Ruen Mehdeviyye indd



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə34/66
tarix26.10.2018
ölçüsü0,81 Mb.
#75755
1   ...   30   31   32   33   34   35   36   37   ...   66

108
Müctəba Sadət
İsa peyğəmbər səmadan enəcək və onun arxasında namaz 
qılacaq.
Onun çıxışı böyük Qiyamət gününün əlamətlərindən biridir.
İblis lənətlik onun dövründə öldürüləcək.
Tövhidin, ədalətin tamamilə yer üzərinə yayılması barədə 
bütün peyğəmbərlərin arzuları gerçəkləşəcək.
`İmamiyyənin nəzərində Mehdinin zühurunun əlamət 
və şərtləri
Zühur əlamətləri:
109
 
Bir  çox  kitablarda,  imamiyyə  əsərlərində,  qaynaqların-
da  Allah  Rəsulu  və  Əhli-beyt  tərə indən  nəql  olunan  zühur 
əlamətləri və xəbərləri var. Öz hədislərinin gedişatında İmam 
Mehdidən söz açıblar və onlar tərə indən buna xüsusi diqqət 
göstərilibdir. Dəfələrlə təkrar edərək Məhdəviyyət əqidəsinin 
güclənməsi, onun əsrlər boyunca müsəlmanların zehinlərində 
kök  salmasına  çalışmışlar.  Belə  ki,  onlar  savab  olduğunu  bil-
dirdikləri  intizarı  öndə  gələn  böyük  qayda  ediblər  ki,  bunun 
işığında İslam cəmiyyətində Məhdəviyyət məsələsi möhkəm-
lənsin. Odur ki, biz əlamətləri müxtəlif zamanlarda bölünmüş 
hadisələr formasında görürük ki, qeyb tarixi boyunca yayılıb. 
İmamiyyə nəzərində onun zühur əlamətləri iki hissəyə ayrılır:
Ümumi  əlamətlər:  Din  və  əxlaq  üçün  bir  sıra  ziddiyyətli 
məsələlərin ortaya çıxması, yaxud zamanla məkan baxımından 
burada və orada təsir buraxan hadisələrin baş verməsi toplu-
mun durumu kimi vəsf olunub. Lakin bizimlə digər əlamətlər 
arasında bağlılıq bildirilməyib. Burada müəyyən zaman və ya 
zühur əsrinə yaxınlıq barədə əlaqə yoxdur. Odur ki, ardıcıllıq, 
düşüncə  və  təhlil  olaraq  əhəmiyyət  verilməyib.  Biz  onlardan 
bəzilərini  seçir  və  zühura  yaxın  ümumi  əlamətlərin  bəzisini 
müxtəsər şəkildə yerləşdiririk:
109
 Kim bu mövzu barədə daha geniş məlumat əldə etmək istəyirsə, bizim 
“əl-Fəcrul-muqəddəs” kitabımıza, üçüncü fəsilə müraciət etsin


109
Məhdəviyyət haqqında nəzərlər
Mehdinin çıxışı tək illərdə olacaq.
Zühur ilində çoxlu yağış yağacaq.
Zühur ilində çoxlu zəlzələlər, qorxu və  itnələr baş verəcək.
Camaata məlum olmayan bir ildə, məhərrəm ayının onun-
da, altıncı gün Məkkədə zühur edəcək.
Xorasaninin (qara bayraqlıların) məşriq tərəfdən çıxması;
Günəşdə insan simasının və sinəsinin görünməsi
İnsan  əli  şəklində  səmada  bir  cismin  görünməsi,  o  işarə 
edəcək.
Günəşin hərəkətsiz yerində durması. Bu, bir neçə saat ola-
caq və rəcəb ayında baş verəcəkdir.
Günəşin,  ayın  ramazan  aylarında  öz  vaxtlarında  olmayan 
şəkildə tutulması;
Suriyanın  şimalında  Qirqisiya  döyüşünün  baş  verməsi  və 
nəticədə yüz min insanın qətlə yetirilməsi;
Şamda üç bayrağın çıxması (Əshəb – Əbqə - Süfyani) və on-
ların bir-birilə vuruşması.
Şamın beş bölgəyə (ayrı bölgələrə) bölünməsi;
Hərəsta adlanan Şam kəndlərindən(şəhərlərindən) birinin 
batması;
Dəməşqin  böyük  məscidinin  (Əməvi  məscidi)  sağ  divarı-
nın uçması;
Hicazda hərbi və siyası boşluq, məntəqədə əmniyyət inti-
zamsızlığı. 
Xüsusi əlamətlər (qəti): Bu isə aşkar görünənlərdən, möv-
cud,  kütləvi,  hərbi  hadisələrdən  ibarətdir.  Bir  sıra  rəvayətlər 
onları təfsilatı ilə açıqlayıb bunu böyük və gözəçarpan edib. O, 
birbaşa olaraq zühur əsriylə bağlıdır. Habelə mirvari ardıcıllığı 
kimi, bir-birilə əlaqədardır. Rəvayətlərdə qəti və dəqiq şəkildə 
yer və zamanlar bildirilib. Lakin il söylənilməyib və ya İmamın 
zühur edəcəyi il kimi bildirilib. Yəni bizə məchul olan vəd olu-


110
Müctəba Sadət
nan günün mövcud olduğu ildə baş verəcək. Bu xüsusi əlamət-
lər müntəzir möminləri vəd olunan günə hazırlıq görmək üçün 
ayıldır.  Həmçinin  onu  diqqətlə  izləsinlər  və  zühur  gününün 
əlamətlərini incələməyə diqqət göstərsinlər.
Beş  məhtum  (qəti  baş  verəcək  hadisələr):  Bu  xüsusi 
əlamətlər  rəvayətlərdə  qeyd  olunmuş  və  qəti  baş  verəcək 
əlamətlər kimi xarakterizə olunub. Onların baş verməsi qaçıl-
mazdır. İmam Sadiqdən nəql olunub: “Qaimin beş əlaməti var: 
Süfyani,  Yəmani,  səmavi  nida,  Nəfsi-Zəkiyyənin  öldürülməsi, 
Beyda çölündə batma”.
110
Birinci - Süfyani: Süfyani adlı bir nəfərin çıxması (Osman 
ibn Ənbəsədir ki, Əbu Süfyan ailəsindən və Yezid ibn Müaviyə-
nin nəslindəndir). O, Şam tərəfdən, quru vadidən çıxacaq. Meh-
diyə qarşı olan müsəlmanların zalım hakimlərinin rəmzi kimi 
təmsil  olunacaq.  O,  Rum  tərə indən  dəstəklənəcək.  Beş  Şam 
məntəqəsini ələ keçirəcək. Qirqisiya döyüşündə iştirak edəcək. 
Sonra İraqla döyüşəcək, İraq xalqının əleyhinə iyrənc qətliama 
mürtəkib olacaq, habelə Hicazla döyüşəcək. Beyda çölündə qo-
şunu ilə birlikdə yerə batacaq. O, zühur ilindən öncə cüt ildə, 
rəcəb ayında xüruc edəcək. Onunla Mehdinin Məkkədə zühuru 
arasında altı ay fasilə olacaq. Bu hadisə və əlamət şiələrlə sün-
nilər arasında yekdilliklə qəbul olunub.
İkinci – Yəmani:  Seyid  Hüseyni  Zeyd  ibn  Əli  ibn  Hüsey-
nin nəslindəndir və Yəməndəndir. Odur ki, ona yəmani deyilir. 
Hədislər onun hərəkatını hidayət bayrağı adlandırmışdır və o, 
İmam üçün dəvətçi olacaq. Rəcəb ayında Süfyani və Xorasani 
çıxan həmin ay xüruc edəcək. O, İraq və Şama sarı hərəkət edə-
cək. Xorasani ilə birlikdə Süfyaniylə döyüşdə iştirak edəcək. O, 
məntəqədə rəqabət aparanlardan biri olar (yarış atları kimi).
110
  Əl-İrşadu  lil-Mu id,  c.2,  s.379;  Kəmalud-din,  s.590;  Ğeybətun-Numani, 
s.169; Ğeybətut-Tusi, s.267; Elamul-vəra, s.426. 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə