Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   27   28   29   30   31   32   33   34   ...   90

 
107 
zənginləşdirən  fikirləri  bu  blokdakı  fənlər  vasitəsilə  gənclərə 
öyrədilməlidir. 
Birinci  blokda  bəşəri  dəyərlərə  də  lazımı  diqqət 
yetirilməlidir.  Çoxlu  sayda  qiymətli  nümunələr  gətirmək  olar. 
Misal üçün, Riyard Kiplinqin (1865-1936) məşhur “Altı qulluqçu 
kişi“ şerini misal çəkmək istərdim: 
 
 
Altı qulluqçum var, cəsur-cəngavər
 
Onlar öyrədiblər biliyi mənə. 
 
Söyləyim adını bilsin hər nəfər
 
Harda, haçan, niyə, kim, necə və nə? 
 
Bu dəyərli tövsiyyəni  bizim şagirdlər də bilsə pis olmaz. 
Çünki  sual  verə  bilməsən,  cavab  ala  bilməzsən.  Cavab  almasan 
məlumatın az olar. Məlumatın az olanda düzgün qərar qəbul edə 
bilməzsən.  
Yeri gəlmişkən, yahudi tərbiyə sistemi ilə bağlı bir misal 
çəkmək istərdim.  
Bir  yəhudi  ravvini  otağın  bu  başından  o  başına  gedərək 
niyə? niyə? niyə? deyir. Otaqda olan digər yəhudi soruşur:  
-Ravvin, Siz niyə öz-özünüzə danışırsınız? 
Ravvin deyir:  
Mən  fikirləşirəm  ki,  niyə  «çörək»  sözündə  «a»  hərifi 
yoxdur. 
-Ravvin, çörək sözündə «a» hərifi yazılmır. 
Ravvin deyir: 
Əgər yazsaq? 
-Niyə? 
Onda  ravvin:  Allaha  şükürlər  olsun  ki,    sən  də  bir  sual 
verməyi bacardın- deyir. 
Həqiqətən,  sual  verməyin  hikməti  böyükdür.  Təhsil  sual 
vermək  və  tənqidi  düşüncə  qabiliyyətini  təhsilalanlara 
öyrətməlidir. 


 
108 
İkinci misal olaraq, azadlıq uğrunda mübarizə üçün etalon 
ola  biləcək  (kaş,  bu  mahnını  1990-cı  illərdə  oxuya  biləydik)  bu 
mahnı  və  onun  sözləri  aşağı  siniflərdə  öyrədilərsə,  bizim 
şagirdlərin  vətənpərvərlik  və  azadlığın  qədrini  bilmək  hissləri 
daha güclü olar. Bu ingilis mahnısının sözləri belədir: 
 
 
 
 
We shall owercome, 
 
 
 
We shall owercome, 
 
 
 
We shall owercome, some day. 
 
Mahnının nəqarət hissəsində oxunulur: 
 
 
 
 
Oh,  deep in my heart
 
 
 
A do beliwe, 
 
 
 
We shall ower come, some day. 
Gözəl  melodiyanın  səsləri  altında  (notlar  əlavə  olunur) 
optimist bir ruh tərbiyə olunur: 
 
 
 
 
 
 
Biz qalib gələcəyik,  


 
109 
 
 
 
Biz qalib gələcəyik, 
 
 
 
Bir gün gələcək ki,  
 
 
 
Biz qalib gələcəyik, 
 
 
 
Ürəyimin dərinliyi
 
 
 
Məni inandırır ki,  
 
 
 
Biz qalib gələcəyik! 
 
 
Göründüyü  kimi  həm  Şərq,  həm  də  Qərb  dəyərlərindən 
istifadə  edərək,  təhsilin  məzmununu  mükəmməlləşdirərək,  XXI  
əsrin tələblərinə cavab verən vətəndaşlar hazırlaya bilərik. Çünki 
yuxarıda  qeyd  edildiyi  kimi  təhsilin  keyfiyyətinə  təsir  edən 
faktorların ən başlıcası təhsilin məzmunudur. 
Yəhudi milli tərbiyə sisteminə görə hər yəhudi valideyni, 
övladı  və  milləti  qarşısında  məsuliyyət  daşıyır.    Yuxarıda  qeyd 
edildiyi    kimi  Yapon  təhsil  sistemi  azadlıq  üzərində  yox, 
məsuliyyət  üzərində  qurulmuşdur.  Yapon  təhsilindən  digər  bir 
örnək ola biləcək «yazıya bağlılıq prinsipini» diqqət mərkəzinə 
çəkmək istəyirəm.  
Bu prinsipin dəyərini düz qiymətləndirmək üçün X1X əsr 
və  XX  əsrdə  özümüzün  yazıya  bağlılığımızı  müqayisə  etsək, 
görəriyki XX əsrdə yazıya bağlılığımız çox yüksək olubdur. XX 
əsrdə  yaradıcı  insanlarımızın    yaratıqlarını  ortaya  qoysak  böyük 
intelektual  mülkiyyət    malik  olduğumuza  inanarıq.  Bu  yazıya 
bağlılığın  nəticəsində  baş  veribdir.  Tək  yaradıcı  insanları  yox, 
milləti  yazıya  bağlamaq  lazımdjır.  Bu  işi  təhsil  görməlidir.  TV 
vasitəsi ilə beynəlxalq görüşləri izləyərkən təəsüf hissi keçirirəm.  
Çünki  xarici  qonaqlarımız  yazıya bağlıdır, bizimkilər nə deyirsə 
qeyd  aparırlar,  ancaq  bizimkilərin  qarşısında  kağız  –qələm 
yoxdur. 
Yeri  gəlmişkən  qeyd  edək  ki,  Çingiz  xanla  söhbətində 
Çinli  alim  Çan  Çun  demişdir  ki,  adamların  üç  min  müxtəlif 
cinayətlərindən  ən  iyrənci  öz  valideynlərinə  hörmətsizlikdir. 
Çingiz xan bu təklifi bəyənmiş və qanunlar toplusu “YASA“-ya 


 
110 
əlavə  edilmişdir.  Çoxlu  bu  cür  misallarla  təhsilin  məzmununu 
zənginləşdirmək mümkündür.    
Zəmanəmizin  görkəmli  alimlərindən  biri  olan  Valter 
Vayskona  (ABŞ)  görə:  “İnsan  həyatı  iki  balina  üzərində 
dayanır:  elm  və  hissiyat.  Hissiyatsız  elm  qeyri-insanidir. 
Elmsiz  hissiyat  qeyri-effektlidir“.  Biz  elmsiz  vətənpərvərlər 
hazırlasaq,  onların  gələcək  fəaliyyəti  effektli  olmayacaqdır.  Ona 
görə  bizim  təhsilimizin  əsas  məqsədi  vətənpərvər  və  bilikli 
gənclər yetişdirməkdir. 
 
Mükəmməl  dünyagörüşün,  düzgün  düşüncə  tərzinin 
formalaşmasında təhsilin rolu əvəzedilməzdir. Örnək olaraq Şərq 
düşüncə  tərzindən  (bax:  «Ağıl  mücrüsü»,  Bakı,  1962.)  iki  misal 
çəkmək istəyirəm. Birinci hekayətdə söylənilir: 
 
«Bir  nazirin  namuslu,  diqqətli  və  çox  əməksevər  bir 
köməkçisi var idi. O, nazirin yanında üç il işləyəndən sonra nazir 
dedi:  
 
-Mən  sizdən  razı  deyiləm  və  sizin  xidmətinizə  artıq 
ehtiyacım yoxdur. 
 
Bu sözdən sarsılan köməkçi heyrətlə soruşur: 
 
-Məgər  mən  sizin  tapşırıqlarınızı  lazımınca  yerinə 
yetirməmişəm?  Məgər  mən  bir  dəfə  də  olsun  tənbəllik  etmişəm? 
Məgər mən öz işimə diqqətli olmamışam? 
 
-Bunlar hamısı doğrudur! – deyə nazir təsdiq etdi. 
 
-Onda bəs  nə üçün siz məni  öz  mərhəmətinizdən məhrum 
edib, sizə xidmət etməyimə daha icazə vermirsiniz? 
 
Nazir cavab verir: 
 
-Üç  il  siz  mənə  köməkçi  olmusunuz.  Bu  illər  ərzində  bir 
dəfə  də  olsun  çatmayan  cəhətimi  göstərməmisiniz.  Demək,  siz 
mənim  yaxşı  işləməyim  üçün  deyil,  mənim  xoşuma  gəlmək 
üçün çalışırsınız. Məhz bu səbəbdən də mənim sizin xidmətinizə 
daha ehtiyacım yoxdur». 
 
 Əvvala, çatışmayan cəhətləri demək lazımdır. İkincisi isə 
xoşa  gəlmək  üçün  yox,  işin  yaxşı  getməsinə  çalışmaq  lazımdır. 
Bu nəticələrin hər ikisi bizim üçün çox vacibdir. Bu işdə məktəb 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə