Şahin Mustafayev



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə6/37
tarix01.02.2018
ölçüsü0,79 Mb.
#23174
1   2   3   4   5   6   7   8   9   ...   37

 
 
 
 
21 
 
A v t o n o m hava-balon  t
ənəffüs aparatının (akvalanqın)    yaranması tarixinə 
əsrin birinci yarısına qayıdaq: 
O   i l l
ərdə  Jak  İv  Kusto  özü  kimi  sualtı  üzgüçülüyə  maraq göstərən və 
bacarıqlı dalğıclar olan dənizçi zabitlər -Frederik Dyüma və Filipp  Taye ilə tanış 
olur. D
ənizçi zabitlər suburaxmaz eynəklərdən əlavə, yumşaq borudan düzəldilmiş 
t
ənəffüs qəlyanından və kustar formada rezindən düzəldilmiş ayaq üzgəclərin 
d
ən istifadə edirdilər. J.İ.Kusto tez bir zamanda bu sadə dalğıc ləvazimatların dan 
istifad
əni  öyrənir. Lakin bu onun üçün kifayət etmir və  o,  dalğıcın  suyun  altında 
avtonom  (asılı  olmayan)  formada  hava  ehtiyatı  ilə  təmin edilməsi  üçün  qurğu 
layih
ələşdirib quraşdırmağa başlayır. J.İ.Kusto akvalanqın yaradılmasında ən başlıca 
prinsipi  başa  düşmüşdü.  O  başa  düşmüşdü  ki,  avtonom  hava-balon tənəffüs 
apara
tının  (akvalanqın)  ən  əsas hissəsi sadə  və  etibarlı  bir  qurğu  olmalıdır.  Bu 
qurğu dalğıc nəfəs alan zaman havanın orqanizmə verilməsini və tənəffüs zamanı 
dalğıcın  orqanizminin daxilindəki havanın  təzyiqi ilə  suyıın  orqanizmə  xarici 
t
əzyiqini avtomatik olaraq bərabərləşdirməli idi. Yeni  yaradılan  qurğu,  bir  növ 


 
 
 
 
22 
suyun altında tənəffüs orqanı rolunu oynamalı idi. 
Bu  yeni 
yaradılacaq  qurğuya  «akvalanq»  adı  verildi.  «Akvalanq»  sözü hərfi 
t
ərcümədə «ağ ciyər» mən asını verir. Göründüyü kimi, yeni yaradılan qurğuya belə 
adın  verilməsi təsadüfi deyildi. Çünki dəniz səviyyəsindən  «0»  metrdən  aşağıda 
(d
ərinliklərdə) avtonom hava-balon tənəffüs  aparatı,  ağ  ciyərin yerinə  yetirdiyi 
funksi
yaları  tamamlamalı  (gücləndirməli), onunla tam vahid bir orqan kimi 
f
əaliyyət göstərməli idi. 
XX 
əsrin 40-cı  illərinin  əvvəllərində  J.İ.Kustonun  yaradıcılıq  axtarışları  üçün 
kifay
ət qədər sərbəst vaxtı olmuşdur. Belə ki, Fransa faşist Almaniyası tərəfindən 
işğal edildikdən sonra Fransa və Almaniya arasında bağlanmış müqaviləyə əsasən, 
fransız  ordusu  və  donanması  tam  fəaliyyətsiz  qalmışdı.  Sərbəst  vaxtlarını 
«akvalanq» 
yaradılmasına həsr edən J.İ.Kustonun diqqətini qaz avadanlıqları üzrə 
ekspert olan  parisli müh
əndis Emil Qanayanın  avtomobil mühərriklərinə  qazın 
verilm
əsini avtomatik tənzimləyən klapan yaratması məlumatı cəlb edir.   
 
Bu qurğu J.İ.Kusto üçün böyük maraq kəsb edir. belə ki, bu qurğu mühərrikin 
t
ələbatına  uyğun  olaraq,  avtomatik  şəkildə  lazım  olan  vaxtda  lazım  olan  qədər 


 
 
 
 
23 
qazla  yanma  kamerasını  təchiz edirdi. Müharibə  şəraitində  kəskin  yanacaq  qıtlığı 
olduğu üçün E.Qanayanın ixtirası geniş tətbiq edilmişdi. 
K
əşflə tanış olan J.İ.Kusto bu prinsipin sualtı üzmə üçün yaradılacaq aparatda 
dalğıcın  tənəffüsü  zamanı  nəfəs üçün verilən  havanın  I avtomatik 
t
ənzimlənməsində  yararlı  ola  biləcəyi  ideyasını  irəli sürür və  o,  1942-ci  ildə 
Paris
ə gələrək m ü h ə n d i s   E.Qanayanı tapır. Nəticədə isə,    J.İ.Kusto m ü h ə 
n d i s E . Q a n a
yanın  köməyi ilə  birinci avtonom hava-balon  tənəffüs  aparatım 
«akvalanq»
ı yaradır. 
Bu hadis
ə sualtı üzmə işlərində, sualtı dünyaya nüfuzetmə tarixində inqilabi bir 
k
əşf idi! Əgər suyadalmaların    tarixində ingilis ixtiraçısı Avqusto Zibe su səthindən 
yumşaq  boru  vasitəsilə  dalğıcı  hava  ilə  təchiz edən fasilə  siz tənəffüs  imkanı 
variantım kəşf edərək, insanın suyun altında uzunmüddətli qalması problemini həll 
etmişdirsə,  J.İ.Kusto  avtonom  hava-balon  tənəffüs  aparatı  variantmı  kəşf  etməklə 
ona suyun altında özünü balıq kimi sərbəst hiss etmək imkanını bəxş etmişdir! 
İlk  nümunəsindən  başlayaraq  etibarlı,  yüngül  və  əlverişli  olan  «akvalanq»ın 
dalğıcların    suyun  altında  sərbəst  şəkildə  hərəkətini təmin edən  əsas hissəsi 
ikikameralı  havanın  avtomatik ötürmə  tənzimləyicisi idi. Bir-birindən  yumşaq 
arak
əsmə  -  membran ilə  ayrılan  ikikameralı  havanın  avtomatik  ötürmə 
t
ənzimləyicismin bir kamerası daim açıq olmaqla ətraf mühitlə, yeni su ilə təmasda 
olur (dolur), dig
əri  -  nəfəsalma  kamerası  isə  hermetik  olmaqla  yumşaq  boru 
k
əmərləri ilə  bir tərəfdən  sıxılmış  hava  saxlanılan  balonla,  digər tərəfdən  isə 
dalğıcın dişləri və dodaqlan arasında saxladığı mundştuk ilə birləşir. Dalğıc suyun 
altında nəfəs aldıqda nəfəsalma kamerasında  təzyiq  aşağı  düşür  və  bu zaman su 


 
 
 
 
24 
il
ə  təmasda  olan digər kamerada dərinliyə  uyğun  təzyiqlə  itələnən    membran 
lövh
əsi  qabararaq,  hava  borusunun  tıxacını  itələməklə  nəfəsalma  kamerasına 
sıxılmış  hava  saxlanılan  balondan  hava  daxil  olmasını  təmin edir və  membranı 
əvvəlki  mövqeyinə  qaytarmaqla balondan gələn  havanın  kəsilməsinə  səbəb olur. 
Bel
əliklə  də,  insanın  ağ  ciyərinə  verilən  havanın  təzyiqi avtomatik olaraq ətraf 
mühitd
əki, yəni dərinliyə uyğun suyun təzyiqinə bərabər olan təzyiqlə bərabərləşir, 
t
ənəffüs edilmiş hava isə avtomatik ötürmə tənzimləyicisi qutusundan xaric edilir. 
İlk  akvalanqın  sınağı  1943-cü ildə  müvəffəqiyyətlə  başa  çataraq,  suyaenmənin 
avtonom hava-balon t
ənəffüs aparatı variantının yaranma tarixi kimi tarixə yazıldı. 
Bu tarixd
ən bu günə  qədərki dövr ərzində  akvalanqın  təkmilləşdirilməsi üzərində 
işlər getmiş,  bu  gün  də  davam edir və  yəqin ki, gələcəkdə  də  davam edəcəkdir. 
Çünki kamillik üçün m
əhdudiyyət yoxdur! 
J.İ.Kusto  bütün həyatı boyu kamilliyə doğru irəliləyən çox nadir  şəxsiyyətlərdən 
biri olmuşdur. Onun bu müsbət keyfiyyətinin nəticəsidir ki, akvalanqı kəşf etdikdən 
sonra o, sakitl
əşməmiş, yaradıcılıq axtarışlarını davam etdirmişdir. 
Suyadalmaların    istər fasiləsiz tənəffüs  imkanı  variantı,  istərsə  də  avtonom 
hava-
balon variantı dalğıcın uzunmüddətli suyun altında qalmasına imkan vermirdi. 
Suyun alt
ında  qalma  müddəti dərinlik və  sıxılmış  hava  ehtiyatından  asılı  olaraq 
de
yişirdi və bu bir neçə saatdan artıq olmuşdu. 
SATURASIYA ÜSULU İLƏ SUYADALMA VARİANTI 
İnsan suyun üzərinə qalxmadan uzun müddət suyun altında yaşaya bilərmi? 
Sualın  cavabını  tapmağı  qarşısına  məqsəd  qoymuş  J.İ.Kusto 1962-ci ildən bu 
istiqam
ətdə  təcrübi  işlərə, yəni  «sualtı  ev”lərin layihələşdirilməsinə  və  inşasına 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə