~ 38 ~
Cədvəl 4.
Azərbaycan Respublikası əhalisinin sayının dinamikası
(1970-2012-cu illər)
16
illər
əhalinin sayı (min nəfərlə)
bütün əhaliyə
nisbətən %-lə
bütün
şəhər
kənd
şəhər
kənd
1970
5.117,1
2.564,6
2.552,5
50,1
49,9
1975
5.644,4
2.921,3
2.723,1
51,8
48,2
1979
6.028,3
3.200,3
2.828,0
53,1
46,9
1980
6.114,3
3.274,5
2.866,8
53,1
46,9
1985
6.624,4
3.524,5
3.097,9
53,2
46,8
1988
6.928,0
3.722,6
3.205,4
53,7
46,3
1989
7.021,2
3.805,9
3.215,3
54,2
45,8
1990
7.131,9
3.847,3
3.284,6
53,9
46,1
1991
7.218,5
3.858,3
3.360,2
53,5
46,5
1992
7.324,1
3.884,4
3.439,7
53,0
47,0
1993
7.440,0
3.928,5
3.511,5
52,8
47,2
1994
7.549,6
3.970,9
3.578,7
52,6
47,4
1999
7.953,4
4.064,3
3.889,1
51,1
48,9
2000
8.032,8
4.116,4
3.916,4
51,2
48,8
2005
8.447,3
4.477,6
3.969,7
53,0
47,0
2006
8.553,0
4.565,7
3.987,3
53,4
46,6
2007
8.665,9
4.636,6
4.029,3
53,5
46,5
2008
8.779,8
4.733,6
4.046,2
53,9
46,1
2009
8.922,4
4.739,1
4.183,3
53,1
46,9
2010 8.997,6
4.774,9 4.222,7
53,1
46,9
2011 9.111,1
4.829,5 4.281,6
53,0
47,0
2012 9.235,1
4.888,7
4.346,4
52,9
47,1
16
Azərbaycanın əhalisi 2012, Bakı, 2012, s.19: 1970, 1979, 1989,
1999, 2009-cu illərin məlumatları əhali sayımları üzrə verilmişdir.
~ 39 ~
na təsir göstərən başlıca amil isə doğum səviyyəsinin
durmadan aşağı düşməsi idi. Bu dövrdə əhalinin ölüm
səviyyəsində təbii artıma təsir edə biləcək bir dəyişiklik baş
verməmişdir. Ümumiyyətlə bu dövr Azərbaycanın demoq-
rafik inkişafında mənfi təmayüllərin formalaşması və
güclənməsi ilə səciyyələnir. Ancaq qeyd etmək lazimdır ki,
əgər doğumun aşağı düşməsi (xüsusilə 70-ci illərdə) əsasən
obyektiv səbəblərlə bağlı idisə (məsələn, əhalinin urbani-
zasiya və təhsil səviyyəsinin yüksəlməsi, 1941-1945-ci illər
doğumlu azsaylı nəslin nigah yaşlarına girdiyi illərdə yeni
bağlanan nigahların sayının kəskin şəkildə azalması,
əhalidə ailənin planlaşdırılması və nigahların gec bağla-
nılması meyllərinin güclənməsi və s.), Azərbaycandan
kənara miqrasiya axınının geniş vüsət alması və bununla
bağlı əhalinin yaş-cins tərkibində tarazlığın pozulması,
ölümün stabil səviyyədə qalması və s. iqtisadi amillərin
təsiri ilə baş vermişdir. Daha doğrusu bu dövrdə SSRİ-də
iqtisadi böhranın başlanması və get-gedə dərinləşməsi
Azərbaycana da güclü təsir göstərdi. Digər tərəfdən SSRİ
hökümətinin həmişəki kimi Azərbaycana ögey münasibəti
əhalinin rifah səviyyəsinin Sovet İttifaqı üzrə olan
göstəricilərdən geri qalması və bu siyasətin məqsədyönlü
şəkildə davam etdirilməsi Azərbaycan gənclərinin
Rusiyanın müxtəlif bölgələrinə, qismən də SSRİ-nin
Avropa hissəsindəki digər respublikalara kütləvi miqrasiya
etməsinə təkan verdi.
~ 40 ~
1988-1999-cu illər. Özünəməxsus xarakterik xüsusiy-
yətləri ilə zəngin olduğu üçün ayırdığımğz bu 11 illik dövr
birinci növbədə Azərbaycanın 1991-ci ildə müstəqillik
qazanaraq dünyanın siyasi xəritəsində yer alması kimi
şərəfli bir tarixi hadisənin təsadüf etdiyi bir dövr kimi
əlamətdardır. Eyni zamanda bu dövr Azərbaycanın hərbi
aqressiyaya və siyasi çalxantılara məruz qaldığı, sosial-
iqtisadi böhranlarla üzləşdiyi və qanlı faciələrlə yadda
qalan bir dövrdür. Əlbəttə, bütün bunlar Azərbaycanda
əhalinin həyat səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə
və bir sıra başqa problemlərin yaranmasına səbəb oldu. Bu
isə öz növbəsində bu dövrdə demoqrafik proseslərin
gedişatında dinamik dəyişikliklərin baş verməsinə gətirib
çıxartdı.
Məlum olduğu kimi 1988-ci ilin əvvəllərindən başlamış
erməni təcavüzü nəticəsində Ermənistanda yaşayan
azərbaycanlılar Azərbaycana deportasiya edildi. 1994-cü ilə
qədər davam edən bu təcavüzün sonunda Dağlıq Qarabağ
və onun ətrafındakı 7 rayon (Laçın, Kəlbəcər, Ağdam,
Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilmiş, təqri-
bən bir milyona yaxın insan qaçqın olmuş və ya öz vətə-
nində köçkün vəziyyətinə düşmüş; 20 min nəfər Azərbay-
can vətəndaşı həlak olmuş; 50 min nəfər müxtəlif xəsarət
almış; minlərlə adam əsir və girov götürülmüş, itkin düş-
müşdür; 900-dən çox irili-xırdalı yaşayış məntəqəsi, 1025
təhsil, 798 səhiyyə ocağı, 1510 mədəniyyət müəssisəsi, 300
Dostları ilə paylaş: |