Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə53/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   49   50   51   52   53   54   55   56   ...   314

 

108 


Xəvaricin səkkiz əsas firqəsi bunlardır: 

1. 


Muhəkkimə  və  ya  Həruriyyə  –  bu  firqə  Həkəmiyyət  zamanı  Hz.Əlinin 

qar


şısında  dayanan  və  ondan  sonra  Həruraya  yığışan  şəxslərdir.  Abdullah  ibn 

Vəhəb, Urvət ibn Cəzir, Yezid ibn Asim, Hərqus ibn Zuheyr və İtab ibn Əhvər 

bu qrupun rəhbəri idi. 

2. 


Əzariqə – bu firqə Əbu Raşid ibn Əzrəq Hənəfinin ardıcıllarıdır. 

3. 


Nəcdat – bu firqənin üzvləri Nəcdan ibn Amir Hənəfinin ardıcıllarıdır. 

4. 


Mucaridə  –  Əbdulkərim  ibn  Əcrudun  vasitəsilə  yaradılıb.  Bu  firqənin 

qəribə əqidələrindən biri bu idi ki, “Yusif ” surəsinin Quranın bir hissəsi olma-

sını qəbul etmirdilər. 

5. 


Sufriyyə – Ziyad ibn Əsfərin davamçılarıdır. 

6. 


Beyhəsiyyə – Heysəm ibn Cabirin davamçılarıdır. 

7. 


Sualibə – Sələbə ibn Amirin davamçılarıdır. 

8. 


Əbaziyyə – Abdullah ibn Əbaz Təmimin davamçılarıdır. Əbaziyyə fir-

qəsi Xəvaricdən qalan yeganə firqədir ki, indiyə qədər gəlib çatmış və onun ar-

dıcılları Ommanda, Tanzaniyada, Liviyada, Əlcəzairdə və Tunisdə yaşayırlar. 

 

Hz.

Əlinin şəhadəti 

Nəhrəvan döyüşündən sonra Kufəyə qayıdan Hz.Əli Şama hücum haqqın-

da düşünməyə başladı. Hicri 40-cı il şəban ayının axırlarında əyalətlərdən gön-

dərilən qüvvələr Kufəyə daxil olub, Nuxeylə düşərgəsinə qatıldılar. Ramazan 

ayının ikinci yarısında döyüşçülərin qarşısında geniş bir xütbə söyləyən Hz.Əli 

onları Şama doğru hərəkət üçün hazırladı. Amma Həzrətin şəhadəti bu hücumu 

həyata  keçirməyə  macal  vermədi.  Xəvariclərdən  olan  Əbdürrəhman  ibn 

Mülcəm, Bərk ibn Abdullah və Əmr ibn Bəkir Məkkədə görüşərək belə qərara 

gəldilər ki, əgər bu üç nəfər, yəni Hz.Əli, Müaviyə ibn Əbu Süfyan və Əmr ibn 

As  aradan  götürülsə  Ərəbistanda  sakitlik  hökm  sürər.  Bu  məqsədlə  Əb-

dürrəhman  ibn  Mülcəm  Hz.Əlini  vurmaq  üçün  Kufəyə,  Bərk  ibn Abdullah 

Müaviyə ibn Əbu Süfyanı vurmaq üçün Şama, Əmr ibn Bəkir isə Əmr ibn Ası 

vurmaq üçün Misirə yola düşdü. 

Bərk ibn Abdullah Qədr gecəsi Şam məscidində səcdəyə getmiş Müaviyəni 

yal

nız yaralaya bildi. Bərk ibn Abdullahı onun yanına gətirdikdə Müaviyə ona 



dedi: “Səni bu işi görməyə vadar edən nə oldu?” İbn Abdullah dedi: “Əgər mə-

ni bağışlasan sənə müjdə verərəm.” Müaviyənin icazəsindən sonra Bərk dedi: 

“İndicə Əlini də öldürdülər.” Müaviyə bu xəbərin düzgünlüyünü yoxlayanadək 

onu zindanda saxladı. Verilən xəbərin həqiqət olduğunu bildikdən sonra Müa-

viyə onu azad etdi. Bəzi rəvayətlərə görə isə onu edam etdirdi. Əmr ibn Bəkir 

də  öz  növbəsində  Misirdə  Əmr  ibn  Ası  yox,  onun  əvəzində  qazini  öldürdü. 

Çün

ki  həmin  gecə  Əmr  ibn  As  qızdırmalı  olduğu  üçün  məscidə  getməmişdi. 



Əmr ibn Bəkri Əmr ibn Asın yanına gətirdikdə Əmr onun boynunu vurdurdu. 

Be

ləcə Müaviyə ilə Əmr ibn Asın qətli baş tutmadı. 




  

109 


Bunlardan fərqli olaraq Kufəyə gələn Əbdürrəhman ibn Mülcəm xəvaric-

dən olan Qutam ilə rastlaşdı. Bu qadının atası və qardaşı Nəhrəvan döyüşündə 

öldürüldüyü üçün Hz.

Əliyə və onun şiələrinə kin bəsləyirdi. İbn Mülcəm onun-

la evlənmək istədiyini bildirdikdə Qutam ona dedi: “Mənə mehriyyə olaraq nə 

verəcəksən?” İbn Mülcəm hər nə istəsən onu verəcəyəm deyə cavab verdi. Bu 

zaman  Qutam  dedi:  “Mənim  mehriyyəm  üç  min  dirhəm  pul,  bir  kəniz,  bir 

qulam və Əli ibn Əbu Talibin qanıdır.” Əbdürrəhman Hz.Əlini öldürmək üçün 

ondan kömək istədi. Qutam ibn Mülcəmi öz qəbiləsindən olan xəvaric əqidəli 

Vərdan  ibn  Məcalidin  yanına  göndərdi.  İbn  Mülcəmdə  öz  növbəsində  Əşcəə 

qəbiləsindən olan Şəbib adlı xəvarici köməkçi götürdü. Onlar bu işdən məhşur 

xəvaric  Əşəs  ibn  Qeysi  də  xəbərdar  etdilər.  Nəhayət  Ramazan  ayının  19-cu 

gecəsi  İbn  Mülcəm  öz  yoldaşları  ilə  məscidə  gəlib  Hz.Əlini  gözləməyə 

başladılar.  

Öz şəhadətindən xəbərdar olan Hz.Əli Ramazan günlərinin birində minbər-

də olarkən əlini saqqalına çəkərək buyurdu: “İnsanların ən zalımı bu tükləri ba-

şımın  qanına  boyayacaq.”  Buna  görə  də  Hz.Əli  ömrünün  son  günlərini  öv-

ladlarının birinin yanında keçirirdi. Həmin gecə qızı Ümmü Gülsümün qonağı 

idi. 

Hz.


Əli sübh azanını verdikdən sonra mehraba yaxınlaşdı. Səcdəyə getdiyi 

vaxt məlun Əbdürrəhman ibn Mülcəm zəhərli qılınc ilə Həzrətin mübarək ba-

şına zərbə vurdu. Onun  vurduğu zərbə vaxtı ilə Xəndək döyüşündə Əmr  İbn 

Əbdəvidin  vurduğu  zərbənin  yerinə  düşdü.  Həzrət  aldığı  bu  zərbədən  yatağa 

düşdü. Hz.Əli yatağda olduğu vaxt belə buyurdu: “Ey Əbdülmüttəlib övladları, 

məbada “Əmirəlmöminin” öldürüldü deyə xalqın qanını tökəsiniz. Mənə görə, 

yalnız məni öldürən qətlə yetirilə bilər. Elə ki, mən onun zərbəsindən öldüm, 

siz  də  əvəzində  ona  bir  zərbə  vurun.  Onun  meyitini  təhqir  etməyin. 

Hz.

Peyğəmbər (s) buyurub ki, müslə (yəni ölünü təhqir etmək) etməkdən çə-



kinin.”  

Hz.


Əli  hicrətin  40-cı  ili  Ramazan  ayının  19-cu  gecəsi  Əbdürrəhman  ibn 

Mül


cəm tərəfindən zərbətləndi və Ramazan ayının 21-ci gecəsi aldığı zərbədən 

şəhadətə qovuşdu. Hz.Əli vəfat etdikdə Hz.Həsən qardaşı Hz.Hüseynlə birlikdə 

atalarını  Kufə  yaxınlığındakı  Qəriyy  (indiki  Nəcəf)  adlanan  məntəqədə  dəfn 

etdilər. 



Aişənin etirafı: İki qadın Aişəyə dedi: “Ey Aişə! Əlidən bizim üçün danış. 

Aişə dedi: “Nə soruşursunuz? Elə bir kişi barəsində soruşursunuz ki, öz əlini 

Pey

ğəmbər (s) üçün söykənəcək verdi. Həzrətin ruhu onun əlində cərəyan et-



məyə başladı və onu öz üzünə çəkdi!” Qadınlar dedi: “Bəs nə üçün onun əley-

hi

nə qiyam etdiniz?” Aişə dedi: “Bu olub keçən bir işdir. Onun əvəzini çıxmaq 



üçün yer üzündə olan hər bir şeyi vermək istərdim.”

147


  

147


Tarixi ibn Əsakir, III cild, səh-15. 

  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə