Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə142/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   138   139   140   141   142   143   144   145   ...   314

  

287 


(mi

ladi 628) Xeybər döyüşündəki qələbədən sonra Hz.Peyğəmbər (s) “İsra” su-

rəsinin 26-cı ayəsi əsasında Allahın əmri ilə Fədək torpağını Hz.Fatimə (s.ə) və 

onun övladlarına bağışlamışdı. 

Əməvilərin hakimiyyətə gəlişinə qədər Fədək əldən-ələ gəzdi. Hicrətin 41-

ci ili (miladi 661) xilafəti əldə edən məlun Müaviyə Fədək torpağını üç hissəyə 

lüb, bir hissəsini Mərvan ibn Həkəmə, o biri hissəsini Osman ibn Əfvanın 



oğlu Əmrə, üçüncü hissəni isə oğlu Yezidə bağışladı. Sonralar o biri iki nəfərin 

də payını ələ keçirən Mərvan ibn Həkəm xilafəti dövründə Fədəki oğlu Əbdül-

əziz ibn Mərvana bağışladı. Əməvi xəlifələri içində nisbətən ədalətli olan Ömər 

ibn Əbdüləziz xilafəti dövründə atasından ona qalan Fədək torpağını Hz.Fati-

mənin  (s.ə)  nəslindən  olan  seyidlərə  qaytardı.  Lakin  ondan  sonra  xəlifə  olan 

Ye

zid ibn Əbdülməlik Fədəki yenidən Fatimə (s.ə) övladlarından geri aldı. 



Ab

basilər  hakimiyyətə  gəldikdən  sonra  ilk  xəlifə  Əbul-Abbas  Səffah 

Hz.Pey

ğəmbərin (s) nəslindən olanlarla münasibəti qaydaya salmaq üçün Fədəki 



İmam Həsənin (ə) nəslindən olan Abdullah ibn Həsəni-müsənna ibn İmam Hə-

sənə (ə) qaytardı. Səffahdan sonra xəlifə olan Mənsur Dəvaniqi Fədəki yenidən 

Fa

timə övladlarının əlindən aldı. Mənsurdan sonra xəlifə olan oğlu Mehdi Fədə-



ki  Hz.

Fatimənin (s.ə) nəslinə qaytarsa da, ondan sonra hakimiyyətə gələn oğlu 

Ha

di Fədəki yenidən qəsb etdi. Məmunun dövrünə qədər Fədək Fatimə övladla-



rına verilmədi. Hicrətin 198-ci ili (miladi 813) xəlifə olan Məmun Fədək torpağı-

nı  Hz.Fatimənin  (s.ə)  nəslindən  olan  Məhəmməd  ibn  Yəhya  ibn  Hüseyn  ibn 

Zeyd ibn İmam Zeynul-Abidinə (ə) qaytardı. Abbasi xəlifəsi Mütəvəkkilin haki-

miyyətə gəlişinə qədər Fədək Hz.Fatimənin (s.ə) övladlarında qalmışdır.

441

 

 



Xilafət əleyhinə üsyanlar və Krit adasının fəthi 

Harunun vəfatından sonra xilafət uğrunda  gedən  mübarizələr, Misirdə də 

qa

rışıqlığın  yaranmasına səbəb oldu. Misirdəki  müzarilər qəbiləsi Əmini,  yə-



mənlilər isə Məmunu müdafiə etməyə başladılar. Bu işə Əndəlus Əməvi əmir-

lərinin qarışması vəziyyəti daha da gərginləşdirdi. Əndəlus əmiri I Həkəm (h. 

180-206/m. 796-

822) miladi tarixilə 813-814-cü illərdə on beş min ailəni İspa-

niyada

n qovdu. Onların da Misirə gəlməsilə vəziyyət daha da gərginləşdi. Əv-



vəlcə Yəmən əsilli qəbiləyə sığınan gəlmələr sonralar müstəqillik elan edərək 

İsgəndəriyyə şəhərini ələ keçirdilər. Bu arada Abbasilərin Misir valisi Səriyy 

ibn Həkəm hicri 205-ci ildə (miladi 820-821) vəfat etdi. Onun ölümündən son-

ra hakimiyyəti ələ keçirən oğlu Ubeydullah ibn Səriyy müstəqillik elan edərək 

Bağdadla bütün əlaqələri kəsdi. 

Bu üsyanı yatırmaq istəyən xəlifə Məmun böyük bir ordunu Misirə göndər-

sə də, xilafət qoşunu Ubeydullah tərəfindən məğlub edildi. Beləliklə, Ubeydul-

lah ibn Səriyy Misir torpaqlarının tam hakimi oldu. 

441

Əmini, əl-Qədir, VII cild, səh-195-197; Şəhid Məhəmməd Baqir Sədr, Fədək fit-tarix, səh-



39-

40; Natiq Rəhimov, İslam Tarixi, II cild, səh-124. 

  

                                                           




 

288 


Nəhayət, hicri 210-cu il (miladi 825-826) xəlifə Məmunun əmrinə əsasən 

Ab

dullah ibn Tahir böyük bir ordu ilə Misirə göndərildi. Hicri 211-ci ildə (mi-



ladi 826) baş verən döyüşdə məğlub olan Ubeydullah ibn Səriyy təslim oldu və 

Bağdada göndərildi. 

İsgəndəriyyənin  də  Abbasilərin  hakimiyyəti  altına  keçməsindın  narahat 

olan Əndəlus Əməviləri, II xəlifə Ömərin nəslindən olan Əbu Ömər Həfs ibn 

İsa Bəlutinin başçılığı ilə şəhəri tərk edib 826-cı ildə Bizansın əlində olan Krit 

ada


sını fəth edərək orada məskunlaşdılar. 

Qısa müddət sonra Əğləbilərin (800-909) yaratdığı hərbi donanma Kritdəki 

səlmanların köməyi ilə Siciliya adasına hücum etməyə başladılar. Hicri 212-



ci  ildə  (miladi  827)  Saraqozada  Bizans  valisinə  qarşı  üsyan  baş  verdi  və  üs-

yançılar  Əğləbi  hökmdarı  I  Ziyadətullahdan  (817-838)  kömək  istədi.  Əğləbi 

hökm

darı  da  Əsəd  ibn  Furatın  başçılığı  ilə  on  min  nəfərlik  ordunu  köməyə 



göndərdi. 

827-


ci ildə Afrikadan çıxan Əğləbi ordusu yürüşü davam etdirərək 831-ci 

ildə Palermonu, 843-cü ildə Mussinanı, 878-ci ildə Saraqozanı və 902-ci ildə 

Taorminanı ələ keçirərək Siciliyanın fəthini tamamlamışlar. 

 

Əbdus Fihrinin üsyanı hicri 216-217-ci illər (miladi 831-833) 

Abdullah  ibn  Tahirin  Azərbaycana  vali  göndərilməsindən  sonra  Misirdə 

ye

nidən qəbilə qarşıdurmaları canlandı. Misir və Şam valisi təyin edilən gələ-



cək xəlifə Mutəsim üsyanı yatırmaq üçün böyük bir ordunu Misirə göndərdi. 

Lakin 829-

cu ildə (hicri 214) baş verən döyüşdə qalib gələn misirlilər Mutəsi-

min nümayəndəsini də öldürdülər. Bundan sonra Misirə gələn Mutəsim üsyan-

çıları məğlub edərək onları cəzalandırdı. 

Lakin iki il sonra hicrətin 216-cı ili (miladi 831-832) Əbdus Fihrinin başçı-

lığı ilə Misirdə  yenidən  üsyan baş verdi. Bundan narahat olan xəlifə Məmun 

Bi

zansa qarşı hərbi yürüşü dayandırıb, Şamdan Misirə doğru hərəkət etdi. Hic-



rətin 217-ci ili (miladi 832) Misirə daxil olan Məmun üsyançıları məğlub edə-

rək Əbdus Fihrini edam etdirdi. Əbdus Fihrinin edamından sonra Misirdə asa-

yiş bərpa olundu. 

 

Xəlifə Məmun və Bizansla aparılan müharibələr 

Abbasilərlə  Bizans  arasında  son  döyüşlər  (797,  804,  805  və  806-cı  illər) 

xəlifə Harunun dövründə baş vermiş və bu döyüşlərin hamısında müsəlmanlar 

qa

lib gəlmişdir. Məmunun hakimiyyətə gəlişindən sonra Bizansla müsəlmanlar 



ara

sında müharibə yenidən canlanmışdır. Tarixi mənbələrə görə bu müharibə-

lərə səbəb Babəkin Bizansla əlaqə yaratmaq istəməsi olmuşdur. 

Hicrətin 215-ci ili məhərrəm ayının 27-də (miladi 830) xəlifə Məmun bö-

yük bir ordu ilə Bizans üzərinə yürüşə çıxdı. O, Təkrit, Mənbic, Dabıq, Antak-

ya, Məsis, Mosul və Urfadan keçib Tarsusa gələrək Bizans ərazisinə daxil oldu. 

Ey

ni vaxtda xəlifə Məmunun oğlu Abbas uğur qazanaraq Malatyaya daxil ol-




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə