Ruen Mehdeviyye indd



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə46/66
tarix26.10.2018
ölçüsü0,81 Mb.
#75755
1   ...   42   43   44   45   46   47   48   49   ...   66

144
Müctəba Sadət
Yekun nəticə
İmamiyyə şiələrinin tezisinə əsasən, intizarı çəkilən Mehdi 
“M-h-m-m-d” ibn İmam Həsən Əskəridir. O, (İraqda) Samərra-
da, hicrətin 255-ci ili Şəban ayının yarısının gecəsində doğul-
muşdur. O, şiələrin nəzərində on ikinci imamdır. O, Allahın yer 
üzərindəki  axırıncı  höccəti,  Allah  Rəsulunun  xəlifələrinin  so-
nuncusu, müsəlmanların on iki imamının axırıncısıdır.. Hicrətin 
260-cı ili atası şəhid olduqdan sonra imamət öhdəçilikləri ona 
keçdi. Həmin əsnada onun beş yaşı vardı. Allah onu hələ uşaq 
ikən imam etdi. Necə ki, südəmər olarkən İsanı peyğəmbər et-
mişdi. Allahın əmrilə qeybi seçmişdir.. O, tədricən insanlardan 
qeybə çəkilmişdir və onun iki qeyb dövrü var: Birinci qısamüd-
dətlidir  ki,  69  il  boyunca  davam  etmişdir.  Hicrətin  260-cı  ili 
başlamış və 329-cu ilə qədər davam etmişdir. Şiələr onunla sə-
irləri vasitəsilə əlaqə saxlayırdı. Onlar dörd nəfər idi ki, şəxsiy-
yətlərilə  onlara  nəss  buyurmuşdu..  İkincisi  isə  uzunmüddətli 
qeyb dövrüdür ki, hicrətin 329-cu ili sonuncu naibi Əli Səmuri 
vəfat etdikdən sonra başlamışdır. Beləcə, sə irlik zamanı sona 
çatdı və qeyb, insanlardan tam örtülü olma mərhələsi başladı. 
Bu isə Allah ona çıxmağa icazə verənədək davam edəcəkddir. 
Onun  bu  zaman  ərzində  müəyyən  naibləri  olmamışdır,  lakin 
ədalətli  fəqihlərin  ümumi  naibliyi  vardır..  O,  dünya  diyarında 
yaşamaqdadır, onun ömrü və həyatı eynən Xızır və İsanın (əley-
himəssəlam) ömrü və həyatı kimidir ki, ilahi möcüzə sayəsində 
baş verir.  İmamiyyə sair müsəlmanlarla yekdil  ikirdədir ki, o, 
zülm və haqsızlığı aradan aparmaq, tövhid və ədaləti yaymaq 
üçün axirəzzamanda zühur edəcəkdir. Lakin insanlardan kim-
sə onun çıxacağı günü dəqiq bilmir. Burada qəti əlamətlər var-
dır  ki,  zühurundan  öncə  baş  verəcəkdir.  Məsələn,  Yəmaninin 
Yəməndən, Süfyaninin Şamdan çıxması, Ramazan ayından göy-
dən çıxığtı gəlməsi, Nəfsi-Zəkiyyənin Məkkə hərəmində qətlə 
yetirilməsi, Məkkə və Mədinə arasında Beyda çökməsi. Habelə 


145
Məhdəviyyət haqqında nəzərlər
imammiyyə açıq şəkildə etiqad bəsləyir ki, o, Məkkədə rükn və 
məqam arasında çıxacaq, sonra insanlar ona beyət edəcəkdir.
On  iki  imam  şiələri  gözlənilən  Mehdinin  varlığı  barədə 
əqidəsini onun qalıcı olmasını təkcə Quran ayələri və mütəva-
tir hədislər əsasında qurmamışdır. Onlar öz əqidələrini əqidə 
əsasları  üzərində  qurmuşlar.
150
  (Əsas:  imamət)  Həmçinin  bu 
əqidə  əqli  və  nəqli  dəlillərə  söykənmişdir..  İmamətin  və  hər 
bir dövr, zamanda imamın varlığının zərurətindən başlayaraq 
şiələr  bu  bab  və  daxil  olunan  yerdən  görür  ki,  İmam  Mehdi 
barədə danışıq, bəhs və dartışma aparılması vacibdir. Bu, onla-
rın yanında Məhdəviyyət əqidəsinin əsası, başlanğıcı və cövhə-
ridir. Məhdəviyyət əqidəsi bir bütün şəklindədir. Necə ki, İslam, 
tövhid – hər biri bir bütün şəklindədir. Məhdəviyyət məsələsi 
də bu cürdür. O, dini, məntiqi bir məsələdir ki, imamətin kamalı 
və sonudur. O, dünyada insanlıq tarixinin sonu üçün xoşbəxtlik 
mərhələsidir.. Rəbbani imamətin həqiqəti dərk olunmamışdan 
öncə  on  ikinci  İmamın  qeybə  çəkilməsinin  həqiqətini  fəhm 
və  dərk  etmək  hər  bir  təkidlə  mümkün  deyil.  Çünki  burada 
imamətin  həqiqətilə  qeybin  həqiqəti  arasında  bağlılıq  vardır. 
Bu,  səhih  və  dəqiq  surətdə  Məhdəviyyətin  həqiqətini  bəyan 
edən  Quran  və  nəbəvi  metodun  özüdür.  Lakin  qeyb,  erkən 
imamlıq,  yaxud  uzunömürlülük  kimi  Məhdəviyyət  həqiqətlə-
rindən olan həqiqətin hissəli, fərdi, sıx nəzərinə gəlincə, qalan 
həqiqətlərə nəzər salmadan, yaxud məsələnin hamısı barədə 
əhatəli surət və nəzər götürmədən, yaxud ona tam bütün kimi 
baxmadan – imamiyyə tezisinə əsasən, onun həqiqət və cöv-
hərini  tanımağa  yetişmək  mümkün  olmayacaqdır.  Hətta  əgər 
bu həqiqətlər Qurani-kərim və şərafətli nəbəvi hədislərindən 
istinad və əldə olunan əsaslı həqiqətlər olsa belə, durum eyni 
olaraq qalacaqdır.
150
  İmamiyyə şiələrinin nəzərində üsuliddin beşdir: tövhid, ədl, nübüüvvət, 
imamət, məad.


146
Müctəba Sadət
Hər bir səmavi şəriət qanunları, insanların əli ilə əsası qo-
yulan  məzhəblər  və  sairləri  xilaskarı  gözləyir.  Hamı  dünyanı 
zülm və haqsızlıqda qurtaracaq xilaskar düşüncəsində ittifaq 
etmişdir. Lakin onun adı, şəxsiyyəti və nəsəbi barədə ixtilaf et-
mişlər. Bununla yanaşı hənif İslam və şiə məzhəbi Məhdəviy-
yət məsələsini xüsusi olaraq qeyd etmiş, onu digər məzhəb və 
dində  bəyan  olunmayan  şəkildə  izah  etmişdir.  Belə  ki,  on  iki 
imam şiələrinin yanında Məhdəviyyət məsələsi ideoloji mövqe 
baxımından önəmli və mühüm bir şey şəklindədir. Bu, onların 
yanında dinin əsaslarından birinə birləşir (imamətə).  Məhdə-
viyyət  tezisilə  yanaşı  xilaskar  düşüncəsi  son  dərəcə  netləşir. 
Onunla birlikdə kamalı daha yüksək surətlərə çatır. Müsəlman-
lar ittifaq edib ki, Fatimənin nəslindən bir nəfər axirəzzamanda 
çıxacaqdır və onun adı Mehdidir. Lakin xilaskarın şəxsiyyətini 
tanımaq və onu bəlirləməyə bağlı əsas cəhət bir çox mərifətə 
bölünür. Əhli-beyt məktəbinin, əksinə olaraq, Mehdinin şəxsiy-
yətini adı, nəsəbi, kimliyi, əlaməti, xüsusiyyətləri və doğulma 
tarixilə tanıyırlar. Bu bəlirləmə əsasında şiələr bəzi işləri Məh-
dəviyyət məsələsinin daxilinə, yaxud daha doğrusu, imamiyyə 
onun tezisində bəzi təfsilatla xüsusiləşmişdir. Onların ən əhə-
miyyətlisi, daha çox dartılışanı onun (əleyhissəlam) doğulma-
sı və qeybə çəkilməsidir. Məhdəviyyət məsələsində imamiyyə 
məktəbinin xüsusiyyəti odur ki, əmniyyət durumunu və nəzəri 
məsələni  mövcud  gerçəklik  halına  dəyişmişdir.  Möminlər  və 
dünya üçün aydın olmuşdur ki, onlar bəlli bir yeganə Mehdini 
gözləyirlər. O da Fatimə Zəhranın nəslindən, İmam Hüseynin 
nəvələrindəndir və İmam Həsən Əskərinin oğludur. O, elə onun 
dövründə  doğulmuşdur.  Hal-hazırda  isə  uzunmüddətli  qeyb 
dövründədir.  Hər  bir  bölgəyə  tövhid  və  ədaləti  yaysın  deyə, 
Allah-taala ona izn verdikdə, Axirəzzamanda zühur edəcəkdir. 
Şiə anlayışı sıx şəkildə bəlirlənmiş, ayırd edilmiş gələcəyə elm 
və mərifətlə bağlıdır. Gözlənilən Mehdinin kimliyi və şəxsiyyə-


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə