1841-ci ildə Qarabağ əyaləti, о cümlədən Cəbrayıl ərazisi mərkəzi ġamaxı
Ģəhəri olan Xəzər vilayətinin, 1846-cı ildə isə yeni yaradılmıĢ ġuĢa qəzasının tabeliyində
olmuĢdu. 1873-cü ildə Cəbrayıl və ona qonĢu olan ərazilər ġuĢa qəzasının
tabeliyindən çıxarılaraq Yelizavetpol (Gəncə) quberniyasının tərkibində Cəbrayıl
qəzası təĢkil edildi. Qəzanın məhz Cəbrayılda yaradılması təsadüfi deyildi. ġuĢa
qəzasının ərazisi böyük olduğundan qəza idarələri yerlərlə, xüsusilə Cəbrayılın
Arazboyu məntəqələri ilə əlaqə saxlaya bilmirdi. Cəbrayıl kəndi strateji cəhətdən
əlveriĢli mövqedə olduğundan rus hərbi qarnizonu hələ 1802-ci ildə burada hərbi
Ģəhərcik salmıĢdı. Xudafərin karvan yoluna nəzarət edən Karantin - Gömrük
idarəsi və çar hökumətinin müvəkkili bu kənddə idi.
Yeni yaradılmıĢ Cəbrayıl qəzasının əhalisi 66360 nəfər idi (1897). Qəza
indiki Cəbrayıl, Füzuli, Xocavənd rayonlarının, Qubadlı rayonunun Xanlıq
kəndindən Araza və oradan da Zəngilan rayonunun Bartaz kəndinə qədər əraziləri
əhalə edirdi.
Cəbrayıl ərazisində dünya memarlıq sənətini bəzəyən, Azərbaycan
memarlıq tarixində özünəməxsus yer tutan çoxlu monumental abidələr - körpülər,
qalalar, türbələr, gümbəz və məscidlər vardır. Bu gün о abidələr nankor
qonĢularımızın murdar ayaqları altında inləməkdə, ernəni vandalizminin dünyaya
sığmayan vəhĢiliklərinin Ģahidi olmaqdadır.
Cəbrayıl ərazisində yerləĢən və ermənilər tərəfındən iĢğal edilən
abidələrdən biri dünya memarlıq sənətinin nadir incilərindən olan Xudafərin
körpüləridir. Araz çayı üzərində ucalan bu möhtəĢəm abidələrin biri 11, digəri isə 15
aĢırımlı körpülərdir. On bir aĢırımlı köpünün uzunluğu 130, eni 6, hündürlüyü 12
metrdir. On beĢ aĢırımlı körpününsə uzunluğu 200, eni 4.5, hündürlüyü 10 metrdir.
Körpülər bir-birindən 800 metr aralı tikilmiĢdir. Onların tikinti texnikası və tarixi
haqqında müxtəlif fıkirlər söylənməkdədir.
On bir aĢırımlı körpünün daha qədim olması, onun Əhəmənilər imperiyası
zamanında, e.ə. VI-III əsrlərdə ağacdan tikilməsi, sonralar XII əsrdə Eldəgəzlər
hakimiyyəti dövründə yenidən quralması söylənilir. On beĢ aĢırımlı körpünün isə
eramızın I əsrində inĢa edilməsi, XIII əsrdə Elxanilər dövründə yenidən bərpa
edilməsi alimlərimiz tərəfindən təsdiq edilmiĢdir.
Xudafərin körpüləri Azərbaycan inĢaatçılarının müstəsna mühəndislik
qabiliyyətinin ən gozəl nümunələrindən biridir. Hər iki körpünün ayrı-ayrı tağlarını
birləĢdirən sütunların hər biri çayın içərisində olan sal qayaların üzərində tikilmiĢdir. Bu
da körpülərin bünövrəsinin əbədiliyinin təminatıdır. Xudafərin “xuda” və “afərin”
sözlərindən ibarətdir. “Xuda” - Allah deməkdir, “afərin” isə alqıĢ, mərhəba
mənasını verir. Ġfadə bütövlükdə “Allah tərəfındən yaradılmıĢ”, “Allaha alqıĢ”, “Allaha
mərhəba” deməkdir. Bu körpülərin Hindistandan tutmuĢ Yaxın və Orta ġərqlə ġimali
Azərbaycan, bütün Zaqafqaziya və Dərbənd vasitəsilə Rusiya və Qərbi Avropa
ölkələri arasında ticarət əlaqələrinin inkiĢafı, qədim ipək yolunun müntəzəm
fəaliyyətdə olması, Azərbaycanın cənubu ilə Ģimalının iqtisadi və mədəni əlaqələri
üçün müstəsna əhəmiyyətinə Ģahidlik edir.
Bir vaxtlar Azərbaycanı iki yerə bölən coĢqun Arazın üzərində о taylı, bu
taylı həmvətənlərimizin bır-birinə uzanan nisgilli qollarına çevrilmiĢ insan
addımlarına həsrət qalan bu körpülər indi adi insan baxıĢlarına belə həsrətdir. Ġndi bu
körpüləri inĢa edənlərin nəvə-nəticələrinə bu əzəmətli abidələrə baxmaq da qadağan
edilib.
Bunlardan baĢqa, Cəbrayıl çoxlu digər arxeoloji və tarixi memarlıq
abidələri ilə zəngindir. Qalacıq kəndində “Məscid təpəsi”, “Canqulu” və
“Qumtəpə” kurqanları, Tatar kəndi yaxınlığında е.ə III minilliyə aid siklop
tikintiləri, Dağtumasda “BaĢıkəsik gümbəz”, Sirikdə “Qala”, Çələbilər kəndində
məscid-mədrəsə kompleksi, ġıxlar kəndində “Dairəvi türbə”, Xubyarlıda Dairəvi və
Səkkiz guĢəli türbələr belə maraqlı sənət əsərləridir. Cəbrayılda həm dünya
əhəmiyyətli, həm respublika əhəmiyətli, həm də yerli əhəmiyyətli çoxlu abidələr,
baĢqa sözlə 120-уə yaxın qədim tariximizi özündə əks etdirən abidələr var idi. Bu
abidələrin hər biri doğma yurda həsrət qalan insanların isti nəfəsinə, hənirinə
möhtacdir. Bu həsrəti, ayrılığa salan isə xalqımıza düĢmən kəsilmiĢ insafsız və namərd
qonĢularımız - ermənilərdir.
Erməni iĢğalına məruz qalmıĢ abidələrimizdən biri Arazın sol sahilində Diri
dağın üzərində tikilmiĢ “Qız qalası”dır. Tədqiqatçılar bu abidəni XII-XIII əsrlərə aid
edirlər. Ümumiyyətlə Azərbaycanın bir sıra guĢələrində Qız qalası adlandırılan qalalar
vardır. ġübhəsiz ki, bu qalalar haqqında müxtəlif rəvayətlər olsa da, bunlar о dövrlər
üçün xarakterik hesab olunan müdafıə qalaları - baĢqa sözlə göz qalası idi. Qalanın
tikinti-memarlıq üslubuna nəzər saldıqda onun orta əsr memarlığının ən gözəl
nümunələrindən biri olduğu məlum olur. Qaladan baxarkən Diri dağından Naxçıvan
istiqamətinə qədər ərazilər və Ġranın Arazboyu hissəsi tam aydın görünür.
Belə qalalardan biri də V-VI əsrlərə aid olan Sirik qalasıdır. Qala
təxminən 500 kv.metrlik ərazini əhatə edir. Çaxmaq daĢı ovuntusunun əhənglə
qarıĢıq məhlulundan istifadə edilərək daĢdan tikilmiĢ, bürcü palıd ağacının özəyi
üzərində qurulmuĢdur. Qalaya yalnız bir tərəfdən ancaq sıldırım qayalıqlarla çıxmaq
olar. Bu tikintidən də müĢahidə və düĢmən iĢğalından uzun müddət müdafiə olunmaq
üçün istifadə olunmuĢdur.
Ermənilərin Azərbaycan xalqına və onun tarixinə, mədəniyyətinə qarĢı
“səlib yürüĢü” heç də beĢ ilin, on ilin söhbəti deyildir. Tarixin bütün dövrlərində öz
bədxah niyyətlərini həyata keçirən ermənilər hələ Dağlıq Qarabağ münaqiĢəsi
baĢlamamıĢdan qabaq Cəbrayıl rayonunda olan qədim tarixi abidələri gəzir, özlərinin
hansısa bir saxta tarixini əks etdirən kitabələr, niĢanələr və s. basdırmıĢlar. Bu
çirkin əməllər deyəsən təkcə Cəbrayıl ərazisində yox, digər ətraf rayonlarda və
Dağlıq Qarabağ ərazilərində həyata keçirilmiĢdir.
Cəbrayıl rayonunda ermənilərin tapdaqları altında qalan abidələrimizdən
biri Dağtumas kəndində yerləĢən BaĢıkəsik gümbəzdir. XIII-XIV əsrlərə aid hesab
Dostları ilə paylaş: |