Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə108/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   104   105   106   107   108   109   110   111   ...   314

  

219 


ara

nızdadır,  onun  halalını  halal,  haramını  da  haram  sayın.”

320

 

Əbu  Bəkrdən 



son

ra Ömər ibn Xəttab Hz.Peyğəmbərin (s) hədislərinin yazılmasına qadağan 

qoy

maq  məqsədilə  İslam  dövlətinin  bütün  ərazilərinə  belə  yazdı:  “Kim  Pey-



ğəmbərdən (s) bir hədis belə yazıbsa, onu yandırsın.”

321


 Bununlada kifa

yətlən-


məyən Ömər ibn Xəttab səhabələrlə yanaşı hədis əzbər bilənlərə ciddi xəbər-

dar


lıq etdi ki, hədis söyləmək və yazmaqdan çəkinsinlər.  

Xəlifələr tərəfindən hədislərin yazılması və əzbərlənməsi üzərində qoyulan 

bu  qadağa  sonrakı  xəlifələr  vasitəsilə  əməvi  xəlifəsi  Ömər  ibn  Əbdüləzizin 

döv


rünə qədər davam etmiş və hədis elminin inkişafını ən azı iki yüz il dala at-

mışdır. Ömər ibn Əbdüləziz təqdirə layiq bir addım ataraq bu acınacaqlı bidəti 

ara

dan  götürməklə  camaatı  hədis  söyləmək,  yazmaq  və  toplamağa  həvəslən-



dirdi. Ömər ibn Əbdüləzizin dərc etdiyi bəyannamədə deyilirdi: “Hz.Peyğəm-

b

ərin (s) hədislərini toplayaraq yazın. Çünki mən qorxuram alim və hədisçilə-



rin dünyadan getməsilə o Həzrətin elm çırağı sönə.”

322


 

2. Hz.

Əlini (ə) söyməyin qadağan edilməsi: Bu bidət məlun xəlifə Müa-

viyə ibn Əbu Süfyanın qoyduğu bir miras idi ki, onun varisləri tərəfindən da-

vam etdirilirdi. Müaviyə hakimiyyəti ələ keçirdikdən sonra Hz.Əli (ə) haqqında 

ya

lançı hədislər yazdırmaqla bərabər göstəriş verdi ki, bütün xilafət ərazisində 



mə  günləri  minbərə  çıxıb  xütbə  oxuyarkən  xütbənin  sonunda  Hz.Əlini  (ə) 

söy

məkdə xütbəyə əlavə olunsun. Bu çirkin bidət xəlifə Ömər ibn Əbdüləzizin 



döv

rünə qədər davam etmişdir.

323

 

Ömər ibn Əbdüləziz hakimiyyətə gəldikdən 



son

ra bu bidəti aradan götürərək dedi: “Bundan sonra minbərlərdə Hz.Əlini (ə) 

lənətləməyin  əvəzinə  “Nəhl”  surəsinin  90-cı  ayəsi  oxunulsun!  Ayədə  deyilir: 

“Həqiqətən,  Allah  (Quranda  insanlara)  ədalətli  olmağı,  yaxşılıq  etməyi, 

qo

humlara  haqqını  verməyi  buyurur,  zina  etməyi,  pis  işlər  görməyi  və 

zülm etməyi isə qadağan edir. Allah sizə düşünüb ibrət alasınız deyə, belə 

öyüd-

nəsihət verir!” Bu iş camaat tərəfindən yaxşı qarşılandığı üçün bu bidət 

ara


dan qaldırıldı.”

324


 

3. 

Fədəkin  Hz.İmam  Baqirə  (ə)  qaytarılması:  Bildiyimiz kimi hicrətin 

altıncı  ili  miladi  tarixi  ilə  628-ci  ildə  Hz.Peyğəmbər  (s)  “İsra”  surəsinin 26-cı 

ayəsi əsasında Fədəki Hz.Fatiməyə (s.ə) və onun övladlarına əta etmişdir. Lakin 

Hz.


Peyğəmbərin  (s)  vəfatından  sonra  Fədək  Hz.Fatimədən  (s.ə)  alınıb  beytul-

malın torpaqları sırasına qatılmışdır. O vaxtdan sonra xəlifələr bu bağı bir-birinə 

ötü

rmüş  və  nəhayət,  Müaviyə  ibn  Əbu  Süfyan  öz  hakimiyyəti  dövründə  onu 



Mərvana, Mərvan da oğlu Əbdüləzizə bağışlamışdır. Əbdüləziz öldükdən sonra 

Fədək oğlu Ömər ibn Əbdüləzizə çatmışdır. Ömər də onu xanım Zəhranın (s.ə) 

320

 Zəhəbi, Təzkirətul-huffaz, I cild, səh-3. 



321

 Əzvaun ələs-sünnətil-Muhəmmədiyyə, səh-43. 

322

 Əs-Sünnətu qablət-tədvin, səh-309. 



323

 İbn Əbil Hədid, Nəhcül-bəlağənin şərhi, III cild, səh-57. 

324

 Tarixi ibn Əsir, V cild, səh-42. 



  

                                                           




 

220 


övladlarından olan Hz.İmam Baqirə  (ə) qaytararaq deyir: “Fədək onlarındır və 

Bəni-Umeyyənin onda heç bir haqqı yoxdur.” Ancaq onun ölümündən sonra II 

Yezid  ibn  Əbdülməlik hakimiyyətə  gəlib  Fədəki  yenidən  Hz.Fatimənin  (s.ə) 

övladlarından alaraq Bəni-Umeyyənin tiyulu qərar verir.

325

 

Şeyx Səduq nəql edir 



ki,  Ömər  ibn  Əbdüləziz  Mədinəyə  səfəri  zamanı  İmam  Baqirlə  (ə)  görüşüb 

Fədəyi o Həzrətə qaytardı.

326

 

İmam Baqir (ə) Ömər ibn Əbdüləzizin bu xeyirxah 



əməlini nəzərə alaraq belə buyurmuşdur: “Ömər ibn Əbdüləziz Bəni-Umeyyənin 

ən nəcib adamıdır ”.

327

 

Abdullah  ibn  Əta  Təmimi  deyir:  Mən  məsciddə  Hz.Zeynul-Abidinin  (ə) 



ya

nında idim. Bu vaxt Ömər ibn Əbdüləziz bizim yanımızdan keçdi. Onun ge-

yin

diyi ayaqqabının bağı gümüşdən olub zahiri görünüşü də olduqca gözəl idi. 



İmam (ə) onu başdan ayağa süzüb buyurdu: “Abdullah Əta! Bu inadkar israf-

karı görürsən? O, ölməzdən qabaq hakimiyyətə gələcək, lakin uzun ömür sür-

məyəcək. O, dünyadan gedəndə yer əhli onun üçün ağladığı halda, göy əhli onu 

lənətləyəcək.”

328

 

4. 



Ömər ibn Əbdüləzizin xilafəti zamanı atdığı müsbət addımlardan biri də 

İslam  hakimiyyəti  altında  yaşayan  yəhudi  və  xristianların  hüquqlarının  qorun-

ması olmuşdur. Əvvəlki dövrlərdə müsəlmanların əldə etdikləri ərazilərdə əhali 

səlman olmaqda və ya İslamı qəbul etməkdə sərbəst buraxılırdı. Ancaq onlar 



səlmanlar tərəfindən himayə olunduqları üçün cizyə ödəməli idilər. İslamı qə-

bul etməyib cizyə ödəməyi qəbul edən şəxslər öz dini adət-ənənələrini yerinə ye-

tir


məkdə tam sərbəst idilər. İslamı qəbul edənlər isə cizyədən azad olmaqla bəra-

bər adam başına verilən vergi və torpaq üçün alınan vergidən də azad olurdular. 

Lakin Əməvilər dövründə, xüsusilə Həccacın zamanında dövlət gəliri aşağı 

düşdüyündən İslamı qəbul etmiş yəhudi və xristianlardan da cizyə alınırdı. Bu 

isə  açıq-aşkar  zülm  və  ədalətsizlik  idi.  Ömər  ibn  Əbdüləziz  xəlifə  olduqdan 

sonra camaatı dinə gətirmək üçün bu bidəti ləğv etdi. Bu  yolla Maverənnəhr 

xalqının çoxu İslamı qəbul etdi, islamiyyət Sində də yayıldı. 

Əməvilər dövründə hakimlər müttəhim və günahkarlarla İslam qanunu çər-

çi

vəsində deyil, öz istədikləri kimi rəftar edirdilər. Ömər bunun qarşısını alaraq 



on

lara heç bir kəsə layiq olmadığı cəzanı verməyə icazə vermirdi. Eyni zaman-

da vəzifələri də iki qəbilə Qəhtani və Kəlbilər arasında bərabər səviyyədə böl-

m

əklə daxili iğtişaşların qarşısını ala bildi.  



Ömər ibn Əbdüləzizin həyata keçirdiyi islahatlardan qorxuya düşən Əməvi 

məmurları onu hicrətin 101-ci ili rəcəb ayının 25-də miladi tarixilə 720-ci ildə 

zəhərləyərək öldürdülər. O, Deyru-Simanədə dəfn edilmişdir.

329


 

325


 Tarixi-Yəqubi, III cild, səh-50. 

326


 Əl-Xisal, III bölmə. 

327


 Siyuti, Tarixul-xüləfa, səh-230. 

328


 Əllamə Məclisi, Biharul-ənvar, XI cild, səh-234. 

329


Tarixi-

Məsudi, III cild, səh-92. 

                                                           



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə