Şahbaz muradov, ÇİNGİz baxiş



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə16/32
tarix29.10.2017
ölçüsü2,88 Kb.
#7222
1   ...   12   13   14   15   16   17   18   19   ...   32

 
 
~ 61 ~ 
 
kimi qeydə alınmışdılar. Yəni millətimiz öz tarixi etnonimi 
ilə qeydə alınmışdı. «Türk» etnoniminin bərpası isə 1918-ci 
ildə müstəqil Azərbaycan Cumhuriyyəti qurulduqdan sonra 
mümkün olmuşdu. 1937-ci ildə keçirilən və sonradan Stalin 
repressiyasına  uğrayaraq  gizli  saxlanılan  əhali  sayımının 
materiallarında  da  azərbaycanlılar  «türk»  kimi  qeydə  alın-
mışdılar
43
.  1939-cu  ildə  keçirilən  əhali  sayımının  mate-
riallarında isə artıq «türk» etnonimi «azərbaycanlı» ilə əvəz 
edilmişdi. Beləliklə, 1938-ci ildə «Stalin milli siyasətinin» 
islahatları  nəticəsində  millətimizin  etnonimi  növbəti  dəfə 
dəyişdirilərək  indiki  şəklini  almışdır.  Həmin  cədvəldən 
göründüyü  kimi,  1897-ci  ildə  Azərbaycan  əhalisinin  etno-
linqivistik tərkibi kifayət qədər mürəkkəb idi. Etnik azlıqlar 
əhalinin  38,2%-ni  təşkil  edirdi.  Ancaq  gözə  çarpan  əsas 
cəhət əhalinin etnik tərkibində ermənilərin xüsusi çəkisinin 
o  biri  etnik  azlıqlarla  müqayisə  olunmaz  dərəcədə  yüksək 
olmasıdır  (16,6%).  Yəni  Çar  Rusiyasının  Azərbaycanda 
apardığı  ermənipərəst  milli  siyasəti  öz  bəhrəsini  vermişdi. 
Artıq  Azərbaycanda  hər  6  nəfərdən  biri  erməni  idi.  Bu 
siyasət  şəhərlərdə  və  qəza  mərkəzlərində  özünü  daha 
qabarıq  şəkildə  göstərirdi.  Məsələn,  1897-ci  ildə  əhalisinə 
görə  Azərbaycanın  üçüncü  şəhəri  olan  Şuşada  ermənilər 
əhalinin  55,7%-ni  təşkil  edirdi;  Zaqatala  şəhərində, 
həmçinin  qəza  mərkəzləri  olan  Qazaxda  və  Cəbrayılda  da 
                                                 
43
 Всесоюзная  перепись  населения  1937  г.  –  Вестник  статистики, 
1990, №7, səh. 77 


 
 
~ 62 ~ 
 
ermənilər  sayca  azərbaycanlılardan  çox  idi.  Gəncədə 
əhalinin  35,9%-ni,  Naxçıvanda  –  25,7%-ni,  Bakıda  – 
17,1%-ni və Şəkidə - 16,9%-ni ermənilər təşkil edirdi. Yeri 
gəlmişkən  onu  da  xatırladaq  ki,  1897-ci  ildə  bizim 
hesablamalarımıza görə indiki Ermənistan Respublikasının 
ərazisində  yaşayan  798  min  nəfər  əhalinin  62,4%-ni 
ermənilər,  30,7%-ni  isə  azərbaycanlılar  təşkil  edirdi. 
Ermənilərdən  fərqli  olaraq  rusların  Azərbaycanda  kütləvi 
şəkildə məskunlaşması 1897-ci il əhali sayımı ərəfəsindəki 
10-15  illik  qısa  bir  dövrü  əhatə  edirdi.  Ancaq  buna 
baxmayaraq,  cədvəldən  göründüyü  kimi  ruslar  artıq  Azər-
baycan  əhalisinin  milli  tərkibində  önəmli  yer  tuturdular. 
Ruslarla  yanaşı  bu  dövrdə  Azərbaycana  miqrasiya  edən 
ukraynalılar,  gürcülərin  və  yəhudilərin  bir  hissəsi,  tatarlar, 
eləcə  də  əsasən  Bakıda  məskunlaşan  və  az  sayda 
olduqlarına görə cədvələ salınmayan digər gəlmə xalqlar (o 
cümlədən  almanlar  –  6,7  min  nəfər,  beloruslar  –  3,5  min 
nəfər, polyaklar – 2,3 min nəfər, yunanlar – 0,7 min nəfər, 
mordvalılar  –  0,6  min  nəfər,  litvalılar  –  0,4  min  nəfər, 
isveçlilər  –  0,3  min  nəfər  və  s.)  hesabına  Azərbaycan 
əhalisinin milli tərkibi xeyli zənginləşmiş oldu. Bu dövrdə 
Azərbaycan  əhalisinin  etnik  tərkibində  diqqəti  çəkən 
cəhətlərdən  biri  də  əhalinin  böyük  bir  qrupunun  (əhalinin 
15%-i) yerli etnik azlıqlardan ibarət olmasıdır. O cümlədən
təkcə  tat  dilli  etnik  qrup  əhalinin  5,1%-ni  təşkil  etməklə 
sayca Azərbaycanın üçüncü etnosu idi.  


 
 
~ 63 ~ 
 
1897-ci  ilin  yanvarında  və  1926-cı  ilin  dekabrında 
keçirilən  əhali  sayımları  arasındakı  30  illik  dövrdə 
Azərbaycan  əhalisinin  etnik  tərkibi  böyük  dəyişikliklərə 
uğramışdır.  Çünki  bu  dövr  I Dünya Müharibəsi illərini, 
erməni  terrorçularının  Azərbaycanda  apardığı  etnik 
təmizləmə  siyasətinə  qarşı  aparılan  və  xalq  arasında 
«Erməni-Müsürman  davası»  kimi  xatırlanan  müharibə 
illərini, 
Azərbaycan 
Cümhuriyyətinin 
1918-1920-ci 
illərdəki müstəqillik dövrünü və nəhayət, bolşevik işğalı ilə 
bağlı  kataklizmləri  əhatə  edirdi.  Bununla  yanaşı  onu  da 
qeyd  edək  ki,  1905-1907-ci  illərdə  Rus  çarizminin  fitvası 
ilə  baş  verən  və  etnik  zəmində  qırğınlara  gətirib  çıxaran 
ermənilərin  azərbaycanlılarla  hərbi  münaqişəsi  istisna 
olmaqla,  1914-cü  ilə  qədərki  dövr  Azərbaycanda  sosial-
iqtisadi  yüksəliş  dövrü  olmuşdur.  Əsasən  neft  sənayesinin 
inkişafı  ilə  bağlı  olan  bu  yüksəliş  dövrü  Azərbaycanda 
çağdaş milli ziyalı sinfinin, milli burjuaziyanın və proleta-
riatın  yetkin  səviyyədə  formalaşdığı  bir  dövr  idi.  Bütün 
bunlar Azərbaycanda demoqrafik inkişafa təkan vermiş və 
azərbaycanlıların  etnoqrafik  qrupları  olan  ayrımlar, 
şahsevənlər,  əfşarlar,  padarlar,  tərəkəmələr,  qarapapaxlar, 
kəngərlilər,  qacarlar  və  s.  konsolidasiyasının  əsasən  başa 
çatmasına şərait yaratmışdır. 
1913-cü  ildə  Azərbaycan  əhalisinin  sayı  2.339  min 
nəfərə  çatmışdı.  Yəni  1897-ci  ilə  nisbətən  əhalinin  sayı 
29,5% artmışdı. O cümlədən, Bakı şəhərində əhalinin sayı 


 
 
~ 64 ~ 
 
3  dəfə  artaraq,  334  min  nəfərə  çatmışdı.  Rusiya 
imperiyasının 5 ən böyük şəhərindən birinə çevrilən Bakıda 
əhali  başlıca  olaraq,  miqrasiya  hesabına  artmışdı.  Belə  ki, 
bu  dövrdə  Azərbaycanda  əhali  artımının  böyuk  bir  hissəsi 
əhalinin mexaniki artımının payına düşürdü. Əsasən Bakıda 
məskunlaşan miqrantların əksəriyyətini ruslar təşkil edirdi. 
Ermənilərin  sayı  da  miqrasiya  hesabına  yüksək  templərlə 
artmış  və  Bakı  əhalisinin  milli  tərkibində  onların  xüsusi 
çəkisi 17,5%-ə qədər  yüksəlmişdi
44
. Eyni zamanda Bakıda 
yaşayan  digər  milli  azlıqların  da  sayı  dəfələrlə  artmışdı. 
Məsələn,  yəhudilərin sayı 5,7 dəfə artaraq, 10,8 min nəfər 
olmuş, ləzgilərin sayı isə min nəfərdən 8 min nəfərə qədər 
artmışdı.  Bu  dövrdə  Bakıda  azərbaycanlıların  (İranlı 
soydaşlarımızı  çıxmaq  şərti  ilə)  sayının  artımı  74%  təşkil 
etməklə  ümumi  artımdan  olduqca  geri  qalırdı.  Bunun 
nəticəsində  Bakı  əhalisinin  milli  tərkibində  onların  xüsusi 
çəkisi  1897-ci  ildəki  36,0%-dən,  1913-cü  ildə  21,0%-ə 
enmişdi.  Ancaq  digər  tərəfdən  bu  dövrdə  Güney 
Azərbaycandan  da  on  minlərlə  soydaşımızın  Azərbaycana 
miqrasiya  etməsi  mümkün  olmuşdur.  Onlar  da  əsasən 
Bakıda  məskunlaşırdılar.  Hətta,  Bakıda  «həmşəri» 
(«həmşəhərli»  mənasında)  kimi  adlandırılan  Güneyli 
                                                 
44
 Перепись Баку 1913, часть  III, Население, выпуск 1, гор. Баку, 
Баку  –  1916  г.  səh.  4-5.  Перепись  Баку  1913  года,  часть  III, 
Население, выпуск 2, Промыслово-заводский районъ, Баку – 1915 
г. səh. 4-5 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə