98
nazil oldu. Hz.
Peyğəmbər (s) buyurdu: “Allahu-Əkbər, Allahu-Əkbər! Allah öz
dini
ni kamil etdi, nemətini bizə tamamladı. Mənim risalət və peyğəmbərli-
yimdən, məndən sonra isə Əlinin vilayətindən razıdır!”
137
Hz.
Peyğəmbərin
(s) “mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır”
bu
yuruğu sünni mənbələrində nəql olunmuşdur. Amma “mövla” kəlməsi müx-
təlif mənalara malik olduğundan bəzi alimlər hədisdə mövla kəlməsinin dost
mənasında işləndiyini bildirmişlər. Onlar uyğun hədisi “mən kimin dostuyamsa
Əli (ə) də onun dostudur” mənasında qəbul edirlər. Bu mənanı ibn Səbbağ
Mali
ki də öz “Fisulul-muhimmə” kitabında bəyan etmişdir. Təəssüb üzündən
həqiqəti görə bilməyənlərə cavab olaraq “mövla” kəlməsinin müxtəlif məna-
larını açıqlamağa çalışacağıq. Mövla sözünün aşağıdakı mənaları vardır:
1)
İxtiyar sahibi, bəndə, azad olmuş, azad edən, qonşu, həmpeyman, dost,
yar
dımçı. Bu mənalardan bəziləri Allahın kitabı olan Quranda da işlənmişdir.
“Du
xan” surəsində qohum mənasını; “Muhəmməd” surəsində dost mənasını;
“Ni
sa” surəsində həmpeyman; “Əhzab” surəsində isə azad etmiş mənasında iş-
lənmişdir.
Mövla kəlməsinin dostluq mənasında təbir olunması dəlil tələb edir. Əks
təqdirdə, belə bir mənalandırma üsul elminə ziddir. Bu baxımdan yalnız “ixti-
yar sahibi” mənasının dəlilləri vardır. Allahın Peyğəmbərin (s) bu işi görməsini
onun risaləti üçün şərt bilməsi məsələnin ciddiliyindən danışır. “Mövla” kəlmə-
si
nin yalnız “ixtiyar sahibi” mənası ciddi mahiyət daşıyır. Əgər bu kəlməni ix-
ti
yar sahibi kimi qəbul etsək, söhbətin Peyğəmbərdən sonra kimin onun canişi-
ni olacağından getməsi aydınlaşar. Ayə Cöhfə yaxınlığındakı Qədiri-xumda na-
zil olmuşdur. Cöhfəyə çatan hacılar bir-birindən ayrılaraq öz vətənlərinə gedir-
dilər. Artıq onların bir yerə toplanması mümkünsüz olurdu. Hz.Peyğəmbər (s)
yax
şı bilirdi ki, Hz.Əli
döyüşlərdə bir çox düşmənlərin həyatına son qoyduğu
üçün onların qohumları Hz.Əliyə qarşı kinlidir. “Allah səni insanların şərrindən
qoruyacaq” vədi də Əliyə qarşı kinin mövcudluğundan danışır.
İkincisi, Hz.Peyğəmbər (s) mövla mövzusunda danışmazdan qabaq “mən
si
zin ixtiyar sahibiniz deyiləmmi”, deyə soruşur. Hamı Həzrətin bu məqama
ma
lik olduğunu təsdiqləyir. “Mövla” kəlməsinin ixtiyar sahibi mənasında ol-
ması həmin bu cümlədən aydın görünür.
Üçüncüsü, Hz.
Peyğəmbər (s) Hz.Əlinin mövlalıq məsələsinə toxunduqdan
sonra göstəriş verir ki, Əliyə əmir ünvanında salam verilsin. Əgər məqsəd dost
olsaydı, Hz.Peyğəmbər (s) buyurardı ki, ona bir dost olaraq salam verin. Ömər
ibn Xəttabın “mənim mövlam hər bir kişi və qadının mövlasıdır ” deməsi də
Hz.
Əlinin (ə) vilayətini təsdiqləyir.
Dördüncüsü, ən məşhur sünni kitablarında da yazılmışdır ki, ilahi fərmanın
bəyanından sonra bu ayə nazil olmuşdur:
“Bu gün dininizi kamil etdim və
sizə olan nemətimi tamamladım. Sizə din olaraq İslamı seçdim.” (Maidə
137
Hakim Həsqani, Şəvahidut-tənzil, 212-ci hədis.
99
su
rəsi, 3-cü ayə). Hz.Peyğəmbər
(s) buyurur: “Dininin kamilləşməsi, nemətlə-
ri
nin tamamlanması, mənim risalətimə və məndən sonra Əlinin vilayətinə
Allahın razılığına təkbir!”
Beşincisi, haqqında danışılan ayədən qabaq Allah buyurur: “Kafirlər dini-
niz
dən əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun.”
Hz.
Əlinin xəlifə seçilməsi
Osmanın qətlindən sonra müsəlmanlar Peyğəmbər məscidində toplanıb gə-
ləcək xəlifənin kimliyi barədə söhbətə başladılar. Əmmar ibn Yasir, Malik ibn
Haris Əştər, Rəfaə ibn Rafe və digər Əli aşiqləri xalqı həzrətə beyət etməyə ça-
ğırdılar. Nəticədə, həm mühacirlər, həm də ənsar yekdil olaraq Hz.Əliyə beyət
etməyə hazır oldular. Bu məqsədlə onlar Hz.Əlinin evinə gələrək dedilər: “Ya
Əli, Osman qətlə yetirildi və müsəlman ümməti xəlifəsiz qaldı. Əlini ver sənə
beyət edək. Bu məqama səndən layiqli birisi yoxdur. Bütün müsəlmanlar
səmimi qəlbdən sənə beyət etməyə hazırdırlar.” Hz.Əli onların məsciddə
toplanmasını istədi.
Hz.
Əli xəlifəliyinin əvvəlində üç böyük çətinliklə qarşılaşdı. 1) Abdullah
ibn Ömər, Səd ibn Əbu Vəqqas kimi tanınmış şəxslərdən bir qrupu Həzrətə
beyət etmədilər. 2) Osmanın Müaviyə ibn Əbu Süfyan kimi valilərindən hər
biri istədikləri kimi iş aparırdılar. Onları hakimiyyətdən uzaqlaşdırmaq çətin
idi. 3)
Osmanın qətli yenicə baş verdiyindən itaətsizliyə əl atanlar bu işi bəhanə
gətirirdilər.
Hz.
Əli xalqın beyətindən sonra qərara gəldi ki, ləyaqətsiz hakimləri işdən
uzaqlaşdırsın. Bunların yerinə saleh adamlar təyin olunmalı idi. Bu məqsədlə
Hz.
Əli
Cərir ibn Abdullah vasitəsilə Müaviyə ibn Əbu Süfyana məktub
göndərib onu öz xilafətindən xəbərdar edib beyət etməsini istədi. Lakin özü
xəlifəlik arzusunda olan Müaviyə Hz.Əlinin məktubunu Şam əhlindən gizlədi
və xalqdan özü üçün beyət aldı. Hətta Həzrətin məktubuna cavab da vermədi.
O, cavabı yubandırmaqla öz məqsədlərini həyata keçirmək üçün fürsət əldə
etdi. Planlarını həyata keçirmək üçün daha çox fürsət əldə etmək istəyən
Müaviyə Hz.Əliyə qarşı başqalarını qaldırıb onun başını qatmaq istədi. Bu
məqsədlə Zübeyr ibn Əvvama məktub yazıb bildirdi ki, Şam əhlindən Təlhə və
Zübeyrin növbə ilə xilafəti üçün beyət alıb, Müaviyə onlara tövsiyə edirdi ki,
Əlidən qabaq Bəsrə və Kufəni ələ keçirsinlər və Osmanın qanını almaq
bəhanəsilə Hz.Əliyə qarşı müharibəyə başlasınlar. Müaviyənin məktubuna
aldanan Zübeyr dərhal Təlhə ilə görüşərək ona məlumat verdi.
138
Bəzi
mənbələrə görə isə Müaviyə Zübeyr ibn Əvvama məktub yazdı ki, Şam əhlin-
dən öz xəlifəliyim üçün beyət almışam. Məndən sonra sən, səndən sonra isə
Təlhə xəlifə olacaq.
139
Təlhə və Zübeyr Müaviyənin məsləhətinə qulaq asaraq
138
Kitabi-
Cəməl, səh-29.
139
Muntəxəbut-təvarix, səh-177.