Şahlar şahbaz oğlu şƏRİfov


Nəhrəvan (və ya Mariqin) döyüşü miladi 658-ci il (hicri 38)



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə52/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   48   49   50   51   52   53   54   55   ...   314

 

106 


Nəhrəvan (və ya Mariqin) döyüşü miladi 658-ci il (hicri 38) 

Mariqin yolunu azmışlar deməkdir. Hz.Əli Siffeyn döyüşündən Kufəyə qa-

yıtdıqdan  şəhadət  gününə  qədər  pərişan  halında  oldu.  Dörd  bir  yandan  hücum 

çəkən uğursuzluqlar onun qəlbini və ruhunu incidirdi. Hz.Əlini daha çox incidən 

ordusunun  vəfasızlığı  idi.  Həkəmiyyət  sülhündən  sonra  Hz.Əlinin  qoşunundan 

olan  bəzi  şəxslər  “Bəs  ölənlərin  qanı  hara  getdi”  deyə  sual  verirdilər.  Onlar 

Həzrətə etiraz edərək dedilər: “Biz Allahın hökmünü istədik, Əbu Musa ilə Əmr 

ibn Asın hakimliyini yox.” Hətta hər iki tərəfə qarşı çıxanlarda oldu. Bu adamlar 

elə düşünürdülər ki, həm Müaviyənin, həm də Hz.Əlinin hakimiyyəti batildir və 

hökm yalnız Allaha məxsusdur.  

Hz.

Əlinin  qoşunundan  ayrılan  bu  adamlar  Abdullah  ibn  Vəhəbin  başçılığı 



altında bir yerə toplandılar. Xəvaric adlandırılan bu qrupun şüarı “Allahın hök-

mündən  başqa  hökm  yoxdur”  buyuruğu  idi.  Bunlar  zahirən  abid  idilər.  Uzun 

səcdələr  nəticəsində  alınları  qabar olmuşdu.  Amma onlar küfr  həddinə çatmış, 

axmaqlıqları  səbəbindən  nə  edəcəklərini  bilmirdilər.  Hz.Əli  onlar haqqında 

buyurmuşdu: “Bu adamlar həqiqəti batil zülmətində axtarırlar.” Xəvariclərin ən 

mühüm 


iradı bu idi ki, Hz.Əli şamlılarla döyüşdüyü halda, nə üçün onların mül-

künün  qarət  olunmasına  icazə  vermədi?  Onların  ikinci  iradı  Həkəmiyyət  mə-

sələsinin  Əbu  Əşəri  ilə  Əmr  ibn  Asa  tapşırılması  idi.  Hz.Əlinin  sülh müqavi-

ləsini “Əmirəl-möminin” adı ilə başlamaması xəvariclərin üçüncü iradı idi. Onlar 

de

yirdilər ki, əgər Əli sülhü Əmirəl-möminin adı ilə başlamayıbsa, öz xilafətinə 



əmin deyil. Xəvariclərin iddiasına görə bu müharibədə ölənlərin qanı hədər get-

mişdir.  

Bundan fərqli olaraq hakimlərin rəyindən razı qalan Müaviyə öz mövqelə-

rini möhkəmlədirdi. O İraqlılar arasındakı ixtilaflardan istifadə edərək Hz.Əli-

nin 

üstünə hücuma hazırlaşırdı. O, məqsədlərinə çatmaq üçün Zəhhaq ibn Qey-

si dörd min nəfərlik ordu ilə İraqa basqına göndərdi. İmansız bir şəxs olan Zəh-

haq Müaviyənin göstərişlərini layiqincə yerinə yetirdi. Hz.Əli Hücr ibn Ədini 

Zəhhaqın  üzərinə  göndərərək  onu  məğlub  etdi.  Zəhhaqın  məğlubiyyətindən 

s

onra Busr ibn Ərtat Müaviyənin göstərişi ilə Hicaz və Yəmənə hücum edib bir 



çox Əli şiəsini qətlə yetirib Şama qayıtdı. Həmin vaxt Ubeydullah ibn Abbas 

Hz.


Əli  tərəfindən  Yəmənə  vali  təyin  olunmuşdu.  Busrun  qarşısında  aciz 

olduğunu görən Ubeydullah Əmr ibn Ərakəni yerinə qoyub Kufəyə gəldi. Yə-

mənə  daxil  olan  Busr  Əmr  ibn  Ərakəni  və  Ubeydullahın  iki  oğlunun  qətlə 

yetirdi.


146

 

Busrun ardınca Müaviyə Süfyan ibn Ovfu altı min nəfərlik dəstə ilə 



İraqa göndərdi. Süfyan  Ənbar şəhərinə daxil olub şəhərin hakimi Həssan ibn 

Həssanı öldürüb, xalqı çapıb-taladı. Eyni zamanda Misirdə vali olan Məhəm-

məd ibn Əbu Bəkrin Müaviyə tərəfindən sıxışdırıldığını eşidən Hz.Əli Cəzirə 

əyalətində  olan  Malik  Əştəri  Misirə  göndərdi.  Hz.Əlinin  göstərişinə  əsasən 

Malik  Əştər  Kufədən  çıxıb  Misirə  üz  tutdu.  Yolda  Müaviyə  tərəfindən  öy-

146


Nasixut-

təvarix, səh-643. 

                                                           



  

107 


rədilmiş  Osmanın  qulamı  Nafeni  öz  dəstəsinə  qatdı.  Misir  yaxınlığında olan 

Qəlzəm şəhərinə çatdıqda Nafe baldan düzəldilmiş şərbətə bir qədər zəhər qa-

tıb onu Malikə verdi. Bir neçə saat yol getdikdən sonra Malik vəfat etdi və or-

du onun cənazəsi ilə birlikdə Kufəyə qayıtdı. Malikin ölümündən sonra Misir 

ye

nidən  Məhəmməd  ibn  Əbu  Bəkrə  tapşırıldı.  Lakin  Müaviyə  ibn  Xudeycin 



başçılığı altında olan Şam ordusu Məhəmməd ibn Əbu Bəkrin ordusunu məğ-

lub 


edərək onun özünü də öldürdü. Bu hadisələrdən sonra Hz.Əli iyirmi min 

nəfərlik ordu ilə Şama getmək istədikdə xəvaric üsyanı baş verdi. 

Xəvaric  firqəsi  Abdullah  ibn  Vəhəbin  başçılığı  ilə  yenidən  fitnə  yaradıb, 

əvvəlki əqidələrini gündəmə gətirdilər. Belə görünürdü ki, əgər Hz.Əlinin or-

dusu Şama hücum üçün Kufədən çıxsa, xəvaric dəstəsi Kufəni ələ keçirəcək. 

Bu

na görə də Şama hücumdan əvvəl xəvariclərlə olan qarşıdurma həll olunmalı 



idi. 

Hz.


Əlidən  ayrılan  xəvariclər  Kufənin  Hərura  adlı  kəndində  toplanaraq öz-

lərinə  Şibs  ibn  Rəbini  ordu  başçısı,  Abdullah  ibn  Kəvvanı  isə  imam  seçdilər. 

Hz.

Əli Abdullah ibn Abbası onlarla münazirə etmək üçün göndərdi. Xəvaricdən 



olan İtab ibn Əhvərlə Abdullah ibn Abbas arasında olan münazirə nəticəsiz qaldı 

və  onlar  Hz.Əlinin  özü  ilə  mübahisə  etmək  istədiklərini  bildirdilər.  Hz.Əli 

səhabədən yüz nəfərlə Həruraya gedib Abdullah ibn Kəvva ilə mübahisə etdi və 

nəticədə  Abdullah  ibn  Kəvva  on  nəfər  yoldaşı  ilə  Hz.Əlinin  tərəfinə  keçdi. 

Bundan sonra xəvariclər Nəhrəvanda Şureyh ibn Ovfun evində toplanıb özlərinə 

Abdullah  ibn  Vəhəbi  və  Hərqus  ibn  Zuheyri  başçı  seçərək  Bəsrədəki 

köməkçilərinə  məktub  göndərib  onları  da  Nəhrəvana  dəvət  etdilər.  Bəsrədəki 

xəvariclər də Musər ibn Fədəki özlərinə başçı seçərək Nəhrəvana yola düşdülər. 

Onlar  yolda Peyğəmbər (s) səhabəsi və Əlinin köməkçilərindən olan Abdullah 

ibn  Xəbbabı,  onun  həyat  yoldaşını  və  onunla  səfər  edən  bir  neçə  qadını  öl-

dürdülər.  Xəvaricin  müharibəyə  hazırlıq  xəbəri  Hz.Əliyə  çatdıqda  Haris  ibn 

Mur


rəni göndərdi ki, bu xəbərin düzgün olub-olmamasını araşdırsın. Amma Ha-

ris Nəhrəvana çatdıqda xəvariclər tərəfindən öldürüldü. Bundan sonra Nuxeylədə 

düşərgə  quran  Hz.Əli  Şama  getmək  fikrindən  daşınıb  Nəhrəvana  üz  tutdu. 

Hz.Əli  höccəti  tamamlamaq  üçün  xəvariclərlə  üzbəüz  dayanıb  Abdullah ibn 

Vəhəblə  söhbətə  başladı.  Söhbətdən  sonra  Hz.Əli  öz ordusuna belə  buyurdu: 

“Ağ  bayrağı  Nəhrəvanın  kənarında  yerə  taxın.  Xəvaricin  tövbə  edənləri  onun 

ətrafında toplansın.” Azğın qövmün səkkiz mini tövbə edib ağ bayrağın altında 

toplandı. Dörd min xəvaric və onların başçısı Abdullah ibn Vəhəb Hz.Əlini kafir 

adlandırdılar.  Hz.Əli  çarəsiz  qalıb  onlarla  döyüşə  başladı.  Döyüşdən  qabaq 

Hz.


Əli belə buyurdu: “Xəvaricdən on nəfəri sağ qalacaq, sizdən isə ondan da az 

şəhid  olacaq.”  Bu  Hz.Əlinin  möcüzələrindən  sayıla  bilər.  Çünki,  Hz.Əli  necə 

demişdisə elə də oldu. Bütün xəvaric qılıncdan keçirildi. Yalnız on nəfər qaça 

bildi.  Həzrətin  ordusundan  da  yeddi  nəfər  şəhid  oldu.  Döyüşdən  sonra  Hz.Əli 

Kufəyə qayıtdı. Aradan çıxmış on nəfərdən biri olan Əbdürrəhman ibn Mülcəm 

Muradi Məkkəyə qaçdı. 

  



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə