285
1.
Həsən ibn Hüseyn ibn Zeyd ibn İmam Zeynul-Abidin (ə). Kufə
yaxınlığında Əbus-Sərayanın ordusu ilə Hərsəmə ibn Əyənin ordusu arasında
baş verən döyüşdə şəhid edilmişdir.
2.
Hüseyn ibn İshaq ibn Hüseyn ibn Zeyd ibn İmam Zeynul-Abidin (ə).
Hic
rətin 200-cü ili (miladi 815) Şuş yaxınlığında Əbus-Səraya və xilafət ordu-
su ar
asında baş verən döyüşdə şəhid olmuşdur.
3.
Məhəmməd ibn Hüseyn ibn Həsən ibn Əli ibn İmam Zeynul-Abidin (ə).
Əbus-Sərayanın nümayəndəsi olaraq Yəmənə göndərilmiş və orada xilafət
nüma
yəndələri tərəfindən şəhid edilmişdir.
4.
Əli ibn Abdullah ibn Məhəmməd ibn Abdullah ibn Məhəmməd ibn
Əli ibn Abdullah ibn Cəfəri-Təyyar. Yəməndə Əbus-Sərayanın nümayəndəsi
olaraq qiyam qaldırmış və şəhid edilmişdir.
5.
Abdullah ibn Cəfər ibn İbrahim ibn Cəfər ibn Həsəni-müsənna. Mə-
mu
nun xilafəti dövründə Fars bölgəsinə gedərkən, yolda xəvariclər tərəfindən
şəhid edilmişdir.
6.
Məhəmməd ibn Abdullah ibn Həsən Əftəs ibn Əli ibn İmam Zeynul-
Abi
din (ə). Xəlifə Harun ər-Rəşidin dövründə Cəfər ibn Yəhya ibn Xalid ibn
Bərməkinin əmri ilə şəhid edilmiş Abdullah ibn Həsən Əftəsin oğludur. Mə-
həmməd ibn Abdullah xəlifə Məmunun qardaşı və gələcək xəlifə Mutəsim tərə-
fin
dən şəhid edilmişdir.
437
Xəlifə Məmunun dövründə şəhid edilmiş Bəni-Haşim seyidlərinin ən məş-
huru Hz.
İmam Rzadır (ə). Xilafəti dövründə baş verən Əhli-beyt üsyanlarını
İmam Rza (ə) vasitəsilə yatırmaq istəyən xəlifə Məmun İmamı (ə) Mədinədən
Mərvə gətirmək qərarına gəldi.
Xəlifənin göstərişinə əsasən İmam Rzanı (ə) gətirən karvanın yolu Bəsrə,
Bağdad, Qum, Nişapur və digər şəhərlərdən keçirdi. Nişapur şəhərinə çatdıqda
in
sanların xahişi ilə İmam Rza (ə) “silsilət-uz-zəhəb” (qızıl zəncir) hədisi kimi
məşhur olan bu hədisi onlara söyləyir: “Atam Musa ibn Cəfər öz atası Cəfər
ibn Məhəmməddən, o da öz atası Məhəmməd ibn Əlidən, o da öz atası Əli ibn
Hüseyn
dən, o da öz atası Hüseyn ibn Əlidən, o da Allahın Rəsulu Hz.Muhəm-
məddən
(s), o da Hz.Cəbraildən, o isə bir olan Allahdan rəvayət edib: “La ilahə
illəllah kəlməsi mənim möhkəm qalamdır, hər kim bu qalaya daxil olsa, əza-
bımdan amanda qalar”. İmamın (ə) sözləri bitib, karvan yola düşəndə, o Həzrət
bu cümləni də əlavə edir: “Bunun şərtləri var və mən həmin şərtlərdənəm”.
438
Bu hədisin əhəmiyyəti bundadır ki, İmam Rza (ə) Allahı düzgün şəkildə ta-
nımağın və ilahi əzabdan amanda qalmağın şərtlərindən biri kimi Əhli-beyt
imam
larının imamət və vilayətini qəbul etməyi vacib bilmişdir. İmamət elə
mü
hüm məsələlərdəndir ki, onsuz tövhidi düzgün anlamaq, dünya və axirət
səadəti qazanmaq mümkün deyildir.
437
Natiq Rəhimov, İslam Tarixi, II cild, səh-118-119.
438
Şeyx Səduq, Məaniyy-ul-əxbar, səh-370-371.
286
İmam Rza
(ə) Mərvə çatdıqdan sonra xəlifə Məmun əvvəlcə xilafəti o həz-
rətə təhvil vermək istədikdə İmam (ə) bunu qəbul etmədi. Bundan narahat olan
Məmun İmama (ə) vəliəhdliyi vermək istədi. İmam Rza (ə) vəliəhdliyi də qəbul
et
mək istəmədikdə, Məmun o həzrəti ölümlə hədələyərək hicrətin 201-ci ili
(mi
ladi 817) vəliəhdliyi ona qəbul etdirdi və Abbasilərin milli rəngi olan qara-
nın yerinə şiələrin milli rəngi olan yaşıl rəngli paltar geyindi.
439
Xəlifə Məmunun İmam Rzanı (ə) istər xəlifə, istərsə də vəliəhd kimi haki-
miy
yətə gətirməkdə bir neçə məqsədi var idi:
1.
İmam Rzanı (ə) yüksək dövlət məqamına gətirməklə, xilafət əleyhinə baş
ve
rən Əhli-beyt üsyanlarını yatırmaq mümkün olacaqdı. Həqiqətən bundan sonra
Əhli-beytin haqqının qəsb olunması barədə olan iddialar qüvvədən düşəcəkdi.
2.
İmam Rza
(ə) siyasi hakimiyyətə gətiriləndən sonra, istər-istəməz ölkədə
baş verən ədalətsizliklərə cavabdeh olacaqdı. Eyni zamanda İmama (ə) haki-
miy
yət hərisi və dünya malına aldanmış bir şəxs kimi baxılacaqdı.
3.
İmam Rza (ə) Mərvdə bu vəzufəyə təyin edilməklə, daim xəlifənin nəza-
rəti altında qalacaq, sərbəst fəaliyyət imkanından məhrum olacaqdı.
Məmunun hiylələrini qabaqcadan başa düşən İmam Rza (ə) da müəyyən
şərtlər əsasında vəliəhdliyi qəbul etmişdir. İmam Rzanın (ə) şərtləri bundan
iba
rət idi: vəliəhd olduqdan sonra heç bir mühüm qərarın qəbul edilməsində iş-
ti
rak etməyəcək, dövlət vəzifələrinə təyin olunma, eyni zamanda vəzifədən
azad edilmə fərmanlarına imza atmayacaq, xilafət ərazisində aparılan heç bir
isla
hata qarışmayacaq.
Məmun bu şərtlərlə razılaşdıqdan sonra hicrətin 201-ci ili (miladi 817)
Mərv şəhərində İmam Rzaya (ə) beyət mərasimi keçirildi. Məmunun əmri ilə
bü
tün saray əyanları və sərkərdələr İmamı (ə) vəliəhd kimi tanıdıqlarını elan et-
di
lər. İmama (ə) ilk beyət edən şəxs xəlifə Məmunun oğlu Abbas oldu.
Beyət mərasimindən sonra İmam Rzanın (ə) bütün fəaliyyətindən xəbərdar
ol
maq istəyən xəlifə Məmun qızı Ümmü-Həbibəni İmama (ə) ərə verdi. Digər
tərəfdən bu qohumluq əlaqəsini yaratmaqda Məmunun əsas məqsədi bu idi ki,
qızı ilə İmam Rzanın (ə) övladı doğulsun və xəlifə özündən sonra hakimiyyəti
ona buraxsın. Bu uşaq bir tərəfdən Abbasilərə, digər tərəfdən Əhli-beyt ailəsinə
mənsub olacağı üçün, hər iki tərəf onun hahimiyyəti ilə razılaşacaqdı.
İmama (ə) qarşı həyata keçirdiyi hiylələrin heç bir nəticə vermədiyini gö-
rən xəlifə Məmun hicrətin 203-cü ili səfər ayının 30-da (miladi 818) Xorasanın
Tus şəhərində Hz.Rzaya (ə) zəhər verərək onu şəhid etdi.
440
Bu əməlindən sonra xilafətə qarşı baş verən Ələvi üsyanlarını yatırmaq is-
təyən xəlifə Məmun hicrətin 210-cu ili (miladi 826) Fədək torpağını Hz.Fati-
mənin (s.ə) nəslindən olan seyidlərə qaytardı. Hicrətin altıncı ilində baş verən
439
Tarixi-Məsudi, IV cild, səh-28.
440
Tarixi-
Təbəri, V cild, səh-145-147; Tarixi-Məsudi, IV cild, səh-28; Tarixi ibn Əsir, VI cild,
səh-51; İbn Kəsir, əl-Bidayətu vən-Nihayə, X cild, səh-250.