m anda su eroziyasından torpağın qorunması və həmin torpaq
lardan mineral duzların yuyulmasının qarşısının alınması demək
dir. Yaxud, bəzi meşə quşlarının və həşərat yeyən quşların müha
fizəsi meşələrin ziyanvericilərdən müəyyən dərəcədə qorunması
deməkdir.
3. İqtisadi maraqların ekoloji maraqlarla uzlaşdırılması prinsipi.
Tropik ərazilərdə ekoloji əlaqələr haqda bilgilər, yırtıcı heyvan
larla onların qurbanları arasındakı dinamikanın qanunauyğun
luğunun dərk edilməsi, bir təbii obyekti başqa bir təbii obyekt
vasitəsilə mühafizə etmək üçün müəyyən tədbirlərin həyata keçi
rilməsini proqnozlaşdırmağa imkan verir. Bəzən, hər hansı bir
təbii obyektin mühafizəsi digər təbii obyektin təsərrüfat m araqla
rı ilə ziddiyət təşkil edir. Məsələn, Bakı-Tbilisi-Ceyhan neft boru
kəmərinin çəkilməsi bəzi insanların təsərrüfat maraqları ilə zid
diyət təşkil edir. Belə hallarda hər hansı bir təbii obyektin müha
fizəsi digər obyektin təsərrüfat maraqları ilə uzlaşdırılmalı və bu
prosesdə insan -təbiət münasibətlərinin ekoloji - hüquqi statusu
əsas götürülməlidir.
Ümumiyyətlə, insan - təbiət münasibətlərinə predmet və hadi
sələr arasındakı çoxcəhətli təbii əlaqələri inkar edən sahə m araq
ları baxımından yanaşma, həm hüquqi, həm də mənəvi cəhətdən
yolverilməzdir. İnsan - təbiət münasibətlərində təbiətdən istifadə
və təbiəti mühafizə ilk baxımdan insanın iki əsas fəaliyyətini əha
tə edir. Lakin, bu əkslik antoqonist xarakter daşımamalıdır. İn
san - təbiət münasibətlərinin ekoloji hüquqi statusunun form a
laşmasının əsas mahiyyəti təbiətdən istifadə və təbiəti mühafizə
nin vəhdətinə nail olmaqdan ibarətdir.
İnsan - təbiət münasibətlərinin ekoloji - hüquqi statusunun
formalaşmasında tələbat və adaptasiya mühüm rol oynayır. Ə traf
mühitlə qarşılıqlı əlaqə prosesində insanın xarakterik xüsusiyyət
lərinin üzə çıxmasında antropoloji və sosial - ekoloji tədqiqatlar
mühüm rol oynayır. Tədqiqatçılardan L. V. Maksimova insanın
xarakterik xüsusiyyətləri içərisində onun tələbat və adaptasiya
qabiliyyətinə xüsusi diqqət yetirir.1 Tələbat - insanın həyat fəa
liyyəti və inkişafı üçün zəruri olan hansısa ehtiyacları əhatə edir.
1 Максимова Л.В. Опыт выявления каркаса основных понятий общей
антропоэкологии. /Эволюционная и историческая антропоэкология.
М., 1994. с. 77-78.
26
İnsanın ətraf mühitin vəziyyətindən asılılığını əks etdirən tələbat
ehtiyaclan, ətraf mühitə münasibətdə insanın fəallığının mənbəyi,
onun davranışının tənzimləyicisi olan hiss, iradə və təfəkkürünün
istiqaməti kimi çıxış edir.
İnsan tələbatı müxtəlif məsələlərdən asılı olaraq öz funksiyası
na görə müxtəlif pillələrə bölünür. Bu baxımdan insan tələbatı
özünəməxsus ierarxiya təşkil edir. Məsələn, insanın bioloji tələba
tı bütün canlıların bioloji tələbatı ilə oxşarlıq təşkil edir. Lakin,
mənəvi tələbatlar sosial xarakter daşıdığına görə ancaq insana
aiddir. Buna görə də təbiətə münasibətdə insanın mənəvi tələbatı
prioritet təşkil etməli və sosial - ekoloji istiqamətdə optimal xa
rakter daşımalıdır.
Təbiətə münasibətdə insanın sosio-təbii xüsusiyyətlərindən biri
onun yaşadığı mühitə adaptasiyasıdır. Müəyyən təbii mühitə in
sanın adaptasiyası, onun uyğunlaşma qabiliyyəti və adaptiv əla
mətlərində təzahür edir. Təbii mühitə insanın adaptasiyasında
onun irsiyyət və dəyişkənlik keyfiyyəti mühüm rol oynayır. İnsa
nın təbii mühitə adaptasiyasında ətraf mühitin yaşayış üçün eko
loji cəhətdən əlverişliliyi mühüm əhəmiyyət kəsb edir. İnsanın ət
ra f təbii mühitə adaptasiyasında da optimal ekoloji şərait zəruri
şərtlərdən biri kimi çıxış edir.
Bəşər tarixində insanlar öz fəaliyyətləri ilə təbiətə göstərdikləri
təsirin mənfi nəticələri ilə həmişə qarşılaşmalı olmuşlar. Lakin,
onlar təbiətlə öz münasibətlərini nizamlamağın zəruri olduğunu
başa düşənədək uzun bir tarixi yol keçmişlər. Daha doğrusu in
san-təbiət münasibətlərinin ekoloji - hüquqi statusunun forma
laşması və bu statusun insanlar tərəfindən dərk edilməsi uzun bir
tarixi dövrün məhsuludur. Bu statusun tarixən formalaşmasına
nəzər salaq.
İnsan-təbiət münasibətlərinin müxtəlif formalarda hüquqi ak t
larla tənzimlənməsi hələ qədim zamanlardan məlumdur. Məsələn,
Qədim Şərqdə Babil çarı Hammurapinin Qanunlar Məcəlləsində
(b.e. əvvəl 1790-cı il) meşələrin qorunması haqqında xüsusi fər
man verilmişdir. Fərm ana görə meşələr ayrı-ayrı sahələrə bölünə
rək «meşəçilər»ə verilmişdir. Həmin «meşəçilər» meşələrin müha
fizəsində məsuliyyət daşıyırdılar. Hammurapinin Qanunlar
Məcəlləsində meşələri mühafizə qaydalarını pozanlar üçün ölüm
cəzası müəyyən edilmişdir. Bu baxımdan H amm urapinin Qanun
27
lar Məcəlləsini insan-təbiət münasibətlərinin hüquqi tənzimlən
məsinə aid bəşər tarixində ilk yuridik sənəd hesab etmək olar.1
Qədim H indistanda da təbiət ərazilərinin hüquqi cəhətdən
mühafizəsi haqqında tarixi faktlar mövcuddur. Məsələn, «Artxa-
şastra» dövlətinin idarəçiliyinə həsr edilmiş qədim hind traktatla
rında H indistanda qoruq ərazilərinin bizim eramn II-III əsrlərin
dən mövcud olduğu göstərilir. Yaxud qədim Çinin ayrı-ayrı
knyazlıqlarında hüquqi cəhətdən mühafizə olunan ərazilər (qo
ruqlar) b.e. əvvəl yaradılmışdır. Tarixən müqəddəs dağ, göl, yaşıl
lıqlarla yanaşı, knyaz və şahların xüsusi mühafizə olunan ov əra
zilərinin olması bizə yaxşı məlumdur.1
2
Qədim Şərqdən sonra orta əsr Avropasında təbiətin mühafizə
sinə yönəlmiş ilk hüquqi aktlar VIII-IX əsrlərə təsadüf edir. Mə
sələn, A vropada Böyük K arlın dövründə (742-814-cü illər) ovçu-
luğu m əhdudlaşdıran və təbiəti mühafizə sahəsində müəyyən
əhəmiyyət daşıyan çoxlu fərman, sərəncam və hüquqi sənədlər
qəbul edilmişdir.3
Təbiətə hüquqi münasibət qədim Kiyev Rus dövlətində Ağıllı
Yaroslav (M udrıy) dövründə (XI əsrdə) «Ruskaya pravda» adlı
qanunlar külliyatmda öz əksini tapmışdır. Bu qanunlar külliya-
tm da özgə torpaqlarında ovçuluğu qadağan edən və ov zamanı
dəymiş ziyanının ödənilməsi üçün müxtəlif cərimələr müəyyən
edilmiş hüquqi qaydalar nəzərdə tutulmuşdur. XIII əsrin sonun
da Vladimir Volın knyazlarının ərazisində «Belovejskiye puşi»
adlanan yerdə ovçuluq haqda hüquqi qaydalar müəyyən edilmiş,
XIV əsrin sonunda həmin ərazidə ovçuluq tamamilə qadağan
edilmişdir.
O rta əsrlərdə Avropa dövlətlərinin rəhbərləri bəzi konkret
heyvan növlərinin ovunu qadağan edən xüsusi sərəncamlar ver
mişlər. Məsələn, Böyük Litva knyazı Yaqaylo XIV əsrdə öz mali
1 Константинов В.M. Охрана природы. Учеб, пособие, М., Изд-й центр
«Академия», 2000. с. 38., Экологические основы природопользования,
Учебное пособие М., Изд-й Дом «Дашков и К °», 2002. с 29.
2 Константинов В.М. Охрана природы. Учеб, пособие, М., Изд-й центр
«Академия», 2000. с. 38.
3 Yenə orada, s. 39.
28
kanəsində zubr və vəhşi at ovunu qadağan etmişdir. 1 Orta əsr
A vropasında insan-təbiət münasibətlərinin hüquqi tənzimlənmə
sinə aid sənədlərdən biri də, XVII əsrdə Fransada qəbul edilmiş
«Fransa kralı XVI Ludovikin meşələr və sular haqqında ordo-
nansı (nümunəvi nizamnaməsi)» sənədidir. Bu sənəd XVII əsrdə
Fransada təbiəti mühafizə üzrə ən nümunəvi hüquqi sənəd hesab
olunur.2
XVI əsrin ortalarında Avropanın bir çox ölkələrində iri feo
dallara, monarxlara, monastrlara məxsus olan meşələrdə ov
edilməsi qanunla qadağan edilmişdir. Bu meşələrdə xüsusi ovçu
luq təsərrüfatlarını əhatə edən qoruqlar təşkil edilmişdir. Əslində
A vropa meşələrində bir çox vəhşi heyvan növlərinin indiyə kimi
qorunub saxlanmasına görə Avropa ictimaiyyəti həmin sərəncam
və fərmanlara borcludurlar.
O rta əsrlərdə Rusiyada insan-təbiət münasibətlərinin hüquqi
cəhətdən tənzimlənməsinə aid bir çox fərman və sərəncamların
qəbul edilməsi haqda tarixi faktlar mövcuddur. XVII əsrin II ya
rısında Aleksey Mixayloviçin çarlığı dövründə qiymətli heyvanla
rın qorunması və ovçuluq qaydalarının tənzimlənməsi haqqında
67 fərman verilmişdir. Bu fərmanlarda ovçuluqla əlaqədar qoy
ulmuş qaydaların pozulmasına görə müxtəlif cəzalar da müəyyən
edilmişdir.3 XVIII əsrin əvvəllərində Rus imperatoru I Pyotrun
da təbiəti mühafizə ilə əlaqədar əhəmiyyətli fərmanları olmuşdur.
1701-ci ildə verilmiş fərman meşələrin mühafizəsi, yeni meşələrin
salınması, qaraağac, palıd, və s. ağaclardan ibarət qoruqların ya
radılmasını nəzərdə tuturdu.4 I Pyotrun sonrakı fərmanları isə
çayların çirklənmədən qorunması, onların sahillərinin möhkəm
ləndirilməsi, çaylarda balıq ovunun nizamlanması, yerüstü fauna
və torpağın qorunmasını əhatə edirdi. Rusiyada təbiəti mühafizə
ilə əlaqədar verilmiş əvvəlki fərmanlardan fərqli olaraq I Pyotrun
1 Константинов В.M. Охрана природы. Учеб, пособие, М., Изд-й центр
«Академия», 2000. s.39.
2 Экологические основы природопользования: Учеб, пособие М., Изд-й
Дом «Дашков и К °» 2002. с. 29.
3 Константинов В.М. Охрана природы. Учеб, пособие, М., Изд-й центр
«Академия», 2000. с. 40.
4 Экологические основы природопользования: Учеб, пособие, М. Изд - й
Дом «Дашков и К °», 2002. с.29.
29
Dostları ilə paylaş: |