Sakit hüseynov rasim sariyev



Yüklə 5,17 Mb.
Pdf görüntüsü
səhifə6/53
tarix31.08.2018
ölçüsü5,17 Mb.
#65529
1   2   3   4   5   6   7   8   9   ...   53

Beləliklə,  insan-təbiət  münasibətlərində  ətraf  mühitin  kompo­
nentlərindən  olan sosial-iqtisadi inkişafın səviyyəsi  təbii ehtiyatların 
vəziyyəti  ilə  əlaqəli  şəkildə  tədqiq  edilib  öyrənilməlidir.  Bu  proble­
min  sosial-fəlsəfi  aspektdə  araşdırılması,  məhz  indiki  mərhələdə  in­
san-təbiət  münasibətlərinə  yeni  yanaşma  tələb  edir  ki,  mövcud  təd­
qiqatın qarşısında duran məsələlərdən biri də budur.
1.  2. Ekoloji fəlsəfə və İnsan-təbiət münasibətlərinin 
ekoloji -  hüquqi statusu
İnsan-təbiət  münasibətlərinin  (İTM)  ekoloji-hüquqi  statusunu 
araşdırm azdan  əvvəl  bu  münasibətlərin  daxili  strukturuna  nəzər 
salaq.  Elmi  ədəbiyyatda  İTM-ni  öz  strukturuna  görə  2  qrupa  - 
təbii  sərvətlərdən  səmərəli  istifadə  və  təbiəti  (ətraf mühiti)  müha­
fizə  qrupuna  ayırırlar.  Bu  yanaşma  ekoloji  qanunvericilik  aktla­
rında  da  öz  əksini  tapmışdır.  İctimai  münasibətlərin  bu  2  qrupu 
ətraf mühit hüququnun predmetini təşkil edir.
Ə traf  mühit  hüququnun  formalaşdırdığı  ictimai  tələbat 
ənənəvi  çərçivədən  kənara  çıxan  bəzi  başqa münasibətləri  də  tən­
zimləyir.  Bunlar  -   təbii  obyektlərə  və  təbii  sərvətlərə  mülkiyyət 
münasibətləri,  eyni zamanda insanın  təbii  tələbat və maraqlarının 
müdafiəsinə  hüquqi  münasibəti  ifadə  edir.  Cəmiyyət  və  təbiətin 
qarşılıqlı  əlaqəsi  sahəsində  insanın  təlabat  və  maraqlarını  nəzərə 
alaraq  ətraf mühit  hüququnun  predmeti  aşağıdakı  münasibətləri 
özündə birləşdirir:
1.  Təbii obyektlərə və təbii sərvətlərə mülkiyyət münasibətləri;
2.  Təbiətdən istifadəyə münasibət;
3.  Ə traf mühitin müxtəlif deqradasiyadan qorunması;
4.  Fiziki və hüquqi şəxslərin ekoloji hüquqlarının qorunması.
İnsan  biososial  mahiyyət  daşıdığına  görə  insan-təbiət  münasi­
bətləri  ətraf  mühit  hüququnun  əhatə  etdiyi  bütün  münasibətləri 
özündə  birləşdirir.  Bu baxımdan  İTM-nin  ekoloji-hüquqi  statusu 
daha  geniş  anlayış  olub,  tarixi  və  məntiqi  xarakter  daşıyaraq  so­
sial tərəqqi prosesində formalaşır.
İnsan-təbiət  münasibətlərinin  ekoloji-hüquq  statusu-insanla 
təbii obyektlər arasındakı ekoloji-hüquqi  münasibətləri əhatə edir 
və  müvafiq  qanunvericilik  aktları  vasitəsilə  tənzimlənir.  Mövcud 
təbiəti  mühafizə  qanunvericiliyinə  əsasən,  təbii  obyektlərə  -   tor­
22
paqlar  və  yerin  təki,  atmosfer  havası,  su  hövzələri,  bitki  və  hey­
vanlar  aləmi  daxildir.  İnsan-təbiət  münasibətlərinin  ekoloji- 
hüquq  statusu  insanın  təbii  obyektlərdən  istifadə  hüququnu  və 
həmin obyektlərə qarşı hüquqi münasibətlərini əhatə edir.
İnsan-təbiət  münasibətlərinin  ekoloji-hüquqi  statusunun  for­
malaşmasında  təbiəti  mühafizənin  əsas  aspektləri  və  prinsipləri 
mühüm  rol  oynayır.  Buna  görə  də  təbiəti  mühafizənin  əsas  as­
pektləri  və prinsiplərinə  diqqət  yetirək.  Elmi  ədəbiyyatda  təbiəti- 
mühafizənin  əsas  aspekilərinin  təsnifatı  aşağıdakı  kimi  təqdim 
edilir:
-  İqtisadi-təsərrüfat aspektləri;
-  Sosial-siyasi aspektlər;
- Tibbi-sağlamlıq aspektləri;
- Estetik aspektlər;
- Tərbiyəvi aspektlər;
- Elmi-idrakı aspektlər.  1
Təbiəti  mühafizənin  yuxarıda  göstərilən  bu  aspektlərini  şərh 
edək:
1.  İqtisadi-təsərrüfat  aspektləri.  İnsan  tərəfindən  istehsal  olu­
nan  hər  hansı  bir  məhsul  təbii  ehtiyatlar  hesabına  yaradıldığına 
görə  təbiəti  mühafizənin  iqtisadi-təsərrüfat  aspekti  cəmiyyətin 
inkişafında  mühüm  əhəmiyyət  kəsb  edir.  Təbiətdə  mövcud  olan 
ehtiyatların  bəziləri  (məsələn,  civə,  mis,  gümüş,  qurğuşun  və  s.) 
məhdud  xarakter  daşıdığına  görə  onların  tükənməsi  labüddür. 
Digər  tərəfdən  tükənməkdə  olan  bəzi  təbii  ehtiyatlarn  yeni  mən­
bələrinin  axtarışı  da  böyük  iqtisadi  xərclər  tələb  edir.  Bu  baxım­
dan  tükənməkdə  olan  və  bərpa  edilməyən  təbii  sərvətlərin,  eyni 
zam anda insan həyatını təmin edən məhsuldar torpaqların,  içməli 
suyun,  bəzi  bitki  və  heyvanat  aləminin  səmərəli  istifadə  edilməsi 
təbiəti  mühafizənin  iqtisadi  təsərrüfat aspektlərini  təşkil edir.
2.  Sosial-siyasi  aspektlər.  İnsanın  təbiətə  təsirinin  nəticələrinə, 
təkcə  əhali  artımı  və  texniki  tərəqqi  səviyyəsində  deyil,  eyni  za­
manda  sosial-siyasi  durum dan  asılı  şəkildə  baxmaq  lazımdır. 
Qeyd  edək  ki,  sosial-iqtisadi  baxımdan  geri  qalan  və  inkişaf et­
məkdə  olan  ölkələr,  inkişaf  etmiş  ölkələr  üçün  tarixən  mühüm 
xammal  mənbəyi rolu  oynamışdır.  İnkişaf etməkdə olan ölkələrin
1  Константинов  В.M.  Охрана  природы.  Учеб,  пособие,  М.,  Изд-й  центр 
«Академия», 2000.  с. 32.
23


təbii  ehtiyatlarını öz ölkələrinə daşıyaraq  öz müəssisələrində emal 
edən  inkişaf  etmiş  ölkələr  təəsüf  ki,  xammal  ölkələrində  ətraf 
mühitin  çirklənməsinə  laqeydlik  göstərir və  həmin  ölkələrdə ətraf 
mühitin mühafizəsinə qayğı göstərmirlər.
H ər  bir  təbii  hadisəyə  müxtəlif təsərrüfat  sahələrinin  mənafeyi 
və təbiətin özünü bərpa im kanlarının qorunması  baxımıdan yana­
şılmalıdır.  Məsələn,  meşələrə  ağac  (taxta)  tədarükü  və  kimyəvi 
xammal  mənbəyi kimi  baxılır.  Lakin, meşələrin  qlobal əhəmiyyəti 
onun  fotosintez  qabiliyyətinə  görə  qiymətləndirilməlidir.  Eyni 
zam anda,  meşələr iqlimyaradıcı,  torpaqqoruyucu,  rütübəttənzim- 
ləyici  rola  malikdir.  Meşələrə  həm  də  istirahət  yeri,  kurort  və  tu­
rizm  zonası,  böyük  şəhərlərin  ətrfında  sanitar yaşıllıq  zolağı  kimi 
baxılmalıdır.  Lakin,  təəsüf  ki,  bir  çox  bölgələrdə  insan-təbiət 
münasibətlərinin  ekoloji-hüquqi  statusu  formalaşmadığına  görə 
insanların  əksəriyyətinin  təsəvvüründə  meşələr  yenə  də  kimya  və 
ağac emalı sənayesi üçün xammal mənbəyi kimi qalmaqdadır.
Su  hövzələrinin  o cümlədən,  çayların  sosial-ekoloji  roluna  gəl­
dikdə  qeyd  etmək  lazımdır  ki,  çaylar  planetar  əhəmiyyət  daşıya­
raq  biogen  maddələri  dənizə  çatdırır,  balıq  ehtiyatlarını  çoxaldır, 
su  nəqliyyatı  magistralı  funksiyasını  yerinə  yetirir.  Bu  baxımdan 
çaylardan təsərrüfatın təkcə bir sahəsi  kimi istifadə etmək ekoloji- 
hüquqi  cəhətdən  səmərəli  deyil.  Təbiəti  mühafizənin  prinsip  və 
aspektlərini  əsas  tutaraq  çaylardan  təsərrüfatın  müxtəlif sahələri­
nin  mənafeyi  naminə  (sağlamlıq,  turizm  və  s.)  kompleks  istifadə 
edilməsinə diqqət yetirilməlidir.
Təbii  ehtiyatlardan  istifadə  edərkən,  həmin  ehtiyatların  kon­
kret  məkan  və  zaman  daxilində  konkret  ehtiyatının  öyrənilməsi 
zəruridir.  Təbii  ehtiyatlardan  istifadə  və  təbiəti  mühafizə  prose­
sində bu regional qaydalar prinsipi adlanır.  Xüsusən,  bu prinsiplər 
yerin  təki,  su  ehtiyatları,  heyvanat  aləmi  və  meşələrdən  istifadə 
zamanı  nəzərə  alınmalıdır.  Çünki,  təbii  ehtiyatı  az olan  ərazilərdə 
təbii  ehtiyatların  istismarı  iqtisadi  cəhətdən  sərfəli  deyil.  Hazırda 
Azərbaycanın  da  xammal  (neft)  ixrac  edən  ölkə  olduğunu  nəzərə 
alsaq  bu  problemin  Respublikamız  üçün  mühüm  əhəmiyyət  daşı­
dığını görərik.
3. Tibbi - sağlamlıq  aspektləri.  İnsan həyatı üçün  əsas nemətlər 
olan  təmiz  hava,  su,  yaşıllıqlar  adamların  normal  həyat  və  fəa­
liyyəti  üçün zəruri  olmaqla  yanaşı,  onların  sağlamlığında mühüm 
əhəmiyyət  kəsb  edir.  Bu  səbəbdən  sanatoriyalar,  istirahət  evləri.
24
turist  bazaları  təbiətin  gözəl  güşələrində  yerləşdirilir.  Deməli,  tə­
biətin  gözəl  guşələri  insanlar  üçün  sağlamlıq  mənbəyidir.  Bu  ba­
xımdan  təbiəti  mühafizənin  sağlamlıq  aspektləri  insan  həyatında 
vacib şərtlərdən biridir.
4.  Estetik  aspektlər.  Təbiət  nəinki,  maddi  nemətlər  mənbəyi­
dir.  Eyni  zamanda,  təbiət  tarixən  insanların  estetik  tələbatını 
ödəyən gözəllik mənbəyi olmuşdur və olmaqdadır.
5.  Tərbiyəvi  aspektlər.  Təbiətlə  ünsiyyətdə  olmaq  insana 
müsbət  təsir edir.  Təbiət insanın şəxsiyyət  kimi formalaşmasında, 
ən  yaxşı  insani  keyfiyyətlərin  mənimsənilməsində  müəyyən  rol 
oynayır,  insanda  vətənpərvərlik,  xeyirxahlıq,  mərhəmətlilik  tər­
biyə edir.
6.  Elmi  -   idraki  aspektlər.  Təbiəti  mühafizənin  bu  aspekti  in­
sanda  təbii-elmi  dünyagörüşün  formalaşmasında  mühüm  rol  oy­
nayır,  insan idrakının zənginləşməsinə təsir edir.
İnsan  -  təbiət  münasibətlərinin  ekoloji  -   hüquqi  statusunun 
formalaşmasına  təsir  edən  amillərdən  biri  də  təbiəti  mühafizənin 
prinsiplərinə  düzgün  əməl  edilməsidir.  Təbiətdə  mövcud  olan  ən 
ümumi  qarşılıqlı  əlaqə  və asılılıq  təbiəti  mühafizənin  prinsiplərini 
müəyyən  edir.  Bütün  təbii  hadisələr  insan  üçün  çoxcəhətli  əhə­
miyyət  daşıdığına  görə,  insan  təbiət  münasibətlərinin  ekoloji  -  
hüquqi statusu hərtərəfli qiymətləndirilməlidir.
Elmi  ədəbiyyatın  təhlili  və  insan-təbiət  münasibətlərinin  indiki 
vəziyyəti  təbiəti  mühafizənin  aşağıdakı  prinsiplərinə  diqqət  yeti­
rilməsini zəruri edir:
1.  Regional  xüsusiyyətlərin  nəzərə alınması  prinsipi.  Qeyd  edək 
ki,  təbii  ehtiyatlardan  istifadə  zamanı  regional  qaydaların  nəzərə 
alınmaması  bəzi  təbii  sərvətlərin  tükənməsinə gətirib  çıxara  bilər. 
Məsələn,  bəzi  regionlarda  təsərrüfat  mənafeyi  baxımından  inten­
siv  istifadə  ehtiyacı  olan  heyvanların  başqa  regionlarda  sayı  az 
olduğuna  görə,  onların  ciddi  şəkildə  mühafizə  edilməsi  zəruridir. 
Deməli,  insan-təbiət  münasibətlərində  yerli  şərait,  müəyyən  bö­
lgədə  təbii  ehtiyatların  konkret  ehtiyatı,  daha  dəqiq  desək,  regio­
nal xüsusiyyətlər ciddi nəzərə alınmalıdır.
2.  Komplekslilik  prinsipi.  Hər  hansı  bir  təbii  obyektin  m üha­
fizəsi  başqa  bir  obyektin  qorunmasına  da  müsbət  təsir  edir.  M ə­
sələn,  su  hövzələrinin  çirklənmədən  qorunması  həmin  hövzələrdə 
yaşayan  müxtəlif canlıların  da  mühafizə  edilməsi  deməkdir.  M e­
şələrin  köməyi  ilə  hidroloji  rejimin  normal  saxlanması,  eyni  za­
25


Yüklə 5,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə