Şahbaz muradov, ÇİNGİz baxiş



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə32/32
tarix29.10.2017
ölçüsü2,88 Kb.
#7222
1   ...   24   25   26   27   28   29   30   31   32

 
 
~ 124 ~ 
 
Həmin 
günlərdə 
Moskvanın 
anti-Azərbaycan 
təbliğatına aldanan və Azərbaycan xalqının Rusiyaya qarşı 
hiddətindən təşvişə düşən Bakılı ruslar və onlara yaxın olan 
rusdilli  etnik  qrupların  nümayəndələri  arasında  da 
Azərbaycanı tərk edib Rusiyaya gedənlər oldu. 1991-ci ildə 
SSRİ-nin 
dağılması 
və 
bütün 
müttəfiq 
Sovet 
respublikalarının,  o  cümlədən  Azərbaycanın  milli  istiqla-
liyyətlərini  elan  etməsi  də  həmin  dövlətlərdə  yaşayan  rus 
əhalisi  və  onlara  yaxın  olan  rusdilli  əhali  tərəfindən 
birmənalı  qarşılanmadı  və  onlar  arasında  Rusiyaya 
miqrasiya  edənlərin  kəskin  şəkildə  artmasına  səbəb  oldu. 
Eyni  zamanda  SSRİ-nin  dağılması  Qarabağ  müharibəsinin 
şiddətlənməsi ilə müşayiət olundu. DQMV-də azərbaycanlı 
kəndləri bir-birinin ardınca erməni təcavüzünə məruz qaldı. 
Beləliklə  on  minlərlə  azərbaycanlı  artıq  öz  ölkələri 
daxilində  qaçqın  vəziyyətinə  düşürdü.  Bu  ərəfədə 
Ermənistanda  Nüvədi  kəndində  yaşayan  sonuncu  azərbay-
canlılar  da  ev-eşiklərini  tərk  edərək  qaçqınlar  cərgəsinə 
qoşuldular.  1992-ci  il  26  fevral  tarixində  isə  erməni 
quldurları  Xankəndidə  yerləşən  rus  polku  ilə  birlikdə 
Xocalı  şəhərinin  əhalisinə  qarşı  soyqırım  aksiyasını 
törətdilər  (bax:səh.41).  Onlar  bir  gecədə  yaşından  və 
cinsindən  asılı  olmayaraq,  minə  yaxın  insanı  azərbaycanlı 
olduğuna görə qətl edərək misli görünməmiş anti-bəşəri bir 
cinayətə  imza  atdılar.  Çox  keçmədi  ki,  ermənilər  Şuşa 
şəhərini də işğal etdilər və bununla da DQMV-də  yaşayan 


 
 
~ 125 ~ 
 
50  min  nəfər  azərbaycanlı  əhalisi  bütünlüklə  bu  ərazidən 
qovulmuş oldu. 
Ermənistanın  və  bəzən  də  Azərbaycanın  üstünlüyü  ilə 
davam  edən  və  on  minlərlə  insanın  ölümü  ilə  müşayiət 
olunan  Qarabağ  müharibəsi  1994-cu  ildə  qarşılıqlı  atəşkəs 
razılaşması  ilə  dayandırıldı.  Sonunda  bu  müharibə 
Azərbaycanın  daha  5  inzibati  rayonunun  tamamilə  və  2 
rayonunun  böyük  hissəsinin  erməni  işğalçıları  tərəfindən 
zəbt  olunması  ilə  nəticələndi.  Eyni  zamanda  Sədərək  və 
Qazax rayonlarının da bir neçə kəndi işğal olundu. Qaldı ki, 
Azərbaycan  tərəfi  də  bu  müharibədə  keçmiş  Şaumyan 
rayonu  və  Xanlar  rayonunun  cənub  hissəsini  erməni 
separatçılarından  azad  edərək  bu  ərazilərdə  öz  haki-
miyyətini  sonadək  qoruya  bildi.  Bu  bölgənin  20  min 
nəfərdən  çox  sayı  olan  erməni  əhalisi  isə  Azərbaycan 
hakimiyyətini qəbul etməyərək buranı tərk etdi. Bütövlükdə 
isə  DQMV  və  onun  öz  ərazisini  2  dəfə  aşan  digər 
Azərbaycan  torpaqları  Ermənistanın  işğalı  altında  qaldı. 
İşğal  olunmuş  bu  bölgələrdə  və  təmas  xəttinə  yaxın  olan 
yaşayış  məntəqələrində  yaşayan  yüz  minlərlə  əhali  isə 
daimi yaşayış yerlərini tərk etməyə məcbur oldu və köçkün 
vəziyyətinə düşdü. Beləliklə, Azərbaycanda yaşayan qaçqın 
əhalisinin sayı 900 min nəfərə qədər yüksəldi.  Qeyd  edək 
ki, 
hal-hazırda 
dünyada  Azərbaycandan  başqa 
əhalisinin  10%-dən  çoxunun  qaçqın  olduğu  ikinci  bir 
ölkə yoxdur. 


 
 
~ 126 ~ 
 
Birdən  birə  bu  qədər  insanın  ömrü  boyu  əldə  etdiyi 
yaşayış vasitələrindən məhrum olması, vərdiş etdiyi ekoloji 
çevrədən  və  həyat  tərzindən  qopması  və  başqa  maddi-
mənəvi zərbələrə məruz qalması şübhəsiz ki, onlar arasında 
demoqrafik  göstəricilərin  də  kəskin  şəkildə  pisləşməsinə 
səbəb  oldu.  Belə  ki,  son  vaxtlaradək  əksəriyyətinin  çadır 
şəhərciklərində  yaşadığı  qaçqınların  yaşlı  hissəsi  arasında 
ölüm  yüksəldi,  yeni  ailələrin  qurulması  tormozlandı  və 
doğum  kəskin  aşağı  düşdü.  Eyni  zamanda  bu  qədər  əhali 
resursunun  Azərbaycan  üçün  iqtisadi  yükə  çevrilməsi  və 
böyük  bir  ərazinin  işğal  altında  qalması  ölkənin  iqtisadi 
potensialının  olduqca  zəifləməsinə  səbəb  oldu.  Digər 
tərəfdən  SSRİ-nin  dağılması  və  sosialist  sistemindən  azad 
bazar iqtisadiyyatına keçidlə bağlı olaraq keçmiş iqtisadi və 
ticari  əlaqələrin  pozulması,  Azərbaycanın  qapalı  bir  bölgə 
halından  çıxaraq  dövlətçilik  təcrübəsi  olmadan  müstəqil 
dövlət  kimi  dünyaya  açılması,  öz  iqtisadiyyatını  dünya 
standartlarına uyğunlaşdırmaq məcburiyyətində qalması və 
siyasi  hakimiyyət  uğrunda  baş  verən  ölkə  daxili 
çaxnaşmalar  inflyasiyanın  sıçrayışla  artmasına  və  iqtisa-
diyyatın  çökməsinə  səbəb  oldu.  Nəticədə  müəssisələr  bir-
birinin  ardınca  iflasa  uğrayır  və  yüz  minlərlə  insan  işsiz 
qalırdı.  Uyğun  olaraq  əhalinin  rifah  səviyyəsi  də  sürətlə 
geriləməkdə  idi.  1997-ci  ilə  qədər  davam  edən  bu 
geriləmənin nəticəsində yüz minlərlə Azərbaycan vətəndaşı 
qazanc  dalınca  başqa  ölkələrə,  başlıca  olaraq  Rusiyaya 


 
 
~ 127 ~ 
 
emiqrasiya etdi. Qarabağ müharibəsi illərində Azərbaycanı 
fərari  kimi  tərk  edib  qaçanlar  da  az  deyildi.  Başlanğıcda 
ölkəsini  müvəqqəti  olaraq  tərk  etmək  niyyətində  olan 
miqrantların  bir  çoxu  yeni  yaşayış  yerlərində  adaptasiya 
olduqdan  sonra  nəinki  geri  dönmürdülər,  üstəlik  öz 
ailələrini  də  çəkib  yanlarına  aparır,  hətta  digər  qohum-
qardaşlarını  və  tanışlarını  da  emiqrasiya  etməyə  sövq 
edirdilər. 
Beləcə,  həmin  dövrdə  miqrasiya  axını  olduqca  böyük 
miqyas  aldı  və  Azərbaycanda  əhalinin  sayı  azalmağa 
başladı.  Ancaq  1999-cu  il  əhali  sayımında  emiqrasiyada 
olan əhalinin böyük əksəriyyəti Azərbaycanın daimi əhalisi 
kimi qeydə alındığı üçün statistik  materiallarda bu azalma 
öz əksini tapmamışdır və 1989-1999-cu illərdə əhali nəinki 
azalmış,  əksinə  932,2  min  nəfər  və  ya  13,3%  artmışdır. 
Hərçənd  ki,  emiqrasiyada  yaşayan  azərbaycanlıların  bir 
çoxu artıq yaşadıqları ölkələrin vətəndaşları olmuşlar. Qeyd 
edək ki, qeyri-rəsmi məlumatlara görə 2002-ci ilin sonunda 
Rusiyada  keçirilmiş  əhali  sayımında  bu  ölkənin  sakinləri 
kimi  siyahıya  alınmış  azərbaycanlıların  sayı  2.160  min 
nəfər  olmuşdur.  Rusiyanın  Dövlət  Statistika  Komitəsinin 
2002-ci  il  əhali  sayımı  haqqındakı  rəsmi  məlumatlarında 
isə  azərbaycanlıların  sayı  621  min  nəfər  göstərilmişdir
63

Ancaq  nəzərə  almaq  lazımdır  ki,  bu  əhali  sayımında  ilk 
dəfə  olaraq  hər  kəsə  öz  milliyətini  istədiyi  kimi  göstər-
                                                 
63
 bax: www.gks.ru/PEREPIS/t5.htm 


 
 
~ 128 ~ 
 
məsinə  tam  sərbəstlik  verilmişdir.  Bu  da  Rusiyada  milli 
azlıq  nümayəndələrinin  arasında  bir  çoxunun  özlərini  rus 
kimi,  yəni  yaşadığı  ölkənin  titullu  millətinin  nümayəndəsi 
kimi  göstərməsinə  səbəb  olmuşdur.  Hətta,  283  min  nəfər 
rus  dilini  bilmədiyini  etiraf  etsə  də,  özünü  rus  kimi  qeydə 
aldırmışdır.  Bundan  başqa,  öz  milli  mənsubiyyətini 
göstərmək  istəməyənlərə  də  sərbəstlik  verilmiş  və  onların 
sayım  vərəqələrində  milliyət  sətiri  boş  buraxılmışdır.  Belə 
şəxslərin  sayının  1.458  min  nəfər  olduğu  göstərilir.  Yəni 
hər yüz nəfərdən biri öz milli mənsubiyyətini rəsmən qeydə 
aldırmaqdan  imtina  etmişdir.  Şübhəsiz  ki,  bu  faktlar 
Rusiyada  milli  ayrı-seçkilik  siyasətinin  geniş 
yer 
almasından  xəbər  verir.  Və  inamla  ehtimal  etmək  olar  ki, 
milli  mənsubiyyətini  göstərməyən  və  ya  rus  kimi 
göstərənlərin əksəriyyətini məhz azərbaycanlılar təşkil edir. 
Belə  ki,  məlum  olduğu  kimi  Rusiyada  milli  ayrı-seçkilik 
siyasəti,  mənfi  stereotip  kimi  vurğulanmaqda  olan  məşhur 
«Qafqaz  milliyətindən  olan  şəxs»  tezisi  ilə  başlıca  olaraq 
azərbaycanlılara qarşı aparılmaqdadır.   
Miqrasiya  axınları  və  demoqrafik  durumun  pisləşməsi 
dolayısı  ilə  bu  dövrdə  Azərbaycanın  milli  tərkibinin 
dəyişməsinə  güclü  təsir  göstərmişdir.  Çünki  yuxarıda 
göstərdiyimiz  mənfi  proseslər  obyektiv  səbəblər  üzündən 
əsas  milli  azlıqların  sayının  azalmasına  daha  kəskin  təsir 
göstərmişdir. Məsələn, 16 saylı cədvəldən göründüyü kimi 
1999-cu ildə rusların sayı 141,7 min nəfər olmuşdur ki, bu  


 
 
~ 129 ~ 
 
Cədvəl 16.
64
 
 
Azərbaycan Respublikasında əhalinin milli tərkibi 
(1999 və 2009-cu illərin əhali sayımlarına görə) 
 
milliyyətlər 
1999-cu il 
2009-cu il 
min nəfər 

min nəfər 

azərbaycanlılar 
7205,5 
90,6 
8172,8 
91,6 
ləzgilər 
178,0 
2,24 
180,3 
2,02 
ermənilər 
120,7 
1,52 
120,3 
1,35 
ruslar 
141,7 
1,78 
119,3 
1,34 
talışlar 
76,8 
0,97 
112,0 
1,26 
avarlar 
50,9 
0,64 
49,8 
0,56 
türklər 
43,4 
0,55 
38,0 
0,43 
tatarlar 
30,0 
0,38 
26,0 
0,29 
tatlar 
10,9 
0,14 
25,2 
0,28 
ukraynalılar 
29,0 
0,36 
21,5 
0,24 
saxurlar 
15,9 
    0,2 
12,3 
0,14 
gürcülər 
14,9 
0,19 
9,9 
0,11 
yəhudilər 
8,9 
0,11 
9,1 
  0,1 
kürdlər 
13,1 
0,16 
6,2 
0,07 
udilər 
4,2 
0,05 
3,8 
0,04 
başqa 
milliyətlər 
9,5 
0,12 
16,0 
0,18 
bütün əhali 
7953,4 
100 
8922,4 
100 
                                                 
64
Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il, IV 
hissə, Bakı – 2000; Azərbaycan Respublikası əhalisinin siyahıyaalın-
ması 2009-cu il, 19-cu cild, Bakı-2011, s.11 
 


 
 
~ 130 ~ 
 
da  1989-cu  ildə  olduğundan  2,8  dəfə  az  idi.  Yaxın  keç-
mişdə sayca Azərbaycanın əsas milli azlıqları olan ruslar və 
ermənilər birlikdə 1999-cu ildə əhalinin cəmi 3,3%-ni təşkil 
edirdilər.  Xatırladaq  ki,  1989-cu  ildə  onlar  əhalinin  onda 
birini, 1979-cu ildə isə altıda birini təşkil edirdilər. 
1989-1999-cu  illər  sayımlar  arası  dövrdə  nisbi  olaraq 
sayı  ən  çox  azalan  milli  azlıq  isə  yəhudilər  olmuşdur. 
Onların  sayı  bu  dövrdə  3,5  dəfə  azalmışdır  ki,  bu  da 
yəhudilərin  İsrail  dövlətinin  repatriasiya  («vətənə  dönüş») 
siyasətinə  uyğun  olaraq  kütləvi  şəkildə  İsrail  dövlətinə 
miqrasiya  etmələri  ilə  izah  edilir.  Məsələ  burasındadır  ki, 
Sovet dövründən fərqli olaraq, yəhudilərin repatriasiyasına 
heç bir əngəl törədilmir və onlar İsrail dövlətində, eləcə də 
bir  sıra  yüksək  inkişaf  etmiş  qərb  ölkələrində  (xüsusilə 
ABŞ-da)  məskunlaşmaq  üçün  uyğun  şəraitlə  təmin 
edilməkdədirlər. 
Bu  dövrdə  əhalinin  milli  tərkibində  diqqəti  çəkən 
dəyişikliklərdən  biri  də  talışların  sayının  kəskin  şəkildə 
artmasıdır.  Daha  doğrusu  özlərini  talış  kimi  qeydə 
aldıranların sayının kəskin artmasıdır. Belə ki, 1999-cu ildə 
özlərini  talış  kimi  qeydə  aldıranların  sayı  1989-cu  ilə 
nisbətən  3,6  dəfə  artaraq  76,8  min  nəfər  olmuşdur.  Bizim 
fikrimizcə  bu  yüksək  artıma  baxmayaraq  hələ  də  etnik 
talışların böyük əksəriyyəti özlərini ənənəvi olaraq azərbay-
canlı  kimi  qeydə  aldırmışlar.  Başqa  sözlə  millət  olaraq 
özlərini birinci növbədə azərbaycanlı kimi dərk edən etnik 


 
 
~ 131 ~ 
 
talışların  sayı  daha  çox  olmuşdur.  Məsələn,  qeyd  edək  ki, 
1999-cu  il  sayımında  hətta  ana  dilinin  talış  dili  olduğunu 
göstərən  17,7  min nəfər  milli  mənsubiyyətini azərbaycanlı 
kimi  qeydə  aldırmışdır.  Bundan  başqa  103,8  min  nəfər 
azərbaycanlı  kimi  qeydə  alınan  əhali  talış    dilini  bildiyini 
göstərmişdir.  
Beləliklə,  1999-cu  il  sayımına  görə  talışların  və  talış 
dilinin daşıyıcısı olan digər əhalinin birlikdə sayı 198,3 min 
nəfər  olmuşdur  ki,  bu  da  bütün  Azərbaycan  əhalisinin 
2,5%-ni  təşkil  edirdi.  Yəni,  faktik  olaraq  etnik  talışların 
Azərbaycanın sayca ən böyük etnik azlığı olduğu üzə çıxır. 
Digər  etnik  azlıqların  sayının  dinamikasında  kəskin 
sıçrayışlar  baş  verməmişdir.  Ona  görə  də  əhalinin  milli 
tərkibində  onların  xüsusi  çəkisi  ciddi  dəyişikliklərə 
uğramamışdır. 
Sayımlar  arası  növbəti  və  sonuncu  xronoloji  dövr 
1999-2009-cu  illəri  əhatə  edir.  Bu  onillik  dövrdə  əvvəlki 
sayımlar  arası  onillik  dövrdən  fərqli  olaraq  millətlər  üzrə 
əhali  artımında  katastrofik  fərqlər  olmamışdır.  Ancaq 
bununla  yanaşı,  yerli  milliyyətlərlə  digər  milli  azlıqlar 
arasındakı  fərqlərin  amplitudası  yetərincə  yüksək 
olmuşdur.  Məsələn,  talışların  sayı  45,8%  artdığı  halda, 
rusların sayı 15,8% azalmışdır. Ən yüksək artım isə tatların 
sayında müşahidə edilmişdir. Belə ki, onların sayı bu 10 il 
ərzində 2,3 dəfə artmışdır. Əlbəttə ki, bu cür yüksək artım 
heç  də  təbii  artımla  və  ya  miqrasiya  prosesləri  ilə  bağlı 


 
 
~ 132 ~ 
 
olmamışdır.  Bizim  fikrimizcə  sadəcə  olaraq  əvvəlki  əhali 
sayımlarında  özlərini  azərbaycanlı  kimi  qeydə  aldıran 
tatlar,  eləcə  də  talışlar  bu  dəfə  özlərinin  aid  olduqları 
milliyətlə  qeydə  alınmağa  üstünlük  vermişlər.  Bəzi 
milliyətlərin  sayının  kəskin  şəkildə  azalması  halları  isə 
əksinə, onların özlərini azərbaycanlı kimi qeydə aldırmaları 
ilə izah oluna bilər. Bu dövrdə saylarının olduqca az artdığı 
və ya bir qədər azaldığı bəzi milli azlıqlar da olmuşdur ki, 
bu  da  əsasən  onların  azərbaycanlılarla  assimilyasiyası  ilə 
izah  edilə  bilər.  O  ki,  qaldı  rusların,  ukraynalıların  və 
onlara  etno-mədəni  yaxınlığı  olan  digər  milli  azlıqların 
sayının  sürətlə  azalmasına,  bu,  ilk  növbədə  onlar  arasında 
təbii azalma ilə bağlıdır, yəni doğum səviyyəsinin olduqca 
aşağı  olması  ilə  bağlıdır.  Şüphəsiz  ki,  bəzi  milli  azlıqların 
sayının  azalmasında  onların  başqa  ölkələrə  miqrasiyasının 
da müəyyən rolu olmuşdur. Ancaq qeyd etmək lazımdır ki, 
bütövlükdə bu dövrdə Azərbaycandan kənara miqrasiyanın 
səviyyəsi  əvvəlki  dövrlərlə  müqayisədə  olduqca  aşağı 
olmuşdur.  Hətta,  başqa  ölkələrdən  (məsələn,  Türkiyədən, 
İrandan,  Pakistandan,  Əfqanıstandan,  Hindistandan  və  s.) 
Azərbaycana  işləmək  məqsədilə  miqrasiya  edənlər  də 
olmuşdur.  Çünki  məhz,  2000-ci  illərdə  Azərbaycanda  neft 
hasilatının  və  ixracatının  sıçrayışla  artması  nəticəsində 
ölkənin  milli  gəliri  dəfələrlə  artmış,  buna  uyğun  olaraq 
əhalinin gəlirləri də xeyli dərəcədə yüksəlmişdir.            


 
 
~ 133 ~ 
 
Milli  azlıqların  sayının  fərqli  templərlə  artması 
nəticəsində  onlarin  milli  tərkibdəki  xüsusi  çəkiləri  də 
uyğun  şəkildə  dəyişmişdir.  Yerli  avtoxton  milliyyətlərdən 
fərqli olaraq,  son  iki  yüz  il ərzində Azərbaycanda  məskən 
salan  gəlmə  milliyətlərin  milli  tərkibdəki  xüsusi  çəkiləri 
1990-cı  illərdə  olduğu  kimi  2000-ci  illərdə  də  azalmağa 
davam etmişdir. Azərbaycanlıların əhalinin milli tərkibində 
xüsusi çəkisi isə bir qədər də yüksəlmişdir. Bütövlükdə bu 
dövr Azərbaycan əhalisinin milli tərkibində avtoxton etnik 
azlıqların  xüsusi  çəkisinin  yüksəlməsi  və  ya  stabilləşməsi 
ilə xarakterizə oluna bilər. Daha doğrusu 1828-1991-ci illər 
arası  163  illik  Rusiya-Sovet  hakimiyyəti  dövründə 
imperiya  rəhbərliyinin  iradəsinə  uyğun  istiqamətdə  gedən 
etnodemoqrafik  proseslər  sonrakı  dövrdə  Azərbaycanın 
siyasi  hakimiyyətinin  iradəsindən  asılı  olmayaraq  tam  əks 
istiqamətdə  inkişaf  etmişdir.  Ancaq  1991-ci  ildən  sonrakı 
qısa  dövr  ərzində  əhalinin  milli  tərkibində  baş  verən 
dəyişikliklər  daha  intensiv  xarakter  daşımış  və  hipertrofik 
miqyas  almışdır. Ona görə də Azərbaycan Respublikasının 
indiki  siyasi  sərhədləri  çərçivəsində  əhalinin  hal-hazırki 
milli  tərkibi  rus  işğalı  ərəfəsindəki  milli  tərkibə  olduqca 
uyğundur.  Bu,  həm  də  o  deməkdir  ki,  Azərbaycanda 
əhalinin  monoetniklik  səviyyəsi  yetərincə  yüksəlmişdir. 
2009-cu  ildə  əhalinin  milli  tərkibində  azərbaycanlıların 
xüsusi  çəkisi  91,6%-ə  çatmışdır.  Bununla  belə  digər 
millətlərin  nümayəndələri  bütövlükdə  kiçik  xüsusi  çəkiyə 


 
 
~ 134 ~ 
 
malik  olsalar  da  Azərbaycanın  bəzi  bölgələrində  və 
rayonlarında  əhalinin  böyük  bir  hissəsini  və  ya  əksəriyyə-
tini  təşkil  edirlər.  Bu  hal  əsasən  yerli  avtoxton  etnoslara 
aiddir. 
Son  illərdə  müsbət  istiqamətdə  stabilləşməkdə  olan 
Azərbaycan  iqtisadi  həyatına  əhalinin  adaptasiya  olması 
prosesi  müşahidə  olunmaqdadır  ki,  bu  da  öz  növbəsində 
miqrasiya  proseslərinin  intensivliyinin  olduqca  aşağı 
düşməsinə səbəb olmuşdur. Digər tərəfdən dünyanın bütün 
bölgələrində  olduğu  kimi  Azərbaycanda  da  əhalinin  təbii 
artımının  get-gedə  aşağı  düşməsi  ilə  bağlı  olaraq  etnik 
tərkiblə  bağlı  proseslərdə  demoqrafik  faktorun  rolu  da 
azalmaqdadır.  Ona  görə  də  fikrimizcə  son  4-5  ildə  Azər-
baycan  əhalisinin  milli  tərkibi  demək  olar  ki,  dəyişməz 
qalmışdır.  Yaxın  gələcəkdə  də  bu  tendensiyanın  davam 
etməsini ehtimal etmək olar. 
Son  olaraq  qeyd  edək  ki,  Azərbaycan  müstəqil  dövlət 
olduğu  andan  başlayaraq  ölkə  rəhbərliyi  milli  azlıqların 
milli-mədəni  inkişafına  xüsusi  qayğı  göstərməkdədir.  Hal-
hazırda  Azərbaycanda  milli  azlıqların  onlarla  mədəniyyət 
mərkəzi  və  digər  milli  qurumları  sərbəst  fəaliyyət  gös-
tərməkdədir.  Sovet  dövründən  fərqli  olaraq  ölkənin  əsas 
milli azlıqlarının dillərində radio verilişləri təşkil olunmuş, 
hər  bir  dildə  qəzet,  jurnal  və  kitab  nəşrinə  şərait  yara-
dılmışdır.  Bir  sözlə  ölkənin  milli  azlıqlarının  öz  mədə-
niyyətlərini,  dillərini  və  digər  özəlliklərini  qoruyub  sax-


 
 
~ 135 ~ 
 
laması və inkişaf etdirməsi üçün bütün əngəllər qaldırılmış 
və hər cür hüquqi-praktik şərait təmin edilmişdir.  
 
 
 

Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə