Sağlam ĠnkiĢaf və Maarifləndirmə



Yüklə 2,1 Mb.
Pdf görüntüsü
səhifə46/54
tarix19.07.2018
ölçüsü2,1 Mb.
#57067
1   ...   42   43   44   45   46   47   48   49   ...   54

BərgüĢad  çayının  mənbəyi  isə  Ərikli  dağlarından  baĢlayır.  BərgüĢad  öz 
gücünü  dağ  bulaqlarından  süzülüb  gələn  Dəli  çay,  ġəki  çayı,  Sisyan  çayı, 
Taxtakörpü çayı, DaĢlı dərə çayı, Bəxtiyarlı və Ağa çaylarından alır. BərgüĢad çayı 
da  öz  Həkəri  çayı  kimi  Araza  tökülür.  Hər  iki  çay  rayonun  Qaralar  kəndinin 
yaxınlığında birləĢir. 
Rayonun  bir  hissəsi  aran  olsa  da,  əsas  hissəsi  dağlıqdır.  Dağlıq  yerlər 
meĢə  örtüyünə  bürünmüĢdür.  Rayonun  Hərtiz  və  Səngər  dağlarındakı  Ģəfalı 
bulaqları  can  dərmanıdır.  Qubadlılar  heyvandarlıqla,  tütünçülüklə  və  taxılçılıqla 
məĢğul  olurdular.  Qubadlıda  hələ  istifadə  olunmamıĢ  böyük  əqiq  yatağı  da  var. 
Bundan  baĢqa  mərmər  karxanası  da  var  idi.  (Elbrus  ġahmar,  “Xanimanım 
Qubadlı”,  “Araz”  NəĢriyyatı, Bakı-1998, 803 səh) 
 
TARĠXĠ VƏ MƏDƏNĠYYƏT 
 ABĠDƏLƏRĠ 
 
BəĢəriyyətin  keçib  gəldiyi  uzun  əsrlik  tarixi  yol  birmənalı  təsdiqləyib  ki, 
ilk  insan  və  ilkin  mədəniyyət  Dəclə-Fərat  çaylarının  (Mesopotomiyada,  bu  sözün 
hərfi  mənası da elə iki çayarası deməkdir) sağ  və solunda intiĢar tapıb. Bu qədim 
mədəniyyətin  ardınca  yaranmıĢ  antik  mədəniyyətlər  də,  çox  maraqlıdır  ki,  iki  çay 
arasında  araya-ərsəyə  gəlib.  Orxon-Yenisey,  Sir-Dərya  və  Amu-Dərya  çayları 
arasında zaman-zaman yaranmıĢ möhtəĢəm mədəniyyət nümunələri də bu obyektiv 
qanunauyğunluqla  bağlıdır.  Hələ  də  kifayət  qədər  tədqiq  olunmamıĢ  Kür-Araz 
mədəniyyəti də tarixin bu pozulmaz qanununa istinadən yaranmıĢdır. 
Ġki  çay  arasında  əzəmətli  mədəniyyətin  yaranıb  formalaĢmasını  birbaĢa 
“su həyatdır” məntiqi Ģərtləndirir. Zaman-zaman düĢüncə sahiblərinin bir çoxunun 
həyatın  sudan  intiĢar  tapdığı  qənaətində  olmaları  da  təsadüfı  deyildi.  Bu 
analogiyanı  təsadüfən  aparmırıq.  Kür-Araz  mədəniyyətinin  ən  parlaq  nümunələri 
BərgüĢad-Həkəri  çayları  arasında  boy  atıb  ucalmıĢ  maddi  mədəniyyət 
nümunələridir. 
Tarixi  qaynaqlarda  Qubadlının  qədim  türklərin  yaĢayıĢ  məskənlərindən 
olduğu  dönə-dönə  vurğulanıbdır.  Rayonun  ərazisində  bu  günümüzə  qədər  gəlib 
çıxmıĢ  abidələr  də  “əĢyayi-dəlil”  kimi  bu  faktı  əyani  Ģəkildə  təsdiqləyir.  Tarixi 
abidələr insan oğlunun əlinin, beyninin, fiziki və intellektual cəhdinin məhsuludur. 
Hər  bir  insan  (xalq,  millət)  öz  dünyagörüĢünə,  təfəkkürünə  uyğun  düĢünüb  və 
düĢüncəsini  lazımi  zaman-məkan  harmoniyasında  da  həyata  keçiribdir.  Qubadlı 
torpağının  tarixi  uludur.  Lakin  onun  adı  bir  mənbəyə  (“Coğrafi  adlar”,  AzərnəĢr, 
1982)  əsasən  dörd  əsr  bundan  əvvəl  yaranmıĢdır:  “Qubadlı  XVI  əsrin  sonunda 
Azərbaycana köçmüĢ səlcuq türklərinə mənsub Qubad nəslinin adını daĢıyır”. 
Vətənin  hər  yerində  olduğu  kimi,  Qubadlı  torpağına  da  səpələnmiĢ  daĢ 
yaddaĢları – abidələr uzaq-uzaq keçmiĢlərdən xəbər verir. Görünür, ulu babalar bu 
abidələri  daha  etibarlı  tarix  hesab  etmiĢlər.  Gavur  dərəsindəki  mağara  ibadətgah 


IV,  Muradxanlı  kəndindəki  Qalalı,  ƏliquluĢağı  kəndindəki  Göy  qala  abidələri  V, 
Yazı  düzündəki  CavanĢir  türbəsi,  Dəmirçilər  kəndindəki  iki  türbə  XIV,  Gürcülü 
kəndindəki  türbə  XVII,  Xocamsaxlı  kəndindəki  türbə  XVIII  yüzilliklərdən  xəbər 
verir.  ƏliquluĢağı  kəndindəki  mağara  ibadətgah,  Xocamsalı  kəndindəki  qala, 
Seytas  kəndindəki  Anabat  və  bir  çox  əfsanəvi  abidələr  (Oğlan-qız  qayası,  Sınıq 
körpü, və s.) kim bilir, bəlkə daha qədim dövrlərin salnaməsidir?! 
Belə bir gerçək həyati formul var: “Heç nə, həç nədən yaranmır”. Hər bir 
Ģeyin maddi-mənəvi əsası olmalıdır. Maddi-mənəvi abidələr də insanın özünüdərk 
erasının  məhsuludur.  Bu  gün  ermənilərin  min  bir  hiylə  və  “zəhərverənlərinin” 
köməkliyilə  iĢğal  etdikləri  Qarabağ  və  onun  ətrafındakı  ərazilərdə  qalmıĢ  maddi-
mənəvi  mədəniyyət  abidələri  qədim  türk  düĢüncələrin  və  əl  izlərini  qoruyub 
saxlamaqdadır (Qarı düĢmən onları sıradan çıxarmıĢ olsa belə). 
Qubadlı  qədim  yaĢayıĢ  məskənlərindən  biridir.  Bu  faktı  əyani  Ģəkildə 
onlarla mədəniyyət nümunələri təsdiqləyir. 
 
Mağaralar 
Rayonun ərazisində qədim insanın yaĢadığı onlarla mağara (kaha) mövcud 
olmuĢdur.  AĢağı  Mollu  kəndində  doqquz,  ƏliquluuĢağı  kəndində  beĢ,  Həmzəli 
kəndində  doqquz  qədim  insan  məskəni  olmuĢ  kaha  (mağara)  bu  günümüzə  qədər 
durmaqdadır. Xanlıq, Çaytumas, Yusifbəyli, Məlikəhmədli, Məzrə və b. kəndlərdə 
də  qədim  yaĢayıĢ  məskənləri  vardır.  “Gavur  dərəsi”  deyilən  ərazidə  IV  əsrə  aid 
mağara vardır. 
 
Qalalar 
Qala  sözünü  eĢidəndə  qeyri-iradi  adamın  gözü  önünə  sıldırım,  keçilməz 
uca  dağlar  gəlir.  Qala  deyəndə  adamın  qanı  coĢur,  ürəyinə  təpər,  qoluna  qüvvət 
gəlir. Qubadlının  ərazisində tarixə  yoldaĢlıq etmiĢ,  mühafizə, gözətçi  funksiyasını 
yerinə  yetirmiĢ  qalalar  mövcuddur.  ƏliquluuĢağı  kəndində  Göy  qala  (V  əsr), 
Muradxanlı  kəndində  “Qalalı”  qalası,  Xocamsaxlı  kəndində  Qala  rayon  iĢğal 
olunana  qədər  dururdu.  Yeri  düĢmüĢkən,  onu  da  qeyd  edək  ki,  Xocamsaxlı 
kəndinin  qədim  adı  Qalacıq  olub.  Kənd  sakinləri  hələ  də  kəndin  əski  adını 
(Qalacıq)  daha  çox  iĢlədirlər.  Xocamsaxlı  antrotoponimi  Qalacıq  toponimindən 
qat-qat sonralar yaranmıĢdır. 
 
Türbələr 
Türbələr  indiki  göydələnlərin  yadlaĢmıĢ  əcdadlarıdır.  O  türbələr  ki, 
dibindən  göz  qıyıb  baĢına  baxanda  adamın  gözü  qaralıb,  baĢı  fırlanıb,  baĢından 
papağı  düĢüb,  O  türbələrdə  məxsusi  zamanın  arxitekturası  qorunub  saxlanılıb. 
Akustika  funksiyasını  bütün  incəliyi  ilə  yerinə  yetirən  türbə  arxitektonikasından 
sonrakı  dövrlərdə  də  kifayət  qədər  istifadə  edilmiĢdir.  Rayon  ərazisində  tarixin 
müxtəlif  qatlarında  tikilmiĢ  türbələr  öz  gözəlliyi  ilə  həmiĢə  diqqəti  cəlb  etmiĢdir. 


Yüklə 2,1 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə