S ь azərbaycan miLLİ elmlər akademiYASI YER elmləRİ BÖLMƏSİ



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə16/32
tarix01.02.2018
ölçüsü1,01 Mb.
#23041
1   ...   12   13   14   15   16   17   18   19   ...   32

50

BÖYÜKDÜZ  -  Naxçıvan  şəhərinin  qərbində  Araz  çayının  sol  sahili 

boyu  uzanan  düzün  adı.  Orta  əsrlərdə  maldar  ellərin  qışlaq  yeri  ol­

muşdur.

BÖYÜKDÜZ  - Naxçıvan  şəhərinin  cənub-şərqində  Araz  çayının  sol 

sahili boyu yerləşən dağın (hünd.  957 m ) adı.



BÖYÜKDÜZ  - Naxçıvan  əyalətinin  Qışlağat  nahiyəsində  (Babək  r- 

nu) kənd adı.



BÖYÜK  XAÇAPARAQ  -  Naxçıvan  sancağının  Əlincə  nahiyəsində 

kənd  adı.1  Haçaparaq  haça-qoşa  və  para-yaşayış  yeri,  kənd  mənasın­

dadır -  Qoşakənd.

CAMAL  -  Şahbuz  r-nunda  Zəngəzur  silsiləsinin  zirvələrindən  biri­

nin (32000 m) adı.



CAMALDİN - Culfa r-nunda kənd adı.*

 2

CANQULÜTƏPƏ  -  Babək  r-nunda  dağ  adı.  Ehtimal  ki,  türk  dillə­

rində çaqıl  "bitki  ilə örtülmüş qum yüksəklik"3 sözündən təhrifdir. 

CANIQIŞLAQ  -  Naxçıvan  əyalətinin  Mülki-Arslan  nahiyəsində 

kənd adı.4



CACIXLI  - Şahbuz r-nunda Keçili kəndinin şimal-şərqində yer adı. 

ÇOPUR YAL - Babək r-nunda yüksəklik adı.

CƏBRAYILLI - İrəvan əyalətinin  Şərur nahiyəsində kənd.5 

CƏBDƏRƏ  -  Şahbuz  r-nunda  Şahbuz kəndinin cənub-qərbində dərə 

adı.  Türk  dillərində  çəp  "dağın  daşlı,  bitkisiz  yamacı,  maili6  və  dərə 

sözlərindən  ibarətdir.  Zəngilan  r-nunda  Çəpədərə dağ adı  ilə mənaca 

eynidir.


CƏLİLABAD  -  Naxçıvan  əyalətinin  Şərur  nahiyəsində  kənd.  Cəlil 

Məmmədquluzadənin şərəfinə adlandırılmışdır.



CƏLİLKƏND -  Şərur r-nunda kənd  adı.

CƏHƏNNƏMDƏRƏSİ -  Sədərək r-nunda çay.

CƏHRİ  -  Babək  r-nunda  kənd  adı.  Mənbədə  Naxçıvan  əyalətinin 

Arslan  Mülki  nahiyəsində kənd  kimi  qeyd olunmuşdur.7 Gürcüstanda 

Kutaisi  quberniyasının  Zuqdidi  qəzasında  Çəhra  adlı  iki  kənd,  Dağı­

Naxçıvan  sancağının m üfəssəl dəftəri,  s.  26.

2  Y enə orada,  s.  139.



Murzayev E. M.

  Göstərilən  əsəri,  s.  60S.

4  ■

İrəvan  əyalətinin  icmal  dəftəri,  s.  139.

5  Y enə orada,  s.  141.



Paqirye



D O .

  Göstərilən  əsəri, s.  79.

7  İrəvan əyalətinin  icmal  dəftəri,  s.  141.

51

stan  əyalətində  Çəxri  adlı  iki  kənd  məlumdur.1  Şübhəsiz  ki,  Naxçı­



van MR-dəkı  Cəhri  kəndinin adı  ilə göstərilən kəndlərin  adları  mən­

şəcə  eynidir.  Ehtimal  ki,  türk  dillərində  çokra,  çokrak  -   "mənbə", 

"bulaq",  "çaylaq"2 sözündən fonetik formadır.

CƏHRİÇAY  -  Babək  r-nunda  Aşağı  Buzqov  kəndinin  ərazisindən 

axan çayın (uz. 45  km) adı.  Cəhri kəndinin adındandır.



CİNDAĞ  -  Ordubad  r-nunda  Biləv  kəndinin  cənub-şərqində  dağ 

(1777 m) adı.  Cin mifik addır.



CİNDƏRƏ  -  Şərur  r-nunda  Şahtaxtı  kəndindən  şərqdə  böyük  derə 

adı. Həm də Cinlidərə adlanır.  Cinlərin məskən  saldığı dərə. 



CİNDAĞ  -  Şahbuz  r-nunda  Keçəzur  kəndinin  cənub-şərqində  dağ 

adı. Mifik toponimdir.



CƏRACUR - Naxçıvan əyalətinin Əlincə nahiyəsində kənd.3 

COŞĞUN  -  Culfa  r-nunda  Göynük kəndindən  8  km  qərbdə yerləşən 

mineral bulağın adı.



CULĞA - Naxçıvan əyalətinin Dərəşam  nahiyəsində kond adı.4 

CULFA -  Naxçıvan  MR-də  inzibati  rayon  mərkəzinin  adı.  Mənbədə 

Culha  kimi  qeyd  olunmuşdur.5  XVII  əsrdə  toponim  Sulfa  formasını 

kəsb  etmişdir.  Culfa  toponimi  farsca  culfa  -   "toxuyucu"  sözündən 

deyil,  qədim  türk  dillərində  "cul",  "yol",  "keçid",  çayın  (Araz) 

üstündən  salınmış  keçid  (bərə)  deməkdir.  Culfa  fars  dilində  culfa  -  

"toxuyucu"  sözündən  uydurma  yolu  ilə  yaranmış  xalq  etimologiya­

sıdır.

CULFA  -  Culfa  r-nunda  Bakıdan  492  km  məsafədə  dəmiryol  stan­

siyası.


ÇABAN - İrəvan əyalətinin Sədərək nahiyəsində kond adı.6 

ÇARXANQALA  -   Kəngərli  r-nunda  kənd  adı.  Mənbədə  Naxçıvan 

əyalətinin  Qarabağ nahiyəsində mövcud olduğu bildirilir. 



ÇARQAYA  -  Ordubad  r-nunda  Biləv  kəndinin  qərbində  dağ  adı. 

Türk  dillərində  çar (car)  "çay -  sahili  sıldırım  qaya",  "yarğan"7,  dərə 

və qaya sözlərindən ibarətdir.

Puqiryev D. D.

  Göstərilən  əsəri, s.  79.



Murzayev E.M.

  Göstərilən  lüğəti,  s.  618.

3  Naxçıvan  sancağının  m üfəssəl  dəftəri,  s.  79  .

4  İrəvan  əyalətinin  icmal  dəftəri,  s.  146.

5  Naxçıvan  sancağının  m üfəssəl  dəftəri,  s.  30.

6  Yenə orada, s.  324.



Murzayev E.M.

  Göstərilən  lüğəti, s.  607.



52

ÇAXMAQLIDAĞ -  Ordubad r-nunda Ələhi kəndindən cənubda yer­

ləşən dağın (2013  m) adı. Çaxmaq daşı, kvars olan dağ mənasındadır. 



ÇARAÇUR - Ordubad r-nunda Biləv kəndinin qərbində dağ adı. 

ÇATARDAŞ  DƏRƏSİ  -  Şahbuz  r-nunda  Nurs  kəndinin  şimal-şər­

qindən axan çayın adı.



ÇEŞMƏBASAR  -  Babək  r-nunda  kənd  adı.  Orta  əsrlərdə  Azərbay­

canda  "basar"  dedikdə  çayın  və  ya  bulaqdan  (kəhrizdən)  çəkilmiş 

arxın suvara bildiyi əkin sahəsi  nəzərdə tutulurdu.

ÇEMOOĞUL  -  Şahbuz  r-nunda  Keçozur  kəndinin  cənub-qərbində 

yer adı.


ÇƏMƏNLİ  -  Şərur  r-nunda  kənd  adı.  Mənbədə  İrəvan  əyalətinin 

Şərur  nahiyəsində  kənd  kimi  qeyd  olunmuşdur  (İrəvan  əyalətinin 

icmal dəftəri, səh.78).

ÇƏMƏNLİ -  Şərur r-nunda kənd adı.  Keçmiş adı  Keştaz idi. 

ÇƏRÇİBOĞAN  -  Şərur  r-nunda  kənd  adı.  "Çərçi  boğulan  yer"  mə­

nasındadır.



ÇƏNNƏB  -  Ordubad  r-nunda kənd adı.  Mənbədə Naxçıvan  vilayəti­

nin Azadciran nahiyəsində  "Çənnab"  kimi yazılmışdır.1 



ÇƏNNƏB  - Ordubad r-nunda dağ adı.

ÇİNARQIŞLAQ  -  İrəvan  əyalətinin  Karbi  nahiyəsində  (indi  Naxçı­

van  MR-in  Şərur r-nunda)  qışlaq  adı.*

 2  "Quşçu  kəndinin  yaxınlığında 

yerləşir" (yenə orada).



ÇINQILLIBULAQ  -  Şahbuz  r-nunda  Keçili  kəndinin  cənub-şərqin­

də bulaq.



ÇINIQ - Naxçıvan  əyalətinin  Qarabağ nahiyəsində  kənd  adı.3  "Digər 

adı Bakauldur" (yenə orada).



ÇOBANBULAQ - Babək r-nunda bulaq.

ÇOMAXTUR -  Şərur r-nunda kənd.

ÇOMAXTUR  -  Şərur  r-nunda  kənd  adı.  Mənbədə  toponim  Çomaq- 

tur  kimidir.4 5

  Türk  dillərində  çunak  və  tör  "yüksək  dağ örüşü"  sözlə­

rindən ibarətdir, (bax:  Aşağı Çomaxtur).



ÇONQAL - Ordubad r-nunda Urmis kəndinin şimal-şərqində aşırım adı. 

DABAQLI  -  Culfa  r-nun  şimal  hissəsində,  Şahbuz  r-nu  sərheddindo 

sıra dağ adı.



İrəvan  əyalətinin  icmal  dəftəri,  s.  147.

2  Y enə  orada.

3  Y enə  orada, s.  166.

4

Yenə  orada, s.  168.

53

DAĞ  -  Naxçıvan  əyalətinin  Dərə-Şahbuz  nahiyəsində  kənd  adı.1 

Mənbəyə  görə  kənddə  heç  kim  yaşamır  və  orada  kənar  kəndlərin 

ailələri əkin əkirlər.2

DAĞDAĞAN  -  Şahbuz  r-nunda  dağ  aşırımı  adı.  Dağdağan  ağacının 

bitdiyi yer.



DAYLAQLI  -  Naxçıvan  əyalətinin  Dərə-Şahbuz  nahiyəsində  məzrə 

adı.3  Şahbuz r-nda kənd kimi  mövcuddur.



DAĞÜSTÜ  -  Culfa  r-nunda  Kərimqulu  Dizə  kəndinin  şimal- 

qərbində dağ belinin adı.



DAĞ  MƏZRƏSİ  -  Naxçıvan  əyalətinin  Dərə-Şahbuz  nahiyəsində 

kənd  adı.4



DANA  QALASI  -  Şərur  r-nunda  Axura  kəndinin  şərqində,  Havuş 

kəndinin  cənub  tərəfində  hündür  dağ  üstündə  qala  adı.  XI  əsrə  aid 

edilir.  Mənbədə3  qeyd  olunur  ki,  kənddə  heç  kim  yaşamır.6  Dana  - 

«çöl»,  «açıq yer»,  «vadi»,  «cavan», «yeniyetmə» mənalarını  verir. 



DANZİK  -  Şərur  r-nunda  kənd  adı.  Arpaçay  dəryaçası  sularının  al­

tında qalıb.



DANAYERİ -  Şərur r-nunda  kənd adı.  Keçmiş adı  Yenikənd  idi. 

DARKƏND - Ordubad  r-nunda  kənd adı.

DARVADAQ -  Babək r-nunda dağ adı.  Davradaq  adının  fonetik  forma­

sıdır. Azərbaycanın bəzi rayonlarında Tövrədaq  və Tövrətəpə ororıimləri 

mənaca eynidir. "Dövrə (dəyirmi) formalı" dağ mənasındadır. 

DƏRGƏMƏLİK  -  Culfa  r-nunda  Başkənd  kəndinin  cənub-şərqində 

xaraba kənd adı.  Kənd  Dargəməlik də adlanır.



DARIDAĞ - Culfa  r-nunda dağ adı  (hünd.  1756 m).  Yerli  əhali  içəri­

sində  dağın  adının  darı  (taxıl  növü)  ilə əlaqələndirilməsi  xalq  etimo­

logiyasıdır.

DARTAGÜNEY - Naxçıvan əyalətinin Naxçıvan  nahiyəsində məzrə 

(əkin yeri) adı.7



DAŞARX -  İrəvan əyalətinin  Karbi nahiyəsində (indi  Naxçıvan MR-

Irəvatı  əyalətinin  icmal  dotton,  s.  141.

■>

“  Naxçıvan  .sancağının  müfəssəl  dəftəri,  s.  1!().

3  Y eno  orada, s.  28.

4

Y enə  orada, s.  27.



5  Yeno  orada.

6  Y enə  orada, s.  326.

7  İrovan  əyalətinin  icmal dəftəri,  s.  165.


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə