Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə77/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   73   74   75   76   77   78   79   80   ...   314

  

157 


Xəvaric üsyanı 

Əvvəlcədən Müaviyə ilə düşmən olan xəvariclər onun xilafətə gəlməsilə ona 

olan düşmənçiliklərini daha da artırdılar. Rey ətrafında hazırlığa başlayan xəva-

ric


lər Muğeyrə ibn Şöbənin valiliyi zamanında Kufəyə gəlib 663-cü ildə Hosə-

rinin başçılığı ilə üsyan edəcəklərinə söz verdilər. Bu şəxs İmam Əlinin (ə) şəha-

dətindən  sonra  Nuxeyləni  özünə  mərkəz  seçib  xəvaricləri  ətrafına  toplamışdır. 

Bunu öy


rənən Müaviyə İmam Həsənə (ə) xəbər göndərdi ki, Mədinəyə getməz-

dən əvvəl xəvaric üsyanını yatırsın. İmam Həsən (ə) bunu qəbul etməyib Müavi-

yəyə belə bir xəbər göndərdi: “Mən müsəlmanların qanı tökülməsin deyə səninlə 

müqa


vilə  bağladım.  Əgər  döyüşmək  istəsəydim  ilk  öncə  səninlə  döyüşərdim.” 

Bu ca


vabdan  sonra  Müaviyə  məcbur  olub  əksəriyyəti  Kufəlilərdən  ibarət  olan 

yük  bir  ordunu  Muğeyrənin  başçılığı  ilə  xəvariclərin  üzərinə  göndərdi.  Baş 



ver

ən döyüşdə xəvariclər məğlub edildi və onların başçıları Hosəri öldürüldü.

217

  

Xilafəti 19 il üç ay davam Müaviyə ibn Əbu Süfyan hicrətin 60-cı ili (mila-



di 680) rəcəb ayında Şamda ölmüş və Bab-əl-Cabiyə ilə Bab-əl-Səğir arasında 

dəfn edilmişdir. 



 

I Yez

id ibn Müaviyə hicri 60-63 (miladi 680-683) 

Yezid hicrətin 25-ci ili miladi tarixi ilə 645-ci ildə Şamda anadan olmuş-

dur. Atası İslamın və Əhli-beytin qatı düşməni Müaviyə ibn Əbu Süfyan, anası 

isə Kəlb qəbiləsindən olan Meysun binti Bəcdəl ibn Uneyf adlı bir qadın idi.

218

 

Müaviyə ibn Əbu Süfyan ölən zaman Yezid Huvvarində yaşayırdı. Şamın 



dar

ğası Zəhhaq ibn Qeys onun ölümünü Yezidə xəbər verdi. Bu xəbərdən sonra 

680-

cı ildə Şama gələn Yezid ümumi beyətdən sonra əməvi xəlifəsi təyin edil-



di. Məşhur tarixçi Məsudi yazır: “Yezidin xəlifə olmasından sonra etdiyi poz-

ğunçuluqlar  onun  hakimlərinə  də  keçdi.  Onun  dövründə  oxuyub  çalmaq 

meydana  çıxdı,  kef  məclisləri  quruldu  və  camaat  açıq-açığına  şərab  içməyə 

başladı.”

219

 

Mənbələrə  əsasən  Müaviyə  oğlu  Yezidə  belə  vəsiyyət  etmişdir:  “Oğlum! 



Hi

caz xalqını qoru, çünki sənin əslin və soyun onlardandır. Onlardan sənin ya-

nına gələnləri hörmətlə qarşılayıb yanında otuzdur. Bunlarla bərabər İraq xalqı-

nı da qoru. Əgər onlar bir valinin işdən çıxarılmasını istəsələr dərhal həmin va-

lini vəzifəsindən kənarlaşdır. Çünki bir valinin işdən çıxarılması, sənə qarşı yüz 

min qılıncın çəkilməsindən daha yaxşıdır. 

Müsibətin kimin başına gələcəyi bilinməz. Suriya xalqını da qoruyaraq on-

ları özünə sirdaş et. Hər hansı bir təhlükə hiss etdikdə onu Şamlıların vasitəsilə 

özün

dən uzaqlaşdır. Vəzifələri başa  çatınca onları öz  yerlərinə  göndər, başqa 



yer

lərdə yaşamasınlar, yoxsa əxlaqları dəyişər. Sənə qarşı çıxan üç kişidən qor-

217

Şəhristani, Əl-Miləl vən-Nihəl, I cild, səh-114-138; Tarixi ibn Əsir, III cild, səh-326-329. 



218

Tarixi Yəqubi, II cild, səh-252. 

219

Tarixi-


Məsudi, III cild, səh-67. 

  

                                                           




 

158 


xuram. Bunlar: Hüseyn ibn Əli, Abdullah ibn Zübeyr və Abdullah ibn Ömərdir. 

Hüseyn ibn Əli haqqında Allah sənə kafi gələcəkdir. Abdullah ibn Zübeyrə gə-

lin

cə o, hiyləgər bir tülküdür, əlinə keçsə aman vermədən öldür. Abdullah ibn 



Ömərə gəlincə, onu axirəti ilə baş-başa buraxsan o da səni sərbəst buraxar.”

220


  

Xil


afəti ələ keçirdikdən sonra Yezidin görəcəyi əsas işlərdən biri xalq ara-

sında nüfuza malik olub onunla beyət etməyənlərin əlindən yaxa qurtarmaq idi. 

Bun

lar Qureyşdən olan aşağıdakı şəxslər idi: Abdullah ibn Ömər, Abdullah ibn 



beyr və Hz.Hüseyn ibn Əli (ə) idi. Abdullah ibn Ömər inqilabçı şəxs deyildi. 

Ab

dullah ibn Zübeyr isə cəsarətli və tədbirli idi, xəlifə olmaq eşqi ilə yaşasa da 



əsil-nəsəb və ictimai mövqe baxımından ətrafına adam toplaya bilməmişdi. Ye-

zidin yeganə qorxduğu şəxs Mədinədə yaşayan Hüseyn ibn Əli (ə) idi. Hz.Hü-

seyn həm Peyğəmbər (s) qızının, həm də Hz.Əlinin (ə) oğlu idi. Bütün bunları 

nəzərə alan Yezid Mədinə valisi əmisi oğlu Vəlid ibn Utbəyə yazır ki, Hüseyn-

dən beyət almayınca ondan əl çəkməsin və əgər beyət etməsə başını kəsib Şa-

ma göndərsin. Çıxılmaz vəziyyətdə qalan Vəlid öz müşaviri Mərvan ibn Hə-

kəmlə məsləhətləşmək istədikdə Mərvan dedi: “Nə qədər ki, camaat Müaviyə-

nin ölümündən xəbər tutmayıb, Abdullah ibn Zübeyri və Hüseyn ibn Əlini ça-

ğırıb hər ikisindən beyət al, əgər beyət etməsələr onları öldür! Yezidin fərma-

nından xəbər tutan Abdullah ibn Zübeyr gecə ikən Mədinədən Məkkəyə qaçdı. 

Mədinə valisi Vəlidin yanına gələn Hz.Hüseyn (ə) də Yezidə beyət etmə-

yəcəyini bildirərək məclisi tərk etdi. Məclisdən çıxdıqdan sonra  İmam (ə) da 

Məkkəyə səfər etmək üçün hazırlıq gördü. Hz.Hüseynlə (ə) Abdullahın Məkkə-

yə gəlişi ilə bu şəhər Yezidin əleyhinə olan bir mərkəzə çevrildi. 

Hz.Hüseynin 

(ə) Yezidə beyət etməyərək Məkkəyə getdiyini öyrənən Kufə 

xal


qı  Süleyman  ibn  Suradın  evində  toplanaraq  İmama  (ə)  məktub  yazıb  onu 

Ku

fəyə dəvət etdilər. Məktub yazanlar İslam ayinlərinin və şəriət hökmlərinin 



dəyişdirilməsinə təəssüf hissi keçirdiklərini yazmaqla yanaşı, yazırdılar ki, biz 

Ye

zidi xəlifə saymırıq, yalnız səni imam olaraq qəbul edirik və Yezid tərəfin-



dən Kufəyə hakim təyin olunan Nöman ibn Bişri hakim olaraq qəbul etmir və 

onun arxasında namaz qılmırıq. Kufədə yüz min nəfər sənə kömək etməyə ha-

zırdır.  Əgər  onların  dəvətini  qəbul  etməyib  dini  himayə  etmək  üçün  ayağa 

qalx


masan, Allah yanında cavabdeh olacaqsan.” İmam (ə) məktubda yazılanla-

rın həqiqət olduğunu öyrənmək üçün əmisi oğlu Müslim ibn Əqili Kufəyə gön-

dərdi.  

Müslim  ibn  Əqilin  Kufəyə  gəldiyini  öyrənən  Kufə  əhlindən  18000  nəfər 

İmamın (ə) adından Müslimə beyət etdi. Beyətdən sonra Müslim ibn Əqil İma-

ma 



(ə) məktub yazaraq onun Kufəyə gəlməsini məsləhət bildi. Digər tərəfdən 

də  Kufədə  baş  verənlərdən  xəbər  tutan  Yezid  rumlu  müşaviri  Sərcunla  məş-

220

İbn Kəsir, əl-Bidayətu vən-Nihayə, VIII cild, səh-115-118; Tarixi-Təbəri, III cild, səh-263-



269; Siyuti, Tarixul-

xüləfa, səh-194-205. 

                                                           



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə