~ 41 ~
min iş yeri yox edilmişdir. 1992-ci il fevralın 26-da Xocalı-
da baş verən soyqırım hadisəsini xüsusilə qeyd etmək
lazımdır. Belə ki, burada bir gün içində 613 nəfər dinc
azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə
öldürülmüş; 478 nəfər şikəst edilmiş, 1275 sakin – qocalar,
uşaqlar, qadınlar isə əsir aparılaraq dəhşətli təhqirlərə və
həqarətə məruz qalmışlar.
17
Beş ildən çox davam edən Qarabağ müharibəsi, Azər-
baycan torpaqlarının işğal altında qalması, Sovet İttifaqının
dağılması və sosialist iqtisadi sistemindən bazar iqtisa-
diyyatına keçidlə bağlı keçmiş iqtisadi və ticari əlaqələrin
pozulması və bir sıra başqa amillər Azərbaycanda bu
dövrdə inflyasiyanın hipertrofik miqyas almasına və
iqtisadiyyatın çökməsinə gətirib çıxartdı. Nəticədə yüz
minlərlə insan iş yerini itirdi və beləliklə də əhalinin həyat
səviyyəsi kəskin şəkildə pisləşdi. Bütün bunlar Azərbaycan
əhalisinin kütləvi olaraq başqa ölkələrə, xüsusilə Rusiyaya
miqrasiya etməsinə səbəb oldu və Azərbaycanda əhalinin
sayı intensiv olaraq sürətlə azalmağa başladı. Ancaq 1999-
cu ildə Azərbaycanda keçirilmiş əhali sayımının mate-
riallarında Azərbaycan vətəndaşları hansı ölkədə yaşama-
sından asılı olmayaraq Azərbaycanın daimi əhalisi kimi
qeydə alındıqları üçün bu azalmanın həcmini müəyyən
etmək mümkün olmamışdır. Rəsmi məlumatlara görə isə
17
Azərbaycan Respublikası Milli Məclisinin bəyanatı. “Azərbaycan”
qəzeti, 31 mart 2001-ci il, №71(2784)
~ 42 ~
bu 11 ildə (1988-1999-cu illər) Azərbaycan əhalisinin sayı
1988-ci ildəki 6.928 min nəfərdən 14,8% və ya 1.025 min
nəfər artaraq 1999-cu ildə 7.953 nəfərə çatmışdır. Orta illik
artım 93,2 min nəfər və ya 1,3%-ə yaxın olmuşdur.
1999-2012-ci illər. Bu on üç illik dövr Azərbaycanın
stabil iqtisadi yüksəliş və demoqrafik dirçəliş mərhələsinə
qədəm qoyması ilə fərqlənən bir dövr kimi təsbit
edilmişdir. Bu dövrdə Azərbaycanda neft istesalı sürətlə
artmış və illik neft istehsalı sovet dövründəki 40-cı illərin
ən yüksək istehsal səviyyəsi ilə müqayisədə 2 dəfə, 90-cı
illərin səviyyəsi ilə müqayisədə isə beş dəfə yüksək
olmuşdur. Nəticədə Azərbaycan iri neft ixracatçısına
çevrilmişdir. Eyni zamanda neftin beynəlxalq bazarlarda
qiyməti 2008-ci ilin ortalarına qədər durmadan sürətlə
artmış və 90-cı illərin əvvəlləri ilə müqayisədə 8-10 dəfə
baha olmuşdur. Beləliklə bu dövrdə Azərbaycan böyük neft
gəlirləri sayəsində iqtisadi inkişaf templərinə görə
dünyanın birinci dövləti olmuşdur. Bu dövrdə Azərbay-
canın dövlət büdcəsi də analoqu olmayan bir templə artaraq
2008-ci ildə 1999-cu ilə nisbətən 10 dəfədən çox olmuşdur.
Müqayisə üçün göstərək ki, qonşu Gürcüstan və Ermə-
nistanın dövlət büdcələri birlikdə Azərbaycanın büdcə-
sindən dəfələrlə geri qalır. Şübhəsiz ki, Azərbaycandakı bu
iqtisadi yüksəliş əhalinin gəlirlərinin xeyli yüksəlməsinə,
yeni iş yerlərinin yaranmasına və bütövlükdə əhalinin rifah
səviyyəsinin yaxşılaşmasına səbəb oldu. Bu da öz növ-
~ 43 ~
bəsində Azərbaycandan kənara gedənlərin sayının, xüsusilə
də gənclərin sayının azalmasına və onların əhalinin
tərkibində xüsusi çəkisinin artmasına səbəb olmuşdur. Eyni
zamanda 1999-2009 illərdə qadın əhalisi arasında fertil
yaşlarda (15-49 yaşlar) olan qadınların və ümumi əhalinin
tərkibində nigah yaşına daxil olan gənc oğlan və qızların
xüsusi çəkisinin artması burada nigaha daxil olanların
sayının və əhalinin doğum səviyyəsinin artmasına gətirib
çıxarmışdır. 1998-2011-cu illərin statistik məlumatlarından
aydın olur ki, bu dövrdə ölkəmizdə həm boşanmaların, həm
də ölənlərin sayının artmasına baxmayaraq, diri doğulan
uşaqların sayının ölənlərin sayına nisbətən daha sürətlə
artması nəticəsində əhalinin təbii artımı xeyli yüksəlmişdir
(bax: cədvəl 5).
Uyğun olaraq əhalinin təbii artım templəri də son
illərdə durmadan artmışdır. Bütövlükdə 1999-2009-cu illər
ərzində əhalinin sayı 969 min nəfər və ya 12,2% artaraq
1999-cu ildəki 7.953,4 min nəfərdən, 2009-cu ildə 8.922,3
min nəfərə çatmışdır. Orta illik artım 96,9 min nəfər və ya
1,2% olmuşdur. Şübhəsiz ki, bu göstəricilər 1955-1990-cı
illər arası dövrdəki analoji göstəricilərdən olduqca geri
qalır. Ancaq unutmaq olmaz ki, hazırki dövrdə bütün
sahələrdə olduğu kimi, əhalinin demoqrafik davranışlarında
da qloballaşma prosesi getməkdədir. Dünyanın demək olar
ki, bütün bölgələrində, o cümlədən Azərbaycanda əhalinin
döğum səviyyəsi durmadan aşağı düşməkdə davam edir.
~ 44 ~
Cədvəl 5.
Azərbaycan Respublikasında əhalinin təbii artımını
xarakterizə edən göstəricilərin dinamikası (1998-2011-ci
illərdə-min nəfərlə)
18
illər
nigahla-
rın sayı
boşanma-
ların sayı
diri doğulmuş
uşaqların sayı
ölənlərin
sayı
əhalinin
təbii
artımı
1998
40,9
5,6
124,0
46,3
77,7
1999
37,4
5,0
117,5
46,3
71,2
2000
39,6
5,5
117,0
46,7
70,3
2001
41,9
5,4
110,4
45,3
65,1
2002
41,7
5,7
110,7
46,5
64,2
2003
56,1
6,7
113,5
49,0
64,5
2004
62,2
6,9
131,6
49,6
82,0
2005
71,6
8,9
141,9
52,0
89,9
2006
79,4
7,8
148,9
52,2
96,7
2007
81,8
8,3
152,0
53,7
98,3
2008
80,0
7,9
152,1
52,7
99,4
2009
78,1
7,8
152,1
52,5
99,6
2010
79,2
9,1
165,6
53,5
112,1
2011
88,1
10,7
176,1
53,8
122,3
2011-cu il
1998-ci ilə
nisbətdə %-lə
215,4
191,1
142,0
116,2
157,4
18
”Azərbaycanın demoqrafik göstəriciləri 2012”, statistik məcmuə,
Bakı-2012, səh.187, 318.
Dostları ilə paylaş: |