Ruen Mehdeviyye indd



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə40/66
tarix26.10.2018
ölçüsü0,81 Mb.
#75755
1   ...   36   37   38   39   40   41   42   43   ...   66

126
Müctəba Sadət
la ayaqda duran nübuvvət kimi ideoloji bir məsələdir. İnsanla-
rı, yaxud (həddi-büluğ, uşaqlara qadağan kimi)  iqhi məsələləri 
müqayisə etməyə uymur. Azyaşlının imamətinə dəlil gətirmək 
üçün  gərək  azyaşlının  nübuvvətinə  boyun  əymiş  olduğumuz 
kimi,  bunu  da  qəbul  edək.  Çünki  biz  Qurani-kərimdə  azyaş-
lı  uşağın  peyğəmbərliyini  sabit  edərək  açıqladığını  görürük. 
Buna dair bizim iki misalımız var: 
* İsa ibn Məryəm (əleyhissalam) ulul-əzm peyğəmbərlər-
dən  olub.  O,  hələ  südəmər  körpə  olarkən  peyğəmbər  seçilib. 
Allah-təala buyurub: “(Məryəm) ona işarə etdi. Onlar dedilər: 
“Beşikdə olan körpə ilə necə danışaq?” (Körpə) (dil açıb) dedi: 
“Həqiqətən  də  mən  Allahın  quluyam!  O  mənə  Kitab  verdi  və 
məni peyğəmbər etdi”.
123
* Yəhya ibn Zəkəriyyə (əleyhissalam) doqquz yaşı olarkən 
peyğəmbər seçilib. Allah-təala buyurub: “Ey Yəhya! Kitabdan 
möhkəm yapış (–deyə vəhy etdik). Biz uşaq ikən ona hikmət 
bəxş etik”.
124
Nübuvvət elə bir uca məqam və böyük özəllikdir ki, bu yerə 
yalnız qabiliyyəti çatan və Allahın bunun üçün seçdiyi kəs onu öz 
üzərinə ala bilər. Bu, imamətə də aiddir. Bu, uca məqam, ali dərə-
cədir ki, seçilməsi Allah tərə indən baş verir. İmamət nübuvvətin 
yayılmasıdır. İmam Mehdi peyğəmbər deyil, lakin onda peyğəm-
bərlərə  bənzər  xüsusiyyətlər  var.  Bu  şəxslər  rəbbani  vəzifəyə 
bağlıdır, onunçün seçiliblər. Allah-təaladır onları elm və hikmətlə 
artırır. Odur ki, İmam Mehdi barədə irəli sürülən erkən imamlıq 
işkalı və şübhəsi ondan öncəki peyğəmbərlərin əleyhinə də təq-
dim edilə bilər. Buradakı cavab, elə oradakı cavabdır.
2 – Tarixi tərə i.
Erkən imamlıq İslam tarixində sübuta yetmiş bir məslədir 
və illuziya deyil. Çünki az yaşı olmasına baxmayaraq bir şəxs 
123
 Məryəm, 29-30.
124
 Məryəm, 12.


127
Məhdəviyyət haqqında nəzərlər
ictimai  və  dini  sferaya  çıxır  və  müsəlmanların  ruhi  və  ikri 
baxımından imamı olduğunu elan edir.  Cəmiyyətdən olan ge-
niş kütlə, həmçinin şiələrdən olan xalq ona boyun əyir. Gərək 
əhali elm və tanışlığa malik olub  iqh, təfsir və əqaiddə baca-
rıq sahibi olsun. Çünki belə olmasa, xalq kütləsini imamlığı ilə 
qane etmək imkanına sahib olmaz. Buna əlavə olaraq, düşmən 
mövqeyində olsa belə, nə üçün Abbasi hakimiyyəti səssiz qa-
lıb? Halbuki bu hakimiyyət İmamı öz varlıqlarını təhdid edən 
böyük bir təhlükə hesab edirdilər. Necə ola bilər ki, öz xeyrinə 
olduğu halda, həqiqətin üzərinin açılması üçün heç bir iş gör-
mədi?  Həmçinin  azyaşlı  imamət  öz  qüsurunu  ortaya  çıxarar, 
ümmətə ruhi və  ikri rəhbərlik, imamlıq üçün kifayətsizliyi təs-
diqləyərdi. 
Erkən  imamlıq  əlamətləri  Əhli-beytin  həyatında  həqiqi 
əlamət olub. Bu, bir fərziyyə deyil. Bunun üçün İslam tarixində 
iki imamı misal çəkmək olar:
*  İmam  Muhəmməd  Cavad,  şiələrin  doqquzuncu  imamı, 
altı yaşı olarkən imamlığa çatıb.
* İmam Əli Hadi, şiələrin onuncu imamı, səkkiz yaşı olarkən 
imamlığa çatıb.
Abbasi hökumətinin bu imkandan istifadə etmədən susma-
sına yeganə izah budur ki, onlar erkən imamətin həqiqət olub 
saxta  olmadığını  bilirdilər.  Abbasilər  Məmunun  zamanında 
Cavadın  (əleyhissəlam)  imamətini  uğursuz  etməyə  çalışdılar. 
Uşaq  olduğuna  görə  onu  çaşqınlığa  salmaq  istəyirdilər.  Odur 
ki, doqquz yaşı olan vaxt onunla qazilər qazisi Yəhya ibn Ək-
səm arasında debat qurdular.
125
 Yəhya hakimiyyəti yanında ən 
böyük elmi dəstək idi. Lakin İmam Cavadın (əleyhissəlam) el-
mindən olan bir qarış suda boğuldu. Həqiqətdə imamlar (əley-
125
  Tarixdə  “Ov  etməyin  haram  olması”  adı  altında  məşhur  münazirəni 
Təbərsi “əl-İhticac” kitabı, c.2, s.444-də nəql edib ki, burada başqa müna-
zirələr də var.


128
Müctəba Sadət
himussəlam) hər bir yaşda öz qabiliyyətlərini isbat ediblər. On-
lar İslam aləmində elmi bacarığa malik hər bir şəxs üzərində öz 
elm və fəzilətləriylə üstünlük qazanmışlar. Buradan Əhli-bey-
tin əzəmətini tanımış oluruq.
Biz  məsum  imamdan  bol  elmi,  böyük  əxlaqı,  bəşəri  hi-
dayətdən başqa nə gözləyə bilərik? Əlbəttə, biz ondan kreativ 
idmançı, güclü boksçu, yaxud cüssəli güləşçi olmasını gözləmi-
rik ki, yaş və çəkinin burada rolu olsun. Biz bəzi zamanlarda və 
tarix səhidələrində kəskin zəkalı uşaqların yetkin insanlardan 
üstün olmasının şahidi oluruq. Onlarla dahi şəxlər var ki, uşaq 
çağlarında ikən diqqəti özlərinə çəkiblər. Öz dövrlərinin nadir, 
zamanlarının  yeganə  şəxslərindən  olsunlar  deyə,  bu  azyaşlı 
dahilərə ağıl və seçkinlik nemətiylə mükafatlandıran Allahı, xə-
lifəsi, höccəti və zəmanənin imamı, bəşər övladları üçün misal 
və örnək, şəriəti üzərində məsuliyyət daşıyan olması üçün bir 
insan seçməkdə aciz görmək olarmı?!
Əhli-beyt  məktəbi  imaməti  ilahi  mənsəb  görür.  Bundan 
yalnız elm, ismət və kamal xüsusiyyət toplusunu özündə cəm 
edən əsas xarakterləri kamala çatmış kəs faydalana bilər. Rəb-
bani liderin gərək bununla xarakterizə olunsun. Bu xüsusiyyət-
lər insanda cəm olduqda, yaşından asılı olmayaraq onu seçkin 
və ləyaqətli edir. Odur ki, həddi-büluğa çatmayan uşaqda bun-
ların  cəm  olmasının  heç  bir  maneəsi  yoxdur.  Sübut  olunub-
dur ki, nübuvvət və erkən imamlıq həqiqətdir, İslam və tarix 
baxımından baş verib. Elə isə Mehdinin imamlığı barədə etiraz 
etmək nəyə görədir? Bir halda ki, həmin rəbbani ləyaqətə beş 
yaşı olarkən nail olub. 
Üçüncü: Uzunömürlü olması barədə şübhəyə düşmək
İmam Mehdi barədə imamiyyə tezisi ətrafında irəli sürülən 
şübhələrdən  digəri  qeyb  dövründə  uzunömürlü  olmasıdır: 
Hicrətin  255-ci  ilində  doğulduğu  halda  İmam  necə  sağ  olub, 
hal-hazırda  ruzilənə  bilər?  Elmi  və  əqli  məntiqdə  insanın  bu 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə