Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   39   40   41   42   43   44   45   46   ...   90

 
145 
olmalıdır.  Əgər  orta  məktəbin  buraxılış  imtahanı  düzgün 
aparılarsa,  onda  bu  uyğunluğu  yaratmaq  çətin  olmazdı.  Yeri 
gəlmişkən  qeyd  edək  ki,  400  –dən  aşağı    bal  toplayanların    ali 
məktəblərə  qəbul  edilməsi    orta  məktəbin  fəaliyyətinə  ağır 
zərbələr vurur. 
 Beyin  axını.  Beləliklə,  özəl  universitetlərin  elitar  təhsil 
müəssisəsinə  çevrilməyə  şansı  daha  böyükdür.  Dövlət  bu  şansın 
həyatda  reallaşmasına  kömək  etməlidir.  Ona  öz təhsil  sisteminin 
bir hissəsi kimi, özü də  yaxşı bir hissəsi kimi  baxmalıdır. Belə 
olan  halda  cəmiyyətimiz  vətəndaş  cəmiyyətinə  daha  tez  çevrilə 
bilər,  cəmiyyətimizdə demokratik ənənələr tez bərqərar olar.  
 
 


 
146 
15. Təhsilin strukturu 
 
 
 
“Bilik  maddi  sərvət  deyil  ki,  onu 
hissələrə  böləndə  və  ya  bölünmüş 
hissələri  birləş-dirəndə,  ümumi  dəyəri 
dəyişməz qalsın. O yerdə ki, hər kəs az 
bilir, o yerdə hamı az bilir. Çünki bilik 
bölünməzdir”.  
J.Leopardi 
 
Yuxarıda  qeyd  edildiyi  kimi  təhsil  əsas  sosial  institutdan 
biri  olduğu  üçün  bütün  dövlətlər  bu  sahəni  xüsusi  diqqət 
mərkəzində  saxlamağa  cəhd  edir,  onun  inkişafına  qayğı  göstərir 
və onu zərərli kənar müdaxilədən qoruyurlar. Ancaq inkişaf etmiş 
ölkələrin  təhsilə  diqqəti  əlahiddədir.  Təhsil  izah  olunması  çətin 
olan sehirli qüvvəyə malikdir. Bu sehrin açılmasını yüxarıda qeyd 
edildiyi kimi Amerika prezidentlərindən biri belə ifadə etmişdir: 
“Amerika  universitetləri  qüvvətlidir,  ona  görə  yox  ki, 
Amerika  varlıdır.  Amerika  varlıdır,  ona  görə  ki,  onun 
universitetləri  qüvvətlidir“.  Bu  kəlam  universitet  təhsilinə 
Amerika dövlətinin verdiyi qiymət və münasibəti bildirir. 
 
“Dünya Bankı» və «Beynəlxalq İnkişaf və Yenidənqurma 
Bankı»  tərəfindən  əvvəlcə  2000-ci  ildə  Vaşinqtonda  ingilis 
dilində  nəşr  olunmuş,  sonra  rus  dilinə  tərcümə  edilmiş 
«Obrazovanie  v  stranax  s  perexodnoy  gkonomikoy:  zadaçi  i 
razvitiə»  kitabında  Avropa  və  Mərkəzi  Asiya  dövlətlərində 
təhsilin vəziyyəti ilə bağlı dəyərli məlumatlar çoxdur. Kitabın 4-
cü səhifəsində bu ölkələrdəki təhsil sisteminin strukturu haqqında 
verilmiş icmalda yazılır: 
 
“Avropa  və  Mərkəzi  Asiya  regionunun  müxtəlif 
ölkələrində təhsil sisteminin quruluşu və təhsil səviyyəsinə uyğun 
olaraq  təhsil  alanların  yaşı  və  siniflərin  həddi  (ili)  müxtəlifdir. 
Son  10  il  ərzində  regionun  bir  çox  ölkələrində  təhsil  sisteminin 
quruluşunun  əsasən  yenidən  yaradılması  zərurəti  meydana  gəlir 


 
147 
ki,  ixtisas  təhsilində  bu  dəyişikliklərin  olunması  xüsusilə  vacib 
sayılır.  Regionda  təhsil  sistemi  quruluşunun  əsas  xarakterik 
cəhətlərini  ümumiləşdirsək,  onda  region  üzrə  məktəbəqədər 
təhsilin  (3  yaşa  qədər  uşaqlar  üçün  körpələr  evini  nəzərə 
almasaq)  3  yaşdan  5-6  yaşa  və  ya  7  yaşa  qədər  əhatə  etdiyini 
görərik.  Məktəbəqədər  təhsili  7  yaşlı  uşaqlardan  ibarət  olan 
ölkələrdə məktəbəqədər 7 yaşlı uşaqlar üçün tədris proqramı bir 
qayda olaraq, digər ölkələrin ilkin (ibtidai) məktəblərinin birinci 
sinif proqramına yaxınlaşdırılıb. İlkin (ibtidai) təhsil 6-7 yaşdan 
10  yaşa  kimi  uşaqları  və  buna  uyğun  olaraq  1-ci    -    4/5-ci 
sinifləri  əhatə  edir.  Orta  məktəbin  aşağı  pilləsini  5/6-cı  sinifdən 
8/9-cu siniflərə qədər  və uyğun olaraq 10 yaşdan 14 yaşa  qədər 
və 11 yaşdan 15 yaşa qədər olan uşaqlar təşkil edir. Baza təhsili 
dedikdə, ilkin təhsil və orta məktəbin aşağı pilləsi başa düşülür. 
Səkkiz-doqquz tədris ilindən sonra təhsilalanlar 3 mümkün  tədris 
proqramlarından  birini seçirlər:  
 
(1)  orta  məktəbi  bitirdikdən  sonra  ali  təhsil 
müəssisələrinə daxil olmağa imkan verən (hüquq verən) 2-4 illik 
ümumtəhsil tədris proqramını;  
 
(2)  3-4  illik  texniki/peşə  təhsili  proqramı,  peşə  (sənət) 
tədrisi  ilə  tam  orta  təhsil  birgə  verilir  və  məzunlara  ali  təhsil 
müəssisələrinə daxil olmağa imkan yaradır (hüquq verir);  
 
(3)  1-2  illik  peşə  tədris  proqramı  peşə  (sənət)  öyrətməyi 
nəzərdə  tutur,  lakin  ali  məktəblərdə  təhsili  davam  etdirməyə 
imkan vermir (hüquq vermir).  
 
Ali  təhsilin  təşkil  edilməsi  tamamilə  müxtəlifdir  və 
universitet  təhsili  və  ya  ali  texniki  təhsil  almaq  imkanlarını 
nəzərdə tutur.  
 
Yaşlıların  təhsili  və  peşə  hazırlığı  əmək  qabiliyyətli 
insanlara yönəldilmişdir (istiqamətləndirilmişdir)». 
 
 Təhsilin  strukturu,  demək  olar  ki,  bütün  dövlətlərdə 
təqribən  eynidir.  Təhsil  Təsnifatının  Beynəlxalq  Standartına 
(International  Standart  Classificator  of  Education-İSCED) 
görə təhsil 3 pilləli struktura malikdir:  


 
148 
 
1) ilk təhsil
 
2) orta təhsil
 
3) ali təhsil.  
 
Bu pillələrin bəziləri çoxsəviyyəlidir. 
 
Son  zamanlar  dördüncü  pillə  hesab  edilən  bir  sektor  da 
yaranır.  Burada  ömürboyu  öyrənmək  LLL  (lifelonq  learninq), 
hamı üçün təhsil EFA  (Education for All),  yaşlılar üçün təhsillə 
AE (Adult Education) bağlı problemlər diqqət mərkəzinə çəkilir. 
İnkişaf  etmiş  Avropa  ölkələri  bu  sektora  xüsusi  əhəmiyyət 
verirlər.  YUNESKO  və  Almaniya  xalq  universitetləri  birliyinin 
Beynəlxalq Əməkdaşlıq üzrə İnstitutu (İİQ DVV) bu sektora çox 
diqqət və qayğı göstərirlər. 
 
Strukturanın  əhəmiyyəti  böyükdür.  Yaddan  çıxarmaq 
lazım deyil ki, struktura xassəni təyin edən faktordur. Misal üçün, 
almaz, qrafit və kömür eyni karbon atomlarından təşkil olunublar, 
ancaq  atomların  düzülüşü  müxtəlifdir.  Belə  ki,  karbon  atomları 
almaz  kimi  strukturlaşanda  çox  qiymətli  materiala,  kömür  kimi 
kristallaşanda  çox  ucuz  materiala  çevrilir.    Deməli,  təhsil 
sisteminin strukturu elə  qurulmalıdır ki,  dövlətin  təhsilə ayırdığı 
vəsait  və  təhsilalanların  enerjisi,  gündəlik  vaxtı  dövlət 
proqramlarında  əks  olunmuş  biliklərə  çevrilə  bilsin  və 
gənclərimiz  vətənimizin  qiymətli  övladları  kimi  yetişsinlər. 
Təhsil  sisteminin  strukturu  elə  qurulmalıdır  ki,  təhsilin 
məzmununu təşkil edən həm birinci (milli), həm də ikinci (elmi) 
blok fənlər öyrəncilər tərəfindən asan mənimsənilsinlər. 
 
İlkin  təhsil  başlanğıc  təhsildir.  İlkin  təhsil  heç  də  ibtidai 
deyil. Orta təhsil ona görə orta təhsil adlanır ki, o ilkin təhsillə ali 
təhsilin arasındadır. Ali təhsil ona görə ali adlanır ki, bu pillədən 
sonra  təhsil  prosesi  bitir.  Bu  pillələrin  reallaşması  zamana  görə 
müxtəlifdir.  Belə  ki,  orta  təhsil  Azərbaycanda  4+5+2, 
Yaponiyada  6+3+3,  ABŞ-da  6+3+3,  Gürcüstanda  6+3+3, 
Türkiyədə 8+3/4 struktura malikdir. Ali təhsil isə  bütün dünyada 
təqribən  4+2  formulası  əsasında  qurulubdur.  Səhifə  137-141-də 
bir neçə dövlət üçün təhsil sisteminin strukturu göstərilmişdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə