293
Bu tarixi hadisədən otuz il sonra yəni hicrətin 192-ci ili (miladi 808)
Xürrəmilər ikinci dəfə xəlifə Harun ər-Rəşidin xilafəti dövründə üsyan etdilər.
İsfəhanda başlayan bu üsyan tezliklə bir çox əyalətləri də əhatə etdi.
Reydən, Həmədandan, Girədən və bir sıra şəhər və əyalətlərdən gələn on
min
lərlə adi əhali və şəhər sənətkarları üsyançılara qoşularaq yadelli düşmənə,
da
ha doğrusu, işğalçılara qarşı mübarizə aparırdılar. Tarixi mənbələrə görə üs-
yan
çıların sayı yüz mindən artıq olmuşdur.
Bu hadisədən xəbər tutan Xorasandakı xəlifə Harun ər-Rəşid, sərkərdə Ab-
dullah ibn Malikin başçılığı altında olan on min nəfərlik dəstəni Xürrəmilərin
üzərinə göndərdi. Bütün imkanlardan istifadə edən Abdullah ibn Malik, üsyan-
çıların bir çox hissəsini qılıncdan keçirir, qadınları və uşaqları əsir edərək xəli-
fənin hüzuruna göndərir.
Xəlifə Harunun əmrinə əsasən əsir düşmüş kişilərin hamısı qılıncdan keçi-
ri
lir, qadınlar və uşaqlar isə bazarda qul kimi satılır.
Lakin xəlifənin amansız cəza tədbirləri Xürrəmilərin azadlıq uğrunda mü-
ba
rizə əzmini məhv edə bilmədi. Onların sıraları seyrəlsə də, yadelli düşmənə
qar
şı döyüş təcrübələri bütün bu məğlubiyyətin əksinə olaraq zənginləşdi.
Ərəblərə qarşı üsyanlar arasında on illərlə yaranmış fasilələr üsyanın demək
olar ki, zəifləməsinin əsas səbəblərindən biri idi. Tarixi mənbələrə görə, Babəkə qə-
dər xürrəmilər xilafət qüvvələrini çox da ciddi təhlükə altına ala bilmirdilər. Babək
xürrəmilər icmasında rəhbərliyi ələ aldıqdan sonra, icmada vəziyyət tamamilə də-
yişdi. O, xürrəmiləri özünə yaxınlaşdırmaq məqsədilə onlara silah paylayıb, göstə-
rişlər verdikdən sonra, əlverişli məqam çatana kimi gözləməli olduqlarını tapşırdı.
Eyni zamanda, Babək özünə yaxın olan adamlarını Azərbaycanın hər tərə-
fi
nə göndərərək, ölkəni yadellilərdən qorumaq üçün onları bir bayrağın altına
top
laşmağa və müqəddəs azadlıq mübarizəsinə çağırırdı. Hər tərəfdən gələn
min
lərlə vətənpərvər bu müqəddəs haraya qoşularaq silaha sarılıb Babəkin bay-
ra
ğı altına toplaşdılar.
Bir çox tarixi mənbələrdə deyilirdi ki, bu ərəfələrdə Babəkin silahdaşları-
nın sayı artıq iyirmi min nəfəri keçmişdi. Etiraf etmək lazımdır ki, Babək ordu-
da olduqca ciddi nizam-
intizam yaratmışdı. Adətən döyüş zamanı xürrəmilərlə
ya
naşı xalqın ən cəsur və cəngavər övladları iştirak edirdilər. O cümlədən, Ba-
bəkin doğma qardaşları olan Müaviyə və Abdullah, daha sonra Babəkə yaxın
olan Tərxan, Adin, Rütəm, İsma əl-Kürdi kimiləri həmişə döyüşün ön sıraların-
da döyüşürdülər.
Baxmayaraq ki, bu mövcud azadlıq ordusunun əsas tərkib hissəsini kəndli-
lər təşkil edirdi. Amma bununla belə orada şəhərdə yaşayan müxtəlif təbəqələ-
rə mənsub olanlar da az deyildi.
Xürrəmilərdə bu şücaətləri görən Azərbaycanda mövcud olan əyalətlər, o
cüm
lədən, Cibal, Ərməniyyə, Xorasan, Rey, Həmədan, İsfəhan, Masabazan,
Dey
ləm, Astrabad və bir sıra başqa əyalətlərin əhalisi xürrəmilərin sırasına qo-
şularaq onların sayını artırmaqda idilər.
294
Ərəb tarixçisi Bağdadinin verdiyi məlumatlara əsasən, təkcə Azərbaycanın
cənubunda və şimalında Babək tərəfdarlarının sayı üç yüz min nəfərə çatmışdı.
Xür
rəmilər tərəfindən Babəkin başçılığı ilə yaradılmış bu azadlıq mübarizəsi
bir
çox əraziləri bürüsə də, bütün tarixi mənbələr təsdiq edir ki, Babəkin başçı-
lıq etdiyi Xürrəmilərin vətəni məhz Azərbaycan olmaqla yadellilərə qarşı, ərəb
xi
lafətinə qarşı azadlıq mübarizəsi yalnız buradan başlamışdır.
Ancaq onu da yaddan çıxarmaq olmaz ki, Xürrəmilər mütəşəkkil döyüşlərə
başlamamışdan çox-çox əvvəl Azərbaycanın bir çox şəhər və kəndlərində yad-
el
li istilaçılar minlərlə günahsız yerli əhalini qılıncdan keçirərək məhv etmiş-
dilər. Məhz elə ona görə də bu xalqı olduqca məzlum xalq kimi qəbul edərək
və hələ Babəkin və onun yenilməz ordusu Xürrəmilər barədə kifayət qədər mə-
lu
matı olmayan Abbasi xəlifəsi Məmun Babəkin başçılq etdiyi qüvvəyə bir o
qədər də əhəmiyyət verməyərək, azərbaycanlılara qarşı yalnız 819-cu ilə qədər,
da
ha doğrusu Xürrəmilərə qarşı nizami ordu göndərməyi özü üçün vacib hesab
et
mirdi. O, yalnız Azərbaycan ərazisində daimi hərəkətdə olan ərəb hərbi qüv-
vələrindən istifadə edirdi.
Lakin Xürrəmilər hərəkatının getdikcə genişlənib təhlükəli bir qüvvəyə
çevrildiyini
görən Abbasi xəlifəsi Məmun narahat olmağa başladı. Bu ərəfələr-
də Xürrəmilər demək olar ki, yadellilərin xeyli miqdarda hərbi sursatlarını ələ
ke
çirməklə bərabər, canlı qüvvələrini də döyüş meydanında darmadağın etdi-
lər. Xürrəmilərin Ərəblər üzərindəki hərbi uğurları xilafəti bir növ qarşıda du-
ran təhlükəyə ciddi fikir verməyə məcbur etdi.
Məhz ona görə də, xəlifə Məmun hicrətin 204-cü ili (miladi 819) sərkərdə
Yəhya ibn Muazın başçılığı ilə Xürrəmilərə qarşı ilk nizami ordu göndərdi. La-
kin baş verən döyüşdə Yəhyanın ordusu Xürrəmilər tərəfindən məğlub edildi.
450
Yəhya ibn Muazın uğursuzluğunu görən xəlifə Məmun, onu bu vəzifədən
azad edib, əl-Cəzirəyə vali təyin etdi. Azərbaycan və Ərməniyyə torpaqlarına
Əbu Musa İsa ibn Məhəmməd ibn Əbu Xalid vali təyin edildi.
İsa ibn Məhəmməd ixtiyarında olan böyük bir ordu ilə Babəkin nəzarəti al-
tında olan ərazilərə daxil oldu. Rəvvadilər sülaləsinin əcdadı olan Məhəmməd
ibn Rəvvad Əzdi və digər yerli zadəganlar da ona tabe olaraq yardım etdilər.
Hic
rətin 206-cı ili (miladi 821-822) baş verən bu döyüşdə də Babəkin başçılığı
al
tında olan xürrəmilər xilafət ordusunu məğlub etdi.
451
Bu döyüşdə qalib
gələn Xürrəmilər, Sunini, Arxası, Utini, Beyləqanı, Qarabağı və Arranın bir
sıra əyalət və şəhərlərini azad etdilər.
Məmun İsa ibn Məhəmmədin də uğursuzluğunu görüb 824-825-ci illərdə
(hi
cri 209) “Züreyq” ləqəbli Sədəqə ibn Əli Əzdini Azərbaycan və Ərməniyyə
va
lisi təyin etdi. Züreyqin ardınca Əhməd ibn Cüneyd İskafi adlı sərkərdə də
450
Tarixi-
Təbəri, V cild, səh-151.
451
Tarixi-Təbəri, V cild, səh-153.