S ь azərbaycan miLLİ elmlər akademiYASI YER elmləRİ BÖLMƏSİ



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə23/32
tarix01.02.2018
ölçüsü1,01 Mb.
#23041
1   ...   19   20   21   22   23   24   25   26   ...   32

7 8

lardan  ibarət dağ qarıncı"’  və  fars dilində  zar -   "yer"  (gülzar,  laləzar, 

çəmənzar və s.  sözlərdə olduğu kimi) sözlərindən  ibarətdir. 

KURƏDİZ  -  Naxçıvan  əyalətinin  Məvaziyi-xatun  nahiyəsində  kənd 

adı.*


 2 Türk dillərində  kora -   "qışlaqda mal-qara üçün tövlələr"3 və düz 

(düzən  yer)  sözlərindən  ibarətdir.  Toponim  Düzən  yerdə  kora  (mal­

dar  elin  qışda  mal-qara  salmaq  üçün  tövlələri)  mənasındadır.  Füzuli 

r-nunda Qoradiz  "Horadiz"  toponimi  ile eynidir.



KÜRƏKÜS  YER  -  Naxçıvan  əyalətinin  Əlincə  nahiyəsində  kənd 

adı.4  Türk  dillərində  kora  -   "qışlaqda  mal-qara üçün  tövlələr",  küz -  

"payız otlağı"5 və yer sözlərindən ibarətdir.

KÜRÇÜLÜ  -  Şərur  r-nunda  kənd  adı.  Qurd  etnonimi  və  qədim  türk 

mənşəli  çullu  etnonimindən  ibarətdir.  XIX  əsrdə  qurd  Kəngərlərin 

tayfalarından birinin  adı  idi.6  Adın  ikinci  hissəsi  isə  qədim  türk mən­

şəli çul  tayfasının adını əks etdirir.7



QABAQYAL -  Şərur r-nunda Mahmudkənd kəndinin şimal-şərqində 

dağ adı. Qabaq-mövqe (ön yal) bildirir.



QABAQLIÇAY  -  Şərur r-nunda  Arpaçayın  sol  qolunun  adı.  Həm də 

Axuraçay adlanır.



QABAQLISU - Culfa  r-nunda çay adı.

QABAQTƏPƏ  -  Şahbuz  r-nunda,  Qızıl  Qışlaq  kəndinin  cənub- 

şərqində dağ adı.



QABAQDAĞ  -  Şərur  r-nunda  Danzik  kəndinin  qərbində  dağ  adı 

(hünd.  1718 m).



QABILLI  -  Kəngərli  r-nunda  kənd  adı.  Qabullu  tayfasının  adı  ilə 

adlanmışdır.



QARABÜRC -  Şərur r-nunda kənd adı.

QARĞALIQ -  Naxçıvan şəhər inzibati ərazi  vahidi.

QAVAXLIDAĞ - Culfa r-nunda  dağ adı.  Ehtimal ki, dağ orada bitən 

qovaq ağacının  adı  ilə əlaqədar belə adlanmışdır.



QAVAXSU - Culfa r-nunda çay adı.

Radlov  V. V.

  Göstərilən  əsəri,  11,1, s.  747.

İrəvan  əyalətinin  icmal  dəftəri,  s.  143.



Radlov  V. V.

  Gösterilən  lüğəti,  II,  1,  s.  55 I.

4  İrəvan əyalətinin  icmal  dəftəri,  s.  139.



Radlov  V.V.

  Göstərilən  lüğəti,  II  с,  I  h.,  s.  551.



Şopen  İ.

  Göstərilən  əsəri.

1  Гейбуллаев Г. А.

  К этногенезу  азербайджанцев, т.  I.  Баку,  1991.

7 9


QAZANYAYLA  -  Babək  r-nunda  Yuxarı  Buzqov  kəndinin  şimal- 

şərqində  yayla  adı.  Yayla  Qazan  xanın  ("Kitabi-Dədə  Qorqud")  adı 

ilə adlanmışdır.  Bulağın adındakı  "qazan"  (çökək)  sözü bulağın qazan 

(qab)  formalı olduğunu da bildirə bilər.



QAZANGÖLDAG  -  Ordubad  r-nunda  Nəsirvaz  kəndinin  şimal- 

şərqində  dağ  adı.  Zəngəzur  silsiləsinin  suayrıcındadır (3814  m).  Dağ 

Qazan xanın adı  ilə adlanmışdır.

QAZANÇI  -  Culfa  r-nunda  kənd  adı.'  İrəvan  xanlığının  Vedibasar 

mahalında  Qazançı  kənd  adı2  ilə  mənşəcə  eynidir.  Qədim  türk  mən­

şəli  bulqarların  Kazan  tayfasının3  məskunlaşması  nəticəsində  yaran­

mışdır.


QAZANÇI  -  Culfa  r-nunda  Əlincə  çayının  "Daşarası"  adlı  dar  dərə­

sində bir neçə bulaq adı.



QAZANÇILAR  -  İrəvan  əyalətini  Karbi  nahiyəsində  (indi  Naxçıvan 

MR-in Şorur r-nunda) kənd adı.4 İndiki  adı  Ycngicədir.  Bax:  Ycngicə. 



QAZİYİ-CAHAN  -  Naxçıvan  şəhəri  məhəllələrindən  birinin  adı.5 

Mənbədə  məhəllənin  həm  də  Xacə  Mirixli  adlandığı  qeyl  olunmuş­

dur (yenə orada).

QAZIXAN  -  İrəvan əyalətinin  Karbi nahiyəsində (indi Naxçıvan MR 

Şorur r-nunda) kənd adı. Qazıxan şəxs adıdır.



QAİBQULU  QARXIN  QIŞLAĞI  -  İrəvan  əyalətinin  Şərur nahiyə­

sində kənd  adı.6 Qarxın  Naxçıvan  MR ərazisində qədim  türk  mənşəli 

Qarxın  tayfasının  adını  əks  etdirən  bir  neçə  kəndin  adıdır.  Bax: 

"Aşağı  Qarxın".  Bu  kəndlər mülkədarlara mənsub  mülklər və əhalisi 

orta  əsrlərdə  maldarlıqla  məşğul olduğuna görə mülkədarların  adı  ilə 

adlanırdı.  Kəndin  adı  Qaibqulu  adlı  şəxsə  (mülkədara)  mənsub  "qar- 

xınların  qışlaq  yeri"  mənasındadır.  Bax:  həm  də  Qaxıcan  Qarxın  qış­

lağı.


QALA - Ordubad r-nunda Biləv kəndinin qərbində dağ adı.

QALA  -  Naxçıvan  şəhərinin  məhəllələrindən  birinin  adı.7  Şəhərin 

qədim qala hissəsinin adını  əks etdirir.



İrəvan  əyalətinin  icmal  dəfləri,  s. 139.



Şopen  İ.

  Göstərilən  əsəri.



Гейбуллаев  ГА

  Словарь  географических  терминов  Азербайджана.  Ичвеаия  АН  Атерб

ССР,  серия  истории,  философии  и  права,  1973,  № 2,  с.  121-122

4

  ■



İrəvan  əyalətinin  icmal  dəftəri,  s.  37

5  Yenə  orada,  s.  37.

°  Yenə orada,  s,  139.

7  Yenə  orada,  s. 19.


8 0

QALACIQ - Naxçıvan qəzasının Şərur nahiyəsində kənd adı.1 

QALACIQ - Ordubad r-nun Nəsirvaz kəndinin şərqində dağ adı. 

QALACIQ  -  Şərur  r-nunda  Qarabağlar  kəndinin  şimal-şərqində  30 

hektarlıq qədim qala xarabalığının adı.



QALACIQ - Naxçıvan əyalətinin Qışlağat nahiyəsində kənd adı.*

 2 


QAMIRQALA  -  Ordubad  r-nunda  Çənənəb  kəndinin  cənub-qərbin­

də təbii  mərz adı.



QAMIRQALA  -  Ordubad  r-nunda  Çənənəb  kəndinin  cənub-qərbin­

də  qala  adı.  Eradan  əvvəl  VIII  əsrdə  şimaldan  Cənubi  Qafqaza  gəl­

miş qedim türk mənşəli Qamar (Qəmər, Kəmər)  tayfasının3 adını əks 

etdirir.


QANDAQ  -  Şərur  r-nunda  dağ  adı.  Ehtimal  ki,  Səlcuq  oğuzlarının 

Qandal  (xandal) tayfasının  adını əks etdirir.



QANLIQUZEY  -  Babək  r-nunda  Sirab  kəndinin  şərqində  dağ  adı. 

Dağ  oradakı  quzey  (şimal)  yamac  adı  ilə  adlanmışdır.  Oronimdəki 

"qanlı"  sözü yerində bədbəxt hadisənin baş verdiyini bildirir. 

QANLIGÖL  -  Şahbuz  r-nunda  Zımel  kəndinin  şimalında,  Keçəl- 

dağın yamacında göl adı.



QAPI  DAŞQARA  -  Şahbuz  r-nunda  dağ  belinin  adı.  Dağın  adı  türk 

dillərində  qapı  -   "keçid"  vo  Daşqara  ("qara  rəngli  qaya"  mənasında) 

sözlərindən ibarətdir.

QAPI  QABAĞI  -  Culfa  r-nunda təbii  mərz  adı. Türk dillərində qapı 

-  "keçid" və "qabağı"  sözlərindən ibarətdir.



QAPIÇIQ  -  Ordubad  r-nunda  Nəsirvaz kəndinin şərqində, Zəngəzur 

silsiləsinin suayrıcında dağ adı.  Digər adı Gəmiqaya (3906 m). Dağın 

adı  qədim  türk dillərində qapı  "keçid", "aşırım" sözlərindən ibarətdir.

Bax:  Gəmiqaya.



QARAAĞAC  -  Naxçıvan  əyalətinin Qışlağat nahiyəsində kənd  adı.4 

Kənd  oradakı  qarağac  ağacının  adı  ilə  adlanmışdır.  "Kəndin  əhalisi 

Salman camaatındandır".5 6

QARABABA  -  Şahbuz  r-nunda  kənd  adı.  Kənddə  toplanmış  şifahi 

məlumata  görə  kəndin  hakimi  Hümmət  bəyin  atası  əvvəlcə  Qara­

bağda  yaşamış,  sonra  xanla  mübahisə  etmiş  və  ona  görə  də  rəiyyəti

İrəvan  əyalətinin  icmal  dəftəri,  s.  186.

2  Naxçıvan  sancağının  m üfəssəl  dəftəri,  s.  30.



Qeybullayev Q.

  Azərbaycan  türklərinin  təşəkkülü tarixindən.  Bakı,  1994.

4

  •



İrəvan  əyalətinin  icmal  dəftəri,  s.  145.

5  Naxçıvan  sancağının  m üfəssəl  dəftəri,  s.  165.

81

ilə  buraya köçərək  "Qarababa"  adlı  yerdə kəndin  əsasını qoymuşdur. 



Bu  toponim Zəngilan r-nunda da vardır.

QARABAĞLAR -  Kəngərli  r-nunda kənd  adı. Orta əsrlərdə adı  Qa­

rabağ.  Bu  kəndin  adı  ilə  Naxçıvan  əyalətinin  bir  nahiyəsi  Qarabağ 

adlanırdı.'  Orta  əsrlərdə  iri yaşayış  məntəqəsi  idi.  Azərbaycanın  Qa­

rabağ  bölgəsinin  adı  ilə  mənşəcə  eynidir.  Qarabağ  adının  guya  "şi- 

mal-qərb bağı",2  "sıx, qalın,  çoxlu bağ"3 və b. mənalarda olması  fikir­

ləri  inandırıcı  deyil.  Ona  görə  ki,  Qarabağ qədim  türk  mənşəli  peçe­

neqlərin  Qarabağ  tayfasının adını əks  etdirir.  X əsr müəllifi  Konstan­

tin  Baqryanorod  Cənub-şərqi  Avropa  çöllərində  yaşayan  peçeneqlə­

rin  bir  tayfasının  Qarabay  adlandığını  yazmışdır.4  Türkoloqlar 

müəyyən  etmişlər  ki,  qədim  peçeneqlərin  dilindəki  "y"  səsi  başqa 

türk dillərində "q"  səsini  əvəz edirdi.5 Ona görə də Qarabay etnonimi 

"Qarabağ" kimi oxunmalıdır.

Yuxarıda  "Biçənək"  toponimi  ilə  əlaqədar  peçeneqlərin  və 

Kəngərlərin  Azərbaycan  ərazisinə  gəlib  məskunlaşması  məsələsi 

nəzərdən  keçirildikdə  qeyd  edildi  ki,  peçeneqlər  buraya  iki  vaxtda 

gəlmişlər:  birinci,  eranın  əvvəllərində,  ikinci  X1I-X111  əsrlərdə.  Qa­

rabağ  tayfasının  məhz  hansı  vaxtda  gəldiyi  hələlik  aydınlaşdırılma­

mışdır.


Göyçay  və  Xanlar  r-nlarında  iki  kəndin  Qarabağlar  adlanması 

da  Qarabağ  sözünün  tayfa  adı  olduğunu  göstərir.  Qarabağlar  Naxçı­

vanda  yaşayan  Kəngərlərin  bir  tirəsinin  adıdır/’  Gəncə  qəzasında 

maldar həyat keçirən bir el Qarabağlar adlanırdı.7 



QARABAĞL1ÇAY  -  Şərur  r-nunda  Axura  kəndinin  cənubundan 

axan  çay  adı.  Kəngərlərin  Qarabağ tayfasına  mənsub  ailələrin  adı  ilə 

bağlıdır.  Bax:  Qarabağlar.

İrəvan əyalatiııin  icmal  dəftəri, s.  144.



Cəmşidin’  Ş.

  "Kitabi  •  Dada  Qorqud"  qəhrəmanlarının  mərkəzi  yaşayış  yerləri  haqqında. 

Respublika  Əlyazmaları  fondunun Osərləri.  Bakı,  1972,  s.  63.



Юзбашов  P.

  О  некоторых  чертах  топонимики  Азербайджана.  И т е с т я   АН  Азербай­

джанской ССР. Серия  наука о Земле,  1968. №  3, №   1,  с.  135.

4

Баскаков А. II

  Введение в  изучение торкских  языков.  М.,  1969.  с  237.

Статистическое описание Нахичеванской  провинции,  с.  32.



Абелов  Н.А.

  Экономический  быт  гос.  крестьян  Клизаветпольского  уезда  Ьлизавегполь- 

ской  губернии,  с.  11

7  İrəvan  əyalətinin  icmal  dəftəri, s.  141.



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə