371
Lakin az sonra Əbul-Hüseyn Bəridi böyük bir ordu ilə Bağdada doğru
hərəkət etdi. Bu arada Tüzunun Bağdadı tərk etməsi nəticəsində qüvvələr
nisbəti Bəridilərin xeyrinə dəyişdi. Məğlub olan İbn Raiq xəlifəni də götürüb
Bağdadı tərk etdi.
Xəlifə Müttəqi Bağdadı Bəridilərdən geri almaq üçün Həmdanilərdən kö-
mək istədi. Həmdanilər İbn Raiqdən ehtiyat etdikləri üçün ilk öncə miladi tarixi
ilə 942-ci ildə onu aradan götürdülər. Bundan sonra Bağdad uğrunda mübarizə
apa
ran Həmdanilər Bağdadı və Vasiti Bəridilərdən azad etdilər. Bağdadı azad
et
diyi üçün xəlifə Müttəqi Həsən Həmdaniyə əmir-ül-üməra vəzifəsini və “Na-
sir-üd-
dövlə” (dövlətin yardımçısı) titulunu verdi. Onun qardaşı Əli Həmədani
isə “Seyf-ud-dövlə” (dövlətin qılıncı) adını aldı.
Lakin Həmdanilərdə Bağdadı uzun müddət özlərində saxlaya bilmədilər.
Hic
rətin 331-ci ilində (miladi 943) Bağdadı özünə tabe edən Tüzun, xəlifə tərə-
fin
dən əmir-ü-üməra ləqəbini aldı. Bəridilərə qarşı mübarizə aparan Tüzun Va-
sit və Tikriti onlardan geri aldı.
Bu arada Tüzunun Bağdadda olmamasından istifadə edən xəlifə Müttəqi ye-
nidən Həmdanilərə sığındı. Lakin Bağdad uğrunda gedən mübarizələrdə məğlub
olan Həmdanilər, xəlifə Müttəqi ilə birlikdə son sığınacaqları olan Mosula
çəkildilər. Qələbədən sonra Tüzun xəlifənin yanına elçi göndərib onunla ba-
rışmaq istədiyini bildirdi. Əmin-amanlıq üçün Tüzundan vəd alan xəlifə Müttəqi
hicrətin 333-cü ilində (miladi 944) Bağdada qayıtdı. Lakin xəlifə vəd edilmiş
əmin-amanlıqla yox, həbs və işgəncələrlə qarşılaşdı. O, Bağdada daxil olduqdan
az sonra hakimiyyətdən salındı. Tüzunun adamları onu istefa verməyə məcbur
etdilər. Hicrətin 333-cü ilində (miladi 944) istefa kağızı imzalandıqdan sonra
xəlifə Müttəqinin gözlərinə mil çəkib onu kor etdilər. Bu vəziyyətdə iyirmi beş il
həbsdə qalan xəlifə Müttəqi, hicrətin 357-ci ilində (miladi 968) vəfat etmişdir.
582
Əbul-Qasim Abdullah Müstəkfi hicri 333-334 (miladi 944-946)
Müttəqi hakimiyyətdən salındıqdan sonra Əbul-Qasim Abdullah ibn Mük-
təfi Abbasi xəlifəsi təyin edildi. O özünə “Müstəkfi” ləqəbini götürdü. Müstək-
fi hicrətin 292-ci ilində (miladi 905) Müktəfinin Əmləhun-nas adlı cariyə ilə iz-
di
vacından sonra Bağdadda anadan olmuşdur.
Müstəkfini əlində oyuncağa çevirən Tüzun bir an da olsun onu nəzarətin-
dən kənarda qoymurdu. Hicrətin 334-cü ilində (miladi 945) Tüzunun vəfatın-
dan sonra əmir-ül-üməralıq vəzifəsini onun sadiq köməkçisi Əbu Cəfər ibn Şir-
zad tutdu. Onun əmir-ül-üməralıq dövründə Bağdad həm siyasi, həm də iqtisa-
di baxımdan tənəzzül etmək üzrə idi.
Büveyhilərin Bağdadı ələ keçirməsi
582
Tarixi ibn Əsir,
VIII cild, səh-368-419; Siyuti, Tarixul-xüləfa, səh-394-397.
372
Bağdadın zəifləməsindən istifadə edən Büveyhilər hicrətin 334-cü ilində (mi-
lad
i 945) böyük bir ordu ilə hücum edərək şəhəri ələ keçirdilər. Büveyhiləri xilas-
kar kimi qarşılayan xəlifə Müstəkfi, ordunun başçısı Əhməd ibn Büveyhə
“Muizz-üd-
dövlə” (dövlətə izzət bəxş edən), onun qardaşı Əliyə “İmad-üd-dövlə”
(döv
lətin sütunu), o biri qardaşı Həsənə isə “Rükn-üd-dövlə” (dövlətin dayağı) lə-
qəblərini verdi. Muizz-üd-dövlə həmçinin əmir-ül-üməra statusunu aldı.
Şiə məzhəbinə etiqad edən Muizz-üd-dövlə Bağdada daxil olanda xilafəti
da
ğıdıb, şiə dövləti qurmaq fikrində olsa da, sünni dünyasının təzyiqindən ehti-
yat edib xəlifəlik məqamını qorumaq qərarına gəldi.
Bağdad fəthindən qısa müddət sonra Muizz-üd-dövləyə xəbər çatdı ki, xə-
li
fə onun əleyhinə plan hazırlayır. Bunu öyrənən Muizz-üd-dövlə xəlifəni qa-
baq
lamaq qərarına gəldi. Hicrətin 334-cü ilində (miladi 946) Muizz-üd-dövlə-
nin adamları Müstəkfini sürüyə-sürüyə onun yanına gətirdilər. Muizz-üd-döv-
lənin əmrinə əsasən xəlifə Müstəkfinin gözlərinə mil çəkərək onu kor etdilər.
Bu vəziyyətdə üç il həbsda qalan xəlifə Müstəkfi hicrətin 338-ci ilində (miladi
949) vəfat etmişdir.
583
Xəlifə Müstəkfinin vəfat etməsi ilə Abbasilərin müstəqil hakimiyyətinə son
qo
yuldu. Büveyhilərin Bağdadı tutmaları Abbasi xəlifələrinin müstəqilliyi ta-
mam
ilə itirmələri və gah bu, gah da digər hökmdarın əlində oyuncağa çevril-
mələri üçün bir başlanğıc oldu. Hicrətin 334-cü ilindən (miladi 946) sonra Ab-
ba
silər demək olar ki, bir daha müstəqil siyasət yürüdə bilmədilər. Onlar əvvəl-
cə Büveyhilərin, daha sonra isə Səlcuqların qeyri-rəsmi vassalı kimi fəaliyyət
gös
tərir, daha çox dini rəhbərlik daşıyırdılar. Hicrəti 590-cı ilində (miladi
1194) Səlcuq təsirindən azad olduqdan sonra Abbasi xəlifələrinə öz nüfuz və
qüd
rətləri qayıtmağa başladı. Lakin qısa müddət sonra hicrətin 656-cı ilində
(mila
di 1258) Hülakinin başçılığı altında hücum edən monqol qoşunu Abbasi-
lər xilafətinə son qoydu.
584
Digər Abbasi xəlifələri bunlardır:
23.
Əbul-Qasim Müfəzzəl Muti hicri 334-363/miladi 946-974
24.
Əbul-Fəzl Əbdülkərim Tai hicri 363-381/miladi 974-991
25.
Əbul-Abbas Əhməd Qadir hicri 381-442/miladi 991-1031
26.
Əbu Cəfər Abdullah Qaim hicri 422-467/miladi 1031-1075
27.
Əbul-Qasim Abdullah Müqtədi hicri 467-487/miladi 1075-1094
28.
Əbul-Abbas Əhməd Müstəzhir hicri 487-512/miladi 1094-1118
29.
Əbu Mənsur Fəzl Müstərşid hicri 512-529/miladi 1118-1135
30.
Əbu Cəfər Mənsur Raşid hicri 529-530/miladi 1135-1136
31.
Əbu Abdullah Məhəmməd Müktəfi hicri 530-555/miladi 1136-1160
32.
Əbul-Müzəffər Müstəncid hicri 555-566/miladi 1160-1170
583
Tarixi-
Məsudi, IV cild, səh-355; Tarixi ibn Əsir, VIII cild, səh-420-421, 448-451; Siyuti,
Tarixul-
xüləfa, səh-397-398.
584
Xudari, Devlətul-Abbasiyye, səh-480-482.