Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   31   32   33   34   35   36   37   38   ...   90

 
121 
əmridir.  Bəşəriyyətin  inkişafı,  cəmiyyətin  stabilliyi  bu  kəlama, 
bəşəri  dəyərə  əməl  etməkdən  çox  asılıdır.  Ancaq  bu  məsələ 
bəşəriyyətin  ən  çətin  məsələlərindən  biridir.  Ona  görə  ki,  bütün 
dövürlərdə  bilməyənlərin  sayı  bilənlərin  sayından  qat-qat  çox 
olduğuna görə onların cəmiyyətə təsir etmək imkanları   da daha 
çox olubdur. Natarazlığın əsas səbəbi bundan ibarətdir ki, bilənlər 
ömrünü  bilik  toplamağa,  düzgün  davranış  qaydaları  öyrənməyə, 
qalanları  isə  düz  və  əyri  yolla  var  toplamağa  həsr  edirlər. 
Bilməyənlər  pul,  var  hesabına    tərəzinin  gözünü  özləri  tərəfə
 
həmişə əyə biliblər. 
XX əsrin ikinci yarısında təhsil sferasında bəşəri və tarixi 
əhəmiyyətli hadisə baş verdi. Bu hadisə, sözün yaxşı mənasında, 
«partlayış»  effekti  yaratdı.  Bir  çox  ölkələrdə  təhsilli  insanların 
sayı  təhsilsiz  insanların  sayına  nisəbətən  zaman  keçdikcə  artdı. 
Yer  kürəsinin  əhalisi  təhsilin  işığından  və  istisindən 
faydalanmağa başladı.  
Müasir  Qərb  ölkələrində,  açıq  və  demokratik 
cəmiyyətlərdə   bu bölgünü  düzgün aparmaq məqsədi ilə ictimai 
şüura  yeridilən  yeni  paradiqma  bundan      ibarətdir  ki,    sənaye 
bazalı  cəmiyyətlərdən  elmi  və  informasiya  bazalı  cəmiyyətlərə 
keçmək  lazımdır.  Fəxr  etməyə  dəyər  ki,  cəmiyyətin  idarə 
olunmasında,  qurulmasında  təhsildən  və  elmdən  istifadə  etmək 
ideyasını    Həsənbəy  Zərdabi  hələ  XIX  əsrin  axırlarında 
söyləmişdir  (Bax:  ASE,  IV  cild,  səh.  323).  Hələki  Şərq 
ölkələrində  bu  paradiqmadan  istifadə  edilmir.  Biləni  bilməzdən 
ayırmaq prinsipinə düzgün əməl etməmək bizi kifayət qədər geri 
dartır, irəliləməyimizə imkan vermir. 
X1X  əsr  Azərbaycanın  mütəfəkir  insanlarının  ünvanında 
«molla»  titulundan  istifadə  edilmişdir:  «Molla  Pənah  Vaqif», 
«Molla  Vidadi»  və  s.  XX  əsrin  əvvəllərində  «molla»  titulu 
deqradasiyaya uğradı və ictimai qınaqla qarşılaşdı. 
XX  əsrin  ortalarında  cəmiyyətin  hörmətli  insanlarını 
«müəllim»  deyib  müracət  etdilər.  İndi  müəllim  tituluda  təhlükə 


 
122 
altındadır.  Bu  titulun  hörmətdən  düşməsinin  əsas  səbəbi  biliyin 
qiymətləndirilməsində müəllimlərin  buraxdığı qüsurla bağlıdır. 
Təhsil sahəsində də Qurani Kərimin əmrinə düzgün əməl 
edilmir.  Təəssüflər  olsun  ki,  müəyyən  bilik  səviyyəsini  özündə 
əks  etdirən  və  dövlət  tərəfindən  verilən  həm  attestatı,  həm  də 
diplomu pulla əldə etmək mümkündür. 
Təhsil sisteminə dövlət və cəmiyyət  böyük miqdarda pul 
xərcləyir.  Bu  vəsaitin  effektiv  xərclənməsinin  əsas  göstəricisi 
təhsilin  keyfiyyəti  və  biliyin  qiymətləndirilməsidir.  Biləni 
bilməzdən ayırmaq üçün ölçü, meyar lazımdır. Təhsil sistemində 
biliyin qiymətləndirilməsi çox vagib prosedurlardan biridir. 
Biliyin  beşballı  qiymətləndirmə  şkalası  XX  əsr  boyu 
Azərbaycan  təhsil  sisteminə  yetərincə  qulluq  edib  və  öz  tarixi 
rolunu  oynayıbdır.  Daha  dəqiq  şkalaların  tətbiqinə  ehtiyac 
duyulur. Beş ballı  şkalada müəllimin bir bal səhv etməsi (üzürlü 
və  üzürsüz  səbəblərdən)  20  faiz  xəta  törədir.  Yəni  proqramın 
mənimsənilməsi və iqtisadi vəsaitin  xərclənməsi  məsələsində 20 
faiz  xəta  yaranır.  Bu  çox  böyük  xətadır  və  bir  çox  cəhətdən 
cəmiyyətin, dövlətin əleyhinə işləyir.  Təkcə  bu faktın özü yeni 
qiymətləndirmə    şkalasının  gərəkliyini  aktual  edir.  Azərbaycan 
təhsil  sistemində  əsasən  iki  (5  ballı,  700  ballı)  qiymətləndirmə 
şkalasından  istifadə  edilir.  Bir  çox  özəl  universitetlərdə  isə  bilik 
100  ballı  şkala  ilə  qiymətləndirilir.  Hələ  üstəlik  9  ballı  sistemlə 
bağlı  Təhsil  Nazirliyi  tərəfindən  təcrübə  aparılır.  Bütün  bunlar 
təhsil  mühitini  həm  çox  mürəkkəbləşdirir,  həm  də  vahidliyini 
pozur. 
 
Azərbaycan  təhsil  sistemində  bu  problem  heç  zaman 
diqqət  mərkəzində  olmamışdır.  Bu  problemlə  bağlı  araşdırmalar 
apararkən cəmi iki işə rast gəlindi. Bu işlərin biri  A.Mehrabov və 
A.Əliyevin    «Təhsil  sistemində  qiymətləndirmə  problemi  və 
onun  reallaşdırılması  imkanları»  («Bilgi»  dərgisi.  Təhsil. 
Mədəniyyət.  İncəsənət  №2,  səh.3-10,  2002)    məqaləsidir.  Bu 
məqalədə  biliyin  qiymətləndirilməsindən  yox,  təhsil  sisteminin 
müxtəliv 
struktur 
hissələrinin 
fəaliyyətinin 
qiymətlən-


 
123 
dirilməsindən  söhbət  gedir.  İkinci  iş  Azərbaycan  Elmi-Tədqiqat 
Pedaqoji Elmlər İnstitutunda Y.Kərimovun redaktorluğu ilə   çap 
olunmuş “Şagirdlərin təlim müvəffəqiyyətlərinin 9 bal sistemi 
ilə  qiymətləndirilməsi  normaları“  (Bakı-2000,  təkrar  nəşri-
2002.  144  səh.)  kitabıdır.  Bu  kitablarda  biliyin  qiymətlən-
dirilməsinin  9  ballı  şkalası  tərənnüm  edilir.  Hər  iki  nəşirdə  bu 
problemlə  bağlı  nə  tarixi  ənənə,  nə  də  bəşəri    təcrübə  dərindən 
öyrənilməyibdir. Bu səbəbdən də elmi ədəbiyyata istinad yoxdur. 
Belə  qənaətə  gəlmək  olar  ki,  bu  problem  Azərbaycan 
pedaqoqlarını  heç  zaman  düşündürməmiş  və  onlar  beşballı 
şkalanı mütləq düz şkala hesab etmişlər. 
Qiymətləndirmə  prosesinin  inkişaf  tarixini,  məntiqini, 
nəzəri  əsasını,  fəlsəfəsini  bilmədən  mövcud  qiymətləndirmə 
şkalalarının məğzini, dəyərini düz şərh etmək çətin məsələdir. Bu 
məntiqi,  fəlsəfəni  tapmaq  isə  asan  deyildir.  Bunun  üçün  elmi 
araşdırmalar  aparmaq  məlum  nəticədən  naməlum  səbəbə  tərəf 
getmək lazımdır.   
 
Bu  yerdə  gündəlik  həyatımızdan  bir  analogiya  gətirmək 
istəyirəm.  Həyatımızda  məişət  cihazlarından  istifadə  edirik. 
Bunların  biri  də,  deyək  ki,  elektrik  çaynikidir.  Biz  elektrik 
çaynikindən  istehsalçının  hazırladığı  təlimata  uyğun  istifadə 
edirik.  Təlimatda  isə,  adətən,  yazılır  ki,  çayniki  su  ilə  doldurub, 
sonra dövrəyə qoşun. Bu sadə bilik  bu  cihazdan  istifadə etməyə 
kifayət edir. Ancaq təlimatda yazılmayıb ki, bu çaynik işləyərkən 
fizikadan məlum olan həm   Om qanunundan, həm də Coul-Lens 
qanunundan  istifadə  edilir.  Bu  dərin  biliklər  istehsalçı  üçün 
vacib,  istehlakçı  üçün  qeyri-vacibdir.  Əgər  biz  çaynik  istehsal 
etmək istəyiriksə, hökmən bu işin nəzəri əsasını öyrənməliyik.  
Biz  təhsilalanların  biliklərini  qiymətləndirmək  üçün  5 
ballı  şkaladan  «istehlakçı» qismində istifadə etmişik. Bu şkalanı 
biz  yaratmamışıq,  ancaq  təlimata  uyğun  istifadə  etrmişik.  Bu 
səbəbdən  də  şkalanın  nəzəri  əsasını,  fəlsəfəsini,  kölgədə  qalan 
məntiqini bilmirik. Biz yeni qiymətləndirmə şkalası qəbul etmək 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə