Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   36   37   38   39   40   41   42   43   ...   90

 
136 
 
a) pis; 
 
b) zəif; 
 
v) orta; 
 
q) yaxşı; 
 
d) yüksək. 
 
5  bal  sistemində  hər  səviyyə  üçün  bir  qiymət  vahidi 
nəzərdə tutulur.  9 bal  sistemində isə bu səviyyələrin  hər birində 
müəyyən dərəcələr (qiymət vahidi blokları) nəzərdə tutulmuşdur: 
 
a) 1, 2; 
 
b) 3; 
 
v) 4, 5; 
 
q) 6, 7; 
 
d) 8, 9. 
 
Göründüyü  kimi,  9  bal  sistemi  əslində  5  bal  sisteminə 
uyarlığını saxlayır“.  
Deyilənlərdən  görünür  ki,  mənimsəmənin  faiz  göstəricisi 
ilə  ona  uyğun  rəqəm  göstərici  arasında  ələqə  bu  şkalada 
unudulubdur.  Uğursuzluğun  qiymətləndirilməsi  bu  şkalanın 
böyük qüsurudur. Mürəkkəblik, istifadə üçün çətinlik bu şkalanın 
digər  qüsurlarındandır.  Kafi,  məqbul  həddin  qiymətləndirmə 
standartının  aşağı  həddinin  olmaması  bu  şkalanın  ən  böyük 
qüsurudur. 
Baxmayaraq  ki,  kitab  “Şagirdlərin  təlim  müvəf-
fəqiyyətlərinin 9 bal sistemi ilə qiymətləndirilməsi normaları“ 
adlanır,  yuxarıdakı  materialdan  görünür  ki,  nəinki  uğur,  həm  də 
uğursuzluq 1, 2, 3, 4, 5 rəqəmləri qiymətləndirilir.  Uğursuzluğun 
qiymətləndirilməsi  lüzumsuz  olmasına  baxmayaraq,  ancaq  bu 
şkalada özünə yer tapıbdır. Hətta aşağıda göstərildiyi kimi 1 ilə 2 
qiymətlərinin  fərqi  də  var.  “1“  alana  attestat  verilməyəcək,  “2“ 
alan  üçün  bu  mümkündür.    Təhsilin  keyfiyyətini  aşağı  salmaq 
üçün bundan uğurlu  bir şey fikirləşmək mümkün deyildir. Belə 
bir  şkala  ilə  bağlı  TN    keçrilmiş  müşavirdə  əldə  olunmuş 
«ümümi  fikir» təəccüb  doğurur. Mən hesab edirəm  ki,  pedaqoji 


 
137 
ictimaiyyət  bu fikirlərə  öz münasibətini bildirməlidir. Əks halda 
respublikada belə bir ictimaiyyətin varlığı şübhə altına alına bilər. 
Kitabda  hər qiymət səviyyəsinə  aşağıdakı  şərh verilir: 
 
“1“  qiymət  ən  aşağı  səviyyə  olmaqla  şagirdin  pis 
oxuduğunu  (daha  doğrusu,  cavab  verə  bilmədiyini,  qeyri-
qənaətbəxş  cavab  verdiyini  göstərir).  Bu  qiymətə  görə  şagird 
sinifdə saxlanılır, ona attestat verilmir
 
“2“  qiymət  şagirdin  zəif  oxuduğunu  bildirir.  Proqram 
materialı  haqqında  sistemsiz,  qırıq-sökük,  qeyri-müəyyən,  cüzi 
bilik, bacarıq və vərdişlərə yiyələnmiş şagirdə “2“ qiymət verilir. 
 
“3“ qiymət proqram materialı haqqında qismən məlumatı 
olan,  müəllimin  köməkçi  suallarına  cavab  verərkən  onun 
mahiyyətini  lazımınca  şərh  edə  bilməyən,  inamsızlıq  göstərən 
şagirdə verilir. 
 
“4“  qiymət  proqram  materialının  müəyyən  hissəsini 
minimum  səviyyədə  mənimsəyən,  lakin  təlim  materiallarının 
mahiyyətini çətinliklə şərh edən, fikrini sərbəst şərh etməyə cəhd 
göstərən, fikri fəallıq priyomlarından zəif istifadə edən, müəllimin 
əlavə suallarına qismən cavab verən şagirdə verilir. 
 
“5“  qiymət  proqram  materiallarını  minimum  səviyyədə 
mənimsəyən,  fikrini  sübuta  yetirməyə  çalışan,  fikri  fəallıq 
priyomlarından istifadə etməyi qismən bacaran, müəllimin əlavə 
suallarına düzgün cavab verməkdə çətinlik çəkən şagirdə verilir. 
 
“6“  qiymət  proqram  materiallarını,  əsasən,  qənaətbəxş 
mənimsəyən,  fikirlərini  sübuta  yetirməyə  çalışan,  fikri  fəallıq 
priyomlarından  istifadə  etməyi  bacaran,  müəllimin  əlavə 
suallarına cavab verərkən bəzən tərəddüd edən şagirdə verilir. 
 
“7“  qiymət  proqram  materiallarını  yaxşı  mənimsəyən, 
fikrini  sərbəst,  aydın  şərh  edən,  fikri  fəallıq  priyomlarından 
sərbəst  istifadə  etməyi  bacaran,  müəllimin  əlavə  suallarına 
düzgün  cavab  verən,  nitqində  məntiqi  ardıcıllığı  gözləyə  bilən 
şagirdə verilir. 
 
“8“  qiymət  proqram  materialını  tam  mənimsəyən,  fikrini 
aydın,  sərrast,  səhvsiz  şərh  edən,  fikri  fəallıq  priyomlarından 


 
138 
sərbəst, yerli-yerində istifadə edən, yiyələndiyi bilikləri təcrübədə 
tətbiq  edən,  müəllimin  əlavə  suallarına  inamla  cavab  verməyi 
bacaran şagirdə verilir. 
 
“9“  qiymət  proqram  materiallarını  tam  və  yüksək 
səviyyədə mənimsəyən, onunla əlaqədar əlavə məlumatlar da əldə 
edən,  fikrini  heç  bir  çətinlik  çəkmədən  aydın,  sərrast,  düzgün, 
rabitəli, obrazlı ifadə edən, fikri fəallıq priyomlarından müstəqil 
və yaradıcılıqla istifadə edən, biliyini təcrübədə bacarıqla tətbiq 
edən,  müəllimin  əlavə  suallarına  sərrast,  dəqiq,  məntiqi  cavab 
verməyi  bacaran,  cavabında  yaradıcı  təfəkkürün  nümunəsini 
göstərən şagirdə verilir”.  
 
 
Bu  şkala  beynəlxalq  əlaqələr  üçün  də  xeyli  mürəkkəblik 
yarada  bilər.  Misal  üçün,  orta  attestat  qiyməti  7  bal  olan  məzun 
qiymətləndirmə  şkalaları  5,  10,  20,  100  olan  ölkələrə  təhsil 
almağa  gedərsə,  hökmən  anlaşılmazlıqla  qarşılaşacaq  və  bu 
qiymətin  nəyə  ekvivalent  olması  haqqında  sənəd  tələb 
olunacaqdır.  
Qiymətləndirmə  şkalalarının  “bilir“  və  “bilmir  “ 
parçalarını bir-birindən ayıran nöqtə cədvəl 14.1-in 3-cü sətrində 
göstərilmişdir. Göründüyü kimi 9 ballı şkala üçün bu 5.4, 11 ballı 
şkala üçün bu 6.6 baldır. Digər normal şkalalar (5,10,20, 50, 100, 
700) üçün isə bu qiymətlər uyğun olaraq tam ədədlərlə (3, 6, 12, 
30, 60, 420) ifadə olunurlar. 
 
Çox asanlıqla sübut etmək olar ki, 5, 10, 15, 20 və bunun 
kimi  ballı  qiymətləndirmə  şkalaları  düzəltmək  mümkündür  və 
məntiqlidir.  Ancaq  6,  7,  8,  9,  11,  13,  14,  16  və  s.  ballı  şkala 
düzəltmək  məntiqsizdir  və  məqsədəuyğun  deyildir.  9  ballı 
qiymətləndirmə şkalası sonunculara aiddir. 
 
Beləliklə,  təhsildə  biliyin  qiymətləndirilməsi  üçün 
müxtəlif şkalalar təklif etmək mümkündür. Burada vacib iki şərt 
ödənilməlidir:  

 
biliyin  mənimsənilməsinin  faiz  göstəricisi  ilə 
rəqəm ifadəsi arasında əlaqə sadə olmalıdır; 

 
mənimsəmənin  yuxarı  və  aşağı  həddi  dövlət 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə