59
lan
dıqdan sonra sizə qarşı bir əskiklik etməmiş və sizin əleyhinizə heç kəsə
bir yardım göstərməmiş müşriklər istisnadır. Onlarla əhdinizə axıra qədər
vəfa edin. Şübhəsiz ki, Allah müttəqiləri sevər! Haram aylar çıxınca müş-
rikləri harada görsəniz, öldürün, yaxalayıb əsir alın, həbs edin və bütün
yollarını-keçidlərini tutun. Lakin əgər tövbə etsələr, namaz qılıb zəkat ver-
sələr, onları sərbəst buraxın. Həqiqətən, Allah bağışlayandır, rəhm edən-
dir! Əgər müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah
kəlamını dinləsin. Sonra onu əmin-amanlıq içərisində olacağı yerinə çat-
dır. Çünki onlar haqqı bilməyən bir tayfadır! Məscidul-həramın yanında
(Hüdeybiyyədə) müqavilə bağladığınız kəslər (Bəni Zəmirə və Kənanə qə-
bilələri) istisna olmaqla, müşriklərin Allah və Onun Peyğəmbəri yanında
necə əhdi ola bilər? Onlar sizinlə doğru-düzgün davrandıqca siz də onlarla
doğru-düzgün dolanın. Həqiqətən, Allah müttəqiləri sevər! Necə ola bilər
ki, onlar sizə qalib gəlsələr, nə bir anda, nə bir əhdə əməl edərlər? Onlar
ürəkləri istəmədikləri halda, sözdə sizi razı salmağa çalışarlar. Onların
əksəriyyəti fasiqdirlər! Onlar Allahın ayələrini ucuz qiymətə satdılar, son-
ra da insanları Onun yolundan döndərdilər. Həqiqətən, onların gördükləri
iş necə də pisdir! Onlar bir mömin barəsində nə bir anda, nə də bir əhdə
əməl edərlər. Onlar həddi aşanlardır!”
9. Hz.
Əlinin (ə) iştirakı ilə Teyy müharibəsi:
Hz.
Peyğəmbər
(s) Hz.Əlini
(ə) 150 nəfərlik dəstə ilə Teyy qəbiləsinə gön-
dərir ki, onların ibadət etdiyi Fəls adlı bütü sındırsın. Bütxanaya səhər tezdən
hü
cum edən Hz.Əli (ə) bütxananı dağıdıb bütü sındırır, müqavimət göstərən bir
neçə şəxsi də götürüb Mədinəyə qayıdır.
Hicrətin onuncu ili baş verən hadisələr (miladi 632)
1.
Vida həcci:
Hz.
Peyğəmbər
(s) həcc əməlini yerinə yetirmək üçün hicrətin
onuncu ilin-
də 125 min nəfərlik səhabə ilə Məkkəyə doğru hərəkət etdi. Hz.Peyğəmbər (s)
Məkkədə həcc əməllərini yerinə yetirdikdən sonra camaata xitab edərək Alla-
hın birliyini, özünün Allahın rəsulu olduğunu, cənnət və cəhənnəmin, axirətin
haqq old
uğunu bildirdi. Eyni zamanda riba və sələmin böyük günah olduğu
açıqlandı.
2.
Usamə bin Zeydin böyük bir ordu ilə Bizansa qarşı göndərilməsi.
3.
Hicrətin onuncu və ya on birinci ili səfər ayının 28-də cümə günü
Hz.Pey
ğəmbər (s) rehlət etdi. Müqəddəs məzarı Mədinədədir.
Vəhylər
Vəhy sözünün hərfi mənası “gizli səs”, “gizli danışıq”, “gizli işarə”, “pıçıl-
tı” və “ilham” deməkdir. Uca Allahın seçdiyi peyğəmbərlərinə vəhy dörd yolla
nazil olur:
60
1) Sadiq röya (yuxu) –
yəni Allah istədiyi hər bir şeyi düzgün bir yuxu ilə
pey
ğəmbərlərinə bildirir.
2)
İlham yolu ilə – yəni Allahın istədiyi şeyləri vasitəsiz olaraq peyğəm-
bərlərinə çatdırmasıdır.
3)
Pərdə (hicab) arxasından gələn vəhy – yəni arada heç bir vasitə olmadan
və söyləyəni görmədən Allah kəlamının eşidilməsidir.
4)
Elçi (mələk) vasitəsilə gələn vəhy – yəni Allahın istədiyi hər bir şeyi
vəhy mələyi olan Hz.Cəbraillə peyğəmbərlərinə çatdırması.
Bəqərə surəsinin son iki ayəsi istisna olmaqla Qurani-Kərim Hz.Peyğəm-
bərə (s) Allahın əmri ilə vəhy mələyi Cəbrail vasitəsilə nazil olmuşdur. Bu son
iki ayə meracda Hz.Peyğəmbərə (s) bilavasitə Allah tərəfindən vəhy edilmişdir.
M
ələyin əsas vəzifəsi Allahın əmrlərini peyğəmbərlərə olduğu kimi çatdırmaq,
on
ları oxutduraraq öyrətmək və əzbərlətməkdir. Hz.Cəbrail tərəfindən pey-
ğəmbərlərə çatdırılan vəhy heç vaxt unudulmur və sonra peyğəmbərlər həmin
əmrləri öz ümmətlərinə təbliğ edirlər. Beləliklə, peyğəmbərlər Allahla insanlar
arasında elçi olduqları kimi, mələk də Allahla peyğəmbərlər arasında elçidir.
Qurani-
Kərim
Quran sözünün mənası “oxumaq”, “tələffüz etmək”, daha doğrusu, Allah-
dan Hz.
Peyğəmbərə (s) nazil olan sözlərin oxunması, tələffüz edilməsi demək-
dir. Qurana, həmçinin Zikr (xəbərdarlıq, xatırlatmaq), Furqan (haqla batili
ayırd edən), Müshəf (səhifələnmiş kitab) və s. də deyilir.
Qurani-
Kərim digər səmavi kitablardan fərqli olaraq bəzən ayə-ayə, bə-
zəndə surələr halında hissə-hissə nazil olaraq iyirmi üç ilə tamamlanmışdır.
Ayələrin nazil olmasına səbəb olan sual və hadisələrə “səbəbi-nüzul” deyilir.
Qurani-
Kərim 114 surə, 6206 yaxud 6236 ayədən və 77934 sözdən ibarətdir.
Quranın ən uzun surəsi Bəqərə 286 ayədən, ən qısa surəsi Kövsər isə 3 ayədən
iba
rətdir. Əhli-sünnəyə görə Quranın son nazil olan ayəsi Bəqərə surəsinin
281-
ci ayəsidir. Ayədə deyilir:
“Allaha tərəf qaytarılacağınız gündən qor-
xun! Sonra da hər kəsə gördüyü əməlin əvəzi veriləcək və onlara (heç bir)
haq
sızlıq edilməyəcəkdir!” Əhli-şiəyə görə isə Quranın son nazil olan ayəsi
isə Maidə surəsinin 3-cü ayəsidir. Ayədə deyilir: “Bu gün dininizi sizin üçün
ka
mil etdim, sizə olan nemətimi tamamladım və sizə din olaraq islamı bə-
yənib seçdim.”
Qurani-
Kərimin ayələri nazil olduqca Hz.Peyğəmbər
(s) vəhy katiblərini
yanına çağırır, ayələrin hansı surədə yazılacağını göstərirdi. Nazil olan ayələri
əshabi-kiram (Peyğəmbərin yaxın adamları) oxuyur və bir çoxunu əzbərləyir-
dilər.
Qurani-
Kərim Hz.Peyğəmbərin (s) sağlığında onun göstərişi ilə Hz.Əli (ə)
tərəfindən toplanaraq kitab halına salınmışdır. Quranın Peyğəmbərin (s) döv-
rün
də yazılıb kitab formasına salınmasına dair birinci dəlil “Əl-Bəyan” təfsiri-
nin müəllifi seyid Əbulqasim Xoyinin sözüdür. O yazır: “Təbərani və İbn Əsa-