preneandertal-Azıxantrop adamının alt çənəsinin sümükləri rayon mərkəzindən 15
km aralı məsafədə yerləĢən Azıx mağarasında tapılmıĢdır. Azərbaycan arxeologiya
elminin böyük nailiyyətləri olan bu abidə Qarabağın Füzuli ərazisində vaxtilə
qədim paleolit dövrünün mövcudluğunu aĢkarladı.
Füzuli rayonunun müxtəlif ərazilərində, xüsusilə də Arazboyu ərazilərdə
və Quruçay-Köndələnçay vadisində qədim türkdilli xalqlara məxsus abidələr, о
cümlədən çoxlu sayda kurqan abidələri mövcuddur. Bura Kültəpə, Üç kurqan və s.
göstərmək olar.
Orta əsrlərdə Füzuli rayonu ərazisində bir sıra qala Ģəhərləri olub. Bura
sonralar itib batmıĢ, sovetlərin xalq təsərrüfatını inkiĢaf etdirdiyi bir dövrdə qalıqları
məhv edilərək pambıq tarlasına çevrilmiĢ Bəhmən Ģəhəri, Qarabağlar Ģəhəri və s.
daxildir.
Füzuli rayonunda Əcəmi memarlıq məktəbinin təsiri ilə inĢa olunan bir
sıra memarlıq abidələri var idi. Çox təəssüf ki, Əhmədalılar və ya Arğalı türbəsi
(XIII əsrin sonu), Babı türbəsi (1273-cü il), AĢağı Veysəlli kəndində hamar daĢdan
t i k i l ə n qülləvari Mirəli türbəsi (XV əsr), Qarğabazar kəndində Hacıqiyasəddin
məscidi (1682-ci il), Karvansara (1684-cü il), Qoçəhmədli kəndində məscid (XVIII
əsr), Füzuli Ģəhərində Hacı Ələkbər məscidi (XIX əsr), “MəĢədi Həbib” hamamı
(XIX əsr), Merdinli kəndi yaxınlığında daĢdan yonulan at, qoç fiquru qədim
abidələri (XVIII-XIX əsrlər) və s. bu kimi tarixi əhəmiyyət daĢıyan abidələrimiz
ermənilərin vəhĢi vandalizminə məruz qalmıĢ, məhv edilmiĢ, yandırılmıĢdır. Hər bir
xalq öz tarixinin qədimliyi ilə tanınır. Lakin iĢğalçı ermənilər Azərbaycana dair
tarixi hər vasitə ilə saxtalaĢdırmağa, yaddaĢlardan silməyə çalıĢmıĢlar. Zəbt edilmiĢ
torpaqlarımızın hər daĢının külə döndərilməsi, viran edilməsi ermənin
vandalizminin bir daha sübutudur.
Qeyd edək ki, Füzuli rayonunda ümumilikdə 22 sayda dünya və ölkə
əhəmiyyətli daĢınmaz tarixi və mədəniyyət abidəsi, həmçinin indiyədək qeydə
alınmayan 45 sayda yerli əhəmiyyətli tarixi abidə vardı. Müharibədən əvvəl
rayonda 2 muzey olub. Bunlardan biri tarix diyarĢünaslıq muzeyi, digəri isə xalq
tətbiqi sənəti muzeyidir. Sonuncu muzeydə 800 eksponat olub.
Azıx
Azıx - Azərbaycan ərazisində ən böyük karst mənĢəli mağaradır. Füzuli
rayonunun mərkəzindən 14 km Ģimal-qərbdə 900 m hündürlükdə yerləĢir. Burada
bir-birilə əlaqəli olan 6 otaq vardır. Paleolit dövrünə aid olan bu nadir obyektin
öyrənilməsi 1960 ildən baĢlanmıĢdır. 1968 ildə burada ibtidai insanın alt çənə
sümüyü aĢkar edilmiĢdir. Həmin tapıntının 350 min il (AĢel dövrü) tarixi vardır.
Dünyada bu üçüncü belə tapıntıdır. Qazıntılar zamanı aĢkar edilmiĢ ən mədəni qat
ibtidai insanın Azıx mağarasında uzun müddət ərzində yaĢadığını təsdiqləyir. Burada
yaĢayan ibtidai insanlar yığıcılıqla, ovçuluqla və balıqçılıqla məĢğul olmuĢdular.
Qazıntılar zamanı tapılmıĢ ocaqlarda böyük miqdarda kül və kömür tapılmıĢdır. Azıx
mağarası əyani Ģəkildə insanın Azərbaycanda 1 milyon il öncə yaĢadığını
təsdiqləyir.
Tağlar-Azərbaycanın Füzuli rayonunda yerləĢir. Paleolit dövrünə aiddir. 1964
ildən öyrənilir. Mağara bir neçə otaqdan ibarətdir. Bura iblidai insanın məskunlaĢdığı bir
yer olmuĢdur. Abidədə altı madəni qat aĢkar edilmiĢdir. Qazıntılar zamanı ocaq qalıqları,
daĢ alətləri və fauna qalıqları tapılmıĢdır.
Qaraköpəktəpə abidəsi
Qaraköpəktəpə yaĢayıĢ yeri Füzuli Ģəhəri yaxınlığında Kiçik Qafqazın cənub-Ģərq
ətəklərində yerləĢir. Abidə üst hissəsi yastı olan konus formalı yüksək təpə Ģəklindədir.
Təpənin hündürlüyü 50 m olub, diametri isə Ģimaldan cənuba 220 m, Ģərqdən qərbə isə
180 m təĢkil edir. Öncədən Qaraköpəktəpə abidəsi elmi ədəbiyyatda kurqan tipli məzar
tikilisi kimi təqdim olunurdu. Lakin keçən əsrin 60-80 illərində aparılan əsaslı arxeoloji
qazıntılar nəticəsində məlum olmuĢdur ki, bu abidə qədim yaĢayıĢ məskənidir. Buradakı
mədəni qatlar həmin məskənin bir neçə minillik ərzində mövcüd olduğunu təsdiqləyir.
Qaraköpəktəpənin ən qədim mərhələsi mezolit dövrünə təsadüf edir. Abidə
ərazisində aĢkar olunan çaxmaq daĢı və obsidiandan hazırlanmıĢ mikrolitik əĢyalar həmin
dövrdə bu ərazinin məskunlaĢmasının əyani sübutudur. Güman edilir ki, həmin təpə о
zamanlar mezolit dövrü ovçularının yaĢayıĢ məskəni idi. Qaraköpəktəpədə üzə çıxarılan
növbəli təbəqə formalaĢmıĢ oturaq-əkinçiliyi dövrü ilə bağlıdır. Bu dövr е.ə. VI-V
minilliklərə təsadüf edir. Həmin mərhələ iri olmayan məiĢət-təsərrüfat xarakterli saman
tikililəri ilə, çox bəsit əkinçilik alətləri və əl ilə hazırlanmıĢ primitiv gil qablarla
səciyyələnir. Qaraköpəktəpə abidəsinin bu mədəni qatında daĢ, sümük və buynuzdan
hazırlanmıĢ kərki və oraqlar, xarakterik xüsusiyyətlərə malik olan qablar aĢkar
edilmiĢdir.
Tunc emalının baĢlandığı və Azərbaycan ərazisində ilkin tünc mədəniyyətinin
yayılması dövründə, e. ə. IV-III minilliklərdə bu arxeoloji abidənin yamacı və
ətəklərində dairəvi və düzbucaq Ģəkilli yaĢayıĢ və məiĢət-təsərrüfat xarakterli tikililər inĢa
edilmiĢdir. Bunlar onu təsdiqləyir ki, həmin zamanlar Qaraköpəktəpə iri yaĢayıĢ və
sənətkarlıq mərkəzi olmuĢdur. Burada qədim sənətkarlıq növləri olan metaliĢləmə,
dulusçuluq, toxuçuluq və s. inkiĢaf etmiĢdir.
Maraqlıdır ki, bu dövrə aid edilən mədəni qatın qalınlığı 7 m təĢkil edir. Bu da
həmin ərəfədə abidə ərazisində çox intensiv həyat fəaliyyətinin mövcud olduğunu
sübut edir. Arxeoloji qazıntılar nəticəsində abidədən yüksək keyfıyyətli cilalı saxsı qablar,
xırda plastika nümunələri və müxtəlif ocaq altlıqları aĢkar olunmuĢdur.
Qaraköpəktəpə abidısinin sözü gedən qatından çox nadir və dəyərli tapıntılar əldə
edilmiĢdir. Belələrinə meteorit daĢından hazırlanmıĢ nizə ucları, tunc balta üçün gil qəlib,
semantik xarakterli zəngin dekora malik saxsı qablar aiddir.
Abidədə aparılan arxeoloji qazıntılar zamanı tunc dövrünün digər mərhələlərinə
aid material və məmulat aĢkar olunmuĢdur. Bu dövrün üst qatlarında aparılmıĢ qazıntılar
nəticəsində orta tunca aid əzəmətli müdafiə divarının qalıqları üzə çıxarılmıĢdır. Bu qatda
Dostları ilə paylaş: |