76
Tut əlimdən apar məni,
Apar Baba dağına.
Bu gün qətl günümdü,
Qoy Allah dərgahına.
77
Gecənin halı
DüĢüncələrim gecələr cücərir
Göy üzündə qəmdən pərdə,
Dünya silkələnib qalıb.
Kölgələr sürünür yerdə,
Buludlar xəyala dalıb.
Ulduzlar da hürküb, qaçmış,
Günəş bəlkə çıxmaz daha.
Bulud qorxub dağılmış,
Şimşəklərə baxa-baxa.
Ay üzündə ləkə qalıb,
Döyülüb ağlayır necə.
İlahi, nə kökə qalıb.
Ulduza yalvarır gecə.
Kürə çıxmış oxundan,
Qaranlığın dadı qaçmış.
Bu dünyanın halından,
Tanrının xəbəri yoxmuş.
78
Dənizdə gecə mənzərəsi
Gecələr nəĢə dolu, gecələr hüzn, gecələr rahatlıq,
gecələr dinclikdir. Yat, uyu, gecənin qoynunda.
Günəş dəniz qoynunda,
Gəmi liman sahilində.
Sərçə ağac oyuğunda
Yatacaq bu gecə.
Dəniz coşqun, ləpəli,
Gildən, qumdan təpəli,
Qovub dənizdən kədəri
Sevinər bu gecə.
Su üzündə nənni var,
Ay dəniz qızı, lay-lay,
Dəniz atı dənizdə
Atın çapır hər gecə.
Suda sayrışan ləpələr,
Nağıl danışar nənələr,
Ay gül üzlü körpələr,
Yatın, dincəlin bu gecə.
79
Hara qaçaq
Düşün, ya da mən düşünüm,
sevgimiz haqqında.
Bu göy üzü altında
nə mən,
nə sən tək deyilsən.
Anla, bu sevgi yasaq!
Qaçaq,
bu sevdadan qaçaq
dünyanın o başına,
–Yox, gülüm, yox, sevgilim,
Düş dünyanın yedəyindən,
– Məgər görmürsən,
dünya əyilib?!
Sallana-sallana qalmışıq
ətəyindən.
80
Denən
Görəsən, Tanrım məni yadından çıxarmayıb ki?!
Üzü dağa qalxan yolçu,
Ordan Tanrıya yaxınmı?
Sən ordan mənim adımdan
Ərz et Tanrıya yuxumu.
Bu gecə göydən ulduzum
Necə axdı, söndü, denən.
Məni sevən atıb getdi,
Üzü məndən döndü, denən.
Şahə qalxdı yerdə külək,
Ağaclar bar verdi çörək.
Lamə adında bir mələk,
Göydən yerə endi, denən.
Soruş, varammı yadında,
Bəndəsi var Mən adında.
Bir mələk eşqin odunda
Tez alışıb, söndü, denən.
A yolçu, qurbanın olum,
Tanrıya yetdimi qolun?
Mətanət adında qulun
Sevdasından öldü, denən.
81
Çarəsiz
Bu səhər sahil kimsəsiz,
Səkilər üşüyür, donur.
İri gövdəli palıda
Qara qarğalar qonur.
Göy üzündə qağayı,
Qanadın çırpır havaya.
Çırpınan dəniz narahat,
Dalğalar yalvarır qayaya.
Lövbər salan gəmi,
Sahilə yaxın, deyəsən?!
Evkalipt öpür əlimi,
Dərdimi ovudur, görəsən?!
Sahildə yox kimsə
məndən savayı,
Səhərin alatoranlıq xəyalı
Mürgülədir dalğaları.
Kimsəsiz yetim səkilər,
Məndən sizə yoldaş olmaz.
Darıxmayın,
tezliklə kimsələr gələr.
82
Başqa şey gəlmir ağlıma,
Kədəri basıb bağrıma,
Atılım dənizin qoynuna,
Ölümmü sevdam uğruna?!
Əlimi isladan damcılar
Ümiddi, göz yaşım deyil.
Əlimdən tutub aparır,
Taleyinlə barış, deyir.
Evkalipt -dekorativ
83
Azərbaycan dağları
Köksündə kəkotu, müşkü-ənbəri,
Başında sırsıra, ətəyində süsəni,
Zirvəsində kəhkəşanı-ülkəri,
Tacında qarları olan Şahdağım.
Zirvəsində Səməd Vurğun izi var,
Burda şairlərin ocağı var, közü var,
Üzərində yağıların gözü var,
Sinəsi sipərli Göyəzən dağım.
Düşmən qalasına çevrilib durub,
Qeyrətdən-şöhrətdən sanki doğulub,
Mayası hünərdən-gücdən yoğrulub,
Şöhrətli- əzəmətli Murov dağım.
Ucalıqdı- sirr, əfsanə, hikmətlə,
Dolu ətəkləri min bərəkətlə,
Gizlədə-gizlədə dərdi- möhnətlə,
Ucalır zirvəyə Tufandağım.
Çoban yaylağıdır ətəkləri də,
Dərdimə məlhəmdi çiçəkləri də,
Allaha çatdırır diləkləri də
Könlümün oylağı, Dəlidağım.
84
Sizdə təbiətin tarazlığı var,
Həm də ki, Tanrımın ucalığı var,
Sizdə ən qiymətli sərvətdi vüqar,
Peştəsərim, Talışım, Savalan dağım.
85
Dağlarım
Böyük Qafqazımda təbiətin naxışı,
Kiçiyində ceyran-cüyür baxışı.
Talış dağlarında Tanrı yağışı,
Şöhrətli, əzəmətli dağlarım.
Himalay dağında şimşəklər çaxar,
Beşbarmaqda hikmətləri uyuyar,
Laçınlar, qartallar burda qıy vurar,
Siz ey barlı-bərəkətli dağlarım.
Silsilə yaradır Baş Qafqaz dağı,
Siz ey ürəyimin eşqi-muradı,
Qoynunda var kəkliyi, torağayı,
Nisgilləri gizlədən dağlarım.
Sən ey baba yurdum, həm qala yurdum,
Sizdən keçib gör neçə igid ordum,
Od elidi, layiqli, Odlar yurdum,
Ucalıqdı Bazardüzü-Bazaryurdu.
Bu dağlar qolunu açan-qucandır,
Sərvətləri qızıl, filiz, mərcandır,
Hikmətli, şöhrətli, qəddi-qamətli,
Bu dağlar məkanı Azərbaycandır!
Dostları ilə paylaş: |