mümkün idi. Herodot göstərirdi ki, şah Kambiz atabir, anabir doğma
bacısını sevir və onunla evlənmək istəyir. Lakin qanun bunu qadağan edirdi.
Bunun üçün Kambiz şah hakimlərini toplayaraq onlardan qanunun doğma
bacısı ilə evlənməsinə icazə verməsi barədə sonışur. Hakimlər öz xalqının
adətlərinin əksinə getmək istəməsə də öz həyatlarından qorxaraq şaha
istədiyini etməyə hüququ olduğunu bildirirlər - qanun şahın idarəsinə zidd
ola bilməz. Hər il şah çoxuşaqh ailələrin valideynlərinə hədiyyələr verirdi.
Farsların ailə hüququna görə yeni evlənən gənclər qılıncla iki yerə
bölünmüş çörəkdən yeyir, çaxırdan içib nəvaziş edirdilər. Əhəmənilər
imperiyasının əyalətində ailə hüququnun xarakterik cəhəti kimi qadınların
kifayət qədər azad hüquqlannın olmasında idi. Ərə gedən qadın əmlaka
sahib olmaq, onun üzərində sərəncam vermək, yəni bağışlamaq, hədiyyə
vermək, dəyişmək, icarəyə vermək və s. hüquqlara malik olmuşdur.
Ərin vəfatından sonra hətta övladları olmayan dul qadınlar üçün
əmlakın bir hissəsi ayrılırdı. Qadınlar əqidlərin bağlanmasında şahid kimi
iştirakdan məhrum olsalar da öz adlarından müqavilə bağlamaq hüququ
malik idilər. Boşanma hüququndan kişilər daha çox istifadə edirdilər.
Qanunlar qadınların boşanma hüququnu məhdudlaşdırırdı. Arvadını
boşayan ər təşəbbüskar kimi ona əmlakın bir hissəsini verməli idi.
Bir çox mənbələr Əhəməni şahlarının yəhudilərə öz qanunları ilə
yaşamağa icazə verdiyini göstərirdi. Belə ki, daxili mübahisələr
mülki-məbəd icmaaları tərəfindən araşdırılırdı. Nigah müqaviləsində şərt
kimi qadınların eyni zamanda ikinci ərinin olmaması təsbit olunurdu.
Adaxlı oğlan qayınataya baş pulu verməli idi. Ərin və ya arvadın vəfatından
sonra tərəflərdən biri əmlaka varis olurdu. Talmud qanunlarına görə
(yəhudilərin dini kanonları) yəhudi qadınların geniş əmlak və nigah hüququ
mövcud olmuşdur. Qadınlar öz adından müqavilə bağlamaq, mülkiyyətə
sahib olmaq və boşanmaq hüququna malik idilər. Ziyankarhğa görə hər
hansı bir cəza verilmir, yalnız boşanma həyata keçirilirdi.
Cinayət və cəza. Qədim İran hüququnda cinayətin növləri və verilən
cəzalar dövlət qanunlan və Avestanm göstərişlərinə müvafiq
21
müəyyən edilirdi. Behiştim yazılannda I Daranın verdiyi qanundan məlum
olur ki, şah yeni qanunlar verərkən Ahura-Məzdanm istəyinə uyğun hərəkət
edir. Bu qanunların əsas prinsiplərində göstərilir ki, mənə sədaqətli insanları
mən mükafatlandırıram, mənə xəyanət edənləri ağır cəzalandırıram.
Ahura-Məzdanm mərhəməti ilə bu ölkələr (işğal olunmuş dövlətlər) mənim
qanunlanmia hərəkət edirlər. Əhəməni sənədlərində “qanun” sözü “data”
termini ilə ifadə edilirdi. Erkən dövrlərdə fars tayfaları xalq yığıncağına
toplaşaraq ən ağır cinayət işlərinə baxırdılar. Mənbələrə görə ən ağır cinayət
işlərinə I Dara şəxsən baxırdı. Digər mühüm cinayətlərində araşdırılması
üçün şah tərəfindən şəxsən təyin edilən hakimlər kollegiyası da fəaliyyət
göstənnişdir. Bu kollegiyanın hökümündən kassasiya şikayəti qəbul
olunmurdu. Yalnız şah hökmü ləğv edə bilirdi.
Adi cinayətlər şah hakimləri tərəfindən araşdırılırdı. İlk dəfə II Kambiz
dövründə hakimlər - databaralar (qədim fars dilində “qanun daşıyıcıları”)
barədə məlumat verir. Databaralar fars əyanları arasından ali vəzifəyə təyin
olunurdu. Onlar farslar arasındakı mübahisələri həll edir, həmçinin qanun
və adətləri təfsir edirdilər. II Kambiz rüşvət almış databaranı cəzalandırmaq
barədə əmr verir. Onun dərisini soyduraraq əyləşdiyi kürsünün üzərinə
çəkirdirir. Qətlə yetirilmiş hakimin oğlu atasının yerinə təyin edilir və ona
həmin kürsüdə əyləşmək və hökmlər çıxarmağı əmr edir.
Digər databar rüşvətxor I Daranın qəzəbinə gələrək çarmıxa çəkilməsi
barədə əmr verir, lakin hökümün icrası zamanı şah databa- ranm əvvəlki
xidmətlərini nəzərə alaraq onu əfv edir.
Şah və onun ailəsi əleyhinə olan cinayətlərə görə ölüm cəzası verilirdi.
Bu cinayətə görə bütün ailə üzvləri elliklə cəzalandırılırdılar.
Farslann adət hüququna görə ilk dəfə törədilən cinəyətə görə ölüm
cəzası verilmirdi. Təkrar cinayətlərə görə o halda ölüm cəzası verilirdi ki,
müqəssirin əvvəlki xidmətləri onun cinayət əməllərini ötmüş olsun.
Qədim İran hüququnda cəzalar sərtliyi ilə fərqlənirdi. Başın kəsilməsi,
diri basdırmaq, əlin, ayağın kəsilməsi, gözlərin çıxardılma- sı və s.
Adamları zəhərləyən cinayətkann başına iri daşlar yığıb onun başı əzilənə
qədər cəzanı davam etdirirdilər.
22
Avestanın Vendidad bölməsində dini-əxlaq və digər cinayətləri
tənzimləyən normalar təsbit olunmuşdur. Dini cinayətləri araşdırmaq kahin
maqupatlarm səlahiyyətində idi. Din əleyhinə, şəxsiyyət əleyhinə,
heyvanlar əleyhinə, əmlak əleyhinə, əxlaq əleyhinə və təbiət qüvvələri
əleyhinə olan cinayətləri özündə birləşdirən Avesta Əhəmənilər dövlətində
əsas kanon qanunları olmuşdur.
Məhkəmə prosesi. Proses zərərçəkmişin və ya onun yaxınlarının
şikayəti əsasında başlayırdı. Məhkəmə hakimləri müttəhimin günahını,
günahın forması (qəsdən və ya qəsdən olmadan), həmçinin müttəhimin
ictimai və dini mənsubiyyətini müəyyən etməli idilər. Məhkəmə
istintaqında işgəncədən geniş istifadə edilirdi. Hökm şahın adından
çıxarılırdı. Databara tərəfləri şaha and içmək və ordahyaya (ilahi sınağa)
məcbur edə bilərdi.
23