Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə119/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   115   116   117   118   119   120   121   122   ...   314

  

241 


Hz.

Əlinin (ə) nəslindən olan İmam Sadiqə (ə), Abdullah Məhz ibn Həsən ibn 

İmam Həsən (ə) və Ömər ibn Zeynul-Abidinə (ə) məktub da yazmışdır. 

 

Abbasilər xilafətinə qarşı üsyanlar 

Abbasilərin  etdiyi  cinayətlər  nəticəsində  xilafətin  müxtəlif  bölgələrində 

onların əleyhinə üsyanlar baş verdi. Şamda Əbul-Vərd ibn Kövsərin başçılığı 

ilə  Abbasilərə  qarşı  üsyan  qalxdı  və  üsyançılar  Bəni-Umeyyə  nəslindən  olan 

Əbu Məhəmməd Yezid ibn Abdullah ibn Yezid ibn Müaviyəni xəlifə kimi gör-

mək istəyirdilər. Onlarla eyni zamanda Hərranda Məhəmməd ibn Məsləmə ibn 

Əbdülməlik üsyan etdi. Lakin Əbu Cəfər Mənsur və Abdullah ibn Əli tərəfin-

dən hər iki üsyan yatırıldı. Bunların ardınca II Mərvanın məğlubiyyət xəbərini 

eşidən Əməvi sərkərdəsi İshaq ibn Müslim əl-Cəzirədə qiyam etdi. Həmin vaxt 

Həvranda üsyan edən Həbib ibn Mürrəni mühasirəyə alan Əbu Cəfər Mənsurla 

Ab

dullah  ibn  Əli  İshaq  ibn  Müslimin  qiyamından  xəbər  tutan  kimi  Həbiblə 



sülh bağlayaraq Cəzirəyə getdilər. Bu vaxt II Mərvanın ölüm xəbərini eşidən 

İshaq ibn Müslim dərhal təslim oldu. 

Hicrətin 133-cü ili (miladi 751) Əbul-Abbas Səffah qardaşı Yəhya ibn Mə-

həmmədi Mosula vali təyin etdi. Onun valiliyi ilə razı olmayan Mosul xalqı üs-

yan  etsədə  qısa  müddət  ərzində  bu  üsyan  Yəhya  tərəfindən  yatırıldı.

366


  Eyni 

ildə Buxarada Şüreyk ibn Şeyx əl-Mehri Əbu Müslim Xorasaniyə qarşı üsyan 

edərək  belə  dedi:  “Biz  qan  axıtmaq  və  insanları  öldürmək  üçün  Məhəmməd 

ailəsinə beyət etmədik.” Bu fikrinə görə ona otuz mindən artıq adam tabe ol-

muşdur. Bununla əlaqədar olaraq Əbu Müslimin göndərdiyi sərkərdə Ziyad ibn 

Saleh onu 

məğlub edərək öldürdü. 

Hicrətin  134-cü ili (miladi 751-752)  Mədaində  Bəssam  ibn  İbrahim  ibn 

Bəssam xəlifə Əbul-Abbasa qarşı üsyan etdi. Lakin xəlifənin Həzzim ibn Hü-

zey


mənin başçılığı altında göndərdiyi ordu Bəssamı məğlub edərək üsyanı ya-

tırdı.


367

 Hindi


standa Mənsur ibn Cumhurun üsyan etdiyini öyrənən xəlifə Səf-

fah Musa ibn Kəbi üç min nəfərlik dəstə ilə onun üzərinə göndərərək məğlub 

etdi. 

Bəsrə və Omanda isə Culəndinin başçılığı ilə xəvaric üsyanı baş verdi. Bu 



üs

yan xəlifənin əmisi Süleyman ibn Əli və Həzzim ibn Hüzeymə tərəfindən ya-

tırılmışdır. Baş verən döyüşdə Culəndin başda olmaqla on minə yaxın xəvaric 

öl

dürülmüşdür.



368

 

Digər tərəfdən Qərbi Afrikada bərbərlər üsyan etsələrdə, bü-



tün bu üsyanlar Abbasilər tərəfindən zor gücünə yatırılmışdır.

369


 

 

 

366


 Yəqubi-tarixi, II cild, səh-357; Tarixi ibn Əsir, V cild, səh-443-444. 

367


 Tarixi ibn Əsir, V cild, səh-450-451. 

368


 İbn Kəsir, əl-Bidayətu vən-Nihayə. 

369


Tarixi-

Yəqubi, II cild, səh-357; Tarixi ibn Əsir, V cild, səh-443-456. 

  

                                                           




 

242 


Talas döyüşü hicri 133 (miladi 751) 

Əbul-Abbasın xilafəti dövründə baş verən önəmli hadisələrdən biri müsəl-

man

larla çinlilər arasında baş verən Talas döyüşü olmuşdur. İslam ordusu hələ 



səkkizinci əsrin əvvəllərində Əməvi xəlifəsi I Vəlidin (705-715) xilafəti dövrün-

də Qutüybə ibn Müslimin başçılığı ilə 708-ci ildə Buxara, Səmərqənd, Fərqanə 

və Daşkəndi fəth etmişdilər. Həmin vaxtlar müsəlman ordusu qarşısında tab gə-

tir


məyən Türkistandakı Türk bəyləri Ərəblərə qarşı qonşuları Çindən kömək is-

tədilər. Bundan istifadə edən Çinlilər 748-ci ildə (hicri 130) Şərqi Türkistanı iş-

ğal edərək İşıqgöl bölgəsinə qədər irəliləyib Tokmaq şəhərini talan etdikdən son-

ra on min əsirlə geri qayıtdılar. Göytürk imperatorluğunun zəifləməsindən isti-

f

adə edən Çinlilər Qərbi Türkistanı ələ keçirmək üçün fürsət axtarırdı. 



Çində uzun müddət hakimiyyətdə olmuş Tan sülaləsinə mənsub imperator 

Hyuantsanq Qərbi Türklərin zəifləməsindən istifadə edərək qərbə doğru yürüşə 

əmr verdi. İmperatorun bu əmrinə əsasən Kuçay hakimi Kaosiençi böyük bir 

ordu ilə türk torpaqlarına doğru hərəkət etdi. Çıxılmaz vəziyyətdə qalan Qərbi 

Türk  xaqanlığı  yenicə  qurulmuş  Abbasilər  xilafətindən  yardım  istədi.  Xəlifə 

Əbul-Abbas Səffahın  əmrinə əsasən Xorasan valisi Əbu Müslim məşhur sər-

kərdələrdən olan Ziyad ibn Salehi Çinlilərə qarşı göndərdi. Hicrətin 133-cü ili 

(mi


ladi 751) Talas şəhəri yaxınlığında baş verən döyüşdə Abbasi ordusu Çin 

or

dusunu məğlub etdi. Kaosiençi min nəfərdən ibarət dəstəsi ilə döyüş meyda-



nından  qaçdı.  Talas  meydan  müharibəsində  həm  İslamiyyət,  həm  də  Türklər 

zəfər qazanmış oldu.

370

 

Talas məğlubiyyətindən sonra daxili böhranlara düçar 



olan Çin bir daha Orta Asiyaya və Türklərə müdaxilə edə bilmədi. 

Talas döyüşü nəticəsində müsəlmanlar əsir düşən Çinlilərdən kağız emalı-

nın sirrini öyrəndilər. Həmin dövrə qədər müsəlman aləmində yazılar papirus 

və heyvan dərisindən hazırlanan perqament üzərində yazılırdı. Qısa müddət ər-

zin

də kağız emalı nəticəsində papirus və perqament dövriyyədən çıxdı. Artıq X 



əsrdə müsəlman aləmində kağızdan istifadə olunduğu halda Avropa hələ XIII 

əsrdə kağız emalının qaydaları ilə tanış olurdu. 

Eyni  zamanda  Talas  döyüşü  Türklərində  dini  və  siyasi  həyatında  böyük 

əhəmiyyətə  malikdir.  Birincisi  bu  döyüşdən  sonra  türklər  İslam  dini  ilə daha 

ya

xından tanış oldular. Seyhun çayının şimalındakı Oğuz və Qarluqların mü-



səlmanlarla təmas qurması, onların İslamı qəbul etməsi ilə nəticələndi. İkincisi 

səlman  türklər  Abbasilərin  güc  mənbəyinə  çevrildilər.  Türklərin  hakimiy-



yətdə iqtidar sahibi olması gələcək xəlifələrin dövründə daha çox özünü büruzə 

verəcək. Üçüncüsü Türklərin qərbə axınları Talas döyüşündən sonra başladı. 



 

Paytaxtın Haşimiyyəyə köçürülməsi 

Hicrətin 134-cü ili (miladi 752) xəlifə Əbul-Abbasın göstərişi ilə Bağdadın 

qərbində Haşimiyyə şəhəri inşa edildi. Şəhərin adı Haşimilərin ulu babası olan 

370


 Büyük İslam Tarihi, Çağ yayınları, III cild, səh-52-58. 

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə