Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə226/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   222   223   224   225   226   227   228   229   ...   314

 

458 


rışmayan II Məhəmməd sərdar Vazehlə Barselona və Urgel qraflarından yar-

dım alaraq Kordovaya hücum edib Süleymanı məğlub edərək Bərbəriləri pay-

taxt

dan çıxardı. 



Yenidən ordu toplayan bərbərilər Cəzireyi-Hadrada II Məhəmmədi məğlub 

edərək  Kordovanı  mühasirəyə  aldılar.  Bu  arada  1010-cu  ildə  hakimiyyətdən 

na

razı olan kordova əhli II Məhəmmədi öldürərək yerinə II Hişamı ikinci dəfə 



ha

kimiyyətə gətirdilər. 

Sərkərdə Vazehi özünə vəzir təyin edən II Hişam bərbərilərlə sülh bağla-

maq istəsə də bərbərilər bunu qəbul etmədi. Bu arada Kordova əhli Vazehi öl-

dür

dü və Kordovanın mühasirəsi hicrətin 403-cü ilinə qədər (miladi 1013) da-



vam etdi. Sonda Kordova təslim oldu və şəhərə daxil olan Süleyman dörd il ha-

ki

miyyəti əldə etməklə bərabər bütün səlahiyyətləri bərbərilərə verdi. 



Güclü təzyiqə məruz qalan Kordova əhli İdrisilərdən (789-926) olan Səbtə 

və  Tanca  valisi  Əli  ibn  Hammuddan  kömək  istədilər.  Hicrətin  406-cı  ilində 

(miladi 1016) K

ordovanı ələ keçirən Əli ibn Hammud öz xəlifəliyini elan edə-

rək  Süleymanı  öldürdü.  Qısa  müddət  sonra  onun  hərəkətlərini  bəyənməyən 

Kor


dova əhli üsyan edib Əli ibn Hammudu öldürərək 1017-ci ildə IV Əbdür-

rəhman  ibn  Məhəmmədi  (1017-1019)  “əl-Mürtəza”  ləqəbilə  hakimiyyətə  gə-

tirdilər.

676


 

1017-1027-

ci  illər  (407-417)  ərzində  Əndəlüs  Əməviləri  ilə  hammudilər 

ara


sındakı mübarizə davam etdi. Bu dövrdən etibarən Əndəlüs Əməvi dövləti 

rətlə zəifləməyə başladı. Artıq Əndəlüsdə kiçik bəyliklər (təvafi-muluk) ya-



ran

mağa  başladı.  Əməvilərdən  IV  Əbdürrəhman  əl-Mürtəza  (1017-1019), V 

Əbdürrəhman əl-Müstəzhir (1019-1023), III Məhəmməd (1023-1025) və Yəh-

ya (1025-1027) bir-

birinin ardınca hakimiyyəti ələ keçirsələr də asayişi bərpa 

edə bilmədilər.

677

 

Qısa müddət sonra III Hişam əl-Mütəd (1027-1031) Əndəlüs Əməvi əmiri 



təyin edildi. Lakin III Hişam da Kordovada asayişi bərpa edə bilmədi. Bundan 

na

rahat olan Kordava əhli vəzir Hakəmi öldürdülər. Bundan xəbər tutan III Hi-



şam 1031-ci ildə şəhərdən qaçdı və bununlada Əndəlüs Əməvi xilafətinə son 

qoyuldu.


678

 

  



Təvaifi-muluk 

Əndəlüs Əməvi dövlətinin yıxılmasından sonra ölkənin müxtəlif yerlərində 

ki

çik bəyliklər meydana çıxmağa başladı. Sayları iyirmidən artıq olan bu kiçik 



bəyliklərin hakimiyyət müddəti qısa olmuşdur. Bu bəyliklərin ortaya çıxmasına 

valilərin, vəzirlərin və sərkərdələrin bir-biri ilə rəqabət aparması səbəb olmuş-

dur. Hicrətin 420-ci ilində (miladi 1029) yalnız Əndəlüsdə bir çox kiçik bəylik-

676


İbn Xəldun, əl-İber, IV cild, səh-324, 327. 

677


Ziya Paşa, Tarixi-Əndəlüs, I cild, səh-115, 125; İmaduddin, Əndəlüs, səh-240, 242. 

678


Ziya Paşa, Tarixi-Əndəlüs, I cild, səh-125, 128; İbn Xəldun, əl-İber, IV cild, səh-327, 330. 

                                                           




  

459 


lərdən başqa hər biri krallıq vəziyyətində olan altı hökumət təşəkkül tapmışdı. 

Bun


lar Kordova, İşbiliyə, Karmona, Əsisə, Malaqa, əl-Cəzirə və Qırnata höku-

mətləri idi. Tuleytula ayrı bir hökumətin mərkəzi olmuşdu. əl-Qaro ilə Lozita-

ni

yanın kralları  Lizbon və Badayoz şəhərlərində əyləşirdi. Şimalda Saraqosa, 



Tartus hökuməti yerləşirdi. 

Ən məşhur bəyliklər bunlardır: Qrinadada Bəni-Ziri (972-1148), Tuleytula-

da  Bəni-Zunun (1009-1085),  Malaqada  Bəni-Hanimud (1016-1057),  Daniyə 

məlikliyi (1017-1075),  Saraqosada  Bəni-Tucib (1019-1023)  və  Bəni-Hud 

(1023-

1141)  məlikləri,  Balansiyada  Bəni-Amir (1021-1085),  İşbiliyədə  (Se-



vilya

da) Bəni-Abbad (1023-1091), Mərsiyədə Bəni-Hud bəyliyi (1228-1269). 

Bunların arasında ən güclüsü İşbiliyədəki (Sevilya) Abbadilər idi.

679


 

 

Abbadilər hicri 414-484/miladi 1023-1091 

Hirə  dövlətinin  Ləxmi  soyundan  gəldiyini  iddia  edən  Abbadilərin  ilk 

hökm


darı Abbad əl-Mütəziddir. Özü şair olan Abbad əsasən şair və sənətkar-

ları  himayə  etmişdir.  Özündən  sonra  hakimiyyətə  gələn  oğlu  əl-Mutəmid 

(1068-

1091) Kordovanı ələ keçirsədə, digər müsəlman məlikləri kimi xristian 



kral

lara xərac verməyə məcbur idi. Əvvəllər Qalisiya kralı Qarsiaya, sonra isə 

onun yerini tutan VI Alfonsa vergi ödəyirdi. 

Bütün  bunlara  baxmayaraq  xristian  kralların  arasındakı  qalmaqallar  da-

vam et

diyi ərəfədə əl-Mutəmid rahat bir həyat yaşamışdır. Lakin bu rahatlıq 



uzun çəkmədi. VI Alfons Qalisiya və Navar krallıqlarını özünə tabe edib mü-

səlmanlara qarşı təzyiqə başlayınca, xristianlarda müsəlman torpaqlarına hü-

cum et

məyə başladı. Bunu görən İşbiliyə əmiri əl-Mutəmid Şimali Afrikada 



döv

lət  quran  Murabitlər  hökmdarı  Yusif  ibn  Tafşindən  (1061-1106)  kömək 

istədi.

680


 

 

Murabitlər hicri 483-541/miladi 1091-1146 

Bu dəvəti qəbul edən Yusif ibn Tafşin (1061-1106) İspaniyaya doğru hə-

rəkət etdi. Hicrətin 479-cu ilində (miladi 1086) Batalyus yaxınlığında əz-Zəlla-

qa adlı yerdə baş verən döyüşdə Yusifin ordusu VI Alfonsun ordusunu məğlub 

et

di.  Bu  döyüşdən  sonra  İspaniyaya  Şimali  Afrikadan  olan  Murabitlər  hakim 



oldu. 1090-

cı ildə Qırnatanı, növbəti il isə İşbiliyə və bəzi şəhərlər onların əlinə 

keçdi. 1091-

ci ildə Tuleytula ilə Bəni-hudun əlində olan Saraqosadan başqa bü-

tün İspaniyanı özlərinə tabe edən Murabitlər Abbadiləri ortadan qaldırdı. Əndə-

sün on üç müsəlman kralı Yusifə tabe oldu. 



“Əmirul-müslimin”  adlanan  Murabit  hökmdarları  Abbasi  xəlifəsinə  bağlı 

ola


raq Əndəlüsdə dinar adlı öz pullarını da kəsdirirdilər. Onların dövründə tica-

rət və yazıda ərəb dilindən istifadə olunurdu. 

679

Ziya Paşa, Tarixi-Əndəlüs, II cild, səh-137. 



680

 İbn Xəldun, əl-İber, IV cild, səh-336, 350. 

  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   222   223   224   225   226   227   228   229   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə