peyğəmbərlərin 
arzusunu gerçəkləşdirsin. 
İdeal Məhdəvi dövlətinin əlamətləri
İmamiyyənin  Məhdəviyyət  tezisinin  özəlliyi  budur  ki,  o, 
bəşəriyyətin  parlaq  və    xoşbəxt  sonluğunun  rəsmini  çəkib. 
Belə ki, gələcək yolunda insanın yetişəcəyi son dayanacaq ən 
üstün  mərhələ  və  ən  gözəl  son  mənzildir.  Xoşbəxtlik,  rifah, 
xeyir,  haqq-ədalət,  zülm,  haqsızlıq,  döyüşlər,  qət,  fəsadın  yox 
edilməsiylə parlaq bir dövrdür. Elə bir əsrdir ki, yer üzü Rəbbi-
nin nuru ilə işıqlanacaq. Pozitiv, optimist nəzər özündə böyük 
ümid ruhu daşıyır ki, nə dura, nə də sönə bilər. Elə bir nəzər-
dir ki, canlılıq və fəaliyyətə təşviq edir, irəliləyiş və əmələ şövq 
verir.  Belə  ki,  o,  yer  üzərinin  varisliyi  barədə  Qurani-kərimlə 
uyğun gəlir. Habelə Qərb fəlsəfəsi tezis və nəzəriyyələrin ək-
sinədir. Onlar təkid edərək belə deyir: İnsan batmaqdadır, aləm 
isə geri qalmaqdadır və daha da pisə doğru irəliləyir. Bəşəriy-
yət öz qəbrini özü qazır”.
113
 Bu elə bir nəzərdir ki, hamısı pessi-
mizm və müvəffəqiyyətsizlikdir. 
Məhdəviyyət dövlətinin əlamət və nişanələrindən, seçkin 
xüsusiyyətlərindən xəbərdar olmaq üçün gərək şiələrin nəzə-
rində bəzi təsəvvürləri və gələcək amalı, yer üzərində səma-
vi dövləti – Ali-Muhəmməd dövlətindən söz açan şərafətli rə-
vayətlərə istinad edərək təsvir edək.
113
  Aşağıdakı  kitablara  müraciət  et:  Amerikalı  ilosof  Fransis  Fukuyama 
“Tarixin və axırıncı insanın sonu”. Bu barədə digər qərb müəlli lərinin də 
kitabları var. “Nehzətul-Mehdi  i dau`i fələsfətit-tarix”, Murtəza Mütəhhəri; 
“ən-Nəzəriyyətul-Məhdəviyyətu  i fəlsəfətir-tarix”, Əsəd Qeydarət


115
Məhdəviyyət haqqında nəzərlər
1 – İslami olmaq: Peyğəmbər və rəsulların göndərilməsi-
nin hədəf və qayəsi ümmətlər, xalqlar arasında tövhidlə ilahi 
təlimləri yaymaq olub. İslam dini isə hər bir səmavi dinin xü-
lasəsi və sonuncusudur. Məhdəviyyət dövlətinin əsas düsturu 
Qurani-kərim, şərafətli sünnə, onun tətbiqinə əməl və hökmlə-
rinin keçərli olmasıdır. Fəzilətli dövlətdəki düzgün İslam eynilə 
Peyğəmbərin gətirdiyi kimidir. O, nəzəri, elmi, söz və praktiki 
baxımından din, ideologiya, nizam və düsturdur. 
2 – Dünyəvilik:  İmamın  hökuməti  dünyanın  bütün  na-
hiyələrinə nəzarət və hökmranlıq edəcəkdir. Bu isə yer kürə-
sinin bütün ərazilərini fəth etməklə olacaq. İnsan cəmiyyətinin 
açarları saleh kəslərin əlində olacaq. Dünyəvi hökumət vahid 
forma alacaqdır ki, orada milliyyətçilik ünsürləri aradan götü-
rüləcək. Hər bir kəs vahid rəhbərlik altında birləşəcək. O (əley-
hissəlam), yer üzünün həqiqi varisidir və mütləq hakimiyyəti 
vardır, necə ki, Allah-təala yer üzündə canişinliyi vəd verib. 
3 – Ədalət: Məhdəviyyət dövlətində bariz əlamətdir. O, ide-
oloji  və  siyasi  bir  məramdır  ki,  dövlətin  hədə ləri,  metodları 
və üstünlükləriylə əlaqədardır. Dövlətin quruluşunda haqq-ə-
dalət tətbiq olunur, həqiqi əməl və davranışlara yansıdır, zülm 
və  haqsızlığın  təsirlərini  aradan  aparır.  Beləcə,  insaniyyətin 
ədalət və bərabərlik barədə arzuları gerçəkləşir, eynilə səma-
vi şəriət qanunlarının dəvət edib həvəsləndirdiyi kimi ədalətli 
cəmiyyət formalaşır. 
4 – Əmniyyət və hakimlik:  Məhdəviyyət  dövlətinin  qu-
rulmasının  başlanğıcında  geniş  sa laşdırma  işləri  aparılacaq. 
Zülm  və  haqsızlıq  əleyhinə  birbaşa  müharibə  elan  olunacaq. 
Fitnə, müharibə və cinayətin kökləri – təməldən sökülüb atı-
lacaq. Qorxu itib gedəcək, əmniyyət sabitləşəcək. Onun (əley-
hissəlam)  dövlətinin  kölgəsində  insan  cəmiyyəti  arasında 
arxayınçılıq  bərqərar  olacaq.  Bu  barədə  üstünlük  qəzavət  və 
məhkəmələrə böyük mövqe və əhəmiyyət verməyə qayıdacaq. 


116
Müctəba Sadət
Hansı  ki,  orada  qərar  həqiqət  və  gerçəklər  üzərində  olacaq. 
Zənn və üzdə olan məsələlərə dair icraçının iddialarını sübut 
edən  dəlillər  əsasında  olmayacaq.  Ədalət  yayılacaq,  əmin-a-
manlıq olacaq.
5 – İqtisadi çiçəklənmə: İqtisadi inkişaf artacaq və aktiv 
iqtisadi siyasət tətbiq olunacaq. Dünya bazarları aktiv və yet-
kinliklə idarə olunacaq, mal, sərvət ədalətli şəkildə paylaşdı-
rılacaq. Təbii yeraltı sərvətlər ehtiyacı ödəyən şəkildə çıxarıla-
caq. Buna əlavə olaraq, dövlətdə yemək, məskən, təlim, dərman 
kimi şeylər bol olacaq. Belə ki, bir şəxs ömrünün sonuna qədər 
rahat şəkildə yaşaya biləcək. Bütün mallara ehtiyac və ondan 
çox istəmək yox olacaqdır. Qiymətlər onun zamanında dəyişə-
cək. Mal üçün qeyd ediləcək dəyər sayılmaz, əksinə, təqva və 
əxlaq (səlim qəlb) dəyərli olar. İqtisadi rifah, fərahlıq və asayiş 
hər bir cəmiyyəti əhatə edər. O dərəcəyə çatar ki, bir nəfər sə-
dəqə verməyə yer tapmaz.
6 – Elmi və mədəni inkişaf: Yer üzərində insan həyatının 
irəliləməsi üçün sıçrayış baş verəcək. Toplumun mənəvi sahəsi 
elmin irəliləməsi qədər inkişaf edəcək. Sənaye və mədəniyyə-
tin inkişafı büruzə verəcək ki, bu da İmamın dövründə ağılların 
kamilləşməsi nəticəsində baş tutacaq. Tanışlıq, təlim vasitələ-
ri inkişaf edəcək, yeni elmlər meydana gələcək (Rəvayətlərin 
qeyd  etdiklərinə  əsasən,  25  hərf).  Elm  və  tanışlıq  nahiyəsin-
dən elmi hərəkat, iri mədəni sıçrayış, bəşəriyyətin hərəkətində 
mədəni key iyyətli modeli yaranacaq. Belə ki, dünyadan həqiqi 
cənnət düzəldiləcək.
7 – Sağlamlığın təkamülü: Onun xeyirli dövründə elmin 
irəliləməsi,  ağılların  kamilləşməsiylə  yanaşı  kəş lərin  başlan-
ğıcı da tamamlanacaq, hər bir ( iziki, daxili, psixoloji) xəstəlik 
üçün uğurlu əlaclar bol olacaq. Məhdəviyyətin vilayət nurları 
hər yerdə, hər bir şəxs üzərinə saçdıqdan sonra insani araşdır-
malar tibb və müalicə sahəsində yüksək dərəcəyə çatacaq. Şəfa 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə