263
valisi Ravh
ibn Xəttim xəlifənin ziyarətinə gələrək ona beyət etdi. Xəlifənin
əmisi Əbdüssəməd ibn Əli insanları həccə apardı.
Hicrətin 172-ci ilində (miladi 788) Mədinə valisi İshaq ibn Süleyman ibn
Əli Anadoluya yürüş edərək xeyli qənimət ələ keçirdi.
Hicrətin 173-cü ili (miladi 789) Məhəmməd ibn Süleyman ibn Əli ibn Ab-
dul
lah ibn Abbas əlli bir yaşında Bəsrədə vəfat etdi. Anası Ümmü Həsən binti
Cəfər ibn Həsən ibn Həsən ibn Əlidir. Xəlifə Mənsur tərəfindən Bəsrə və Kufə
va
liliyinə təyin edilmiş, Mehdinin xilafəti dövründə isə xəlifənin qızı Abbasiyə
ilə evlənmişdir. Həddən artıq sərvətli olan Məhəmməd ibn Süleymanın gündə-
lik gəliri yüz min dirhəm idi.
Bundan qısa müddət sonra xəlifə Harun ər-Rəşidin anası Xeyzəran da vəfat
et
mişdir. Əvvəlcə xəlifə Mehdinin sarayında qul kimi işləyən Xeyzəran son-
ralar onun xanımı olmuş və Hadi ilə Harunu dünyaya gətirmişdir.
Hicrətin 174-cü ili (miladi 790) baş verən hadisələr
Bizans-
ərəb müharibələri tarixi boyunca ilk dəfə olaraq xəlifə Harunun
döv
ründə müsəlmanlar hərbi gəmilərdən istifadə etmiş və tərəflər arasında də-
niz döyüşləri baş vermişdir. Hicrətin 174-cü ilində xəlifə Harunun göstərişinə
əsasən Əbdülməlik ibn Salehin başçılığı altında olan İslam ordusu hərbi gəmi-
lər vasitəsilə Misir istiqamətindən Anadoluya yürüş edərək Bizansa daxil oldu.
An
talya sahilləri yaxınlığında baş vermiş dəniz döyüşündə Bizans donanması
məğlub edildi və Bizans admiralı əsir götürüldü. Eyni ildə xəlifə Harunun baş-
çılığı ilə insanlar həccə getdilər. Bundan bir il sonra hicrətin 175-ci ili (miladi
791) xəlifə Harun oğlu Məhəmmədi özündən sonra vəliəhd təyin edərək ona
Əmin ləqəbini verdi. Həmin vaxt Əminin beş yaşı var idi.
Hicrətin 176-cı ili (miladi 792) Yəhya ibn Abdullahın qiyamı və Haru-
nun əhli-beytə münasibəti
786-
cı il xəlifə Hadinin dövründə baş verən Fəxx faciəsindən sağ çıxan
Yəhya ibn Abdullah Məhz ibn Həsəni-müsənna ibn İmam Həsən Abbasilərin
zül
mündən İranın Deyləm vilayətinə qaçdı. Yəhya Deyləmdə Əhli-beyt nüma-
yəndəsindən olduğunu açıqladıqda əhali onun ətrafına toplanaraq onu özlərinə
li
der seçdilər. Qazandığı uğurlardan ilhamlanan Yəhya ibn Abdullah xilafətə
qar
şı mübarizə aparmağa başladı.
Deyləmdə baş verən hadisələrdən narahat olan xəlifə Harun ər-Rəşid Fəzl
ibn Yəhya ibn Xalid ibn Bərməkini əlli min nəfərlik ordu ilə Deyləmə göndər-
məklə bərabər Cibal, Rey, Cürcan, Təbəristan, Kuməs, Dimavənd, Azərbaycan
və ətraf məntəqələrin ixtiyarını ona tapşırdı. Əli (ə) övladı ilə münasibətləri
kor
lamaq istəməyən Fəzl Bərməki Yəhya ibn Abdullah ilə qarşıdurmanı sülh
yol
u ilə həll etməyə çalışdı. Lakin bunun bir hiylə olacağından qorxan Yəhya
Fəzllə danışığa getməyə qorxurdu. Sonda Deyləm hakiminin işə qarışması ilə
Yəhya ibn Abdullah Fəzllə görüşüb, təslim olmağa razı olduğunu bildirdi. Am-
264
ma şərt qoydu ki, xəlifə Harun ona qazıların, fəqihlərin və Bəni-Haşim böyük-
lərinin şahidliyi ilə təsdiq olunmuş amannamə versin.
Bunu öyrənən Harun çox sevindi. Sonra Yəhya üçün amannamə yazan
xəlifə Harun bu amannaməyə fəqihləri və Haşimi böyüklərini şahid tutdu. Şa-
hid
lər arasında Əbdüssəməd ibn Əli də var idi. Harun bu amannaməni, bir çox
hədiyyələrlə birlikdə Fəzl və adamlarına Yəhya ibn Abdullaha təslim etmələri
üçün göndərdi. İstədiyi məzmunda amannamə alan Yəhya ibn Abdullah Fəzl
ibn Yəhya ilə birlikdə Bağdada gəldi. Əvvəlcə Yəhyanı mehriban qarşılayan
Ha
run ona bahalı hədiyyələr verdi və ona nəzarət etməyi Fəzl ibn Yəhya ibn
Xa
lid ibn Bərməkiyə tapşırdı. Fəzl ibn Yəhya da öz növbəsində Əhli-beytə bəs-
lədiyi məhəbbət üzündən Yəhya ibn Abdullahı sərbəst buraxdı. Bundan xəbər
tu
tan xəlifə Harun Yəhyanı həbsə atdırdı. Bu arada Mədinə valisi Bəkkar ibn
Mu
sab Zübeyri araya girərək belə dedi: “Ey möminlərin əmiri! Yəhya hələ də
sənin əleyhinə qiyam qaldırmaq istəyir.”
Bu zaman sözə başlayan Yəhya dedi: “Ey möminlərin əmiri! Qardaşım
Məhəməməd ibn Abdullah öldürüldüyü zaman bu adam yanıma gələrək belə
ded
i: “Sənin qardaşını öldürənə Allah lənət etsin!” və bu mövzuda iyirmi beytə
qədər şeir oxudu. Sonra da əlavə olaraq belə dedi: “Əgər sən intiqam almaq
məqsədilə qiyam etsən sənə ilk beyət edəcək şəxs mən olaram. Biz sənə dəstək
ol
duğumuz halda niyə Bəsrəyə getmirsən?”
Yəhya ibn Abdullahın belə deməsindən sonra Harunun qorxusundan Bək-
kar ibn Musabın rəngi qaçdı. Bəkkar böyük andlar edərək Yəhyanın yalan de-
diyini iddia
etdi. Bu vəziyyəti görən Harun Yəhyaya belə dedi: “Bəkkarın o za-
man sənə söylədiyi mərsiyədən yadında qalan varmı?”
Harunun bu sözlərindən sonra Yəhya həmin mərsiyənin bir qismini oxusa
da, Bəkkar ibn Musab bunu inkar etdi. Bunu görən Yəhya ibn Abdullah ona belə
dedi: “Əgər yalan danışıramsa, Allahın güc və qüdrətindən uzaq olum. Allah mə-
ni öz gücümlə və qüvvətimlə baş-başa buraxsın.” Bəkkar ibn Musabın Yəhyanın
ar
dınca and içmədiyini görən Harun ona məcburən and içdirdi. Bəkkar ibn Mu-
sab doğru olması barədə yalandan and içdiyi üçün Harunun yanından ayrılmamış
Allah onu iflic etdi və o saatda öldü. Başqa bir rəvayətə görə isə Bəkkar ibn
Musab Zübeyri gecə yatarkən arvadı tərəfindən öldürülmüşdür.
400
Lakin Yəhyanın haqlı olmasına baxmayaraq xəlifə Harunun ona olan mü-
na
sibəti dəyişmişdi. Yəhyanı aradan götürməyə çalışan Harun ona gizli şəkildə
zəhər verməyə başladı. Bir müddət sonra zəhərin təsirindən hicrətin 176-cı ili
(miladi 792) Yəhya dünyasını dəyişdi.
Bəkkar ibn Musab Zübeyri Yəhya ilə mübahiləyə gəlməzdən qabaq onun
Mədinədəki oğlu Məhəmməd ibn Yəhyanı da həbsdə öldürtdürmüşdür.
400
İbn Kəsir, əl-Bidayətu vən-Nihayə, X cild.