Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə133/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   129   130   131   132   133   134   135   136   ...   314

  

269 


Mənsur ibn Məhəmməd ibn Abdullah ibn Əli ibn Abdullah ibn Abbasın baş-

çılığı ilə insanlar həccə getdi.

404

 

 



Hicrətin 186-cı ili (miladi 802-803) baş verən hadisələr 

802-


ci ildə Bizans taxtını ələ keçirən I Nikaforun (802-811) dövründə Bi-

zans


la müsəlmanlar arasında döyüşlər daha da sürətləndi. İrina dövründə Abba-

silərə verilən xəracı ləğv edən I Nikafor eyni zamanda xəlifə Haruna belə bir 

məktub yazdı: “Bizans hökmdarı Nikafordan, Ərəb hökmdarı Haruna: “Mən-

dən əvvəl hökmdar olan İrina öldü və sərvətinin bir qismini sənə buraxdı. Bu 

məktubum  sənə  çatan  kimi  ondan  aldığın  bütün  xəracı  mənə  qaytarmalısan. 

Yox


sa aramızdakı problemi qılınc həll edəcək.” 

Bundan qəzəblənən Harun, imperatora belə bir məktub göndərdi: “Müsəl-

manların xəlifəsi Harundan, Bizans köpəyi Nikafora. Məktubunu oxudum. Ca-

vabını eşitməyəcəksən, fəqət görəcəksən!”

405

 

Bunun ardınca Harun ər-Rəşid hicrətin 187-ci ili (miladi 803-804) böyük 



bir  ordu  ilə  İstanbul  üzərinə  hərəkət  etdi.  Orta  Anadoluda  Bizans  ordusu  ilə 

qarşılaşan Harun onları ağır məğlubiyyətə uğratdı. İslam ordusu qarşısında tab 

gətirməyən  I  Nikafor  sülh  təklif  etdi.  İki  tərəf  arasında  bağlanan  sülhə  görə 

Bizans iri məbləğdə cizyə ödəməli oldu və xəlifə Harun Rəqqəyə qayıtdı. 

Qışın sərt keçməsi ilə əlaqədar olaraq Harunun geri qayıtmayacağını zənn 

edən I Nikafor sülhü pozaraq müsəlman torpaqlarına hücum etdi. Bundan xə-

bər  tutan  Harun  Herakliya  bölgəsində  Bizans  ordusunu  qarşılayaraq  hicrətin 

188-


ci ili (miladi 804) onları yenidən məğlub etdi. Yenə də I Nikaforun təklifi 

ilə iki tərəf arasında sülh bağlandı. Eyni ildə Harunun oğlu Qasim Bizans tor-

paq

larına daxil olaraq, Qərrə və Sinan qalalarını bir müddət mühasirədə saxla-



dıqdan sonra geri qayıtmışdır. 

Lakin növbəti il hicrətin 189-cu ili (miladi 805) Harunun Xorasandakı qarı-

şıqlıqla əlaqədar Reyə getməsindən istifadə edən I Nikafor hücuma keçib Tar-

su

su ələ keçirərək bir neçə şəhərciyi dağıtdı. Bu dəfə də Harunun Kiçik Asiya-



ya vali təyin etdiyi oğlu Qasim Bizans ordusunu məğlub etdi.

406


 

Hicrətin 190-cı ili (miladi 806) Harun 135 min  nəfərlik ordu ilə Bizansa 

cum etdi. Bir aylıq mühasirədən sonra Bizansın iri şəhərlərindən olan Herak-



li

ya, Tuvana, Məsis, Konya, Efes və Ankara fəth edildi. Bu arada Bizansın şi-

mal sərhədlərini bulqar tayfaları hədələməyə başladı. I Nikafor Harunla tələsik 

qavilə bağlayaraq, böyük cizyə verməyə razı oldu.



407

 

 

404

 İbn Kəsir, əl-Bidayətu vən-Nihayə, X cild. 



405

Tarixi-


Təbəri, IV cild, səh-668-669; Ostraqoriski, Bizans Devleti Tarihi, səh-173-174. 

406


Tarixi-

Təbəri, IV cild, səh-673-674. 

407

Tarixi-


Təbəri, IV cild, səh-677; Tarixi ibn Əsir, VI cild, səh-184-196; Hitti, İslam Tarihi, tər. 

S.Tuğ. İstanbul.1980, II cild, səh-460-462. 

  

                                                           




 

270 


Hicrətin 187-ci ili (miladi 803-804) baş verən hadisələr 

Bu  ilin  əvvəlində  xəlifə  Harun  ər-Rəşid  Bərməki  ailəsinin  xöşbəxtliyinə 

son qoydu. Bu nəslin banisi Xalid Bərməki sayılır. “Bərmək” sözü tərcümədə 

məbəd  xidmətçisi  deməkdir.  Bərməkilərin  ulu  əcdadları  buddist  məbədində 

xid

mət etdikləri üçün bu ləqəbi daşıyırdılar. Osman ibn Əfvanın xilafəti döv-



rün

də İslam sərkərdəsi Əxnəf ibn Qeys Bərməkilərdən birini Mədinəyə gətir-

miş, o da İslamı qəbul edərək özünə Abdullah adını götürmüşdür. Xalid Bər-

məki həmin Abdullahın nəvəsi sayılır. 

Əvvəlcə Əməvilərə katiblik edən Xalid Bərməki sonralar Abbasilərə xidmət 

et

məyə başlamış və nəhayət 750-ci ildə Əbu Sələmənin ölümündən sonra ilk Ab-



ba

si xəlifəsi Əbul-Abbas Səffahın vəziri olmuşdur. 781-ci ildə Xalid Bərməkinin 

ölü

mündən sonra oğlu Yəhya ibn Xalid Harun ər-Rəşidin məsləhətçisi olmuşdur. 



Bir müddət sonra xəlifə olan Harun Yəhyanı özünə vəzir seçərək xilafətin idarə iş-

lərini bütünlüklə ona tapşırmışdır. Dövləti idarə etməkdə Yəhyaya oğlanları Fəzl 

və  Cəfər  köməklik  edirdi.  766-cı  ildə  doğulan  Fəzl  xəlifə  Harunun  süd  qardaşı 

sayılırdı. Yəhyanın digər oğlu Cəfər isə 767-ci ildə (hicri 150) anadan olmuşdur. 

Bərməkilər sülaləsinin Harun tərəfindən məhv edilməsi barədə müxtəlif rə-

va

yətlər vardır. İbn Cərir Təbəri və başqaları bu rəvayətləri nəql etmişlər. Rə-



va

yətlərə əsasən Deyləmdə qiyam edən Yəhya ibn Abdullah ibn Həsəni həbs 

et

məyi xəlifə Harun Fəzl ibn Yəhyaya tapşırmışdı. Yəhyanın Fəzldən mərhə-



mət diləməsi nəticəsində onu sərbəst buraxmışdı. Bundan xəbər tutan Fəzl ibn 

Rəbi hadisəni Haruna xəbər verdikdə Harun əvvəlcə buna inanmamışdır. Lakin 

son

ralar Fəzl ibn Yəhya bunun doğru olduğunu xəlifəyə demiş və xəlifə buna 



qızaraq Bərməkilər sülaləsinə son qoymuşdur. 

Digər bir məlumata əsasən Harunun onları öldürməsinin səbəbi bu idi: Ha-

run  hansı  şəhərə,  hansı  bölgəyə,  hansı  bağçaya  rast  gəlirdisə,  bura  Cəfər  ibn 

Yəhyanındır deyilirdi. Başqa bir rəvayətə görə isə Bərməkilər Harunu xilafət-

dən  salmaq  istəmiş  və  bundan  xəbər  tutan  xəlifə  onları  aradan  götürmüşdür. 

Bərməki sülaləsinin aradan götürülməsinə əsas səbəb kimi, xəlifə Harunun ba-

cısı Abbasə ilə Cəfər ibn Yəhya arasında olan yaxınlıq qeyd olunur. 

Harun bacısı Abbasəni istədiyi qədər Cəfəri də istəyirdi. Onların ikisinin 

də bir məclisdə oturmasını istəyən Harun Cəfərlə Abbasənin kəbinini kəsdirdi. 

Am

ma Cəfərlə şərt kəsdi ki, bu kəbin formal olaraq qalacaq. Kəbin ona görə 



kəsilirdi  ki,  Cəfərlə  Abbasə  bir-birinə  məhrəm  olsunlar  və  hər  ikisi xəlifənin 

zurunda eyni vaxtda otura bilsin. Bu şərtlər əsasında Abbasə ilə Cəfər əvvəl-



ki kimi ayrı-ayrılıqda öz saraylarında qalır, yalnız xəlifənin hüzurunda bir-biri-

nin üzünü görürdülər. 

Sonda Abbasə hiylə ilə Cəfərin anasını öz tərəfinə çəkdi. Qadın Abbasəyə 

söz  verdi  ki,  Cəfər  içkili  vəziyyətdə  olanda  onu  Cəfərlə  görüşdürəcək.  Həmin 

gün evə içkili gələn Cəfər anasından cariyə istədi. O da Abbasəni çağırıb Cəfərin 

otağına  saldı.  Həddən  artıq  sərxoş  olan  Cəfər  Abbasəni  tanımayıb  onunla  ya-




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə