Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə121/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   117   118   119   120   121   122   123   124   ...   314

  

245 


di. Sonra su  arxının istiqamətini evin altına  yönəltdilər. Bir müddət sonra su 

du

zu yuduğu üçün ev uçuldu və hicrətin 149-cu ili (miladi 764) Abdullah ibn 



Əli xarabalıq altında qalaraq öldü.

372


 

 

Əbu Müslim Xorasaninin öldürülməsi hicrətin 137-ci ili (miladi 755) 

Əbu Müslimin əsl adı barədə məlumatlar ziddiyyətlidir. Bəziləri onu İbra-

him  ibn  Osman  ibn  Yəsar,  bəziləri  isə  Vəndadhürmüzd  oğlu  Behzadan  kimi 

təqdim etmişlər. Doğumu, ailəsi, nəsli dəqiq məlum deyildir. Əbu Müslim haq-

qında bilinən həqiqət budur ki, Bəkr ibn Mahan tərəfindən İsa ibn Muqbildən 

sa

tın alınaraq Məhəmməd ibn Abdullah ibn Əliyə hədiyyə edilmişdir. Təqribən 



hic

rətin 100-cü ili miladi 719-cu ildə Mərvdə və ya İsfəhanda dünyaya gəlmiş-

dir. Əməvi ordularını məğlub edən Əbu Müslim Abbasi dövlətinin qurulmasın-

da böyük rol oynamışdır. 754-cü ildə Abdullah ibn Əlinin üsyanını yatıran Əbu 

Müslim Əbu Cəfər Mənsurun taxtını təhlükədən qurtarmışdır. 

Getdikcə şöhrəti artan Əbu Müslim xəlifə Mənsuru daha çox narahat edir-

di. Əbu Müslimi aradan götürmək istəyən xəlifə Mənsur yaxşı bilirdi ki, onu 

yal


nız Xorasandan kənarlaşdırmaqla bu işi həyata keçirə bilər. Həcc səfərində 

iştirak etmək  üçün  Əbu  Müslimin  Xorasandan  çıxması,  həccdən  qayıtdıqdan 

son

ra isə Abdullah ibn Əlinin üzərinə getməsi Mənsurun işinə yaradı. 



Abdullah ibn Əlini məğlub edən Əbu Müslim xəlifə Mənsurun əmrinə bax-

ma

yaraq qənimətləri ona verməyərək Xorasana doğru hərəkət etdi. Əbu Müsli-



min Xorasana daxil olmasını istəməyən xəlifə hiyləyə əl ataraq ona bildirdi ki, 

onu  Misir  və  Suriya  valisi  təyin  etmişdir.  Lakin  xəlifənin  təklifini  rədd  edən 

Əbu Müslim belə cavab verdi: “Onsuzda Xorasan mənimdir və xəlifənin valilik 

təyinatına ehtiyacım yoxdur.”  

Sonda bir çox dəvətlərdən sonra Əbu Müslim xəlifənin hüzuruna gəlməyə 

ra

zılıq verdi. Ehtiyatı əldən verməyən xəlifə Mənsur Əbu Müslimi Haşimiyyə-



yə buraxmayıb onu Rumiyyədə qarşıladı. Nəhayət hicrətin 137-ci ili şəban ayı-

nın sonunda (miladi 755) Mənsurla söhbət zamanı Əbu Müslim xəlifənin muz-

dur

ları tərəfindən qətlə yetirildi.



373

 

Əbu Müslimin qətlindən sonra Xorasanı, İranı və Maveraunnəhri üsyan bü-



dü. Bu üsyanların ən məşhuru Sindibadın etdiyi üsyan olmuşdur. Nişapurda 

baş  verən  bu  üsyan  tezliklə  Reyi  də  bürümüşdür.  Hicrətin  137-ci ili (miladi 

755) Həmədanı da ələ keçirmək üçün hərəkət edən Sindibad xəlifənin göndər-

di

yi ordu tərəfindən məğlub edilərək öldrürüldü.



374

 

Elə həmin ildə Maveraun-



nəhrdə türk mənşəli İshaq üsyan etsə də, bu üsyan xəlifənin oğlu Mehdi tərə-

findən yatırıldı. 

372

Tarixi-


Təbəri, IV cild, səh-377-380; Tarixi-Məsudi, III cild, səh-302; Tarixi-Yəqubi, II cild, 

səh-364-366; Tarixi ibn Əsir, V cild, səh-464-467, 581-582. 

373

Təbəri-Tarixi, IV cild, səh-380-388; Tarixi-Məsudi, III cild, səh-302-305; Tarixi-Yəqubi, II 



cild, səh-366-368; Tarixi ibn Əsir, V cild, səh-468-478. 

374


 Tarixi ibn Əsir, V cild, səh-481-482. 

  

                                                           




 

246 


Bir müddət sonra 767-ci ildə Ustadsız ləqəbli şəxs Herat və Sistanda üsyan 

edərək Xorasanın bir neçə şəhərini ələ keçirdi. Bir ildən sonra 768-ci ildə bu 

üs

yanı da yatıran Mehdi Ustadsızı həbs etdi. 



 

Ravəndilər üsyanı hicri 141 (miladi 758) 

Xəlifə Mənsura qarşı üsyan edən digər bir dəstəyə də Ravəndilər deyilirdi. 

Bu dəstə də Xorasandan olan Əbu Müslimin tərəfdarları idilər. Onlar tənasüxə 

inanaraq belə iddia edirdilər ki, guya Allah xəlifə Mənsurda hülul edibdir. Bun-

dan əlavə onlar Hz.Adəmin (ə) ruhunun Osman ibn Hüneykə keçdiyini, Hey-

səm ibn Müaviyənin isə Cəbrayil olduğunu iddia edirdilər. Məşhur tarixçi Tə-

bəri belə nəql edir: Bir gün xəlifə Mənsurun sarayına gələn Ravəndilər sarayı 

təvaf edərək belə deyirdilər: “Bura bizim rəbbimizin sarayıdır”. Ravəndilərin 

bu  hərəkətini  bəyənməyən  xəlifə  onlardan  iki  yüz  nəfərini  həbs  etdirsə  də, 

yenidən  toplanan  Ravəndilər  dostlarını  həbsdən  azad  etdilər.  Sonda  məşhur 

sərkərdə  Maan  ibn  Zaidə  Şeybaninin  gəlməsilə  Ravəndi  üsyanı  yatırılmış  və 

xəlifənin əmrinə əsasən onların hamısı qılıncdan keçirilmişdir.”

375

 

Ravəndilər üsyanının yatırılmasında böyük rol oynayan Maan ibn Zaidəyə 



xəlifə Mənsur öz təşəkkürünü bildirdikdən sonra Maan belə dedi: “Ey mömin-

lərin əmiri, Allaha and olsun ki, mən oraya  gələrkən çox qorxurdum. Amma 

sənin  onları  heçə  saydığını  və  üzərlərinə  cəsarətlə  getdiyini  görüncə  ürəyim 

qüv


vətləndi  və  özümə  güvənməyə  başladım.  Heç  bir  kimsənin  döyüşdə  belə 

cəsarətli olacağını sanmırdım. Sənin bu hərəkətin məni cəsarətləndirdi ey mö-

min

lərin əmiri.”



376

 

Maan ibn Zaidədən razı qalan xəlifə Mənsur ona on min di-



nar verməklə bərabər onu Yəmən valisi təyin etdi. 

 

Hicrətin 138-ci ili (miladi 756) Mənsurun dövründə baş verən hadisələr 

Bu i


l Bizans imperatoru Konstantin böyük bir ordu ilə Malatyaya hücum 

et

di. Şəhərin qala qapılarını  yıxan Bizanslılar qarşılarına çıxanları əsir olaraq 



Bi

zansa apardılar. Buna cavab olaraq Misir valisi Saleh ibn Əli Anadoluya yü-

rüş edib Bizanslılar tərəfindən dağıldılan Malatya qala qapılarını təmir etdi. 

Eyni ildə Sinbazı məğlub edib mallarını ələ keçirən, bundan əlavə Əbu Müsli-

min  də  mallarına  sahib  olub,  bunun  sayəsində  özünü  gücləndirən  və  heç  kimin 

özü


nü məğlub edə bilməyəcəyi zənninə qapılan Cövhər ibn Mürrər əl-Əcli xəlifə 

Mənsura qarşı üsyan qaldırdı. Bundan xəbər tutan xəlifə Mənsur onun üzərinə Mə-

həmməd ibn Əşəs əl-Xuzainin başçılığı altında olan böyük bir ordunu göndərdi. 

İki tərəf arasında baş verən döyüşdə Cövhərin ölümü ilə ordusu məğlub edildi. 

Eyni ildə üsyan edən xəvaric əsilli Muləbbəd Həzzim ibn Şəmalin tərəfin-

dən  öldürüldü.  Bunun  ardınca  xəlifənin  əmrinə  əsasən  Fəzl  ibn  Əli  insanlara 

həcc etdirdi. 

375


Tarixi-

Təbəri, IV cild, səh-395-396; İbn Kəsir, əl-Bidayətu vən-Nihayə, X cild, səh-75-76. 

376

 İbn Kəsir, əl-Bidayətu vən-Nihayə. 



                                                           


Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə