Beləliklə, insan-təbiət münasibətlərində ətraf mühitin kompo
nentlərindən olan sosial-iqtisadi inkişafın səviyyəsi təbii ehtiyatların
vəziyyəti ilə əlaqəli şəkildə tədqiq edilib öyrənilməlidir. Bu proble
min sosial-fəlsəfi aspektdə araşdırılması, məhz indiki mərhələdə in
san-təbiət münasibətlərinə yeni yanaşma tələb edir ki, mövcud təd
qiqatın qarşısında duran məsələlərdən biri də budur.
1. 2. Ekoloji fəlsəfə və İnsan-təbiət münasibətlərinin
ekoloji - hüquqi statusu
İnsan-təbiət münasibətlərinin (İTM) ekoloji-hüquqi statusunu
araşdırm azdan əvvəl bu münasibətlərin daxili strukturuna nəzər
salaq. Elmi ədəbiyyatda İTM-ni öz strukturuna görə 2 qrupa -
təbii sərvətlərdən səmərəli istifadə və təbiəti (ətraf mühiti) müha
fizə qrupuna ayırırlar. Bu yanaşma ekoloji qanunvericilik aktla
rında da öz əksini tapmışdır. İctimai münasibətlərin bu 2 qrupu
ətraf mühit hüququnun predmetini təşkil edir.
Ə traf mühit hüququnun formalaşdırdığı ictimai tələbat
ənənəvi çərçivədən kənara çıxan bəzi başqa münasibətləri də tən
zimləyir. Bunlar - təbii obyektlərə və təbii sərvətlərə mülkiyyət
münasibətləri, eyni zamanda insanın təbii tələbat və maraqlarının
müdafiəsinə hüquqi münasibəti ifadə edir. Cəmiyyət və təbiətin
qarşılıqlı əlaqəsi sahəsində insanın təlabat və maraqlarını nəzərə
alaraq ətraf mühit hüququnun predmeti aşağıdakı münasibətləri
özündə birləşdirir:
1. Təbii obyektlərə və təbii sərvətlərə mülkiyyət münasibətləri;
2. Təbiətdən istifadəyə münasibət;
3. Ə traf mühitin müxtəlif deqradasiyadan qorunması;
4. Fiziki və hüquqi şəxslərin ekoloji hüquqlarının qorunması.
İnsan biososial mahiyyət daşıdığına görə insan-təbiət münasi
bətləri ətraf mühit hüququnun əhatə etdiyi bütün münasibətləri
özündə birləşdirir. Bu baxımdan İTM-nin ekoloji-hüquqi statusu
daha geniş anlayış olub, tarixi və məntiqi xarakter daşıyaraq so
sial tərəqqi prosesində formalaşır.
İnsan-təbiət münasibətlərinin ekoloji-hüquq statusu-insanla
təbii obyektlər arasındakı ekoloji-hüquqi münasibətləri əhatə edir
və müvafiq qanunvericilik aktları vasitəsilə tənzimlənir. Mövcud
təbiəti mühafizə qanunvericiliyinə əsasən, təbii obyektlərə - tor
22
paqlar və yerin təki, atmosfer havası, su hövzələri, bitki və hey
vanlar aləmi daxildir. İnsan-təbiət münasibətlərinin ekoloji-
hüquq statusu insanın təbii obyektlərdən istifadə hüququnu və
həmin obyektlərə qarşı hüquqi münasibətlərini əhatə edir.
İnsan-təbiət münasibətlərinin ekoloji-hüquqi statusunun for
malaşmasında təbiəti mühafizənin əsas aspektləri və prinsipləri
mühüm rol oynayır. Buna görə də təbiəti mühafizənin əsas as
pektləri və prinsiplərinə diqqət yetirək. Elmi ədəbiyyatda təbiəti-
mühafizənin əsas aspekilərinin təsnifatı aşağıdakı kimi təqdim
edilir:
- İqtisadi-təsərrüfat aspektləri;
- Sosial-siyasi aspektlər;
- Tibbi-sağlamlıq aspektləri;
- Estetik aspektlər;
- Tərbiyəvi aspektlər;
- Elmi-idrakı aspektlər. 1
Təbiəti mühafizənin yuxarıda göstərilən bu aspektlərini şərh
edək:
1. İqtisadi-təsərrüfat aspektləri. İnsan tərəfindən istehsal olu
nan hər hansı bir məhsul təbii ehtiyatlar hesabına yaradıldığına
görə təbiəti mühafizənin iqtisadi-təsərrüfat aspekti cəmiyyətin
inkişafında mühüm əhəmiyyət kəsb edir. Təbiətdə mövcud olan
ehtiyatların bəziləri (məsələn, civə, mis, gümüş, qurğuşun və s.)
məhdud xarakter daşıdığına görə onların tükənməsi labüddür.
Digər tərəfdən tükənməkdə olan bəzi təbii ehtiyatlarn yeni mən
bələrinin axtarışı da böyük iqtisadi xərclər tələb edir. Bu baxım
dan tükənməkdə olan və bərpa edilməyən təbii sərvətlərin, eyni
zam anda insan həyatını təmin edən məhsuldar torpaqların, içməli
suyun, bəzi bitki və heyvanat aləminin səmərəli istifadə edilməsi
təbiəti mühafizənin iqtisadi təsərrüfat aspektlərini təşkil edir.
2. Sosial-siyasi aspektlər. İnsanın təbiətə təsirinin nəticələrinə,
təkcə əhali artımı və texniki tərəqqi səviyyəsində deyil, eyni za
manda sosial-siyasi durum dan asılı şəkildə baxmaq lazımdır.
Qeyd edək ki, sosial-iqtisadi baxımdan geri qalan və inkişaf et
məkdə olan ölkələr, inkişaf etmiş ölkələr üçün tarixən mühüm
xammal mənbəyi rolu oynamışdır. İnkişaf etməkdə olan ölkələrin
1 Константинов В.M. Охрана природы. Учеб, пособие, М., Изд-й центр
«Академия», 2000. с. 32.
23