219
ara
nızdadır, onun halalını halal, haramını da haram sayın.”
320
Əbu Bəkrdən
son
ra Ömər ibn Xəttab Hz.Peyğəmbərin (s) hədislərinin yazılmasına qadağan
qoy
maq məqsədilə İslam dövlətinin bütün ərazilərinə belə yazdı: “Kim Pey-
ğəmbərdən
(s) bir hədis belə yazıbsa, onu yandırsın.”
321
Bununlada kifa
yətlən-
məyən Ömər ibn Xəttab səhabələrlə yanaşı hədis əzbər bilənlərə ciddi xəbər-
dar
lıq etdi ki, hədis söyləmək və yazmaqdan çəkinsinlər.
Xəlifələr tərəfindən hədislərin yazılması və əzbərlənməsi üzərində qoyulan
bu qadağa sonrakı xəlifələr vasitəsilə əməvi xəlifəsi Ömər ibn Əbdüləzizin
döv
rünə qədər davam etmiş və hədis elminin inkişafını ən azı iki yüz il dala at-
mışdır. Ömər ibn Əbdüləziz təqdirə layiq bir addım ataraq bu acınacaqlı bidəti
ara
dan götürməklə camaatı hədis söyləmək, yazmaq və toplamağa həvəslən-
dirdi. Ömər ibn Əbdüləzizin dərc etdiyi bəyannamədə deyilirdi: “Hz.Peyğəm-
b
ərin (s) hədislərini toplayaraq yazın. Çünki mən qorxuram alim və hədisçilə-
rin dünyadan getməsilə o Həzrətin elm çırağı sönə.”
322
2. Hz.
Əlini (ə) söyməyin qadağan edilməsi: Bu bidət məlun xəlifə Müa-
viyə ibn Əbu Süfyanın qoyduğu bir miras idi ki, onun varisləri tərəfindən da-
vam etdirilirdi. Müaviyə hakimiyyəti ələ keçirdikdən sonra Hz.Əli (ə) haqqında
ya
lançı hədislər yazdırmaqla bərabər göstəriş verdi ki, bütün xilafət ərazisində
cü
mə günləri minbərə çıxıb xütbə oxuyarkən xütbənin sonunda Hz.Əlini (ə)
söy
məkdə xütbəyə əlavə olunsun. Bu çirkin bidət xəlifə Ömər ibn Əbdüləzizin
döv
rünə qədər davam etmişdir.
323
Ömər ibn Əbdüləziz hakimiyyətə gəldikdən
son
ra bu bidəti aradan götürərək dedi: “Bundan sonra minbərlərdə Hz.Əlini (ə)
lənətləməyin əvəzinə “Nəhl” surəsinin 90-cı ayəsi oxunulsun! Ayədə deyilir:
“Həqiqətən, Allah (Quranda insanlara) ədalətli olmağı, yaxşılıq etməyi,
qo
humlara haqqını verməyi buyurur, zina etməyi, pis işlər görməyi və
zülm etməyi isə qadağan edir. Allah sizə düşünüb ibrət alasınız deyə, belə
öyüd-
nəsihət verir!” Bu iş camaat tərəfindən yaxşı qarşılandığı üçün bu bidət
ara
dan qaldırıldı.”
324
3.
Fədəkin Hz.İmam Baqirə (ə) qaytarılması: Bildiyimiz kimi hicrətin
altıncı ili miladi tarixi ilə 628-ci ildə Hz.Peyğəmbər (s) “İsra” surəsinin 26-cı
ayəsi əsasında Fədəki Hz.Fatiməyə (s.ə) və onun övladlarına əta etmişdir. Lakin
Hz.
Peyğəmbərin
(s) vəfatından sonra Fədək Hz.Fatimədən (s.ə) alınıb beytul-
malın torpaqları sırasına qatılmışdır. O vaxtdan sonra xəlifələr bu bağı bir-birinə
ötü
rmüş və nəhayət, Müaviyə ibn Əbu Süfyan öz hakimiyyəti dövründə onu
Mərvana, Mərvan da oğlu Əbdüləzizə bağışlamışdır. Əbdüləziz öldükdən sonra
Fədək oğlu Ömər ibn Əbdüləzizə çatmışdır. Ömər də onu xanım Zəhranın (s.ə)
320
Zəhəbi, Təzkirətul-huffaz, I cild, səh-3.
321
Əzvaun ələs-sünnətil-Muhəmmədiyyə, səh-43.
322
Əs-Sünnətu qablət-tədvin, səh-309.
323
İbn Əbil Hədid, Nəhcül-bəlağənin şərhi, III cild, səh-57.
324
Tarixi ibn Əsir, V cild, səh-42.
220
övladlarından olan Hz.İmam Baqirə
(ə) qaytararaq deyir: “Fədək onlarındır və
Bəni-Umeyyənin onda heç bir haqqı yoxdur.” Ancaq onun ölümündən sonra II
Yezid ibn Əbdülməlik hakimiyyətə gəlib Fədəki yenidən Hz.Fatimənin (s.ə)
övladlarından alaraq Bəni-Umeyyənin tiyulu qərar verir.
325
Şeyx Səduq nəql edir
ki, Ömər ibn Əbdüləziz Mədinəyə səfəri zamanı İmam Baqirlə
(ə) görüşüb
Fədəyi o Həzrətə qaytardı.
326
İmam Baqir (ə) Ömər ibn Əbdüləzizin bu xeyirxah
əməlini nəzərə alaraq belə buyurmuşdur: “Ömər ibn Əbdüləziz Bəni-Umeyyənin
ən nəcib adamıdır ”.
327
Abdullah ibn Əta Təmimi deyir: Mən məsciddə Hz.Zeynul-Abidinin (ə)
ya
nında idim. Bu vaxt Ömər ibn Əbdüləziz bizim yanımızdan keçdi. Onun ge-
yin
diyi ayaqqabının bağı gümüşdən olub zahiri görünüşü də olduqca gözəl idi.
İmam
(ə) onu başdan ayağa süzüb buyurdu: “Abdullah Əta! Bu inadkar israf-
karı görürsən? O, ölməzdən qabaq hakimiyyətə gələcək, lakin uzun ömür sür-
məyəcək. O, dünyadan gedəndə yer əhli onun üçün ağladığı halda, göy əhli onu
lənətləyəcək.”
328
4.
Ömər ibn Əbdüləzizin xilafəti zamanı atdığı müsbət addımlardan biri də
İslam hakimiyyəti altında yaşayan yəhudi və xristianların hüquqlarının qorun-
ması olmuşdur. Əvvəlki dövrlərdə müsəlmanların əldə etdikləri ərazilərdə əhali
mü
səlman olmaqda və ya İslamı qəbul etməkdə sərbəst buraxılırdı. Ancaq onlar
mü
səlmanlar tərəfindən himayə olunduqları üçün cizyə ödəməli idilər. İslamı qə-
bul etməyib cizyə ödəməyi qəbul edən şəxslər öz dini adət-ənənələrini yerinə ye-
tir
məkdə tam sərbəst idilər. İslamı qəbul edənlər isə cizyədən azad
olmaqla bəra-
bər adam başına verilən vergi və torpaq üçün alınan vergidən də azad olurdular.
Lakin Əməvilər dövründə, xüsusilə Həccacın zamanında dövlət gəliri aşağı
düşdüyündən İslamı qəbul etmiş yəhudi və xristianlardan da cizyə alınırdı. Bu
isə açıq-aşkar zülm və ədalətsizlik idi. Ömər ibn Əbdüləziz xəlifə olduqdan
sonra camaatı dinə gətirmək üçün bu bidəti ləğv etdi. Bu yolla Maverənnəhr
xalqının çoxu İslamı qəbul etdi, islamiyyət Sində də yayıldı.
Əməvilər dövründə hakimlər müttəhim və günahkarlarla İslam qanunu çər-
çi
vəsində deyil, öz istədikləri kimi rəftar edirdilər. Ömər bunun qarşısını alaraq
on
lara heç bir kəsə layiq olmadığı cəzanı verməyə icazə vermirdi. Eyni zaman-
da vəzifələri də iki qəbilə Qəhtani və Kəlbilər arasında bərabər səviyyədə böl-
m
əklə daxili iğtişaşların qarşısını ala bildi.
Ömər ibn Əbdüləzizin həyata keçirdiyi islahatlardan qorxuya düşən Əməvi
məmurları onu hicrətin 101-ci ili rəcəb ayının 25-də miladi tarixilə 720-ci ildə
zəhərləyərək öldürdülər. O, Deyru-Simanədə dəfn edilmişdir.
329
325
Tarixi-Yəqubi, III cild, səh-50.
326
Əl-Xisal, III bölmə.
327
Siyuti, Tarixul-xüləfa, səh-230.
328
Əllamə Məclisi, Biharul-ənvar, XI cild, səh-234.
329
Tarixi-
Məsudi, III cild, səh-92.