478
yerini oğlu Şirzad (1115-1116) tutdu. Lakin bir il sonra qardaşını öldürən
Arslanşah (1116-1118) Qəznə taxtını ələ keçirdi. III Məsudun digər oğlu Bəh-
ram
şah (1118-1157) Səlcuq hökmdarı Sultan Səncərə sığınaraq, onun köməyi
ilə Arslanşahı öldürüb hakimiyyəti ələ keçirdi.
Qəznə dövlətinin daxilində baş verən bu qalmaqallar dövləti xeyli zəiflətdi
və zəifləmə nəticəsində Qəznəlilərə tabe olan Gurlular (1187-1206) öz müstə-
qil
liklərini elan etdilər. Gurlu hökmdarı Əlaəddin Hüseyn 1151-ci ildə (hicri
546) Qəznəni ələ keçirərək əhalini qılıncdan keçirdi. 1157-ci ildə Bəhramşahın
ölü
mündən sonra taxta çıxan Xusrəv-Şah (1151-1160) Qəznəni oğuzlara bura-
xıb Lahora getdi və bir müddət sonra 1160-cı ildə (hicri 555) vəfat etdi. Taxtı
ələ keçirən son Qəznə hökmdarı Xusrəv Məlik (1160-1187) heç bir şeylə yadda
qalmamışdır. 1173-cü ildə (hicri 568) Qəznəni alan Gurlu hökmdar Muizud-
Din Məhəmməd Hindistanın bir çox yerlərini ələ keçirərək Lahoru mühasirəyə
aldı. 1181-ci ildə Xusrəv Məlik Gurlulara tabe olsa da Muizzud-Din onu ələ
keçirib 1186-
cı ildə (hicri 582) Gura göndərərək Qəznəvi dövlətinə son qoydu.
Qəznəli xənadanında xənadan və ordu dili Türk dili olmuşdur. Ədəbiyyat
və dövlət işlərində fars dili işlədilirdi. Dövlətin rəsmi dili isə ərəb dili idi.
Qəznəlilər miladi 963-cü ildən 999-cu ilə qədər Samanilərə tabe olmuş,
999-1118-
ci illər (118 il) arasında isə müstəqil olmuşlar. 1118-1157-ci illərdə
(39 il) Səlcuqlu hökmdarı Sultan Səncərə tabe olmuşlar. 1157-1187-ci illər ara-
sındakı son otuz illərini müstəqil keçirsələr də bu dövrdə də Gurlular tərəfindən
təzyiqə məruz qalaraq bir çox torpaqlarını itirmişlər. 1163-cü ildə Qəznə, 1176-
cı ildə Multan, 1180-cı ildə isə Pişəvəri itirərək Gurlulara tabe olmuşlar.
Əfqanistan, Türkmənistan, Xəzrəm, İranda Kirman, Xorasan, Semnan-
Dam
gan, Larıstan, İsfəhan, Rey, Həmədan, Yəzd, Qəzvin, Kaşan, Mazandaran,
Əştər-Abad, Ceylan, Hindistanda Sind, Belucistan, şərqi və qərbi Pəncab, Ra-
cas
tan, Malva, Patanistan, Gucerat, Dehli, Aqra, Ud və Allahabad Qəznə döv-
l
ətinin tərkibində idi. Qəznəli Mahmud dövründə dünyanın ən qüdrətli dövləti
olan imperatorluq 1040-
cı ildə baş verən Dəndənakən müharibəsindən sonra
bunu Səlcuqlulara buraxmış, bütün İran və Türkistan torpaqlarını Səlcuqlara
ver
mişlər.
Qəznəli hökdarları və hakimiyyət müddətləri:
1)
Alp Təkin (955-963)
2)
Əbu İshaq İbrahim (963-966)
3)
Bilgə Təkin (966-975)
4)
Piri Təkin (975-977)
5)
Səbuq Təkin (977-997)
6)
İsmail (997-998)
7) Sultan Mahmud (998-1030))
8)
Məhəmməd (1030; 1040-1041)
9)
I Məsud (1030-1040)
479
10)
Məvdud (1041-1049)
11)
II Məsud (1049)
12)
Əbul-Həsən Əli (1049)
13)
Əbdürrəşid (1049-1052)
14)
Fərruxzad (1052-1059)
15)
Sultan İbrahim (1059-1099)
16)
III Məsud (1099-1115)
17)
Şirzad (1115-1116)
18)
Arslanşah (1116-1118)
19)
Bəhramşah (1118-1157)
20)
Xusrəv-Şah (1157-1160)
21)
Xusrəv-Məlik (1160-1187).
707
707
Yılmaz Öztuna, İslam Devletleri, Ankara kültür bakanlığı-1989, I cild, səh-825-826.
480
IX FƏSİL
Əyyubilər dövləti hicri 567-648/miladi 1171-1250
Misirdə Fatimi dövlətinin süqutundan sonra onların yerini xənadan olaraq
Əyyubilər tutdu. Xənadanın hansı irqdən olması ixtilaflıdır. Mənşəcə kürd ol-
ma
ları həqiqətə daha yaxındır. Əyyubilər, Zəngilərin yəni Mosul atabəylərinin
za
bitləri və sərdarları olaraq tarix səhnəsinə çıxmışlar. İlk Əyyubilər və xəna-
da
nın bəzi qolları Türkləşmişdir. Əsasən bir türkmən dövlətinin (Zəngilərin)
xid
mətində məşhurlaşmışlar. Ancaq Misirdə xənadanlıq qurunca, ələ keçirdik-
ləri ölkələrdə Türk Səlsuqlu sistemini tətbiq etməklə bərabər ərəbləşmişlər.
Hətta heç türkcə bilməyən Əyyubi xanlarıda yetişmişdir. Ərəb dili və mədəniy-
yəti olmuş, sadəcə dövlət, ordu və saray təşkilatında Türk sistemi tətbiq edil-
mişdir. Əyyubilərin məzhəbinin şafei olması, ailə mənşəyinin Türk olmadığını,
Türk dövlətlərinin zabitləri olaraq sonradan türkləşmiş olduqlarını ortaya qo-
yan bir dəlildir.
708
Səlahəddin Əyyubinin atası Nəcməddin Əyyuba nisbət edilən Əyyubilər
mi
ladi XII əsrdə İraqa gəlmiş, İraq Səlcuqlarının tanınmış əmirlərindən olan
Bəhruz əl-Xadinin xidmətinə girib Təkritdə vali olmuşlar. Həmin vaxtlarda
1138-
ci ildə (hicri 532) Səlahəddin Yusif dünyaya gəlmişdir. Daha sonra Mo-
sula gedən Əyyubilər zəngilərin hizmətinə girmişlər. Bir il sonra 1139-cu ildə
(hic
ri 534) Nəcməddin Əyyub Zəngi hökmdarı Nurəddin tərəfindən Bəəlbəkə
vali olaraq təyin edilmiş və bundan sonra ailənin şöhrəti yüksəlməyə başlamış-
dır. Nəcməddin Əyyubun qardaşı Əsəduddin Şirkuh isə Nurəddin Mahmudun
or
du komandanı təyin edilmişdir. Bu hadisədən sonra Əyyubun oğlanları və
ya
xınları əmir səviyyəsinə qədər yüksəldilər. Əsəduddin Şirkuhun miladi 1164-
1167-
ci illərdə (hicri 559-562) Misirə etdiyi üç səfər Səlahəddinə şöhrət qazan-
dıraraq tarix səhnəsinə çıxardı.
Bu arada səlibçilərin Misirə hücum etməsi ilə Fatimi xəlifəsi əl-Azid (1160-
1171) və vəziri Şavər Zəngi hökmdarı Nurəddin Mahmuddan yardım istədi. Bu-
na əsasən Nurəddin yeddi min nəfərlik ordunu Əsəduddin Şirkuhun başçılığı ilə
Misirə göndərdi. Miladi 1168-ci ildə (hicri 564) göndərilən bu orduda Səlahəd-
din Əyyubda iştirak edirdi. 1169-cu ildə Misirə daxil olan bu ordu Fatimi vəziri
Şavəri öldürərək Əsəduddin Şirkuhu Fatimi vəziri təyin etdi. Əsəduddin Şirkuh
vəzir olsa da onun vəzifəsini qardaşı oğlu Səlahəddin Əyyub idarə edirdi. Qısa
708
Yılmaz Öztuna, İslam Devletleri, Ankara kültür bakanlığı-1989, I cild, səh-331-332.