~ 57 ~
«duxobor», «molokan» və s. kimi adlanan rusların
konfessional qrupları Azərbaycana köçürüldü. Bu dövrdə
Azərbaycanda 20-yə yaxın rus kəndi salındı
34
. 1840-ci
illərin ortalarında Azərbaycanda daha üç rus kəndi –
Astraxanka, Andreyevka və Slavyanovka kəndləri
yarandı
35
. Hələ 1819-cu ildə Yelizavetpol qəzasında Vür-
temberq knyazlığından köçüb gəlmiş almanların iki yaşayış
məntəqəsi salındı – Yelenendorf və Annenfeld
36
.
Azərbaycan ərazisinin ruslar tərəfindən kolonizasiyası
1860-1890-cı illərdə daha geniş miqyas aldı. Özəlliklə də
1890-cı illərdə Azərbaycana köçürülən rusların, eləcə də
ukraynalıların sayı daha çox idi. Qısa dövr ərzində
Azərbaycanda onlarla rus kəndi yarandı: Qazax qəzasında
– Mixaylovka və Novıy Dilijan; Yelizavetpol qəzasında –
İvanokva, Borisovka, Qolitsino, Varvarinovka; Göyçay
qəzasında – Gümüşlü; Quba qəzasında – Astraxanka,
Cebranı, Zubrovka; Lənkəran qəzasında – Andreyevka,
Astraxanka,
Novoqolovka,
Pravoslavnoye,
Petrovka,
Prişib, Nikolayevka; və s
37
. Əksər hallarda bu kəndlərin sa-
lınması yerli əhalinin torpaqlarının zəbt olunması hesabına
aparılırdı. Bu isə yerli əhalinin üsyanlarına səbəb olurdu.
Üsyanların rus qoşunları tərəfindən amansızcasına
34
История Азербайджана, 2-ci cild, Bakı – 1960, səh. 76
35
Yenə orada: səh. 76
36
Yenə orada: səh. 76
37
История Азербайджана, 2-ci cild, Bakı – 1960, səh. 76, 188
~ 58 ~
yatırılması nəticəsində yerli əhali qırğınlara məruz qalırdı;
İranla həmsərhəd olan bölgələrdə isə İrana köçüb gedənlər
də az deyildi. Bu dövrdə Azərbaycanda rusların,
ermənilərin, eləcə də Avropa əsilli bir sıra millətlərin
nümayəndələrinin sürətlə artmasına təkan verən başqa
faktor da var idi: bu da Bakıda neft sənayesinin canlanması
və ilə bağlı olaraq, Azərbaycanda kapitalizmin intensiv
inkişafı ilə şərtlənən miqrasiya prosesləri idi. Artıq XIX
yüzilliyin son onilliklərində adları çəkilən etnosların,
xüsusilə də rusların Bakıya axını kütləvi xarakter daşıyırdı.
Bütün bunlar Azərbaycan əhalisinin etnik tərkibində gəlmə
etnosların xüsusi çəkisinin durmadan artmasına gətirib
çıxarırdı.
Azərbaycan əhalisinin etnik tərkibinin dinamikasının
təhlili üçün 1897-ci il Ümumrusiya əhali sayımı
materiallarını başlanğıc kimi götürmək olar. Bəzi
çatışmazlıqlara baxmayaraq, bu əhali sayımı demoqrafik və
etnoqrafik araşdırmalar üçün Azərbaycan tarixində ilk
yetkin etnostatistik mənbədir; onun materialları əsasında
XX yüzilliyin astanasında Azərbaycanın etnodemoqrafik
durumunu yetərli səviyyədə ətraflı müəyyən etmək
mümkündür.
1897-ci il əhali sayımının əsas çatışmazlığı etnik
mənsubiyyətin deyil, ana dilinin qeydiyyata alınması idi.
Halbuki Azərbaycanda gedən dil assimilyasiyası prosesləri
heç də həmişə tam etnik assimilyasiyaya gətirib çıxarmırdı.
~ 59 ~
Bundan başqa, 1897-ci il sayımının materiallarında
Azərbaycan dili ayrıca dil kimi tanınmayaraq «tatar dilinə»
aid edilmiş və bu dilin tərkibinə qatılmışdı; azərbaycanlılar
isə adətən «Azərbaycan tatarları» və ya «Zaqafqaziya
tatarları» kimi adlandırılırdı. Ona görə də 6 saylı cədvəldə
göstərilən azərbaycanlıların sayına o zamana qədər Vol-
qaboyundan köçüb gələrək Bakıda məskunlaşmış bir neçə
min tatar da daxildir. Bütün bunlar 1897-ci il əhali sayımı
materiallarının 1926-cı ildə keçirilən əhali sayımının
materialları ilə müqayisəli şəkildə təhlil edilməsini tələb
edir. Bir şərtlə ki, 1897-ci ilin məlumatları Azərbaycan
Respublikasının sərhədləri çərçivəsinə uyğun şəkilə
gətirilsin.
Belə
ki,
1897-ci
ilin
materiallarında
Azərbaycanın indiki ərazisini Bakı quberniyası bütünlüklə;
Zəngəzur və Qazax qəzalarının bir hissəsi çıxılmaqla bütün
Yelizavetpol quberniyası; Zaqatala dairəsinin əsas hissəsi;
Tiflis quberniyasının Tiflis, Siqnax və Borçalı qəzalarının
bir hissəsi; Erivan quberniyasının Naxçıvan qəzasının əsas
hissəsi, Şərur-Dərələyəz və Erivan qəzalarının bir hissəsi
əhatə edirdi. Ancaq 1897-ci il sayımının bütün
materiallarını 1926-cı il sərhədlərində tam dəqiqləşdirmək
mümkün olmadığı üçün hesablanılaraq müəyyən edilmiş
bəzi rəqəmlər 6 saylı cədvəldə mötərizədə verilmişdir.
6 saylı cədvəlin təhlilinə keçməzdən öncə onu da
qeyd etmək lazımdır ki, 1926-cı ilin əhali sayımında
Azərbaycan dili «türk» dili kimi və azərbaycanlılar «türk»
~ 60 ~
Cədvəl 6.
1897-ci və 1926-cı illərin əhali sayımları üzrə Azərbaycan
əhalisinin etnik strukturu
milliyyətlər
1897-ci il
38
(ana dili)
1926-cı il
39
min
nəfər
%
«milliyyət»
«ana dili»
min
nəfər
%
min
nəfər
%
azərbaycanlılar (1117) 61,8 1468,8 63,5
1431,8 63,1
ermənilər
(299) 16,6
284,4 12,3
278,8 12,3
tatlar
91,3
5,1
30,5
1,3
73,9
3,3
ruslar
87,9
4,9
220,6
9,5
254,4 11,2
ləzgilər
63,7
3,5
37,3
1,6
68,3
3,0
avarlar
35,0
1,9
19,1
0,8
18,3
0,8
talışlar
35,0
1,9
77,5
3,3
80,6
3,6
gürcülər
40
(10,5)
0,6
9,5
0,4
10,7
0,5
yəhudilər
8,4
0,5
31,4
1,4
10,3
0,4
Saxurlar
41
7,4
0,4
15,6
0,7
7,4
0,3
kürdlər
(5,4)
0,3
41,3
1,8
7,4
0,3
ukraynalılar
4,4
0,2
18,2
0,8
7,0
0,3
başqaları
41,7
2,3
60,4
2,6
21,2
0,9
bütün əhali
1806,7
100
2314,6
100 2270,1
42
100
38
Первая всеобшaя перепись нaселения Rоссийской империи
1897 годa: 61, 63, 69, 71 cildlər; Народное хозяство Азербайджан-
ской ССР к 60-летию Великого Октября, Баку, 1977, səh. 7
39
Всесоюзная перепись населения 1926 года, Москва 1929, 14-cü
cild
40
Meqrellər və acarlar da «gürcülər»in tərkibində verilmişdir.
41
1897-ci ilin materiallarında saxur dili yanlış olaraq dargin dili kimi
qeydə alınmışdır.
42
Xarici vətəndaşlar nəzərə alınmamışdır. Onların sayı 44,5 min nəfər
olmaqla əhalinin 1,9%-ni təşkil edirdilər.
Dostları ilə paylaş: |