Ruen Mehdeviyye indd



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə37/66
tarix26.10.2018
ölçüsü0,81 Mb.
#75755
1   ...   33   34   35   36   37   38   39   40   ...   66

117
Məhdəviyyət haqqında nəzərlər
üçün yeni üslub və yollar kəşf olunacaq. Tədricən xəstəliklər 
insanlar arasından yox olacaq. Həmin dövrdə dil lüğətlərindən 
xəstəlik və ağrı kimi sözlər çıxarılacaq. Cəmiyyət salamatlıq və 
kamil sağlamlığa nail olacaq. Həmin dövrün övladları uzunö-
mürlülük ilə seçiləcəklər. 
8 – Başqa aləmlərin açılışı: Hal-hazırkı dövrümüzdə kos-
mik səyahətlər kosmos və varlıq aləmini açmaq üçün ilkin ad-
dımlardır. Bu parlaq əsrdə bizim müasir vasitə və metodlarımı-
za güləcəklər (nə qədər biz işıq sürətinə çatmışıq). Bəşəriyyət 
kamilliyə və mütləq gerçək sivilizasiyaya yetişdikdə texnologi-
ya  və  fəzadakı  buludlardan  yararlanma,  kainatın  səbəbləriy-
lə tanışlıq, maddə arxasındakı potensial qüvvələrdən istifadə 
əsri olacaq. Habelə maddi və mənəvi inkişaf dövrü ən yüksək 
mərtəbəyə qalxacaq. Bəşəriyyət üçün fürsət yaranacaq ki, əha-
lini uzaq ulduzlara aparsın, habelə ölüm və bərzəx həyatında 
açılış etsin. Həmçinin bəşəriyyət yeni bir dövrə, mərhələyə qə-
dəm qoyacaq ki, ondan öncə xəbərsiz idi.
Bu  əlamət  və  nişanələr  onun  (əleyhissəlam)  zühurunda 
parlaq  cəhət  olacaq.  Bu,  insaniyyətin  onun  müqəddəs  əli  ilə 
gözlədiyi şeylərdir. Bu, şiənin nəzəridir və həmin parlaq və ay-
dın nəzərini müsəlman və başqa nəsillər üçün təsis edib. Meh-
dinin dövlətinin geniş xətləri, gözəl dövrü, əhatə edəcəyi inki-
şaf və hadisələr pak qəlbləri cəzb edəcək, habelə onu şövq və 
tutqu ilə döyündürəcək ki, həmin parlaq dövrə yetişsin və bu 
dövr gerçəkləşsin.
İmamiyyə tezisi barəsində olan şübhə və iradların izahı
Bəzi kəslərə imamiyyə tezisinə uyğun olaraq Məhdəviyyət 
əqidəsini  qavramaq  çətindir.  Onlar  bu  tezisə  tarixi  səhifələr-
dən və bununla əlaqədar konteksdən baxırlar. Həmin şəxslər 
bu tezisin ideoloji metod və əsaslarını tədqiq etmək üçün ağıl 
və düşüncələrini işlətmirlər. Bu da onların nəzərlərinin səthi, 
yüngül, hər bir həqiqətdən uzaq olmasına gətirib çıxarır. Odur 


118
Müctəba Sadət
ki,  Məhdəviyyət  düşüncəsi  və  mədəniyyəti  barəsində  bir  çox 
bilgilərdən qa il olan kəsləri görürük. Bu onların irsində örtülü 
və qarışıq halda qalıb. Ona görə də Məhdəviyyət iddiası edən 
çoxlu  fenomen,  məntəqələrində  özünü  həmin  ünvana  aid  et-
məyi görürük. Əlavə olaraq, bəzilərinin şübhəli hədə ləri var 
və ağır gəldikdən sonra həqiqətini saxtalaşdırmaq, formasını 
ləkələmək üçün şübhələr yaymağa çalışırlar. 
Məhdəviyyət əqidəsi əqli, nəqli baxımdan yəqin və doğru 
olması səhih və mütəvatir dəlillərlə sübuta yetsə də, şübhə ox-
ları,  üzərinə  atılan  anlaşılmazlıqdan  sığortalanmayıb.  Habelə 
bir az irəli gedərək məsələnin əsası barədə də şübhə yaradılır. 
Bəzi qərəzli qələmlər çalışır ki, Məhdəviyyət məsələsini hekayə 
və  şiələrin  uydurduğu  xürafat  kimi  xarakterizə  etsin.  Lakin 
imamiyyənin  Məhdəviyyət  tezisinə  iman  gətirməzdən,  qeyb, 
uzunömürlük və s. əlaqədar şeyləri təsdiq etməzdən öncə dərk 
olunması vacib olan həqiqət budur ki, imamiyyənin həqiqəti, 
mənsəbi, məqamı və əqidəsini tanımaq lazımdır. Çünki burada 
şiə Məhdəviyyətiylə rəbbani imamət həqiqətinin dərki arasın-
da möhkəm əlaqələr var. On iki imamçı məzhəbi Qurani-kərim, 
səqəleyn hədisi, on iki imam rəvayəti, kisa hədisi və s. vasitələ-
rin  işığında  buna  qaildir.  Bu  həqiqət  barədə  nəbəvi  nəslərini 
və Quran ayələrini dərinliklə mənimsədikdə şübhələrin heç bir 
yeri olmayacaq. Habelə asanlıqla qəbul və təsdiq ediləcək, ağıl 
və elm məntiqiylə həqiqəti dərk olunacaq.
Bəziləri  İmam  M-h-m-m-d  ibn  Həsən  Əskəri  barəsində 
problem  və  suallar  yaratmağa  çalışırlar.  Adətən  bu  şübhələr 
bəzi saxtakarların dilində dolaşır ki, onlar bunu İslam mədə-
niyyətinin  irsinə  qarşı  qoyurlar.  Həm  də  görərsən  ki,  onlar 
əsassız dəlillərdən istifadə edirlər. Bu, araşdırma və müzakirə 
yolu ilə aydınlaşacaq. Onların bu məqamda yapışmış olduqları 
qeyri-ciddi bəhanələr aşağıdakılardır:
1 – Doğulmasını inkar etmək.


119
Məhdəviyyət haqqında nəzərlər
2 – Erkən imamlığını münasib bilməmək.
3 – Uzunömürlülüyünü şübhə altına salmaq.
4 – Qeyb dövründə onun nə kimi faydası var?
5 – Sərdabə iftirası.
Bunlar imamiyyə tezisinə yönləndirdikləri və bu məqamda 
irəli sürdükləri ən əhəmiyyətli işkallardır.
114
 Biz tezliklə imkan 
qədərində onların üzərində duracağıq ki, həmin batil şübhələr 
aydınlığa çıxsın və ağıl məntiqi, elmi metodla zidd, İslam əqi-
dəsi və mədəniyyətindən uzaq olması görünsün. İslam metodu 
ağıl və məntiq üzərində durur. Fitrətə etimad edir və qeybə is-
tinad edir. İmamiyyənin Məhdəviyyəti bunların hamısı ilə zən-
gindir. Həqiqət isə Quran və nəbəvi metodla uyğun gəlir.
Birinci: Doğulmasının inkarı
Qeyd edilən şübhələrdən biri budur: İmam Mehdi doğulub-
mu və hal-hazırda mövcuddurmu? Yoxsa gələcəkdə doğulacaq? 
Nə üçün biz etiqad bəsləyirik ki, Mehdi həqiqətən doğulub, zü-
hurundan bir az öncə doğulmasında nə maneə var? Bu işkal şiə 
ilə əhlül-ammə arasında Mehdi mövzusu barədə ən ümdə  ikir 
ayrılığıdır.
İmamiyyə  etiqad  bəsləyir  ki,  vəd  olunan  Mehdi  on  ikinci 
imamdır. O, Samərrada (İraqda) hicrətin 255-ci ili, Şəban ayı-
nın 15-i doğulub. Allah onu, hikmətini bizim üçün açmadığı və 
Allahın sirlərindən biri kimi ifadə olunduğuna görə qeybə çə-
kib. Lakin əhlül-ammənin böyük dəstəsi belə hesab edir ki, o, 
hələ doğulmayıb və axirəzzamanda doğulacaq. 
Məhdəviyyət  imaməti  ideoloji  bir  məsələdir.  İdeoloji 
məsələyə istidlal etmək üçün biz üç dəlilə ehtiyac duyuruq: 
114
 İmamiyyə alimləri bu şübhələri rədd etmiş və onlara müstəqil yazılarda ca-
vab vermişlər. Kim daha geniş məlumat əldə etmək istəyirsə, Seyid Abdullah 
Ğəri inin  “Məusuətul-İmamil-Muntəzər  (əleyhissəlam)  qiraətu  il-işkaliyyat” 
(5 cild) kitabına, Seyid Əhməd İşkurinin “əl-Əqidətul-Məhdəviyyətu işkaliyyat 
və mualicat” kitabına və s. bu barədə kitablara müraciət edə bilər.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə