Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə111/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   107   108   109   110   111   112   113   114   ...   314

  

225 


ibn Əbdülməlik Kayserini ələ keçirmişdir. 727-ci ildə isə xəlifə Hişamın oğlu 

Müa


viyə ibn Hişam Amasyanı ələ keçirmişdir. Müaviyə ibn Hişam Kastamonu 

tərəflərinin  valisi  olduqdan  sonra  Bizans  imperatoru  Leonla  sülh  bağlayaraq 

yüşə son qoymuşdur. Elə həmin ildə Anadolu düzündə ov edən Müaviyə ibn 



Hi

şam atdan yıxılaraq ölmüşdür. 736-cı ildə Gürcülər və Ermənilərdə Əməvi-

lərə tabe edilmişdir. Bizansa qarşı baş verən döyüşlərdə seyid Battal Qazi ləq-

əbi  ilə  məhşurlaşan  Əbul-Hüseyn Abdullah Antaki 740-cı  ildə  Afyon 

yaxınlığında baş verən döyüşdə öldürülmüşdür. Bundan bir il sonra 741-ci ildə 

Bizans or

dusu Malatya üzərinə hücum etsədə xəlifə Hişamın köməyə gəlməsilə 

geri  çəkilmişdir.

339

 

Eyni  zamanda  xəlifə  Hişam  ibn  Əbdülməlikin  dövründə 



724-

cü ildə ilk dəfə olaraq İslam dini Dağıstanda ləzgilər arasında yayılmışdır. 

724-

cü ildən İraqda vali olan Xalid ibn Abdullah əl-Qəsrinin yerinə 738-ci 



il

də xəlifə Hişamın göstərişi ilə Yusif ibn Ömər əs-Səqəfi İraq valisi təyin edil-

di. Yusif ibn Ömər İraqa gələn kimi Xalid ibn Abdullahı və onun oğlanlarını 

həbs etdirdi. On səkkiz ay həbsdə qalan Xalid və oğlanları ağır işgəncələrə mə-

ruz qalmışdır. Nəhayət 744-cü ildə Yusifin əmri ilə Xalid ibn Abdullah edam 

edilmişdir.

340

 

 



Zeyd ibn Əlinin qiyamı 739-740 

Zeyd ibn Əli (ə) İmam Baqirin (ə) qardaşı, Peyğəmbər (s) ailəsinin ən fəzi-

lətli şəxslərindən olmuşdur. O hicrətin 80-cı ilində Mədinədə anadan olmuşdur. 

Tarixi 


məlumatlara əsasən Zeyd zəmanəsinin görkəmli alim, fəqih və müfəs-

sirlərindən  olmuşdur.  Məşhur  şiə  alimi  Şeyx  Müfid  onun  barəsində  deyir: 

“Zeyd ibn Əli ibn Hüseyn, qardaşları arasında Hz.Baqirdən (ə) sonra ən baca-

rıqlı və istedadlı şəxs hesab olunurdu. O, olduqca abid, pəhrizkar, zahid, səxa-

vətli, fəqih və şücaətli bir şəxs idi. Xeyirli işlərə dəvət, pis işlərdən çəkindir-

mək və cəddi Hüseyn ibn Əlinin intiqamını almaq məqsədilə qiyam etdi. Qu-

ranla çox ünsiyyətdə olduğu üçün ona “Həliful-Quran” (Quranla əhd-peyman 

bağlayan) ləqəbi verildi.”

341

 

Şeyx Bəhaəddin Amili onun barəsində deyir: “Zeydin haqqında yaxşılıqdan 



başqa heç bir şey xatırlaya bilmirəm. İmam Sadiq (ə) hər zaman onu xatırlayar-

kən deyərdi: “Allah əmimə rəhmət etsin.”

342

 Zeyd ibn 



Əli qiyam etməzdən qa-

baq  İmam Sadiqlə  (ə) məşvərət  etmiş və  İmam  (ə) da belə buyurmuşdur: “Ey 

Zeyd! Əgər qətlə yetirilib zibillikdə dar ağacından asılmağa razısansa qiyam et!” 

Zeyd  o  Həzrətlə  vidalaşıb  getdiyi  zaman  İmam  Sadiq  (ə)  belə  buyurmuşdur: 

“Vay o kəslərin halına ki, qiyam harayını eşidib ona yardımçı olmasınlar!”

343


 

339


 Tarixi-Təbəri, IV cild, səh-122, 149, 164. 

340


Tarixi-

Təbəri, IV cild, səh-183-189, 247-252. 

341

 əl-İrşad. 



342

 Əyanüş-şiə, I cild. 

343

 Biharul-ənvar, 46-cı cild. 



  

                                                           




 

226 


İmam Rzadan (ə) nəql olunan rəvayətdə deyilir: “Zeyd ibn Əli Peyğəmbər 

laləsinin  böyük  alimlərindən  biri  olmuşdur.  O,  Allahın  razılığı  üçün  Allah 



düşmənləri ilə cihad etdi və Allah yolunda da şəhid oldu.”

344


 

Zeyd Əməvi xəlifələrinin özbaşınalıq, zülm və haqsızlıqlarını görüb nara-

hat olur, belə fikirləşirdi ki, silahlı mübarizə yolu ilə Əməvi hakimiyyətini de-

vir


mək olar. Bundan xəbər tutan xəlifə Hişam əvvəlcə Zeydi Şama çağırıb boy-

nuna  oğurluq  ataraq  Kufə  valisi  Yusif  ibn  Ömərin  yanına  göndərir.  Böhtan 

bun

dan ibarət idi ki, guya Yusif ibn Ömərdən əvvəl Kufə valisi olan Xalid ibn 



Ab

dullah Zeydə altı yüz min dirhəm pul verib. 

Zeyd ibn Əlinin Kufəyə gəldiyini eşidən Kufə əhli ona beyət edərək onun 

başçılığı  altında  əməvilərə  qarşı  sonadək  vuruşacaqlarına  söz  verdilər.  Tarixi 

mənbələrdə  qeyd  olunur  ki,  on  beş  min  nəfərdən  ibarət  olan  könüllü  dəstə 

Zeydə birləşərək qiyamda iştirak etmələrinə hazır olduqlarını bildirdilər. Lakin 

o zaman Kufənin valisi olan Yusif ibn Ömər Səqəfi, Zeydin qiyam edəcəyin-

dən xəbərdar olub təcili olaraq döyüşə hazırlıq gördü. Zeydin ordusu tam hazır-

laşmamış onlara qarşı hücum başlanır. Baş verən döyüşdə Zeyd ibn Əli iki yüz 

nəfərlik  dəstəsilə  birlikdə  şəhid  edildi.  Zeydin  adamları  onu  gizli  yerdə  dəfn 

etsələrdə, onun dəfn olunduğu yer xəlifənin adamları tərəfindən müəyyən olun-

du. Onun cəsədini qəbirdən çıxarıb başını kəsərək xəlifə Hişama göndərdilər, 

cəsədini isə Kufə darvazasından asdılar.

345


 

Bəziləri belə düşünürlər ki, Zeyd ibn Əli qiyamı İmam Sadiqin (ə) razılığı 

olma

dan etmişdir. Lakin bir çox fakt və sübutlar göstərir ki, o İmam Sadiqin (ə) 



ra

zılığı ilə qiyam etmişdir. Bu faktlardan biri də, İmam Rzanın (ə) abbasi xəlifəsi 

Məmunun sualına verdiyi cavabdır. İmam Rza (ə) Məmunun cavabında buyu-

rur:  “Atam  Musa  ibn  Cəfər  atası  Cəfər  ibn  Məhəmməddən  eşitmişdir  ki, 

İmam  Sadiq  (ə)  buyurub:  “Zeyd  qiyam  etmək  üçün  mənimlə  məsləhətləşdi. 

Mən ona dedim ki, əmi can, əgər Kufənin girəcəyindən asılacaq şəxs olmaq 

is

təyirsənsə, sənin yolun elə budur.” Zeyd İmam Sadiqin (ə) hüzurundan get-



dik

dən sonra İmam (ə) buyurdu: “Vay o şəxsin halına ki, onun dəvət sədasını 

eşidə, lakin ona cavab verməyə.”

346


 

Başqa bir hədisdə İmam Sadiq (ə) Zeydin 

ordusunda vuruşaraq Əməvi ordusundan altı nəfəri öldürmüş şəxsə buyurur: 

“Allah məni bu qanlara şərik etsin. And olsun Allaha ki, əmim Zeyd eynilə 

Hz.

Əli (ə) və onun səhabələrinin yolu ilə hərəkət etmişdir.”



347

 

Digər bir rəva-



yətdə  İmam Sadiq (ə) Zeyd barədə belə buyurur: “Allah ona rəhmət eləsin, 

min, arif, bilikli və düzdanışan bir adam idi. Qalib gələrdisə, verdiyi vədə 



əməl edər, hakimiyyəti ələ alsaydı, onu kimə verəcəyini yaxşı bilirdi.”

348


 

344


 Biharul-ənvar, 28-ci cild. 

345


Tarixi-

Təbəri, IV cild, 193-200, 204-208. 

346

 Uyuni-əxbarir Rza, I cild, səh-225. 



347

 Qamusur-rical, IV cild, səh-570. 

348

 İxtiyari-mərifətir-rical, səh-285. 



                                                           


Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə