435
Fərat çayını keçib Hama üzərinə gedərək şəhəri ələ keçirdi. Sonra Xımsa gələn
Əbul Məail bizanslıların 971-ci ildə xaraba qoyduqları sahələri yenidən qurdu.
Bizanslıların gücündən qorxan Karaveyh onlarla yaxşı dolanmağa cəhd edirdi.
972-
ci ildə Karaveyh ilə Əbul Məail barışdığı üçün Hələbdə vəziyyət nisbətən
sa
bitliyə qovuşdu. Bu dövrdə şiəlik daha da artmağa və geniş təbliğ olunmağa
başladı. Əməvi və Abbasi dövründə təqib olunan şiəlik Büveyhilər və Həmda-
ni
lər dövründə daha rahat şəkildə fəaliyyət göstərirdi. Başlanğıcda uğur qazana
bil
məyən Səduddövlə sonralar əhəmiyyətli zəfərlər qazandı və komandir Bar-
das Phokasın oğlu Konstantinosu əsir götürdü.
639
991-
ci ildə (hicri 381) Səduddövlənin ölümündən sonra yerinə Əbul-Fəzail
Saiduddövlə keçdi. Bu arada Fatimilər Hələbi mühasirəyə alsalar da Bizans
imperatoru II Basileiosun köməyə gəlməsilə geri çəkildilər. Çoxdan Həmdani
hakimiyyətini ələ keçirməyi planlayan Hacib Lulu 1002-ci ildə (hicri 392)
kürəkəni Saiduddövləni zəhərləyərək aradan götürdü və iki ilə qədər onun
oğulları adından dövləti idarə etdi. Daha sonra onlardan Əbul-Həsən Əli ilə
Əbul Məali Şərifi Misirə sürgün etdi, digər qardaşları Əbulhica isə ölkəni tərk
edərək Bizans imperatoruna sığındı. Beləcə Həmdanilərin Hələb qoluna son
ve
rən Lulu idarəni təkbaşına ələ keçirmiş oldu. 1008-ci ildə (hicri 399) ölü-
mün
dən sonra yerini oğlu Mənsur tutdu və Fatimi xəlifəsinin adına xütbə oxut-
du. Xəlifə ona “Murtazauddövlə” ləqəbini verdi.
Misirdə Abbasi xilafəti (1261-1517)
Monqol xanı Hülakinin başçılığı altında olan ordu 1258-ci ildə (hicri 656)
Bağdadı tutaraq Abbasi xilafətinə son qoyduqdan sonra İslam aləmi üç il dörd ay
xəlifəsiz qaldı. Abbasilərin monqollar tərəfindən kütləvi şəkildə qırıldığını görən
otuz beşinci xəlifə Zahir Billahın (1225-1226) oğlu və otuz altıncı xəlifə Mustan-
sir Billahın (1226-1242) qardaşı Əhməd Misirə gedərək Məmlük hökmdarı Ruk-
nəddin Bəybarsa sığındı. Bir müddət sonra 1261-ci ildə (hicri 659) Əhməd Mus-
tan
sir Billahı “Əbul-Qasim” adı ilə xəlifə elan etdi. Beləcə Qahirədə Abbasi xəli-
fələri dövrü başladı. Bunlar Bağdad Abbasiləri kimi hökmdar deyildilər. Sadəcə
dün
ya müsəlmanlarının ən böyük lideri və bütün sünni müsəlmanlarının mənəvi
başı idilər. Bu vəziyyət 1517-ci ildə Yavuz Sultan Səlimin Mərci-Dabıq mühari-
bəsində Məmlük sultanını öldürməsi və son xəlifəni əsir etməsinə qədər davam
etdi. Meydan müharibəsinin cümə günü Hələb Ulu Camisində Yavuz Sultan Sə-
lim, öz adına “Xədimul-Hərəmeyniş-Şərifeyn” deyərək xütbə oxutdurdu. Bun-
dan sonra xilafət Ərəblərdən Türklərə, Osmanlılara keçdi.
Misir Abbasi xilafətini on yeddi xəlifə idarə etmişdir və həmin xəlifələr
bunlardır:
1.
Əbul Qasim Əhməd əl-Mustansir ibn Zahir (1261, altı ay)
2.
I əl-Hakim (1261-1302)
639
Diyanet Ansiklopedisi, XV cild, Hamdaniler maddesi.
436
3.
I əl-Müstəkfi ibn I əl-Hakim (1302-1340)
4.
I əl-Vasiq ibn Əhməd ibn I əl-Hakim (1340, dörd ay)
5.
II əl-Hakim ibn I əl-Müstəkfi (1340-1352)
6.
I əl-Mutəzid ibn I əl-Müstəkfi (1352-1362)
7.
I Mutəvəkkil ibn əl-Mutəzid (1362-1377; 1377-1383; 1389-1406)
8.
əl-Mutəsim ibn İbrahim (1377-15 gün; 1386-1389)
9.
II Vasiq ibn İbrahim (1383-1386)
10.
əl-Mustəin (1406-1414)
11.
II Mutəzid (1414-1441)
12.
II Müstəkfi (1441-1451)
13.
əl-Qaim (1451-1455)
14.
əl-Mustəncid ibn I Mütəvəkkil (1455-1479)
15.
II Mütəvəkkil (1479-1497)
16.
əl-Mustəmsik (1497-1509)
17.
III Mütəvəkkil (1509-1517).
Məmlüklər (1250-1517)
“Məmlük” ərəb dilində “kölə” deməkdir. Bu ifadə daha çox ağ dərili qullar
üçün işlədilir. Kəlimənin ərəbcədə cəmi “memalik”dir. Səlcuqlu dövlətində,
hökm
darın sarayında və ətrafında istifadə etdiyi “xassə” əsgərlərə məmlük de-
yilirdi.
Məmlük kölələrinin əksəriyyəti Kırım, Qafqaz, Qıpçaq ölkəsi (Qaradənizin
şimalı), Anadolu, Maveraun-nəhr bölgələrindən gətirilən Türk kölələrindən təş-
kil olunurdu. Əyyubi məliklərindən Saleh Nəcməddin Əyyub (1240-1249) bir
çox türk kölə alaraq ordusunu bunlarla doldurmuşdu. Səlahəddin Əyyubi
oxuma-
yazma ilə yanaşı bunlara hərb sənətini də öyrədirdi.
Səlahəddin Əyyubi kölələrdən təşkil olunan əsgərlərini Nil çayı üzərində
Rav
za adasında tikdirdiyi qalalarda yerləşdirdiyi üçün bunlara “əl-Məmalikul-
Bəhriyə” (Dəniz Məmlükləri) deyilirdi.
Məmlüklər arasından generallığa qədər yüksələnlər, hökmdarın adına nis-
bət edilir və onun mənəvi oğlu sayılırdı. Misir imperatorluğunda Əyyubilərin
ye
rini alan ilk sultanlar, Səlahəddin Əyyubinin oğullarından, onun tərəfindən
sa
tın alınmış, tərbiyə edilmiş, yetişdirilmiş Türk məmlükləridir. Aybək, Kutuz,
Bəybars, Kalavun Əyyubi sultanının mənəvi oğullarıdır və bunu göstərmək
üçün adlarının sonunda “as-Salihi” nisbəsini daşıyırlar. Sultan Aybək, Sultan
Kutuz, Sultan B
əybars, hətta Sultan Kalavun və Sultan Məhəmməd Türk tari-
xinin dahiləri arasında böyük şəxsiyyətlərindəndirlər.
Bəybars, Xaçlı dövlətlərinin Şərqi Ağdəniz sahillərində əldə etdikləri bü-
tün yerləri geri almış və Yaxın Şərqdə xristian hakimiyyətinə son qoymuşdur.
Sələfi Kutuz isə, monqol təklükəsini bitərəf etmiş, Monqollar Misiri də aldıq-
ları təqdirdə İslam tarixinin ən zəif inkişaf mərhələsinə girməsinin qarşısını al-
mışdır.