72
-tomları adi hal kimi qəbul edir,onlara məhəl qoymur,özünü
aldadır:“keçib gedər”.Əslində isə orqanizmdə baş verən dəyişik
-lik,qeyri-normal hal heç vaxt izsiz keçib getmir,ağır xəstəlik-
lər üçün zəmin yaradır.
Gəlin, ilk baxışda asan görünən bir neçə sualı araşdıraq.
Çox yemək yaxşıdır,ya az yemək? Nəyi çox yemək lazımdır,
nəyi az? Haçan çox yemək lazımdır,haçan az? Nəyi nədən
sonra yemək faydalıdır? Nəyi nə ilə qarışdırmaq ziyandır?...
Nişi Sistemində yaz-yay fəslinin də,qış-payız fəslinin də həftə-
lik qidalanma menyusu verilib.Mənim vəzifəm həmin menyu-
nu bu kitaba daxil etməkdən ibarətdir.
Professor Nişi sübut edib ki,canına 38-40
0
istilik dəyən
(bəzi mütəxəssislər 70-75
0
–ni son hədd sayır) ət,süd,yağ,
tərəvəz,meyvə,göyərti,bir sözlə,hər ərzaq növü öz qiymətli
komponentlərini itirir və dönüb olur
“ölü qida”.O da bağırsaq-
da həzm olub qana sorulmaq əvəzinə,zərərli maddələrə çevrilib
orqanizmi zəhərləyir.Həm də şlak şəklində bədənə yığılıb (hər
adam öz bədənində 8-25 kq.şlak gəzdirir) qalır,bakteriyaları
qidalandırır,onların çoxalması və toksinlər buraxıb qanımızı
zəhərləməsi üçün zəmin yaradır.Məhz bu səbəbdən insan
müxtəlif dərdlərə mübtəla olur və məhz bu səbəbdən onlardan
yaxa qurtara bilmir.
Qida məsələsində çox həssas olan əcdadlarımız “çox
yemək adamı az yeməkdən də qoyar” deyiblər.D-r Nişi və
qidalanma problemləri ilə dərindən məşğul olan bütün mütəxəs
-sislər bu qənaətə gəliblər ki,hətta,ən dəyərli qida da normadan
artıq qəbul edildikdə-fəsad verir,adam xəstələnir, iştahı pozulur
və heç nə yeyə bilmir,yəni,az yeməkdən də qalır.Böyük Nizami
də ən dəyərli qida sayılan su haqqında məhz bu fikri söyləyib:
Bir inci saflığı varsa da suda,
Artıq içıləndə dərd verir o da.
Lakin məsələ qidanın tək həcmində,çəkisində deyil,
həm də növündədir. Sualı belə qoymaq lazımdır: nə yeyirsən?
Qidaya bir qədər dərindən nüfuz edək.
73
Bir daha yada salaq ki, Təbiət Qanunları əbədi və
dəyişməzdir.Onlar öyrədir: bütün energetika sistemində olduğu
kimi, canlı orqanizmdə də müntəzəm olaraq enerji mübadiləsi
baş verir-bir enerji bədəndən çıxır, digəri daxil olur.Qida,hava,
su və işıq daxil olan enerjidir.İsti,nəfəs,hərəkət,düşüncə, danış-
maq,sidik,nəcis,tər və s. isə çıxan enerjidir.Sağlam olmaq üçün
bu iki enerji arasında daima tarazlıq-balans olmalıdır.Elə
buradaca qeyd edək ki,kaloriliyin sağlamlığa heç bir dəxli
yoxdur.Ömrü boyu yüksək kalorili qida qəbul edən adam hamı-
dan bərk xəstələnə bilər və çox vaxt belə də olur,az kalorili
qida qəbul edən isə tam sağlam ola bilər.Qida məsələsində
həlledici faktor Günəş enerjisidir.Qida məhsullarını bizə lazım
olan enerji ilə təchiz edən qüvvə
Günəşdir! Günəş enerjisi
olmasa,nə həyat olar,nə də sağlamlıq.Günəş enerjisinin çalış-
qan poçtalyonu,həyat adlı “maşını” işlədən qüdrətli qüvvə-
möhtəşəm
bitki səltənətidir.Bu səltənət insan üçün lazım olan
bütün vitaminlərlə,mikroelementlərlə çox zəngindir.Lakin bizi
yaşadan vitaminlər,duzlar və digər mikroelementlər yalnız çiy
bitkinin tərkibində qala bilir.Bitki Səltənəti sağlamlıq üçün
zərərli
olan rəngləri,turşuları,metal duzlarını özündə saxlamır.
Alimlərin hesablamalarına görə,adam ac qalanda orqa-
nizm özünü yaşatmaq üçün 100 şərti enerji vahidi xərcləyirsə,
karbohidratlarla qidalanarkən 106,4, yağ yeyəndə -114,5, zülal
yeyəndə-140 vahid xərcləyir.Ən sərfəli qida karbohidratlar
(meyvə-tərəvəz),az səmərəlisi isə zülallardır(ət,dənlər, yumurta,
mürəbbələr,konservlər,bişirilmiş digər ərzaqlar). Özünüz seçin.
Mənə tez-tez deyirlər: insan ətsiz-yağsız necə ötüşsün?
Belə fikir formalaşıb ki,insan sutka ərzində 120 q zülal, 50 q
yağ, 500 q karbohidrat qəbul etməlidir.Nişi bu fikiri yanlış
sayır.Mən də onu ikiəlli dəstəkləyirəm. İsveçrəli naturopat alim
Birher-Benner hesablayıb (Nişi də onunla razılaşıb):118 q.
zülal almaq üçün 600 q ət,yaxud 20 ədəd yumurta,yaxud 3 kq
kələm,yaxud 6 kq kartof,yaxud 30 kq alma yemək, ya da 4 litr
süd içmək lazım gələrdi.Mümkündürmü?..Elə adam var ki,bu