Sağlam ĠnkiĢaf və Maarifləndirmə



Yüklə 2,1 Mb.
Pdf görüntüsü
səhifə47/54
tarix19.07.2018
ölçüsü2,1 Mb.
#57067
1   ...   43   44   45   46   47   48   49   50   ...   54

Dəmirçilər  kəndindəki  türbə  XIV,  Gürcülü  kəndindəki  “Ġmamzadə”  türbəsi  XVII, 
Yazı  düzü  adlandırılan  sahədəki  CavanĢir  türbəsi  XIV  əsrin  daĢa  dönmüĢ 
minarələridir. 
 
Körpülər 
Yuxarıda  qeyd  etdik  ki,  rayonun  ərazisindən  iki  bol  sulu  çay  (bir  neçə 
xırda  çay  da  var)  axır.  Bu  çaylar  üzərindən  körpülərin  salınması  zamanın  və 
təbiətin sifariĢi olubdur. Körpü - həyatın sığortası, rahatlıq və ünsiyyət vasitəsidir. 
Qubadlı rayonu ərazisində üç qədim körpü olub. Bunlardan ikisi (Laləzar və Hacı 
Bədəl  körpüsü)  Azərbaycan  Respublikası  Mədəniyyət  və  Turizm  Nazirliyi 
tərəfındən  qeydə  alınıb.  Qubadlı  ərazisində  ən  qədim  körpünün  QarakiĢilər 
kəndində  “Sınıq  körpü”  olduğu  söylənilir.  “Sınıq  körpü”nün  taleyi  xalq  arasında 
əfsanələrə  bələnilibdir.  Körpünün  salınması  barədə  yaranmıĢ  əfsanədən  belə 
ehtimal etmək olar ki, körpü “əyyamı-qədimin” abidəsi olubdur. Rəvayətə görə, bu 
körpünü kiĢi paltarı geymiĢ bir qız tikibdir. Körpü sonralar sınıb sıradan çıxmıĢdır. 
Digər iki körpü (Laləzar və Hacı Bədəl körpüsü) tarixin bir qədər sonrakı 
dönəmlərində inĢa edilibdir. 
Maraqlı  arxitekturası  və  qəribə  taleyi  olan  Laləzar  körpüsü  1867-ci  ildə 
tikilibdir.  Laləzar  körpüsü  BərgüĢad  çayının  üzərində  altı  oval,  üstü  düz  bir 
formada salınıbdır. 
Hacı  Bədəl  körpüsü  XIX  əsrin  niĢanəsidir.  Yaxın  tarixin  yaĢıdı  olan 
körpünün Ģəffaf bir “avtobioqrafıya”sı vardır. 
Bu körpünü Dəmirçilər kəndinin sayılıb-seçilən el ağsaqqallarından olmuĢ 
Hacı Bədəl adlı bir Ģəxs öz xərci hesabına tikdiribdir. Körpünün son dərəcə maraqlı 
arxitekturası vardır. Belə ki, körpü kükrəyən, yaz gələndə yerə-göyə sığmayan, hər 
an  kükrəyib  daĢan  dağ  çayının  (Ağa  çayı)  üstündə  salınmıĢdır.  Heç  vaxt  ram 
olunmayan,  dəlisov  dağ  çayının  üstündə  salındığından  körpü  tağbənd  formasında 
idi. Onun ortasında dayaqlar qoyulmamıĢdı. Belə etməkdə məqsəd kükrəyib daĢan 
dağ çayının maneəsiz axını üçün idi. 
Hər iki körpü rayon iĢğal olunana qədər öz funksiyasını gərəyincə yerinə 
yetirirdi. Əfsuslar ki, bu körpülər və digər maddi mədəniyyət abidələri Azərbaycan 
Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfındən qeydə alınsa da, ən kiçik 
araĢdırmaya belə cəlb olunmayıblar. Əslində, bu abidələr xalqın taleyidir, xarakteri 
və  avtobioqrafıyasıdır.  Qubadlı  ərazisində  mövcud  olmuĢ  maddi  mədəniyyət 
abidələri  orada  yaĢayıb  yaratmıĢ  türklərin  yüksək  intellektini,  həyat  tərzini 
xarakterizə  edir.  Bu  maddi  sərvətlər  lap  qədimdən  həmin  regionda  məskunlaĢmıĢ 
türklərin özünüdərk atributudur. Bu məntiqi yaxĢı bilən riyakar qonĢularımız daim 
türklərin  maddi-mənəvi  sərvətlərinə  qənim  kəsiliblər.  Çox  güman  ki,  Qubadlı 
ərazisində  mövcud  olmuĢ  mədəniyyət  nümunələri  də  mənfur  emənilərin  barbar 
düĢüncəsinin  qurbanı  olub.  Qubadlının  zamanın  hansı  dönəmindəsə  doğma 


sahibinin olacağına inanırıq. Ancaq Qubadlının maddi-mənəvi abidələrinin salamat 
qalmasına inamımız yoxdur... 
Qubadlının tarixində həmiĢə qılıncla qələm qoĢa dayanmıĢdır. Hər ikisi də 
ucada  olmuĢdur.  Biri  qəhrəmanlıq,  digəri  isə  istedad  zirvəsində.  Bu  torpaq  milli 
qəhrəmanlar, görkəmli elm və görkəmli dövlət xadimləri, məĢhur yazıçı və alimlər, 
adlı-sanlı əmək qəhrəmanları yetiĢdirmiĢdi. 
 
TANINMIġ ġƏXSĠYYƏTLƏRĠ 
 
Qubadlının tanınmıĢ neçə-neçə qəhrəmanı, yazıçısı, Ģairi, ədəbiyyatĢünası, 
jurnalisti, alimi, din və dövlət xadimi olub. Hələ XVIII əsrdə yazmıĢ olduğu “Məm 
və  Zin”  poeması  ilə  məhəbbət  dastanı  yaradan,  böyük  söz  ustadı  Məhəmməd 
Füzulinin  yolunu  davam  ctdirən  Əhməd  Xani  kimi  nəhəng  Ģair  yaĢayıb  Xanlıq 
kəndində.  Ondan  200  il  sonra  M.  M.  Xəzani  (1811-1893)  anadan  olub  Mərmər 
kəndində. Xəzani orijinal üsluba malik bir Ģair olmuĢ, eyni zamanda  “Kitabi-tarixi 
Qarabağ” əsərini yazmaqla bir tarixçi kimi diqqəti çəkmiĢdir. Azərbaycan elminin 
60-dan çox nümayəndəsi, o cümlədən 15-dən çox elmlər doktoru Qubadlıdandır. 

 
Qaçaq Nəbi -  Xalq qəhrəmanı. 

 
Bəhlul  Əfəndi  (Bəhcət)  (1885-1938)  -  ADR-in  siyasi  xadimi, 
ədəbiyyatĢünas. 

 
Məhəmmədov  Baba  Məhəmməd  oğlu  (  1887-1974)  -  Ġctimai- 
siyasi xadim, ADR-nın parlamentinin üzvü. 

 
Kərimova  Zəhra  Adıgözəl  qızı  (1909-1990)  -  Azərbaycan  SSR 
Sosial təminat naziri 

 
Heydərov  Nəzər  Heydər  oğlu  (1896-1969)  -  Azərbaycan  SSR  Ali 
Soveti Rəyasət heyətinin sədri 

 
Heydərov  Arif  Nəzər  oğlu  -  General-leytenant,  Azərbaycan  SSR 
Daxili ĠĢlər naziri 

 
Hüseynov  Kamran  Əsəd  oğlu  -  Azərbaycan  SSR  Nazirlər  Soveti 
sədrinin müavini 

 
Əmiraslanov  Əli  Ağamalı  oğlu  -  Geoloq,  professor,  SSRĠ  EA-nın 
müxbir üzvü. 

 
Əmiraslanov  Möhbalı  Firudin  oğlu  (1902-1984)  -  Ġctimai-siyasi 
xadim, Azərbaycan SSR Nazirlər Soveti sədrinin 1-ci müavini. 

 
Ġsgəndərov  Məmməd  Əbdül  oğlu  (1915-1985)  -  SSRi  Ali  Sovetinin 
Rəyasət heyəti sədrinin müavini. 

 
Allahverdiyev  Mədət  Mustafa  oğlu  (1929-1991)  -  Ġqtisad  elmləri 
doktoru, professor. 

 
Nəcəfov  CanbaxıĢ  Əli  oğlu  (1949)  -  Biologiya  elmləri  doktoru, 
professor, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü. 

 
ġirinov Həbib Rəhim oğlu - Ġqtisad elmləri doktoru, professor. 


Yüklə 2,1 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə